This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

***

Mənə nankor dedi bir saxta gözəl,
Susdum, insanlığa imanım itdi.
Qəfil tufan qopdu, yer-göy oynadı,
Gəmim lövbər saldı, limanım itdi…

…Titrək gözlərimə kim atdı onu?
Hər dəli baxışı baxışmı sanım?!
Deyən, mənimki də belə gətirib…
Qəmi həyatıma naxışmı sanım?!

Şükür, gözüm kimi nəfsim də toxdur,
Hər nazlı gülüşə azmıram ey, mən.
Məhəbbət qupquru düşüncə imiş…
Ta sevgi kitabı yazmıram ey, mən…

Tez-tez ütü çəkdim günaha, nəm-nəm,
Vida yaylığına qat saldın, heyif.
Mən ağ kağız kimi qorudum səni,
Özün bu ağlığa çat saldın, heyif.

Kimsə günah səpib könül bağıma
Damım neçə ildi damır da, bitmir.
Sevgi çör-çöp deyil, əsəbi qadın,
Hər elçi daşında mamır da bitmir.

Ölüm xoş ətirli yaz çiçəyimi?
Əzrayıl gələndə şad olur adam.
Məni bir daş kimi uzağa atma,
Uzağa düşəndə yad olur adam.