vs

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezdientinin Təqaüd Fondunun təqaüdçüsü, “Nəsimi” mükafatı laureatı, şair-dramatuq Vaqif Səmədoğlunun “Sandıq şeirləri” kitabı “aybkitab” layihəsi çərçivəsində işıq üzü görüb. Kitabın ön sözünün müəllifi AYB Gənclər Şurasının sədr müavini, İLESAM (İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) Azərbaycan təmsilçisi şair-publisist Xəyal Rzadır.Nəfis tərtibatla işıq üzü görən kitabda müəllifin yaradıcılığından seçilmiş bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri yer alıb.Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rzadır.
Qeyd edək ki, iyun ayının 8-də Beynəlxalq Muğam Mərkəzində düzənlənən tədbirdə Xalq şairi Vaqif Səmədoğlunun “Sandıq şeirləri” adlı yeni şeirlər kitabı media təmsilçilərinin və ictimaiyyət nümayəndələrinə nümayiş olunmuşdu.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti