«Azərikimya» İB-nin əməkçiləri payızın gəlişini və neftçilərin peşə bayramını iməciliklə qarşılayırlar

Sentyabrın 17-də «Azərikimya» İstehsalat Birliyinin struktur bölmələrində 2016-cı ilin ilk payız iməciliyi keçirilmişdir. 20 sentyabr–neftçilərin peşə bayramına həsr olunmuş. iməcilikdə Etilen-polietilen zavodundan, Təmir-tikinti idarəsindən və Birliyin İdarəetmə aparatından ümumilikdə 500 nəfər əməkdaş iştirak etmişdir.
İki gündən bəri aramsız davam edən payız yağışının yaratdığı müəyyən çətinliklərə baxmayaraq, böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində, həmçinin Səməd Vurğun küçəsində təmizlik-abadlıq işləri aparılmış, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, dibləri bellənilmiş, sahələr alaq otlarından təmizlənmişdir.
İməcilik zamanı paralel olaraq Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış ərazisində 300 ədəd müxtəlif növ ağac əkilmişdir.
Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıqların artırılmasına xidmət edən iməciliklərin payız mövsümü boyu davam etdirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalnın Mətbuat xidməti