Sumqayıt Regional Mədəniyyət və Turzm idarəsinin təşəbbüsü ilə Xızı rayonunda ağacəkmə aksiyası keçirilib.
İdarə rəisi Mehman Şükürovun rəhbərliyi ilə keçirilən aksiyada Xızı, Abşeron, Şuşa, Zəngilan, Qubadlı rayon nümayəndəliklərinin baş məsləhətçiləri ilə birgə Xızı rayon mədəniyyət işçiləri də yaxından iştirak ediblər.
Rayonun Mikayıl Müşfiq muzeyinin həyətyanı sahəsində təşkil olunan aksiyada yüzlərlə ağac əkilib.
Aksiyada sonra İdarə rəisi Mehman Şükürov baş məsləhətçilərlə birgə Mikayıl Müşfiqin muzeyini ziyarət edib, muzey əməkdaşları ilə səmimi söhbət ediblər.
Görüşdə muzeyin fəaliyyəti və fondunda mühafizə olunan eksponatlar haqqında qonaqlara ətraflı məlumat verilib, arzu və istəklərini çatdırıblar.
Muzey əməkdaşları idarə rəisi Mehman Şükürovdan muzeyin həyətyanı sahəsinin abadlaşdırılması ilə bağlı kömək göstərmələrini xahiş edib və idarə rəisi bununla bağlı əlindən gələn köməyi əsrgəməyəcəyini bildirib.
Sonda Mikayıl Müşfiqin büstü önündə xatirə şəkili çəkilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti