Yazıçı Akif Abbasovun “Taxta qaşıq” hekayələr kitabı işıq üzü görüb

“Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun“Taxta qaşıq” hekayələr kitabını nəşr etmişdir.
Kitabın redaktorları şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Əhməd və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Kitaba yazıçının son illərdə qələmə aldığı hekayələr daxil edilmişdir. Həyatdan alınmış hekayələrdə sadəlövh insanların qarşılaşdıqları qəribə hallar təsvir olunur, fırıldaqçılar, yaltaqlar, tamahkarlar tənqid edilir.

Qeyd edək ki, müəllifin “İsmayılın bacısı oğlu”, “Tatanxanım”, “Brejnevin çənəsi”, “Quzu əti”, “Siqaret”, “Kənd toyuğu, kənd yumurtası”, “İynə nə oldu?”, “Aranjiman”, “Möhtərəm hakim, bilsəydim…”, “Sən demə, heç adam deyilmiş”, “Taxta qaşıq”, “Sizin əlinizdən….”, “Yapışqan”, “Bozbaşla peçenye” hekayələri maraqla oxunur.

Kitab yeniyetmə və gənclər, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Mənbə: http://kultur.az/