Qanad açıb uçsam belə
arzularım qucaq – qucaq
deyirəm ki dön gəl mənə
ruhumuzda qovuşacaq….
Atıb dərdi bir kənara
sevinərik ürəkdən biz
yazıq olar olanlara
qoy bitməsin saf sevgimiz…
Sən gözümdə işıq nur tək
gün açılan sabahımsan
çiynimdə bir qonmuş mələk
yazılmamış varağımsan…
Fidan yuxum çin olaydı
qovusaydıq gerçəkdə biz
bir dastana çevrilbdir
bu müqəddəs saf sevgimiz…