217829_516458328381268_61900860_n

Danışır sazın

Aşıq Kəmalə Qubatlıya.
Qubatlıda bitən bu zərif gülün,
Adını tarixə yazın Kəmalə.
Alının yazısı haqqdan yazıdı,
Saza yazılıbdı yazın, Kəmalə

Yuvasın qurubdu könlündə sözlər,
Dərdin saza açır hamıdan gizlər,
Dupduru dənizdi eşqili gözlər,
Adamı öldürür nazın ,Kəmalə.

Saz sənin , sən sözün oldun həyanı,
Qorudun isməti abır-həyanı,
Nağıllara bənzər könül dünyanı
Dil açıb danışır sazın ,Kəmalə.

Kalustoklular
Ziyalı olmayıb özün ziyalı sayanlara
Özü özündən bezir
Pencək yazığı üzür
İstidə necə dözür
Yay bu kalustoklular
Vay bu kalustoklular

Sinəyə salır izi,
Dalğası tutur dizi,
Tamam bezdirib bizi,
Tay bu kalustoklular.
Vay bu kalustoklular.

Düzgünə dodaq büzdü,
Guya özləri düzdü,
Əllidi yoxsa yüzdü,
Say bu kalustoklular.
Vay bu kalustoklular.

Üz var üzə çıxırlar,
Elmimizi yıxırlar,
Ziyalını sıxırlar,
Oy bu kalustoklular.
Vay bu kalustoklular.

Arxasızlara cumar,
Arxalıya göz yumar,
Yetim – yesirdən umar
Pay bu kalustoklular.
Vay bu kalustoklular.