Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru.

Günbəgün artmaqdadı…
Harda aşdı, orda başlar,
Böyük başlar, xırda başlar,
Tor qurdular qurda başlar,
Tülküyə calaq oldular.

Davuldular, təbildilər,
Hara gəldi təpildilər.
Toxum kimi səpildilər,
Cücərib alaq oldular.

Axsaq vəzir, çaş şahdılar,
Gah çomaq, gah daş soxdular,
Hər qazana baş soxdular,
Yallanıb, yalaq oldular.

Elə bil ki, tırtıldılar, –
Bunlar haçan sırtıldılar?!
Ona-buna çırpıldılar,
Şiv ikən şallaq oldular.

Yeyib-yeyib pırsıdılar,
“Oxay” deyib pırsıdılar.
Ayıb-ayıb pırsıdılar,-
Gödənə talaq oldular.