Şair, yazıçı, jurnalist Kərim Kərimlinin “Onun adı Şuşadır!” kitabı işıq üzü görüb.

Ölkəmizdə və xaricdə daha çox şair kimi tanınsa da, bu kitabda qələmə aldığı və təqdim edəcəyi “100 həyat hekayəsi” silsiləsindən 12 hekayə yer alıb.

Doğrudur, onu 13 kitabdan 10-u nəsr olan yazıçı kimi də tanıyırsınız, lakin bu kitab digərlərindən fərqli olaraq hekayə janrında ilk kitabıdır.

Hekayələr müxtəlif mövzulardadır, daha dərinə enmək istəsəniz, üz qabığı sizə bələdçi olacaqdır…

“İstiqlal” Nəşriyyatında çap olunan bu kitab “Şuşa ili”nə bir töhfədir və yaxın günlərdə satışa çıxacaq.