This image has an empty alt attribute; its file name is rafiqoday-300x300.jpg

Başların dəlilik havası bitməz,
Daşların kəntöyü, yavası bitməz,
Boş başla bərk daşın davası bitməz,
Daş başı daşlayar, baş daşı daşlar.

Dan üzü ağlasan, qürub ağlasan,
Yalandan min dəstgah qurub ağlasan,
Məzarın başında durub ağlasan,
Qayıdıb adamı başdaşı daşlar.

Ataya, anaya toy tutan adam,
Özünü məzluma tay tutan adam,
Saxta vay-şivəndən bir utan, adam,
Çiynində ağıllı baş daşı, daşlar…

Sənə də pay düşər əcəl adında,
Sənə də köç gələr əcəl atında…
Bax, onda bilərsən xəcalətindən
Gör necə əriyir başdaşı daşlar.

20.02.2022.