İranda fars dili və poeziya günü ilə əlaqədar Azərbaycan, Türkiyə və Rusiyanın mədəniyyət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbir keçirmək planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin nümayəndəsi Qasım Nazimi məlumat verib. O bildirib ki, fars dili və poeziya günü-sentyabrın 18-də İranın Azərbaycan əsilli böyük şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatı gününə təsadüf edir. Dahi şair Təbriz şəhərində dəfn edilib. Bununla əlaqədar olaraq Təbrizdə möhtəşəm tədbirlər keçiriləcək.

Qasım Nazimi nəzərə çatdırıb ki, cari ildə bu əlamətdar gün ilə əlaqədar beynəlxalq xarakter daşıyan tədbirlər yalnız Təbriz şəhərində deyil, Tehran daxil olmaqla, İranın müxtəlif şəhərlərində də keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: https://azertag.az/