Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru Afaq Məsudun “Sərçələr” adlı yeni hekayələr kitabı Təbrizdə işıq üzü görüb.

Kitabı Azərbaycan türkcəsindən fars dilinə tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

Kitab müəllifin oxucuları ilə növbəti görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İctimaiyyət nümayəndələri, ədəbi came, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.