Yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabı işıq üzü görüb

“Çapar Yayınları” tərəfindən “Çapar” dərgisinin baş redaktoru, “Mühacirlərin dönüşü” və “Bir ildən yüz ilə” (fotolar və sənədlər) kitablarının müəllifi Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabı 220 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.

Kitabda müəllifin müxtəlif internet portallarında, qəzet və jurnallarda yazdığı yazılar, məşhur şəxslərdən aldığı müsahibələr dərc edilib.

Qeyd edək ki, bundan öncə Hədəf STEM Liseyində və Əli Kərim adına Sumqayıt Poeziya Evində istedadlı yazar Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabının təqdimat mərasimi keçirilmişdi.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.