gi

Özü öz qanına bələndi dünya,
Rəngbərəng günahlar savaba bənzər,
Utancaq baxışıar nələr yaradar?!
Xəyanət – sevgidə cavaba bənzər,

Cüt olan ümidə təklik yazılar.
Yalanlar doğruya sahib çıxıbdı,
Səhv düşüb yazısı, sözü dünyanın.
Imanlı könüllər qəlbdən axıbdı,

Bezib, öz əlindən özü dünyanın.
Hər təklik içindən cütləndi dünya,
Ürək qapıları ruhla calanar.
Özü öz qanına bələndi dünya,

Son ümid sorağı harda dayanar?
Biri nura qaçar, addımı yalan,
Durar yol üstündə ayaq aldadar.
Bir bəndə ağlayar,- Nurundan qalan,
Bir aciz ürəkdə soraq ağlayar.