Tanınmış yazıçı-publisist Mehriban Vəzirin “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanı işıq üzü görüb

“Pergament” Yayın Evi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-publisist Mehriban Vəzirin Qarabağ hakimi İbrahim Xəlil Xan Sarıcalı-Cavanşirin qızı, İran şahı Fətəli şah Qacarın zövcəsinə həsr olunmuş “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanı 218 səhifə həcmində, 200 tirajla işıq üzü görüb.

Əsər Azərbaycanın tarixi-milli faciəsindən, Qafqazın, Azərbaycan – Türk xanlıqlarının, eləcə də Qarabağın dövlət müstəqil-liyini itirməsindən, rus işğalına düşməsindən bəhs edir.

Qeyd edək ki, bundan öncə 2017-ci ildə “Kitab Klubu” Nəşriyyatı tərəfindən yazıçı-publisist Mehriban Vəzirin xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biri, Qarabağlı İbrahim xanın qızı Gövhər ağaya həsr olunmuş “Gövhər ağa Cavanşir” tarixi romanı nəşr olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.