aybkitab

İLESAM (İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) Genel Başkanı Sayın Mehmet Nuri Parmaksızın “Həsrət, Eşq və Sükut” adlı yeni şeirlər kitabı respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Yazıçılar Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində işıq üzü görüb. Türkiyə türkcəsində işıq üzü görən kitab müəllifin son illər qələmə aldığı şeirlər toplusudur.Könül duyğularının ifadəsidir.Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rzadır.
Qeyd edək ki, iyul ayının 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda İLESAM Genel Başkanı Sayın Mehmet Nuri Parmaksızın “Həsrət, Eşq və Sükut” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilmişdi.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti