Gənc yazar Məhəmməd Turanın “Güzgü qırıqları” (“Zerkalnıe oskolki”) şeirlər kitabı işıq üzü görüb

Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi Azərbaycan Respublikası Mədəniyyət və Tuzirm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi3”ün müdavimi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar Məhəmməd Turanın “Güzgü qırıqları” (“Zerkalnıe oskolki”) şeirlər kitabı “Elm və Təhsil” Nəşriyyatı tərəfindən işıq üzü görüb. Kitabın redaktoru Taleh Mansur, ön sözün müəllifi isə Aləmzər Əlizadədir. Kitaba müəllif haqqında şair Məmməd İsmayılın və şair-publisist Nuranə Nurun yazıları da əlavə olunub. Kitabda yer alan şeirlər iki dildə-Azrbaycan və rus dillərində oxuculara təqdim olunur.
Qeyd edək ki, bundan öncə müəllifin 2016-cı ildə “Xan” Nəşriyyatı tərəfindən “Şeir sevgilim” adlı ilk şeirlər kitabı işıq üzü görmüşdü. Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” media mükafatı laureatı, şair Məzahir Hüseynzadə, ön sözün müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birklərinin üzvü, Prezident təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva idi.
Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucuların rəğbətini qazanacağına ümid edirik.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.