Ustad Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri” işıq üzü görüb

null

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Heydərbabaya salam” poemasının müəllifi, Ustad şair Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri” 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 440 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı anadilli şeirləri və farsdilli qəzəlləri daxil edilmişdir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Ədəbiyyatsevərlərin və poeziya həvəskarlarının rəğbətini qazanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə o taylı, bu taylı Azərbaycan şairi Ustad Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri” 2005-ci ildə “Avrasiya Press” nəşriyyatı tərəfindən “Seçilmiş əsərləri” 480 səhifə həcmində, kütləvi tirajla-25000 nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdi.Ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Əməkdar elm xadimi, ədəbiyyatşünas Bəkir Nəbiyev olub.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü