Gulnarexanim

yağış damcılarında
göz yaşları səpələnir həyatın üzünə.
canlanır insan ahında bitgilər.
yeyir insan, insan göz yaşını
göz yaşının haləti dəyişir sadəcə
dəyişən heç nə yoxdur əslində
hər şey eynidir
göz yaşından başqa.
yaşlanır insan,

və damçılayır
göyün yeddinci qatından
yerin dibinə.
yenidən göyərir
qəbir daşlarının dibindən!
hər gün doğulur insan
başqa başqa şəkillərdə