Author: Delphi7

  • Fidan ABBASOVA.”Mən unuda bilsəm sevməzdim səni…”

    10410440_809664482444283_5820051494748933488_n

    Yuxusuz gecəmsən , bəxtsiz yazımsan
    sinəmdə çalınan telli sazımsan
    ömrümə pay düşən sərt ayazımsan
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Çevirdin ömrümü zəngli saata
    gəmim var dənizdə qayaya çata
    bir gün vəfasız tək mənidə sata
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Gördüyüm yalanmış yanıldım inan
    yolumuz görünməz qatı bir duman
    öyrədir bizlərə yoxluğu zaman
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Bacarsan geri ver o etibarı
    gedə bilərsənsə qayıtma barı
    sən sevə bilməzsən əbədi yarı
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Fidan dəniz qədər çosdu ürəyin
    sənə lazım deyil ölüm mələyin
    o qədər çin olan arzun diləyin
    var olar bir zaman bilirsən məni
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

  • Gənc xanım yazar Cahan Gülsünün şeirləri “Ulduz” jurnalında işıq üzü görüb

    cahangulsun

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, gənc xanım yazar Cahan Gülsünün şeirləri Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalının İyun sayında işıq üzü görüb.
    Qeyd edək ki, bundan öncə şeirləri “Yeni nəfəs”, “Bakı Universiteti” qəzetlərində, “ Ulduz” jurnalı, “Amal” incəsənət və ədəbiyyat dərgisində, həmçinin kult.az, avromedia.az və digət saytlarda çap olunmuşdu


    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar Şəfa Eyvazın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

    1423756700_sefa-xanim

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Şəfa Eyvazın şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    Qeyd edək ki, bundan öncə şeirləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində “Nurlan” nəşriyyatı tərəfindən işıq üzü görən “Bölgələrdən səslər” kitabının ikinci hissəsində dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılmışdı.


    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

    sefa1-450x300

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    Qeyd edək ki, bundan öncə şeirləri və hekayəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində “Nurlan” nəşriyyatı tərəfindən işıq üzü görən “Bölgələrdən səslər” kitabının ikinci hissəsində dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılmışdı.


    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şafa KAMİLLİ.”Ruhsuz kabus”

    sk

    Arzum yox ,isdəyim yox ,
    Diləyim yox ,ey dünya ,
    Nə isdini hiss etdiəm ,
    Nə soyuğunu ,
    Yaşamaq budusa yaşiyam, mən ..
    İnamsiz ,hissisz ,duyğusuz.
    Kədərsiz ,qəmsiz ,
    Özüm də özümə,
    Yadam ,özgəyəm ,
    Doğmalar icinde ,
    Kimsesiz ,bir yad ,
    Özüm ,özüm də tanimira , hec ,
    Tanişlar icdə yad ,kimsəsiz..
    Qəlbimi ,hissimi ,ağilarimi ..
    İtiridim ,özümü ,
    Tapmaram ,daha ,
    Yaşamaq , budusa
    Yaşiyram ,men .
    Ölmək belə isdəmirəm,mən ..
    Özmü itirdim ,
    Cətin ki ,tapam ,
    Kabuslar icində ,
    Dəhşət ,icində ,
    Ruhsuz ,bir kabusam ,
    Dünya ,icində …

    30.06.2015

  • Aytən QULİYEVA.”Səndən xəbərsiz”

    11650883_963572620361161_53634984_n

    Bir təsəlli ol, könlümü ovut sən,
    Mən səni sevirəm, səndən xəbərsiz.
    Bulaq olub ciyərimi soyut sən,
    Mən səni sevirəm, səndən xəbərsiz.

    Gəl dərdimin çarəsi ol sevdiyim,
    Xoş günümün nəfəsi ol sevdiyim,
    Gözlərimin giləsi ol sevdiyim,
    Mən səni sevirəm, səndən xəbərsiz.

    Dəniz olub dalğalanım eşqindən,
    Mələk olub qanadlanım eşqimdən,
    Sənin olub duyğulanım eşqindən,
    Mən səni sevirəm, səndən xəbərsiz.

    Götür məni sən getdiyin yerlərə,
    Dönərəm mən sən sevdiyin güllərə,
    Dolanaram çox sevdiyim gözlərə,
    Mən səni sevirəm, səndən xəbərsiz.

    Bu sevdanı gizlin çəkib yoruldum,
    Xəyallarda əllərinə toxundum,
    Röyalarda qəhərimdən boğuldum,
    Mən səni sevirəm, səndən xəbərsiz.

    Qovuşmamız mümkünsüzdür bilirəm,
    Öz içimdə yanıb, yanıb sönürəm,
    Ürəyimlə bacarmıram, ölürəm,
    Mən səni sevirəm, səndən xəbərsiz.
    Mən səni sevirəm, səndən xəbərsiz.

  • Şəfa VƏLİYEVA.”Qapını döyməyə gəldim…”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Seçib ömürdən payızı
    Qapını döyməyə gəldim…
    Uzaq illərdəki qızı
    Ömrünə bükməyə gəldim…

    Yaddaşında seçildikcə
    Qara qızın xatirəsi…
    Əkildi də, biçildi də
    Taleyin “ağ gün” zəmisi…

    Dözmədik sarı nazına
    Payızı küsdürdük…getdi…
    Bir gün deyərsən qızına-
    “Bir qız məni yaman sevdi!”

    2014

  • Tural SAHAB.”Yalquzaq” (Hekayə)

    1545553_10203040697648544_1046483349_n

    Ümidsiz addımlarla gecədən günəşə doğru addımlayır, çox da uzaqdan gəlməyən qurd səslərindən qorxsa da yoluna davam edirdi. Hardan gəlir, hara gedirdi? Heç bir fikri yoxdu. Sadəcə addımlayır, ayaqları ilə beynini çürüdən düşüncələrə üsyan edirdi. Yağan ilk qar hələ yerə tam hopmadığından hərdən ayaqlarının altında xışıldayıb, ona ölüm anında olan bir bəstəkarın son bəstəsini xatırladırdı. Və ağaclar- gecənin ayazında qurdlar kimi ağzını göy üzünə tutub, ancaq canavarlardan fərqli olaraq səssizcə ulayan ağaclar. Bəzən bir xəyal kimi düşüncələr yaddaşını ziyarət edib, sürətlə uzaqlaşırdı. İnsan bir yerdə durmağa məhkum deyil, ancaq ağaclar ömür boyu- bəlkə yüz illərcə bir yerdə dayanır. Görəsən darıxırmı, onlar da uzaqlara- daha gözəl yerlərə getmək istəyirmi?! Qış olsa da, göyün üzü açıqdı. Ulduzlar və ay yoluna işıq saçır. Qara və soyuğa bələnmiş yarpaqlar ayaqlarına dolaşdıqca, hərdən rastına çıxan qar üzərinə enən ulduzlar gözlərini qamaşdırdıqca daha bərk gedir, daha tez uzaqlaşmaq istəyirdi.

    Yaxınlarda səsini duyduğu canavarları arabir kölgə şəklində görür, ürəyindəki dəhşət dolu qorxuya əngəl olmaqda çətinlik çəkirdi. İndi o canavarlardan biri ona yaxınlaşsa, nə edə bilərdi ki? – heç nə. Sakitcə ona yaxınlaşar, yəqin elə ilk həmlədə boğazından yapışıb, şah damarını qoparardı. Bəs, görəsən çox acı duyardımı, həyat damarın bir yırtıcının dişlərindəikən insan nə hiss edər?! Bir an o hissi duymaq üçün canavara yem olmaq istədi, ancaq ürəyində olan ümid qırıntıları tezliklə onu fikrindən daşındırdı. İçində bir nifrət oyandı, bu an yırtıcı ilə qarşılaşsa düşünmədən onun boğazını dişləri ilə parçalayardı. Elə bu an yenə özündən qorxdu. Daha tanıya bilmirdi özünü. Bəzən bir balaca dovşanı incitsə günlərcə yata bilməz, özünə nifrət edərdi, bəzən də bir canavarı ağır işgəncələrlə öldürərdi, düşüncələrində. Bəlkə də haqsızlıqlara, əclaflıqlara olan üsyanı idi bu qaçış. İnsanlardan, yalanlardan qaçırdı, ancaq hara, hara qədər qaça biləcəkdi. Özü də bir insandı. Insan özündən duyqu və düşüncələrindən qaça bilərmi? Getdiyi hər yerə düşüncələrində insanları da aparacaqdı- o bezdiyi, nifrət etdiyi insanları. Əslində bayaq halına acıdığı ağaclardan elə də fərqlənmirdi. Bədəni dövr etsə də, ruhu aid olduğu yerdən bir addım uzaqlaşmağa qadir deyildi. İndi canavarları qısqandı. Bəzən onları pis insanlara oxşadıb nifrət etsə də, elə olmadığını yaxşı bilirdi. Necə azaddı bu canlılar. Azad və cəsur. Onların qorxduğunu heç eşitməmişdi. Azadlıqları üçün savaşmağı necə sevirlər. Onlarca itin arasına təkcə daxil olur, çox zaman da sağ çıxırdı bu canlılar. Özgə zamanları gecələr it səsləri obanı başına götürür, ancaq canavar ova gəldiyi gecə heç bir it səsi duya bilməzsiniz. Canavarlar obaya daxil olar, istədikləri qədər qoyun quzunu öldürüb gedərlər. İtlərsə qorxularından gizləndikləri deşikdən çıxa bilməz, titrəyə- titrəyə sabahın açılmasını gözləyər. Elə bu an yaxınlıqadkı qayalardan canavar səsi gəldi. Gecəni və ayazı boğaraq göyə yüksəlirdi ulamaq səsi və onun çıxardığı buğ. O an bəlkə də hər şeydən çox istədi bir canavar olmağı. Onlar kimi azad, qorxusuz bir şəkildə dolaşmağı, ulamağı. Sabaha qədər ulayardı indi, canavar olsaydı. Ürəyindəki bütün acıları, nifrəti, kini bu qaranlıqda göy üzünə doğru yola salardı. Di gəl ki, insandı- düşünən, qorxan və hissləri olan bir insan. Bu insandan xilas ola bilməzdi, nə qədər möhkəm getsə də, nə qədər uzağa yol alsa da xeyri yoxdu. Qurtuluş görsənmir bu insandan. Gecələr hava nədən bu qədər təmiz olur, nə üçün insan ruhu bu qədər dincəlir? Yəqin ki, cavab insanlar olmadığı üçündür. Bax bu meşə insanlardan çox uzaqda yerləşir, ancaq necə də təmizdir. İnsan yoxdu deyə bir dənə zibil yoxdu. Vəhşi, yırtıcı dediyimiz heyvanlar necə təmiz saxlayırlar evlərini….

    Deyəsən səhərə yaxındı. Bunu ayazın artmağından anladı. Sabaha yaxın soyuq və qaranlıq şiddətini artırır, son həmlələrini edirdi. Onun üçün deyirdlər gecənin ən qaranlıq anı sabaha yaxın olan vaxtıdır. Günəşin doğmağını heç istəmirdi. İşıq ona görməkdən qorxduğu şeyləri də göstərəcək, yenə ruhundakı o boşluğa yuvarlanacaqdı…

    Uzun illər dövləti üçün çalışmış, ən gizli və təhllükəli görəvləri başarı ilə yerinə yetirmişdi. Bu dəfəki yolculuğu da balaca bir kənddə məmur özbaşınalığını araşdırmaqdı. Kənddən olan çoxsaylı şikayətlərdən sonra dövlət onu, ora göndərirdi. Bütün bu qorxuları orada görəcəkləri idi. Nə qəribədir ki, insanlara xidmət üçün göndərilən məmurlardan bəziləri qısa zamanda özünü Tanrı hesab edir, heç kimlə hesablaşmır, daima o vəzifədə qalacaqlarını düşünürlər. Bu dəfə ki, “ tanrı” da kəndin kəndxudası İvan adlı bir məmurdu. Artıq kəndə yaxınlaşırdı. Dağların qoynunda olan bu kənd elə də yekə deyildi. Sanki dağların sinəsini yarıb, ora balaca- balaca evlər tikmişdilər. Hər evin yanında çoxlu ağaclar olduğundan ilk başda adama elə gəlirdi ki, bu kənd meşənin içində yerləşir, ancaq elə deyilldi. O görünən ağacların hər biri bar verən meyvə ağacları idi. Kəndin girəcəyində onu qarşılayan itlər oldu. Bir neçə it hürərək ona tərəf gəlirdi, ancaq gecə meşənin içində gəzən biri üçün bu çox da qorxulu bir mənzərə deyildi. İtlər canavarlar qədər cəsarətli ola bilməzdilər hər halda… Əhvalını pozamadan və addımlarını ləngitmədən kəndə daxil oldu. İtlər qaça- qaça ona tərəf gəlsələr də yaxınlaşmağa cəsarət etmədilər. Elə gəldikləri kimi də hürə– hürə oradan uzaqlaşdılar. İnsanlar təzə- təzə yuxudan oyanırdı. Sabahın bu vaxtında heç kimi narahat etmək istəmirdi, onun üçün də kəndi dolaşmaq qərarına gəldi. Kəndə daxil olarkən körpünün uçduğunu görmüşdü. Bayaqdan elə onu düşünürdü ki, camaat qışın bu vaxtında nə edir körpüsüz?! Gördüklərindən anlayırdı ki, kəndi mərkəzlə bağlayan əsas yolun üzərində yerləşir körpü. Insanlar hansısa iş üçün mərkəzə getmək istəsə maşından istifadə edə bilməyəcəkdi. Məsələn kiminsə xəstəsi olsa çiynində uça- uça bu dərədən keçirməli idi. Vəziyyəti gözünün qabağına gətirdikcə tükləri biz- biz olur, əsəbindən dodalarını çeynəyirdi. Haçandan uçmuşdu bu körpü, niyə indiyənəcən xəbər edilməmişdi. Axı dövləətin xəbəri olsaydı çoxdan təmir edilmişdi. Kəndi gəzərkən diqqətini çəkən başqa bir məqam isə evlərdən heç işığın gəlməməsi idi. Ilk öncə insanların hələ yatdığnı düşündü, ancaq kənd camaatı bu vaxta qədər yata bilməzdi. Tezdən oyanan zəhmətkeş kəndli özü çörək yemədən öncə heyvanlarının altını təmizləyir, ot- alafını verirdi. Burada insanların əsas gəlir mənbəyi heyvanları və yazda əkdikləri əkinləridi. Kəndi bir az daha gəzmək üçün addımlarını möhkəmləndirdi. Buradakı evlər çox böyük olmasa da səliqəli evlərdi. Bəlli ki, insanlar əllərinə döyə- döyə, alın tərləri hesablarına özlərinə yuva qurmuşdular. Bir qədər getdikdən sonra kənddəki evlərdən bir az aralıda böyük bir ev gördü. Hündür hasarlı, göz qamaşdıran böyük bir ev. Evin ətrafında isə üç- dörd it o tərəf bu tərəfə gəzir, evi ola biləcək təhlükələrdən qoruyurdu. Bir digər evlərə, bir də bu evə baxanda evin sahibinin kimliyi aydın olurdu. Kənddə bu şəkildə dolaşmaq insanları şübhələndirə bilərdi. Onun üçün gəzintini dayandırıb, bir evin qapısını döyməli- qonaq olmalıydı. Kənd insanı səhər tezdən, gecə qaranlıqda gələn qonağa da pis baxmırdı. Böyük ürəyi ilə qonağını qarşılayıb, evində olan ən dəyərli şeylərini ikram edirdi. Qonaq olmaq üçün kəndin ən kasıb, sadə evlərindən birinin qapısını döydü. Bir az sonra gülərüz, nurani bir qoca qapını açıb, onu içəri dəvət etdi. Içəri daxil olanda evin ortasında yanan soba ona çölün soyuğ olduğunu xatırlatı- soyuğu indi hiss etdi. Evin içinə xalça sərilmişdi. Xalçanın üzərində isə əyləşmək üçün rəngli- rəngli yastıqlar. Sobanın yanına əyləşdi. İki otaqlı bu balaca ev indi onu qarşılayan Murad baba və xanımı Liza nənəyə aiddi. Yaşı altmışı keçmiş bu insanlar onu böyük mehribanlıqla qarşıladılar. O, danışmadan heç bir sual verilməyəcəkdi. Onlara nəsə deməli olduğuna borclu hiss etdi bir an və “ şəhərdən gəzmək üçün gəldiyini, bir neçə gün bu kənddə qalmaq istədiyini” söylədi. Murad baba bu müddəti onlarda qala biləcəyini sevinclə bildirdi. Heç kimi olmayan bu qocalar onlara qonaq gəldiyinə, bir neçə gün də olsa yalnızlıqalarını unudacaqlarına çox sevinirdilər. Liza nənə öncə qonağa isti bir çay süzdü və payızda hazırlanmış mürəbbələrdən ikram etdi. O, çayı içərkən, sabah yeməyi üçün öz heyvanlarının məhsulu olan yağ, xama, qaymaq kimi təamlar da yer süfrəsinə qoyuldu. Uzun zamandır bu qədər gözəl bir yemək yeməmişdi. Sadə, ürəyi təmiz bu insanların halal süfrəsində ruhunun da doyduğunu hiss etdi. Fürsətdən istifadə edib, körpünün vəziyyətini soruşdu. Deməli körpü yayda yağan güclü leysanlardan sonra dağılıb və odu, budu düzəlmir. Kəndxudaya deyildikdə isə düzələcəyini deyir, narazılıq edən olsa o dəqiqə təhqir edərək bu kənddən didərgin salacağını, hətta həps etdirəcəyini deyir. Onun üçün kimsə qorxusundan dillənmir. Bəs işıqlar?- ışıqlar da bir gün yanır, beş gün yanmır. Işıq dirəkləri sıradan çıxıb. ən sadə təbiət hadisəsi belə günlərcə işıqların sönməsinə səbəb olur. Öz evinə böyük bir mator alıb, həmişə işığı yanır. Olansa bizə olur. Duyduqları ağzının dadını qaçırdı. Bir insan nə qədər qudura, öz həmvətənlərinə qarşı bu qədər laqeyid ola bilərdi. Bu uzaq dağ kəndinin unudulduğunu, ona tapşılıdığını sanıb, bu əbləh

    Liza nənənin bişirdiyi təndir çörəyinin qoxusu ona çox uzaqlara- uzaq illərə aparırdı. Uşaqlığında – üç yaşı olardı bəlkə də, onun nənəsi də təndir çörəyi bişirərdi. Ailəsindən xatırladığı tək şey nənəsi və onun hazırladığı çörəklərin ətri idi. Sonrasına aid heç bir şey yoxdu ağlında. Uşaqlar evində keçən bir uşaqlıq, on beş yaşından sonra hərbi məktəblər və vəzifələr, vəzifələr…. yalnızlıq içində keçən ömründə heç vaxt bir qızın sevgisi fəth etməmişdi qəlbini, heç düşünməmişdi bir qadınla yaşlanmağı. Indi Murad baba və Liza nənəni görəndə ruhu qısa da olsa üsyan etdi bu yalnızlığa, ancaq buna izn verə bilməzdi. O, bu dünyaya yalnız yaşamaq üçün gəlmişdi. Eyni ilə bir yalquzaq kimi. Canavar sürüsündən ayrılan yalquzaq tək başına yaşayır, ovlanır və ölürdü. Görəsən onun ölümü necə olacaqdı?! Bu suallardan xilas olmaq üçün çölə çıxmaq istədiyini söylədi və çıxdı. Həyətdən axan buz kimi soyuq su ilə üzünü, əllərini doyunca yudu. Soyuq su onu özünə gətirdi. Rahata- ailə istiliyinə alışmayan Afiq buzlu su ilə əslinə döndü. Murad babadan izn alıb, bir az kəndi gəzmək istədiyini söylədi. Yaşlı adam ona tək başına gəzməməsini söylədi. “ bala burası kənd yeridi. Hər kəs bir- birini tanıyır. Birlikdə çıxaq gəzməyə kim olduğunu soruşan olsa, qohumumdu- uzaq qohumum şhərdən bir neçə günlüyünə bizə qonaq gəlib deyərəm. Sonra kiminsə nəyisə itər səndən bilərlər”- dedi Murad baba. Bu gözəl insanla razılaşmamaq gözəlliyə, həyata qarşı gəlmək olardı. Bir az sonra birlikdə kəndi gəzməyə başladılar. Indi saat on bir olardı təxminən. Həyətlərdə insanlar görsənir, toyuq- cücəni yemləyən qadınların səsi kəndin sükutunu pozurdu. Gəzinti sırasında Afiqin diqqətini çəkən şeylərdən biri də uşaqların küçələrdə gəzməsi idi. Elə bu düşüncəsini aydınlatmaq üçün, məktəbin yerini soruşdu Murad babadan. Bir az sonra elə də pis olmayan binanın qarşısında dayandılar. Qapıda böyük bir kilid vardı. Niyə, məktəbin bağlı olduğunu soruşanda “ kəndimiz balaca olduğu üçün məktəb ancaq dörd illikdi. Ondan sonra oxumaq istəyən qonşu kəndlərə və mərkəzə gedir. Ancaq indi müəllim yoxdu məktəbimizdə. Kimsə bu dağ kəndində gəlib işləmək istəmir. ən son Tina adında bir qız gəlmişdi işləmək üçün. Böyük qayğı ilə bütün uşaqları öyrətmə çalışırdı…”

    – Bəs necə oldu Tina, indi hardadı, niyə işləmir?

    – Bilirsən oğlum, bu çox uzun məsələdi. Burada danışmayım. Evə qayıdaq sənə hər şeyi deyəcəm.

    O an ürəyində çox pis acı duydu. Ayaqları titrədi və onu saxlaya bilmədi bir an. Murad baba olmasaydı yerə yıxılardı. Yaşlı insan bir təhər onun qoluna girib, evə gətirdi. Yolda qarşılaşdıqları insanlara Afiqin kim olduğunu deyə- deyə təbii ki..

    Nəhayət ki, evə çatıb içəri keçdilər. Liza nənə yenə o gülərüz çöhrəsi ilə qarşıladı onu. Sobanın yanında əyləşdi . Murad baba da onun yanında oturdu. Bir az sonra Liza nənənin süzdüyü çayları içərkən dayana bilməyib, Tinanın hekayəsini soruşdu.. Qoca dərin bir ah çəkib, danışmağa başladı. Oğlum – Tina çox gözəl bir qızdı. Uzun boylu, yaşıl gözlü və sarışın. Üzü qədər ürəyi də gözəl olan bu qızcığaz iki ilə yaxın məktəbimizdə işlədi. Tək yaşadığımız üçün dedik ki, elə bizim evdə qalsın. Həm o, yalnızlıq çəkməsin, həm də biz elə bilək bu qoca vaxtımızda bir qızımız var. Qısa zamanda hər kəsin sevgisini, hörmətini qazanmışdı. Uşaqlarımıza elə can yandırırdı ki, elə bil öz qardaşı, bacısıdı. Bizlərə də qulaq, ürək həyanı olmuşdu. Ata , ana deyə müraciət edərdi həmişə. Bu gözəlliyə kəndin cavan oğlanları biganə qala bilməzdi, bilmədi də… onunla evlənmək istəyənlərdən biri də İvanın ortancıl oğlu Oleqdi. Oleq Tinanı sevən digər gəncləri hədə- qorxu ilə ondan uzaqlaşdırsa da Tinanın ürəyini qazana bilmədi. Çox əlləşdi olmadı. İş o yerə çatdı ki, İvan qızı çağırıb təhdid etdi ki, burada işləmək istəyirsənsə, oğlumla evlənəcəksən. Yoxsa səni gecə ilə buradan itirərəm. O gün ağlaya- ağlaya evə gəldi Tina. Çox düşündük ki, nə edək?- və qərara gəldik ki, ən yaxşısı Tinanın öz ailəsinin yanına qayıtmasıdı. Yoxsa bunlar onu rahat buraxmayacaqlar. Belə alçaq insandansa hər cür əclaflıq gözləmək olardı. Sabahı günü Tinanı aparıb, mərkəzdən öz evlərinə yola saldım. Bax o gündən sonra bir daha məktəbimizə müəllim gəlmədi. Bu da bizim Tinanın hekayəsi…

    Afiq göz yaşlarına əngəl ola bilmədi artıq. Bir az sonra isə bu dəmir iradəli gənc uşaq kimi hönkürə- hönkürə ağlayırdı. Həm Murad baba, həm də Liza nənə Afiqi sakitləşdirməyə çalışdılar. Və o, səhvini anlayıb, ayağa qalxdı və yenə həyətdən axan bulağa üz tutdu. Buzlu su onu özünə gətidi. Sudan bir xeyli beyninə çəkdi, qızaran gözlərini dəfələrlə yudu. Artıq özünə gəlmişdi. Içəri keçmək istəyəndə Murad babanın əlində iti bir bıçaqla çölə çıxdığını gördü. Bu gözəl insanlar öz qonaqları üçün həyətlərində minbir əziyyətlə saxladıqları quzulardan birini kəsməyi qərarlaşdırmışdılar. Etirazın mənasız olduğunu görüb, heç bir şey demədi. Murad baba ən kök quzunu qarların üzərində kəsdi və qısa zamanda dərisini soydu. Afiqə düşən isə manqalı hazırlamaq oldu. Payızdan gətirilmiş- çardağın altında quruyan odundan bir az kəsib, manqalı alışdırdı. Soyuq havada manqalın üzərindən göyə yüksələn ətin qoxusu xüsusi zövq verirdi. Kababı oturaraq yeməyi sevmirdi. Onun sevdiyi kabab bişərkən üzərində qanlı- qanlı yeməkdi. Bu zaman nə yedisə, yedi. Yenə öz verdişini pozmadı. Ev sahibləri də qonaq rahat olsun deyə ona yoldaşlıq etdilər. Üzü gülsə də indi Afiqin ürəyi o manaqaldakı ətdən bərk yanırdı. Ivanın elədikləri onu bərk sarsıtmışdı, Tinanı isə ağlından çıxara bilmirdi. Görəsən o, indi haradadır?! O, bu düşüncələrlə boğuşarkən Murad baba yoldan keçən on- onbeş yaşlarında bir uşağı yeməyə dəvət etdi. Uşaq utana- utana da olsa bu dəvəti geri çevirmədi. Birlikdə gülərək çörəklərini yedilər.

    Yeməkdən sonra evdə əyləşib, çay içərkən Murad baba bayaqkı uşağın da hekayəsini danışmaq istədi. Afiqin ürəyi əsdi yenə, yeni bir acı daha gəlirdi. Deməli bu uşağın atası müharibədə həlak olub, anası ilə birlikdə dövlətin onlar üçün ayırdı torpağı əkib, becərməklə yaşayırdılar. Bir gün bu İvanın qohumlarından birinin gözü bunların torpağına düşdü. Uzun haqq- hesabdan sonra nə başını ağrıdım torpağın üçdə, ikisni bu qəriblərin əlindən alıb verdi öz qohumuna. Indi bu yazıqlar da yarı ac- yarı tox yaşayırlar. O an ayağa qalxıb, bir başa İvanın evinə getmək və onun başını elə oradaca kəsmək istədi, ancaq “ lənət şeytana” deyib, yerinə əyləşdi. Demək ki, İvan haqqında deyilənlərin hamsı həqiqət imiş. Burada daha artıq qalmaq, onun elədiklərini dinləmək mənasız idi. Bir an öncə geri dönməliydi ki, İvan da öz cəzasına çatsın. Ev sahiblərinə axşam yola çıxacağını dedi- gəldiyi kimi gecə kimsəyə görünmədən getməliydi. Murad babanın bütün etirazları mənasızdı.

    Gecə olub, qaranlıq düşdüyü zaman o, yenidən yollara düşdü. Indi onun addımları daha möhkəm, daha iti idi. Bir an öncə mənzil başına çatmaq istəyirdi. Indi qulaqları nə canavar səsi eşidir, nə gözləri qaranlığı seçirdi. Bu an sanki ağacların da hərəkət etdiyini duydu. Bəli, yanılmırdı. Indi ağaclar da onunla birgə yol gedirdi. Deməli o, da xilas ola biləcəkdi bu yalnızlıqdan, indi getdiyi yerlərə ruhunu da özü ilə aparacaqdı. Və Tina nədənsə bu adı unuda bilmirdi. Ürəyi Tina… tina… tina… deyə vururdu. Qəribə bir hal içindəydi. Qarın üzərinə düşən ulduzlar gülümsəyərək ona göz vurdu.

    Sabah tezdən İvan həps edildi. Kənd camaatı bu işin necə olduğunu anlamasa da, anlayan iki nəfər vardı- Murad baba və Liza nənə. Bir neçə gün sonra isə daha qəribə bir hadisə oldu. Tina kəndə qayıtdı və İvanın boş qalmış vəzifəsi ona verildi. Həm də o, məktəbə yeni müəllim gələnə qədər uşaqlarla məşğul olacaqdı.

    Afiq sözü üfiq deməkmiş, daha doğrusu üfiqlər. Sonsuzluq, təklik , ucalıq deməkmiş adının mənası. Adının haqqını verməliydi.

    Bəs Tina?!

  • Günel Emin Fərhadqızı.”Bu dünyada nə sədaqət, nə vəfa”

    11041661_10205003020335559_6794674678892182115_n

    Nə ləyaqət, nə həqiqət gördüm mən!
    Dünyada insanlar çəkir tək cəfa,
    Yalana aldanır insanlar nədən?!
    Bu dünyada nə sədaqət, nə vəfa,
    Nə ləyaqət, nə həqiqət gördüm mən!
    Dünyada insanlar çəkir tək cəfa,
    Yalana aldanır insanlar nədən?!
    Əsl həqiqəti dananlar bir vaxt, (daha&helliip;)

  • Şəhriyyə QƏZƏNFƏRQIZI Azər Rəşidoğlunun kitabı haqqında yazdı…

    sq

    Azər Rəşidoğlu-Xanlarov-həm qrup yoldaşım, həm də həmkarım. Azərlə tanışlığımız Yaradıcılıq fakültəsindən olub. Hər ikimiz dilçi olduğumuzdan maraqlı fikir mübadilələrimiz olur. İstər elmlə, istərsə də yaradıcılıqla bağlı. Azərin kitabı ilə bağlı tanışlığı bitirəndə sanki bu şeirlərlə nə vaxtsa rastlaşmışıq kimi gəldi mənə. Diqqətimi çəkən hallardan biri bu oldu ki, şeirlərin əksəriyyəti bir və ya iki bənddən ibarətdir. Sanki mövzu birmir. Şair tələsir şeir yazanda. Hər gənc şair kimi Azərin də şeirlərinin ana mövzusu sevgi, ayrilıqdır. Şair izahı, isbatı olmayan bu hislərə tərif belə verir.
    (daha&helliip;)

  • Hikmət MƏLİKZADƏ.”İsa Məsih: Müqəddəs Üçlüyün kod açılışı”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Müqəddəsliyin tipik xarakteri ruhi gerçəkləri Allah hikmətində real təfsir etmək bacarığı ilə açılır. Adəmdən üzü bəri bu müstəvidə yalnız bir neçə İNSAN duruş gətirə bilib ki, onlardan da ən Alisi İsa Məsihdir. Lakin İsanın Allah-İnsan olması 2 min ildir bəşəriyyəti fərqli qənaətlərlə üz-üzə qoyub: xristian dünyası bu amilə real yanaşır, islam ənənəçiliyi bunu mümkünsüz sayır. Beləcə, əsrlərdir İsanın Allah-İnsan surətləri çək-çevirlərə məruzdur.
    İsa Məsihin Davud sülaləsinin varisi olduğu bildirilir. Əslində Davud da İbrahim oğludur, demək İsa birinci olaraq İbrahimin varisidir: yəhudilərin Padşahı, Allah oğlu, sonucda Allahdır. Maraqlıdır ki, O, cah-cəlallı, gülüstan kimi bir yerdə deyil, pəyədə doğulub və onu ilk salamlamağa gələnlər də məhz sadə insanlar – çobanlar və münəccimlər olub. Belə çıxır ki, sadəlik İsanın həyat amalıdır. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Mən eşq üçün doğulmuşam”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Mən eşq üçün doğulmuşam,
    Əyri-əyri süzmə məni.
    Şirin-şəkər noğulmuşam,
    Acılarda gəzmə məni.
    Ürəyində nə dağ imiş,
    Ruhun boran, sazaq imiş,
    Yolumuz da uzaq imiş,
    Çiçək kimi üzmə məni!
    Bu yollarda baxdım hara,
    Xatirələr çəkdi dara,
    Düşünsən də nəsə “qara”
    Qaranlıqda çözmə məni.
    …Sözlərim var, axın-axın,
    Həm uzaqsan, həm də yaxın,
    Məhəbbətin yaşar axı,
    Əyri-əyri süzmə məni,
    Çiçək kimi üzmə məni!

  • Mais TƏMKİN.”Yayanam indi”

    m

    Bir zamanlar gizlədirdim eşqimi,
    Car çəkib dünyaya yayanam indi.
    Ya gərək yar mənim odumu ala,
    Mən onsuz alışıb, ya yanam- indi.

    Ürəyini gözlərindən oxudum,
    Tanrının da ilk kəlamı ,,oxu”du.
    Kipriklər bağrımı yaran oxudu,
    Qaşların düşünüb, yay anam indi.

    Qəm əlindən canım dağa sər alıb,
    Qartal gedib, bu dağları sar alıb.
    Ömrümün baharı solub-saralıb,
    Qışı buz bağlayıb, yayı nəm indi.

    İtirmişəm çəməndəki ahunu,
    Qəm çəkməzdim, kaş tapaydım, ah, onu!
    Sərgərdan oğulun qəmli ahını,
    Car çəkib, dağlara yay, anam, indi.

    Mais, yarın gündə əyir qəddi -min,
    Əyən zaman əyilməzmi qədd, de, min?
    Əyilib qamati çinar qəddimin,
    Ya gərək yandıram, ya yonam indi.

  • Elnur RƏSULOĞLU.”Kişi”

    et

    Abdulla Məmmədə

    Gələn təhlükəni öncədən duy, sez.
    Getdiyin bu yoldan nə usan, nə bez.
    Ümid edirəm ki, ya gec, ya da tez
    Səni başa düşən tapılar, kişi!

    Şair, ürəyindir yanıb dağlanan,
    Şeirdir dilinin altda saxlanan.
    Namərd tərəfindən qəsdən bağlanan
    Açılar üzünə qapılar, kişi!

    İlham pərisidir yatan dizində,
    Heç vaxt boğulmadın söz dənizində.
    Quba şəhərinin düz mərkəzində
    Möhtəşəm heykəlin yapılar, kişi!

  • Elnur ABDİYEV.”Doğar bizlə,ölüb gedər bizlə din”

    elnur

    Cismimizi ruhumuza daşıyar,
    Doğar bizlə,ölüb gedər bizlə din.
    Xəyanətkar sevməz ətraf kimsəni,
    Deyər ancaq bizlə danış,bizlə din.

    Qədim vaxtlar Yer xanımmış,Göy ərmiş,
    Yerdə görüb Göy,xəyanət göyərmiş
    Qafil dünya, ey qəflətdə göyərmiş,
    Xəyanəti de nə vaxtsa bizlədin?

    Coşqun,xain görsən deyir din,sənə,
    Hökm eləyir,susma haqdan din sənə.
    Öz haqqını al zamandan,dinsənə,
    Haqqını al,hər nahaqqı bizlə,din.

  • Nail DAĞLAROĞLU.”Mən sənin eşqinlə elə yanmışam”

    sekil

    Mən sənin eşqinlə elə yanmışam,
    Sən mənim hər zaman xəyalımdasan.
    Bəzən sevdiyimi səndən danıram,
    Çatmayan dağ çəkən vüsalımdasan.

    Nə vaxtsa yadıma düşsən, ey mənək,
    Elə alışıram bir kürə kimi.
    Tərpətmə yaramı tərpətmə görək,
    Göynəyir qəlbimin “oof” sarı simi.

    Bəzən unutmağa cəhd eyləsəmdə,
    Bunu bacarmıram, bilmirəm nədən.
    Sənə sevdiyimi söyləməsəmdə,
    Sənsiz yaşayıram ruhsuz bir bədən.

    Gəl mənim yaramı tərpətmə yenə,
    Sənsiz qanadı yox bir quş kimiyəm.
    Sən özgə yarısan, heyin yox mənə,
    Mən bir ağlı çaşan bihuş kimiyəm.

    Qoy ölüm sakitcə səndən aralı,
    Onsuzda yanıma gələn deyilsən.
    Sənsiz dayanmışam könlü yaralı,
    Üzümə sevgiylə gülən deyilsən.

    Mən səni sevirəm nə faydası var,
    Özgənin malısan, özgə yarısan.
    Səni sevdiyimçün oldum gunahkar,
    Könlümün qışısan boran-qarısan.

    Dostluqdan danışaq sevgini ataq,
    Bəlkə biz ünüdaq, nakam sevgini.
    Dostluq sevgisini sevgiyə qataq,
    Beləcə unudaq bu qəm sevgini.

  • Fidan ABBASOVA.”Bilmirdim bu qədər məni sevərsən”

    11232177_808109412599790_5329593366110502021_n

    Bilmirəm şeri belə sevirsən
    yazdığım o qədər şerlərim var
    bilmirdim bu qədər məni sevərsən
    mənimdə içimdə sevən ürək var…

    Bəlli etməsəmdə sevgimi sənə
    bilki ürəyimdə döyünəcəksən
    mən sənin sabahın olmasam belə
    sən mənim ümüdsüz gələcəyimsən… (daha&helliip;)

  • Əsmər QASIMLI.”Gözümün yaşından torpaq da doyur”

    1423889445_esmer

    Bir həsrətim var mənim Qarabağ adlı
    Düşmən əlində əsir, həm qara baxtlı
    Qalmayıb taqətim, gör neçə vaxtdı?
    Nisgilin qəlbimi hey didir, oyur,
    Gözümün yaşından torpaq da doyur.

    Hardadı o çəmən, o gülzar harda?
    Əsirdir torpağım, qalıbdır darda,
    O vaxtdan inləyir, kaman da, tar da,
    Getmir vətən dərdi, ürəyə dolur.
    Gözümün yaşından torpaq da doyur. (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Qara, buza döndüm qaldim”

    11698602_1632706543653048_2444218084884167115_n

    Əlim yanir hiss etmirəm ,
    Ətrafimda firtinalr,hec görmrər ,
    Nələr etdin ,düya mənə ?
    Özüm etim ,yox özümə ?
    Hissim ,duyğum ,gülüşlərim,
    Yox olubdu ,isdəklərim .
    Nələr etdin ,dünya mənə .?
    Sənmi etdin ,mənmi etdim ? (daha&helliip;)

  • ANARIN “GÖZ MUNCUĞU” POVESTİ ƏSRİN NƏSRİ KONTEKSTİNDƏ

    t

    Dos.dr. Təranə TURAN RƏHİMLİ, DGTYB Məsləhət Konseyinin üzvü

    Müstəqil yaradıcılıq mövqeyinin, sənətkar azadlığının israrla müdafiəsi, onun hər cür diktaturadan uzaqlığının inikası və ən əsası, bədiiliyin bütün meyarların fövqündə dayandığıına yazıçı inamının ifadəsi Anar nəsrinin ən səviyyəvi xüsusiyyətlərindəndir. “Gözmuncuğu” povesti də məhz bu sənət amalına sədaqəti ilə seçilir, hələ ilk əsərlərində azad yazıçı mövqeyini aşkar ifadə edən (XX yüzilin 60-cı illərində bu nə qədər çətin olsa da!), sənətə yalnız bədiilik, estetizm prizmasından baxan qətiyyətli bir nasirin zamana, insanlığa yeni sözü kimi diqqəti çəkir. Oxucu əsərin ilk sətirlərindən yazıçı həqiqətinə inanmağa başlayır. Əsərin hələ epiqrafından bəlli olur ki, sənət Həqiqəti bütün həqiqətlərdən yüksəkdə dayanır. (daha&helliip;)

  • “Zərrələr” antologiyası işıq üzü görüb

    z

    “Zərrələr” antologiyası 2015-ci ildə Bakı şəhərində 300 səhifə olmaqla, 200 tiraj həcmində işıq üzü görüb.Antologiyada Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələri bir araya gətirilib.Layihənin müəllifi və rəhbəri Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızıdır.
    Qeyd edək ki, adı çəkilən layihə çərçivəsində işıq üzü görən antologiyadan 50 ədəd Respublikanın müxtəlif kitabxanalarına layihə müəllifi və rəhbəri, gənc xanım Gülnarə İsrafilqızı tərəfindən verilməsi nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən müsbət rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Zərrələr” antologiyasının təqdimat mərasimi keçiriləcək

    z

    Əziz və dəyərli “Zərrələr” layihəsinin iştirakçıları, sözə dəyər verən hörmətli insanlar, dostlar, tanışlar, Media nümayəndələri, noyabr ayında işlədiyimiz və aylardır işıq üzü görməsi üçün çalışdığımız “Zərrələr” adlı layihəmiz gerçəkləşdi.
    Sizi, 9 iyul 2015-ci il tarixində, “ZƏRRƏLƏR” adlı kitabın təqdimatına və layihənin açılışına dəvət edirik.
    Tədbir, saat 14:00-da KİTABEVİM.az kitab marketində baş tutacaq.
    Ünvan: 28 may metrosu yaxınlığı – AK Mərkəzin II mərtəbəsi Dəmiryol xəstəxanasının yanı. Gəlişinizlə bizə şərəf vermiş olacaqsınız. Sonsuz dəyər və hörmətlə…
    Layihə rəhbəri : Gülnarə İsrafilqızı.

  • Müzəffər Məzahimi doğum günü münasibətilə təbrik edirik! (1 iyul 1957-ci il)

    “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti

    Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur.
    1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir.
    Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc olunmuşdur. O dövrkü “ Azərbaycan gəncləri ,, “ Bakı axşam ,, “ Sovet kəndi ,,“ Bərəkət ,, “ Qala ,, və s. qəzetlərdə , “Azərbaycan “, “ Ulduz “, “ Qobustan “, “ Təşviqatçı”, “ Dialoq”, “ Göyərçin ,, və s . jurnallarda dəfələrlə dərc olunub. “ Görüşünə gəlmişəm”, “Ata ocağı” və “Gələn baharadək” adlı üç şerlər kitabları çaptan çıxıb. Bir çox poemaların və “Bilgə xaqan” tarixi dramasının müəllifidir.
    Hal-hazırda Neftçala rayonunun Qədimkənd kəndində yaşayır. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Yağış damcılarında “

    Gulnarexanim

    yağış damcılarında
    göz yaşları səpələnir həyatın üzünə.
    canlanır insan ahında bitgilər.
    yeyir insan, insan göz yaşını
    göz yaşının haləti dəyişir sadəcə
    dəyişən heç nə yoxdur əslində
    hər şey eynidir
    göz yaşından başqa.
    yaşlanır insan, (daha&helliip;)

  • Gülnarə SADİQ.”Özü öz qanına bələndi dünya”

    gi

    Özü öz qanına bələndi dünya,
    Rəngbərəng günahlar savaba bənzər,
    Utancaq baxışıar nələr yaradar?!
    Xəyanət – sevgidə cavaba bənzər,

    Cüt olan ümidə təklik yazılar.
    Yalanlar doğruya sahib çıxıbdı,
    Səhv düşüb yazısı, sözü dünyanın.
    Imanlı könüllər qəlbdən axıbdı, (daha&helliip;)

  • Fidan ABBASOVA.”Ruhumuzda qovuşacaq….”

    fa

    Qanad açıb uçsam belə
    arzularım qucaq – qucaq
    deyirəm ki dön gəl mənə
    ruhumuzda qovuşacaq….

    Atıb dərdi bir kənara
    sevinərik ürəkdən biz
    yazıq olar olanlara
    qoy bitməsin saf sevgimiz… (daha&helliip;)

  • Şəfa EYVAZ.”Xoşbəxtliyə rekviyem”

    1423756700_sefa-xanim

    Bu gün doğum günüdür
    Və tam 33 il gecikmişdi xoşbəxtlik…
    Bir qərinə ayağını sürüyüb
    Çata bilməmişdi
    həyatın səssizliyinə.
    Ya həsrət əllərini uzatmışdı,
    Ya xoşbəxtlik…
    “Kloun təbəssümü” gəzdirən
    Saxta ürəklər qalmışdı səhnədə.
    Və pərdə arxasında
    Məğlub olmuş xoşbəxtlik
    Tam 33 il sonra
    Ağlayırdı həyata.

  • Afət VİLƏŞSOY.”Daha nələrdi…”

    afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sevəndə yazılır sevgi şeiri,
    Sonradan yazılan xatirələrdi.
    Vüsal Oğuz

    Öldürdü bu sevgi, öldürdü bizi-
    -Bıçqıdı, tətikdi, daha nələrdi..
    Narahat ruhlardı yerə enənlər,
    Həftənin günləri bəhanələrdi.

    Yağıya, düşmənə gərəyimiz yox,
    Qocalıb ölməyə diləyimiz yox,
    Sevgidən keçirik, ələyimiz yox,
    Ələnib keçənlər əfsanələrdi.

    Güləndə üzünə düşən cizgidi,
    Gedəndə yolunda qalan kədərdi..
    “Sevəndə yazılır sevgi şeiri,
    Sonradan yazılan xatirələrdi.”

    29.06.2015

  • Kənan AYDINOĞLU.”Anam Türkiyənin bir parçasısan”

    10603255_706637782754308_673706837506198075_n

    Anam Türkiyənin bir parçasısan,
    Gördükcə səni şad oldum, Adana!
    Qəriblər qəribdi qərib dünyada,
    Dünyada mən də yad oldum, Adana!

    Qoynunda dil açan yeni nəğmələr,
    Dodaqdan dodağa süzülüb gəldi.
    Hüsnü camalına tamaşa üçün,
    Ərənlər torpağa düzülüb gəldi.

    Günəşlə birlikdə oyanan səhər,
    Üzünə nurunu səpib gələcək.
    Köhnə xatirəni təzələməkçün,
    Sənin yanağından öpüb gələcək.

    Daha gözlərində qəm olmayacaq,
    Hər səhər sübh çağı dan söküləndə.
    Məğrur görünəssən həyatın boyu,
    Yağışın yerinə nur töküləndə.

    Atatürk yurdunda şükür millətin,
    Qarışıq düşmədi yası və toyu.
    Sən nə İstanbula, nə Ankaraya,
    Düzü, bənzəməssən həyatın boyu.

    15 sentyabr 2014-cü il.Bakı şəhəri

  • Zeynəb Dərbəndlini doğum günü münasibətilə təbrik edirik! (25 iyun 1970-ci il)

    11429519_1684988308395579_7749544843578882348_n

    “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti

    SƏNSƏN

    Ana, mənim ürəyimin,
    Ən böyük dəvası sənsən.
    Zəyif, nursuz gözlərimin,
    Işığı, şəfası sənsən.
    Mənim mənasız ömrümün,

    Qəmgin, yaralı könlümün.
    Susuz, havasız günümün,
    Həm suyu, havası sənsən.
    Darıxmışam sənin üçün,
    Ağlayıram için için.

    Söylə, yaşayıram neyçün?
    Ömrümün mənası sənsən.
    Bir, barsız budağam məndə,
    Mənim tək olmaz bir bəndə.
    Bu Zeynəbin hər günündə,
    Xeyiri, duası sənsən.

    DƏRBƏNDDİR

    Ürək açır meşələri, bağları,
    Min bir dərdlərin dəvası Dərbənddir.
    Çiskinli, dumanlı, çənli dağları,
    Əsirlərin nur havası Dərbənddir.

    Cümə Məscidi dünyanın bəzəyi,
    Həmişə ətirli gülü, çiçəyi.
    Tarixə həkk olan daşı, kəsəyi,
    Fətəli Xanın dünyası Dərbənddir.

    Hər yerində bulağı var, daşı var,
    Çiçəkli baharı, qarlı qışı var.
    Öyrənmək istəsən neçə yaşı var,
    Qoç Koroğlu macərası Dərbənddir.

    Gözəl Muminənin ulu türbəsi,
    Abidədir, bircə daşın tikəssi.
    Dilin unutmağa qoymaz heç kəsi,
    Hər millətin Əlifbası Dərbənddir.

    Dəmir qapıları, dəmir izləri,
    Heyran edir ona baxan gözləri.
    Bir cənnətdir təpələri, düzləri,
    Heç vaxt alınmayan Qala Dəebənddir.

    Ona göz dikənin üzü qaradır,
    Şairləri burda yazıb, yaradır.
    Zeynəbdən soruşssaz, yerin haradır?
    Deyər vətəni, obası Dərbənddir.

  • Debüt: Nurlana BEYBUDOVA (Naxçıvan Muxtar Respublikası).Yeni şeir

    1978903_398075113736476_6501537230297084492_n

    Beybudova Nurlana Bidadi qızı 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Bakı şəhəri 102 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində ali təhsil alıb.Hal-hazırda Naxçıvan Dövlət Universitetində magistr təhsili almaqdadır.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.”Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Ədəbi-bədii yaradıcılığını davam etdirməkdədir.
    Gənc yazar Nurlana Beybudova həm orta məktəbdə, həm də ali məktəbdə təhsilini davam etdirən zaman bütün tədbirlərdə fəal iştirak edib.Əksər tədbirlərin aparıcısı, ssenari tərtibçisi olub.Dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının Naxçıvan Muxtar Respublikasına səfəri zamanı qonaqlara həm Naxçıvan Muxtar Respublikası, həm də Naxçıvan Dövlət Universiteti haqqında bilgiləri qonaqların nəzərinə çatdırıb.Naxçıvan Televiziyası gənc yazar Nurlana Beybudva haqqında çəkilişlər lentə alıb göstərir.Artıq iki ildir ki, ardıcıl olaraq “İlin ən yaxşı magistrantı” seçilir.Fəxri diplomlar və sertifikatlarla təmin olunub.

    Bu gün ən müqəddəs gündür, Anacan,
    Sənin doğum günün mənimçün bayram.
    Ürəyim sevinclə döyünür bu an,
    Cismimi yaşadan ürəksən -ANA
    Qəlbimdə ən ülvi diləksən -ANA

    Sənsiz hər bir anım hədərdir, hədər
    Sənli günlərimsə cənnətə bənzər
    Bir quru baxışın dünyayə dəyər
    Mənimçün həyatda sən təksən-ANA
    Cismimi yaşadan ürəksən -ANA

    Neynirəm dünyanın varın dövlətin
    Mənasız yaşamın, şanın-şöhrətin
    Hər şeydən üstündür mənə diqqətin
    Hər zaman sən mənə gərəksən -ANA
    Cismimi yaşadan ürəksən -ANA

    Səninlə həyatım mənalı keçər
    Yanında kədərim sevincə dönər
    Hər an yanımda ol-mənə bəs edər
    Qəlbimdə pak arzu-istəksən -ANA
    Cismimi yaşadan ürəksən -ANA

    Hikmətli sözünlə dolmuş yaddaşım
    Həm anam olmusan, həm də sirdaşım
    Yaşarsam olarsa əgər yüz yaşım
    Yenə də sən mənə gərəksən-ANA
    Cismimi yaşadan ürəksən -ANA

    Ey ilahi varlıq, müqəddəs insan
    Daim mənim üçün oldun pasiban
    Mələktək yaratmış səni yaradan
    Olmaz sənə bənzər bir mələk-ANA
    Ad günün mübarək, mübarək-ANA

  • Saqif QARATORPAQ.”Üzümdəki təbəssüm”

    saqif muellim

    Üzümdəki təbəssüm
    içimdəki hıçqırıq,
    Sızıb üzə çıxınca
    olubdu qırıq-qırıq.

    Sinəm bir köhnə divar,
    güllələrlə yazılıb.
    Bir eşqin kölgəsində
    qəbrim çoxdan qazılıb.

    Dünən qəfil güllədən
    ölənin yasındayam.
    Gündüzlər “Fatihə”-də,
    gecələr “Yasin”-dəyəm.

    Təbrizdə güllələnib,
    Hələbdə soyuluram.
    Bir çinaram,min ildi
    içimdən oyuluram.

    Tökülür yarpaqlarım,
    könlümdə xəzan yeli.
    Məni tərsinə atıb
    qoca taleyin əli…

    Dövranın sapı çürük,
    demə:” soldu gül nədən?”
    Mən də qəfil ölərəm
    bir çovutma güllədən.

  • Harika UFUK.”Gözyaşlarım”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Nehirleri mecralarından çıkarıp
    Bana getirsen
    Ödeyemezsin bir damla gözyaşımı.
    Gönlümden gönlüne
    Uçmaz ki sevdam!
    Artık
    Kanadı kırık, yüreği yanık,
    Üşümüş, ıslak,
    Yaralı kuştur aşk…
    Yitik anılar yumağı
    Titrek uykusuzluğuma sarılmış,
    Tırnaklarım
    Uykusuzluğumla yastığıma geçmiş.
    Yağmur
    Dışarıda cama,
    İçeride yüreğime vuruyor.
    Güçsüz değildim ki ben
    Yıkamazdı hiçbir kuvvet!
    Şimdilerde
    Ordusunu kaybetmiş komutana,
    Süngüsü düşmüş askerlere dönmüşüm.
    Geçecek bu iğreti tutsaklık,
    Kabullenemediğim yenilgi
    Zafere dönüşecek
    Biliyorum.
    Yaraya tuz basmayı da öğrenmek gerek!

  • Mayisə ƏSƏDULLAQIZI.”Səni gizli görümmü?”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Səni gizli görümmü?
    Tellərini hörümmü?
    Bal kimi dodaqları,
    Yana-yana öpümmü?!
    Busələri pay eylə,
    Vücudunla könlümü,
    Məcnunlara tay eylə…
    Ürək yaşasın deyə,
    Heyranam gözəlliyə…
    Xəta olmasın deyə,
    Kimsə xətrinə dəyə,
    Səni gizli görümmü?!
    Meyxoş olum, ölümmü?!

  • Elnur RƏSULOĞLU.”Demək, yaşayıram mən”

    elnurresuloglu

    Əgər bir gözələ könlümü verib
    Sevirəmsə, demək, yaşayıram mən.
    Ürəyimin mənə dediyi yerə
    Gedirəmsə, demək, yaşayıram mən.

    Bəsdir yaşadığım mütilər kimi!
    İtirsəm, itirrəm, söylə nəyimi?
    Axı mən insanam! İstədiyimi
    Edirəmsə, demək, yaşayıram mən.

    Çox ağac əkmişəm dostluq bağında.
    Dostluq etməmişəm pul marağında.
    Dostun köməyinə dar ayağında
    Yetirəmsə, demək, yaşayıram mən.

  • Şəhanə CƏFƏROVA.”Bəzən susub-susub xəyala dalan!”

    sekil

    Bəzən susub-susub xəyala dalan!
    Bəzəndə çox danışıb gözləri dolan!
    Ürəyimdə yaşatdığım varlığım!
    Çox düşünə bilmirəm həyatimi!
    bilirəm bir gün tutacaqlar yasimi!
    heç vaxt ölməyəcək yaşayacaq varliğim!
    Zaman çox tez keçir!
    Dünən ən uşaq idim bu gün gənc oldum!
    Həyat məni sabah necə dəyişəcək bilmirəm!
    Bəlkə də zamanız öldürəcək!
    Amma heç vaxt yaşlanmayacaq varligim!!

  • Günel ƏJDƏRQIZI.”Yaşın nə fərqi var ki…” (Esse)

    gunelxanim

    Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları görüb təəccüb edərdi. Axı, indi meydan Məşədi İbadlara verilib. Gülnazlar Sərvərlərə deyil, Məşədi İbadlara könüllü ərə gedirlər. Əgər ötən əsrlərdə qızları zorla Kərbəlayılara, Məşədilərə ərə verəndə onlar kişiyə baxıb “Xandostu, amandı qoyma gəldi, didarı yamandı, qoyma gəldi!” -deyib (daha&helliip;)

  • Əlirza HƏSRƏT.”Kitabım”

    575949_448528385223558_1371442086_n

    Kövrəldim bu gəlişinə,
    Yubandın nədən,kitabım?
    İkimiz bir canıq elə,
    Sən ruh,mən bədən,kitabım.

    Qoy gəlsin sözə əl basan,
    Sevən könlü duyar asan.
    Bu qəribin yurd payısan,
    Ay mənim Vətən kitabım.

    Eşq nurudur sözün cəddi,
    Məğrurdur əyilməz qəddi.
    Gözəlliyə ibadətdi,
    Hər nazın,ədan,kitabım.

  • Gündüz SEVİNDİK.”Şeirlərimnən soydular…”

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Gözlərim yada düşmədi,
    Məni içimnən soydular.
    Məni ürəyimnən asıb,
    Şeirlərimnən soydular…

    Daşladılar sol-sağımı,
    Yaxınımı, uzağımı –
    Kölgəmi, əl-ayağımı,
    Nə də “yeməkdən” doydular…

    Tərpəndim, gücə gəldim mən,
    Bilmədim necə gəldim mən…
    Dünyaya gecə gəldim mən –
    Adımı Gündüz qoydular!…

  • Hikmət MƏLİKZADƏ.”Kölgəm, dünya savaşına ac adam…”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Kölgəm, dünya savaşına ac adam…
    Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
    Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
    Allahım, neynim?!
    İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
    İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
    İndi… Sən sənsən. Mən mən deyiləm…
    Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
    Büküm bir parça ağ kağıza, atım,
    ayda bir kərə açılan poçt qutusuna?!
    …Ah nə ola, onun da ahı tuta,
    Mənə ürək açalar, qapı açmayalar.
    Hamının yadından çıxa,
    Qonşudakı kor qızın könül əvəzi
    barmağıma bağladğı sapı açmayalar…
    Allahım, neynim?!

  • Həftəsonu paytaxtda maraqlı sərgi keçirilib

    5 – 7 iyun tarixlərində 3 gün olmaqla səhər saat 10:00 – dan axşam saat 22:00 – a qədər Megafun Ticarət və Əyləncə mərkəzində Fosil Sərgisi təşkil etdik. Sərgi Megafun AVM – in 1 – ci və 3- cü mərtbəsində 3 ayrı yerdə olmaqla keçirildi. I Avropa Oyunları ilə əlaqədar şəhərimizdəki xariciləri nəzərə alaraq sərgi Azərbaycan, İngilis, Rus, Türk dilləri olmaqla 4 dildə olmaqla keçirildi. Sərgidə milyonlarla il yaşı olan tam orjinal 30 fosil (daşlaşmış canlı qalıqları) sərgiləndi. Xalqa paleontologiya elmi, fosillər və canlıların təkamül keçirmədiyi haqqında ətraflı elmi məlumatlar verildi.

  • Şəhanə CƏFƏROVA.”Qoyma ağlayım!”

    sekil

    Qoyma ağlayım!
    Həyatım çox acılı!
    Sil göz yaşlarımı!
    Qoyma ağlayım!
    Həsrətim var, Sənsizliyim var!
    Acı çəkən dərdli ürəyim var!
    Sənsizlikdən parçalanan ürəyim var!
    Qoyma Sənsizlikdən ağlayım!
    Həyat məni hər addımda öldürür…
    Düşündükcə yoxsan həyatımda
    Bir daha gözlərim dolur…
    Gəl, qoyma, ağlayım!
    Mən də xoşbəxt olmaq istəyirəm.
    Mən yalnız həyatımda Səni istəyirəm!
    Ruhum da Sənsiz ağlayır!
    Geri gəl, qoyma, ağlayım!

  • Xəyalə SEVİL.”Gücüm çatmır”

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    O gətirən ümidlərin
    Yüzü gedər ,biri gəlməz.
    Günüm, ayım, ilim mənim
    Diri gedər, diri gəlməz.

    Bu dünyanın adamıyla
    Əyrim, düzüm düz gəlmədi.
    Mənim tər -təmiz hisslərim
    Qız getmişdi, qız gəlmədi.

    Vur ,yarala ürəyimi,
    Mən öləndə sağalaram.
    Tut başı aşağı məni
    Tut ,sirkələ, çoxalaram.

    Ruhum düşər bədənimdən-
    Qoru məni ,ruh qardaşım.
    Bu qocalmış ,əldən düşmüş
    Qarı məni ,ruh qardaşım.

    Cənnətə savabım mənim,
    Cəhənnəmə suçum çatmır.
    Qaldım iki aralıqda-
    Qayıdımmı ,gücüm çatmır.

  • Şafa KAMİLLİ.”Bu nədi, İlahi, dözə bilmirəm”

    11351237_1618881298368906_9192770107247552831_n

    Bu nədi, İlahi, dözə bilmirəm ,
    Bu qedr özüme, mən , zülm edirəm ,
    Qarşimda bir ,duvar ,bir qaya sanki ,
    Bu qedr ,pissemimi .,düşününürəm mən ,
    Bilmirəm ne edim bu ağrilarla ,
    Sadec qelbimde boyük nifret var ,
    Qəlbimə ,biredki özü özemə ,
    Sadece yaşmaq isdemirəm mən ,
    Ne edim ,bilmirem ,axi bu nədi ,
    Bu qeder acilar neyimə qerk .
    Ehhh qəlbim ,sənlə küsəm mən daha ,
    Bir daha senlə danşmaram,mən ..
    Nə etdin sən mənə ,küsdürdün ,
    özümü ,özümlə, yenə…

    03.06.2015

  • Abdulla MƏMMƏD.”Qəribəm, yurdumda qəribəm, canım!”

    abdullamemmed

    QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM

    (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən, bağrımı dəlir,
    Haranın külünü töküm başıma ?!

    Yerinə düşmür heç, sözüm yerinə,
    Ha “İllah” edirəm- söz yerə düşür.
    Əyrilər ucalır düzün yerinə,
    Əyilə- əyilə düz yerə düşür.

    Yad əldə didilən bir əlçım yunam,
    Bir əlçim buludam yol çəkən gözdə.
    Köhnə bayatılı qəmli oyunam,
    Nəmli göz yaşıyam verilən sözdə.

    Kimi söz götürür, söz yerə salır,
    Kimi ot bitirir dillərin üstə…
    Dərdi şələləyib, çiynimə alıb,
    Çıxıb gedəcəyəm illərin üstən.

    Bəxtimin rənginə çalan ocaqda
    Gözlərim özgə rəng görmür- neyləyim?
    Qarala-qarala qalan ocaqdan,
    Gedən səadəti necə əyləyim?!

    Bir ovuc adamın əlindən qaçan
    Bir ovuc torpağam, bir ovuc suyam.
    Qərib çadırlara köksünü açan
    Yurdu qəribsəyən qərib harayam.

    Hər gözdən bir həsrət, bir qüssə yağır,
    Bir qərib hava çal, isinsin canım.
    Qəriblik alnıma yazılan ağı,
    Qəribəm, yurdumda qəribəm, canım!

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən başıma gəlir,
    Haranın külünü töküm başıma?!

    Azerbaycan. Quba.
    19.02.2001.

  • Qalib ŞAMXALOĞLU.”Ürək”

    y

    Nə vaxtdı baxıram yollara sənsiz ,
    Düşmüşəm səhraya , çöllərə sənsiz .
    Dözə bilməyirəm illərə sənsiz ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Gündüzüm gecətək qaralanıbdır ,
    Bu dərdli ürəyim paralanıbdır .
    Ürək pərdəsindən aralanıbdır ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Dərdi ürəyimə salası oldum ,
    Kədərlə baş – başa qalası oldum .
    Dilləndim , « zalımın balası » oldum ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Haqdan diləyirəm lütfi inayət ,
    Mənə zülm etməyin deyil cinayət ?
    Arxayın ol ki , sən partlar nəhayət ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Qalibin sevgisin anlamadın sən ,
    Eləcə kəsildin sən mənə düşmən .
    Bir dəfə cavab ver , bir dəfə dillən ,
    Bu qədər həsrətə dözərmi ürək ?

  • Nail DAĞLAROĞLU.”Sevirəm, sevirəm, sevirəm səni”

    10671462_1506906362912856_7090846000264678093_n

    İcazə ver deyim sözün doğrusu,
    Qoy olum üzündən busə oğrusu.
    Ürəyimin bəlkə keçə ağrısı,
    Qulaq as sözümə incitmə məni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Xumar baxışlara heyran olmuşam,
    Sənsizlikdən xəzan kimi solmuşam.
    Nə müddətdi mən də sənsiz qalmışam,
    Sənsiz çoxalıbdı saçımın dəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Sən eşid Naili yaxın gəl gülüm,
    Sənsiz qalsam vaxtsız bükülər belim.
    İsti əllərinə gəl yetsin əlim.
    Dağıt xəyalımdan dumanı-çəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

  • Elnur RƏSULOĞLU.”İçində”

    elnurresuloglu

    Gecə qonaq idin yuxuda mənə,
    Qapımı döyürdün qorxu içində.
    Bildim ki, bu sənsən duycaq ətrini,
    Ətirlər içində, qoxu içində.

    Yox oldun baxmamış gözlərinə mən,
    Səni tapdım düşüb izlərinə mən,
    Başımı qoymuşdum dizlərinə mən,
    Yuxuya getmişdim yuxu içində.

    Yuxudan oyandım, ayıldım sənsiz,
    Dözmədi ürəyim bayıldım sənsiz,
    Bir dəli, divanə sayıldım sənsiz,
    Hörmətdən də düşdüm çoxu içində.

  • Elnur ABDİYEV.”Ömürdən”

    1424259792_elnur

    Külək döyür,ömrümüzün yazını,
    Yarpaq-yarpaq günlər uçur ömürdən.
    Yaşayırıq Tanrı yazan yazını,
    Hər günümüz gün-gün köçür ömürdən.

    Kiçilirik böyüdükcə yaşımız,
    Ağır olur bəzən ömür daşımız.
    Dünya boyda bir qazanda aşımız,
    Qaynadıqca buğ-buğ içir ömürdən.

    Elnur Coşqun,sevgi ömrün marağı,
    Qəlb telini darar eşqin darağı.
    Həyat alıb əlinə bir orağı,
    Gün keçdikcə günü biçir ömürdən.

  • Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Ay, çöhrəsi duvaqsız,
    Namusu suvaqsız ləçər,
    Sən bildin nədi ayrılıq?
    …Sevgi yaralarımın qaysağını
    qopardana qədər pirdin mənimçün.
    Əlçatmaz, bakirə adamdın;
    İndi nəşəsi olmayan sığal kimisən.
    Gözlərinə de ki, bir də
    30 il məhkumluq yaşamış bir kişi
    yeniyetmə bir qıza baxan kimi mənə baxmasın.
    Sanma, ayağına düşüb
    pozğun baxışlarına aldanacam.
    Mən gerçək sevgi ölüsüyəm,
    Yalançı eşq dəlisi yox.
    Mən sənin nəyini sevdim axı?!
    Heyif, səninçün ən şirin çağlarımdan,
    ən çox sevdiyim qadından keçdim –
    gəncliyimin dadından keçdim.
    Heyif o gözlərə ki, sənə baxdı,
    Heyif o əllərə ki, özgə sığalına məhkum
    saçlarına tumar çəkdi.
    Məni vicdan qorxuları,
    Səni qumar çəkdi.
    Bəsdi, mələk donu geydin.
    Tale kitab deyil,
    Ömür də yol.
    Ayıbdı, bir az özün ol.

  • Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”

    necibexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru

    Nədəndi bu qədər soyuqsan mənə.
    Yoxsa eşqimizi kədərmi uddu?
    Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
    Yoxsa sözlərin də sənə yad oldu?

    Bəlkə günahkaram, bəlkə suçunam?
    Düşmüşəm ömrünün sevgi payına.
    Mən həsrət qoxulu vüsal acınam,
    Nə zaman çağırsan gəlləm hayına.

    Sənli yuxular da şaxtaya düşüb,
    Taleyin boranlı yolları kimi.
    Bəxtimin əlindən qismət şürüşüb,
    Həsrətin bəmbəyaz ilqarı kimi.

    Payız libasında çiçəkli yazam.
    Nağıla dönmüşəm qış gecəsində.
    Bu eşqin önündə qəm dolu nazam,
    Qalmışam taleyin bilməcəsində.

    Yenə qəm gecəsi, yenə gileylər,
    Yenə ümidimə kəmənd atmışam.
    Qınama, məni də yorub bəlkələr,
    Özümlə-özümü çox aldatmışam.

    Məni hey isladır ümid yağışı,
    Qorxuram bu eşqin buz nəfəsindən.
    Üstümə zillənən soyuq baxışı,
    Bir anda duyuram isti səsindən.

    Ərköyün sevginəm, götür ərkimi,
    Sevgi dəlisiyəm, inan sən buna.
    Sən yalan bir sözə dözməyən kimi
    Mən də ki, dözmürəm soyuqluğuna.

  • “Şəfa EYVAZ.”Ehtiyac”

    1423756700_sefa-xanim

    Mənim yuxularım qarışır, Ana!
    Qarışır, içindən çıxa bilmirəm.
    Darıxır ürəyim içimdə, Ana!
    Darıxır, özümü yıxa bilmirəm.

    Sənin əllərinin kəraməti var,
    Gəl, topla dağınıq ruhumu yenə.
    Qan verən yaramı ürəyinə sar,
    Bir tək ürəyini sıxa bilmirəm.

    Zaman tərs yellənir, ömür viranə,
    Dağıdıb küləklər könül evini.
    Ya ruhum sovrulub bir küncə yenə,
    Ya da ki çıxmışam yoxa, bilmirəm.

    Bu suçlu taledə müttəhim özüm,
    Hakim də özüməm, qınama, Ana!
    Elə dəyərsizə ağlayır gözüm,
    Sonradan üzünə baxa bilmirəm.

    02.06.2015

  • Afət VİLƏŞSOY (Yeni şeir) Sənə

    afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,  
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    O otaq saxlarmı dostluğumuzu?
    Gözümüz keçmişə dönə, ağlaya..
    O kiçik kirayə otağındakı

    Toyda oynamırıq, sevincimiz qıt,
    Döndümü fələyin çarxı tərsinə?
    Atılıb-düşərdik, lap uşaq kimi
    Bir köhnə radio musiqisinə..

    Bəlkə, tək bu çatmır xoşbəxt olmağa,
    Şirin xatirələr kövrəlir gendən.
    Orada bir parça ondan gizlənib,
    Orada bir parça səndən və məndən.

  • Şəfa VƏLİYEVA.”Sənsiz xoşbəxtəm, gülüm…”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    sənsiz xoşbəxtəm, gülüm…
    güllər üzümə açır…
    ayrılığın əvvəli
    mənim sonuma qaçır…

    tənhadı baş hərflər
    sms yerlərində…
    səsi gələn “ölülər”
    axı, kimin eyninə?

    nəfəsin külək olub,
    Gəncə-Qazax yolunda…
    Yolda xatirəm tutub
    yıxılanda qolundan…

    neynək, işarələr kəm
    “Bakı-Gəncə” sözündən…
    sən gəldiyin yolları
    uydurururam özümdən…

    növbəti dayanacaq…
    gizli döyüş yeriyəm…
    Qazax istiqamətində
    görüş yeri-özüməm…

  • Debüt: Mərhəmət ƏLİYEV (Şəki).”Ömrüm sənin olsun!” (Hekayə)

    11350118_639856669492376_689212916_n

    (Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara!!!)

    Yarası yüngül olmasa da ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi…
    Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış və mühasirəyə düşmüşdü. Ancaq, yaxşı döyüşçüydü. Xeyli düşmən məhv edərək xilas olmuşdu. (daha&helliip;)

  • Nərmin Kərimzadəni doğum günü münasibətilə təbrik edirik! (30 may)

    nermin

    “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti

  • UŞAQLIQ XATİRƏLƏRİMDƏN…HƏYATİ HADİSƏLƏR

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Bizim ata-baba evimiz Əmircanda, Bakının qədim Xilə kəndində, qoşa minarə məscidə yaxın bir yerdədi, gölə yaxındı. Biz kiçik olanda, o göl həddən artıq daşardı. Suyun həddən artıq şor olmağına baxmayaraq, üstü həmişə yaşıla bənzər mazutlu neft ləkələri ilə dolu olardı, heç xəbərimiz olmadan, mazut bütün evlərin həyətinə, zirzəmilərə dolardı, Tez-tez yanğınlar baş verirdi. Biz də evdə 5 uşaq idik. Artıq gölə yaxın yaşayanlar yanğına öyrəşmişdilər. Hər zamanki kimi, bir dəfə göl alışıb yanır. (daha&helliip;)