https://d.radikal.ru/d18/1912/e3/8edf0afba83b.jpg

https://a.radikal.ru/a27/1912/0c/3e4023f362c8.jpg

https://d.radikal.ru/d30/1912/ef/7a7fdca12bdc.jpg

https://b.radikal.ru/b14/1912/c6/a76a3b24da86.jpg

https://d.radikal.ru/d20/1912/3f/7a0886759a90.jpg

https://b.radikal.ru/b23/1912/c5/f2f6770f0e73.jpg

https://a.radikal.ru/a31/1912/e4/5e5804e298d6.jpg

https://d.radikal.ru/d43/1912/d0/937ebc25e563.jpg

https://d.radikal.ru/d02/1912/35/205758e72231.jpg

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində maraqlı yeni il şənliyi keçirilib. Şənlikdə bayram atributları şaxta baba və qar qız, köhnə və yeni ilin atributları olan donuz və siçan personajlarınin ifasında maraqlı səhnəcikıər nümyiş olunub. Eləcə də bir-birindən musiqi nömrələri səslənib, əyləncəli oyunlar keçirilib. Uşaqlar mahnı oxuyub, şeir deyib, rəqs ediblər.
“Dostluq” mədəniyyət evinin “Start” və “Səmt” estrada qrupları Bakı şəhər Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında bayram konserti ilə çıxış ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib. Rusiya federasiyasının Azərbaycandakı Səfirliyi ilə birgə təşkil olunmuş tədbirdə səfirlik tərəfindən uşaqlara yeni il hədiyyələıri təqdim olunub. Bundan başqa, mədəniyyət evinin estrada kollektivləri Rusiya Mədəniyyət və İnformasiya mərkəzində “Yeni iliniz mübarək!” adlı konsert proqramı ilə çıxış ediblər. Azərbaycan və dünya estrada mahnılarını ifa edən kollektiv üzvləri qonaqlara əsl yeni il ovqatı bəxş ediblər.
Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən bayram tədbirində məktəbin xor şöbəsinin, xalq çalğı alətləri, violin, fortepiano şöbələrinin müəllim və şagirdlərinin ifasında Azərbaycan xalq və klassik bəstəkarlarının əsərləri səslənib.
S.Rüstəmov adına uşaq incəsənət keçirilən konsertdə məktəbin kiçik xorunun ifasında “Yeni il” mahnısı, skripkaçalanlar ansamblının ifasında “Qar dənələrinin valsı”, fortepianoda Seyran Haşımzadənin ifasında F.Listin “La Danza”, klarnetdə Əfrail Mirzəzadənin ifasında T.Quliyevin “Dostluq mahnısı”, qarmonçalanlar ansamblının ifasında “Yaqutu” oyun havası, nağaraçalanlar ansamblının ifasında “Azərbaycan ritmləri” və sairə musiqi nömrələri səslənib.
F.Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin kiçik xor kollektivinin ifasında Yeni il haqqqında mahnılar, violin ixtisası üzrə I sinif şagirdi Zəhra Həşimzadənin, qanun ixtisası üzrə II sinif şagirdi Ləman Quliyevanın, Faiq Talıbov və Bağır Bagirovun ifalarında Azərbaycan və Dünya bəstəkarlarının mahnıları sinlənilib.
S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi “N” sayl hərbi hissədə bayram tədbiri keçirib. “Kimyaçı” mədəniyyət sarayının “Kimyaçı” instrumental ansambılının ifasında musiqi nömrələri, oxucuların ifasında şeir və səhnəciklər əsgər və zabitlər tərəfindən maraqla qarşəılanıb.
Abşeron rayon Qobu İncəsənət Məkətəbinin kollektivi Güzdək Qəsəbəsi Tam orta Məktəbində bayram konserti ilə çıxış edib. Məktəbin rəqs kollektivinin ifasında maraqlı rəqs nömrələri izlənib, şagirdlərin ifasında bayram ovqatlı mahnar dinlənilib.
Xızı Rayon Uşaq Musiqi Məktəbində də şagird və müəllim kollektivinin ifasında maraqlı konsert proqramı keçorilib.
Şuşa şəhər Bülbülcan adına uşaq musiqi məktəbində də bayram konserti keçirilib. Konsertdə yeni ilə həsr olunmuş mahnılar səslənib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti