Gənc yazar Tural Adışirinin “Barmaqda üzük yeri” adlı ilk şeirlər kitabı işıq üzü görüb

Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, AYB və DGTYB üzvü Tural Adışirinin “XXI əsrin əvvələrində Şəki ədəbi mühiti” seriyasından “Barmaqda üzük yeri” adlı ilk şeirlər kitabı “Elm və Təhsil” Nəşriyyatı tərəfindən işıq üzü görüb. Kitabın redaktoru filologiya elmləri doktoru Baba Babayev, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovdur.
Qeyd edək ki, gənc yazar Tural Adışirinin “Barmaqda üzük yeri” kitabının Lənkəran Dövlət Universitetində təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.