verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsini davamlığını təmin edir. “Vətənimizə virtual səyahət” layihəsi ilə karantin rejimində olan Azərbaycanın gözəl guşələri silsilə videoçarxlar vasitəsi ilə tanıdılır.

Növbəti videoçarx respublika əhəmiyyətli şəhər olan Sumqayıt haqqındadır. Videoçarxda Sumqayıt şəhərinin tərkibində olan Corat və Hacı Zeynalabdin qəsəbələri əks olunmuş, şəhərlə bağlı ilk yazılı məlumat izləyicilərə çatdırılmış, şəhərin tarixi və aparılan tədqiqatlar haqqında ümümi məlumatlar verilmişdir.

Videoçarxda Sumqayıt şəhərinin ilk qurucuları arasında – Məzahir Abdullayev, Dadaş Dadaşov, Aslan Osmanov, Gülbahar Vəliyeva, Zəminə Həsənova, “Şöhrət” ordeni ilə təltif olunmuş Mustafa Salahov, Minarə Tahirova, Ofelya Babayeva, Əşrəf Şəfiyev, Cəfər Quliyev kimi ziyalılar haqqında qısa məlumatlar fotolarla əks olunmuşdur.

Videoçarxı izləyənlər şəhərdə yerləşən istehsalat və sənaye müəssisələri ilə bağlı maraqlı məlumatlar əldə edə bilərlər. Həmin müəssisələrə 1941-ci ildə istismara verilmiş “Sumqayıt İstilik Elektrik Müəssisəsi-1”, Azərbaycan Boruyayma Zavodu (1947), 2009-cu ildə salınmış Sumqayıt Texnologiyalar Parkı (STP) və tərkibində ən böyük müəssisələrdən biri olan Elektrik Avadanlıqlar Zavodu (EAZ), Mexaniki Emal zavodu, Qaynaq Quraşdırma Zavodu, STP-nin Alüminium və Mis Profilləri Zavodu (2014), “Alyans Tekstil” MMC şirkəti, metaltökmə və emal sahələri üzrə fəaliyyət göstərən “Aztexnolayn” MMC-nin Texniki Avadanlıqları Zavodu, “Bismak” zavodu (2004) və s. daxildir.

Videoçarxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması da qeyd edilmişdir.

Nəsimi adına Mədəniyyət və İstirahət Parkı, Şəhidlər Xiyabanı, Lüdviqshafın parkı, Bələdiyyə parkı, Heydər Parkı, Sumqayıt Bulvarı fotolarda əks olunmuşdur.

Videoçarxda Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edən görkəmli şəxsiyyətlərin abidələri və heykəllərinin fotoları verilmişdir, Corat qəsəbəsində yerləşən tarixi abidələrə aid fotolar isə videoçarxa xüsusi bir rəng qatmışdır.

Videoçarx Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar maraqlı tədbirlərin fotoları ilə davam edir.

Videoçarxda xalq artisti, opera müğənnisi Lütfiyar İmanovun “Sumqayıt” mahnısı səsləndirilmişdir.

Sumqayıt videoçarxını aşağıdakı linkdə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=zsAagGZiqBc

Qeyd edək ki,  “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da yerləşdirilib.

Videoçarxlar silsilə şəklində davam edir.