buta

“Ziyalı Ocağı” İctimai Birliyinin maliyyə dəstəi ilə həyata keçirilən layihə çərçivəsində Türk Dünyasının Şairlərinin ədəbi-bədii yaradıcılıq nümunələrini, poeziya örnəklərini, könül duyğularını özündə cəmləşdirən “Buta” almanaxı nəfis tərtibatla işıq üzü görüb. “Ziyalı Ocağı” İctimai Birliyinin Mətbuat xidmətindən Gundelik.info-ya verilən məlumata görə, almanaxda respublikanın müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan müxtəlif yaş qruplarına-yeni nəsil Azərbaycan gəncliyinin, orta və yaşlı nəslin nümayəndələrinin, o cümlədən Türk dünyasının ən ünlü yazarlarının da yaradıcılıq nümunələri yer alıb.Layihənin rəhbəri və müəllifi “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanı, Sumqayıt Dövlət Universitetinin mətbu orqanı “Sumqayıt Universiteti”nin Baş redaktoru araşdırmaçı-yazar İlahə Bayandurdur.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti