“Kitab Klubu” nəşriyyatı tərəfindən Amerika Birləşmiş Ştatlarında tanınmış mühazirəçi, psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansen “Canlı əhvalatlar” (Seçmə hekayələr) kitabı 336 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Kitabda yer alan hekayələri İngilis dilindən Azərbaycan türkcəsinə A.Kazımova, M.Qarayev, M.Qaraxanlı, V.Əhmədova, S.İsrafilova, G.Allazova və J.İsmayılova uyğunlaşdırıblar.

Adıçəkilən kitab bütün dünyada 500 milyondan çox tirajla satılan əsərlər siyahısına daxildir.

Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Cana məlhəm hekayələr” toplusu Azərbaycan dilində çap olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.