Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

   Bir qadın düşünün…  Həyatın boşluqlarını nərdivan edib, hər boşluqdan bir nəticə çıxardıb, geriyə baxaraq irəliləmək eşqiylə yaşayan qadın. Hər kiçik incikliyi özünə dərd edən, hər kiçik anlardan xoşbəxt olmağı bacaran bir qadın. Keşməkeşli ömür yolu, intizarla həsrət duyğularını vəhdət şəklində yaşayan qadın. Ürəyindəki hissləri yalnız sevdiyi insanla bölüşən, qəlbini küsdürən eşq acısından yalnız sevdiyinə danışan bir qadın. Və bir də bu qadın yazardısa… Bəli, bu Sona İNTİZARDIR…

   Hansı ki, təxəllüsünü də öz çəkdiyi intizardan bəhrələnərək götürüb. Sevgi dolu bir qadından “Kitab dolu bir qadın”a  çevrilmiş bir Sona İNTİZAR. Qələmə sarılıb keçmişin yaşantılarını bəzən yeni səhifələrə köçürmək istəyər, bəzən isə o dəftərimi, ya o kitabımı bağlayıb, yeni sətirdən, yeni abzasdan başlamaq istəyər: Budur, artıq qarışınızda mənəm, Sona İNTİZAR,-deyə. Gözlərindəki qəmi eşq şərabının verdiyi o başgicəlləndirən haldan almış, parıltısını sevgidən qazanmış qadın…
   Bəzən sevgidən yazan, bəzən isə sevginin özünə çevrilənbir Qadın…  Uğrunda can verməyə hazır olduğu bu Vətənə bağlı insanvə həm də valideynlərinə sarılan biri. VƏTƏN, ANA, ATA. Bu üçlüyü heç ayrı tutmaz, qəlbində olan sevgini üçə bölən insan. Torpağa bağlılığı, son damla kimi keçməyə hazır olduğu canı yalnız bu üçlüyə borcludur. Çünki o ATA, o ANA aşılayıb Ana VƏTƏN eşqini. Amma bu eşq daha önə keçərək İlahi bir eşqə çevrilib həm də. ALLAHına əl açıb hər halına şükür etməyi də, o valideynlər öyrədib ona. Hər zaman onun nazını çəkən valideynlərinin, indi özü nazı ilə oyanır. Bu bir övladlıq borcudur. Necə ki, biz bu VƏTƏNƏ də bir övladıq… Hər daşına, hər qayasına sarılıb ucalır insan. Oysa ki, VƏTƏNSİZ olmaz! Gərək ki, ona da layiq olasan. Bir də bir sevgi də var. O hissin adını sözlərlə ifadə etməkdə aciz qalır qələm…

   Bu duyğu insanı bəzən özündən belə küsdürə bilmək gücünə malikdir. Bəzən isə bu duyğu inasana güc verər, həyata ikiəlli bağlanmağa vadar edər. Elə isə sadəcə “Sevin-sevilin!” demək qalar mənə. Sevin, böyük və təkrarasız sevgiylə sevin. Sevildiyinizi qəbul edin. Özünüzə dəyər verin. Ən əsası, heç vaxt sevgisiz qalmayın. Bu ağacı içindən yeyən  qurd misalı kimidir.

   Həyat möcüzələrlə doludur… Və unutmayın ki, insan övladı hər zaman hər şeyə yenidən başlaya bilər…

  Heç nə üçün heç vaxt gec deyil…

15.12.2022.