Dövlət Turizm Agentliyinin Kollegiyasının sədri Fuad Nağıyev tərəfindən “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təsdiqlənmiş meyarlarda ümumi müddəalar, mehmanxanaların ulduz təsnifatı, ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları, ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası detallı şəkildə əksini tapıb.

Mənbə: https://azertag.az/