Adamın gözü-
İçində özü;
Həm avandı var,
Həm astar üzü,

Tufam puç etdi,
Qırıb heç etdi,
Vicdan köç etdi-
Çünkü Dünyayla
Tutmadı sözü!

Ocağın közü,
Qoçağın izi,
Bu zamanədən
Mindən-birinin
Qalacaq izi,

Əllərdə əsa,
Ömürlər qısa,
A gidi Dünya,
Yerin dardısa
Nədən çağırdın
Vahid ƏZİZi?

27,05,2026.