Ümid Yaşar oğlu Əsədov 1996-cı ildə Salyan rayonunda anadan olmub.2013-cü
ildə Əliağa Kürçaylı adına 7 saylı texniki fənnlər təmayüllü məktəb-
liseyini bitirib.Tam orta təhsillidir.16 yaşımdan ədəbi yaradıcılıqla məşğul olur.Şeirləri “Qələbə” və
“Aysberq və həyat” qəzetlərində çap olunmuşdur.”Kürün töhfəsi” ədəbi birliyinin üzvüdür.

Heyif

Kəpənək ömrü də sürmədik heyif
Bulud arxasında gün olub batdıq
Bələnib həsrətin üfüqlərinə
Gah yanan, gah sönən ümid yaratdıq

Bilmirəm heç necə yadıma salım
Tez ötüb, tez keçən şirin anları
Düzü qısqanıram hər zülmət gecə
Hər səhər eşq ilə oyananları

Biz nə biləydik ki ayrılıq gəlib
İsti məhəbbəti alacaq bizdən
Vəfasız, əzablı, fani dünyaya
Soyuq bir intizar qalacaq bizdən

Eh…olan olubdu gəl ağlamayaq
Gözümüz yaş olsa nə dəyişəcək?
Dondursaq həsrətdə ürəyimizi
Yazımız qış olsa nə dəyişəcək?!

Bəlkə səssizliyi ifa edəsən?
Mən də qulaq asam bir küncdə sənə
Unudub qüssəni, qəmi ömürlük
Yenidən vurulam gözəl hüsnünə

Dost olmağa

“İnsanlar” daşdan da sərtdi
Daş gəzirəm dost olmağa
Demə bahar qubar, dərddi
Qış gəzirəm dost olmağa

Dost ürəyi çıxdı kirli
Gördüm neçə dost məkrli
Səmada azad fikirli
Quş gəzirəm dost olmağa

Artıq gücsüz sözlərim də
Tənhalaşıb izlərim də
Mən bu tutqun gözlərimdə
Yaş gəzirəm dost olmağa

GeTSiN

Düşüncənə sahib olsan
Xeyalini boşa getsin
Tikmə onu ürəyinə
Yırt, tikişi başa getsin
Çalış qəlbi çox doldurma
Göndər bir az başa getsin
Ürək əzib , könül qırma
Etdiklərin xoşa getsin
Duyğuları isit sözlə
Soyuqluğun qışa getsin
Gəl xəyali cala qəmə
Qəmlə xəyal qoşa getsin
Ağla boşalt sərt nisgili
Gözlərində yaşa getsin
Ayrılığı qəfəs bilmə
Qoy ruhun uçuşa getsin
Gözünü yar, çəkmə məndən
Gözlərim baxışa getsin
Giley salma sən könlünə
Bu həyatı yaşa getsin
Kim pisliyə alışıbsa
Üz-gözü qarğışa getsin
Yaxşıya vərdiş edənin
Hər sözü alqışa getsin
Yollara düşən savaşlar
Tezliklə barışa getsin
Məğlub olan o ümidlər
Cəhd edib , yarışa getsin
O yoxuşlu günlərimiz
Yenidən yoxuşa getsin
Canlar alan xəstəliklər
Həm dağa həm daşa getsin

BƏXTiM

Qaraladı qara bəxtim
Gülüşlərdə gəzən üzü
Saldı canı dara bəxtim
Götürmədi məni gözü
Həsrətimdən qəm doğurdum
Gah çığırdım, gah bağırdım
Var gücümlə hey çağırdım
Sanki döndü kara bəxtim
Həm ağlayıb, həm gülmüşdü
Çox öyrənib, çox bilmişdi
Uzaq yollardan gəlmişdi
Çıxıb getdi hara bəxtim?
Ürək əzik , könül sınıq
Bəxt yol aldı çox boğunuq
Heç olmasa, o dağınıq
Nisgilləri dara bəxtim,
Döndü ünvanına çatdı
Yorğun bəxtim , əzgin, matdı
Gələn kimi heyf yatdı
Nə olardı dura bəxtim

ANA

Nə tez unutmusan əziz balanı
Arabir gəl yoxla yada sal Ana,
Sən işlətməz idin hərgiz yalanı
Söz verdin yanına məni al Ana,

Həsrət cavanlaşdı mənsə qocaldim
Başı qarla dolan dağtək ucaldim
Allahdan təsəlli , ah, fərəc aldım
Yoxluğun qəlbimə salıb xal Ana,

Nə dindiren oldu nə də üz verən
Nə gulduren oldu nə də söz verən
Olmadı sən gedən yoldan iz verən
Eylədim yolları mən işğal Ana,

Günahım nə idi ? Həyat bac aldı
Ayrılıq ruhuma taxti tac saldı
Səbr də tükəndi gözlər ac qaldı
Varmı gəlişindən ehtimal Ana!?

Sən o govherlerin əslisən əsli
Sonsuzdur Anacan, esqinin misli
Bir görün gözümə bir çağır səsli
Parla gozlerimde bir misqal Ana,

11 şəhid bəlkə lap çox

Söz tutmayır dilim,ağzım
Bu nisgili hara yazım
Qaraldı ax,ağ kağızım
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Göy üzü geyinib qara
Anaların qəlbi yara
Fikirləşin artıq çara
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Baritlanir temiz hava
On bir şəhid on bir yuva
Nə vaxt bitəcək bu dava
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Əsgər yenə keşikdədi
Mənfur düşmən deşikdədi
Şəhid oğlu beşikdədi
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Yenə atəşkəs pozulur
Cismə güllələr yazılır
Yenə məzarlar qazılır
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Uca dağda əriyir qar
Şəhid oldu igid Vüqar
Daha dağa yagmaz o qar
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Elçin ellər ogluydun sən
Sən bir gəlib-gedən dürrsən
Bil ki sən ölməzlərdənsən
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Gəldi bizə qara xəbər
Şəhid oldu igid Səftər
Besdi daha yeter! Yeter!
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Anaların gözdə seli
Ataların sindi beli
Şəhid oldu igid Əli
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Gözlərimizdə itdi nur
Şəhid oldu igid Elnur
Neçə evdə söndü bu nur
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Eşidildi güllə-baran
Şəhid oldu igid Sənan
Kömək olsun sizə Quran
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Mustafatək oğul getdi
Əsgər ömrü belə bitdi
Ürəyimizi kin tutdu
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Can Hüseyn şəhid oldun
Saraldin yarpaqtek soldun
Qürur olub qəlbə doldun
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Sənsiz qaldı ailən,evin
Şəhid oldu igid Pərvin
Bizim səhvdir sənin məhvin
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Tellər agardi qaryağdı
Yenə şəhid var Qaryağdı
Şəhid ölməz! Şəhid sağdı
Qalmasın bu qanlar yerdə
Ürək dözmür belə dərdə
Denizsiz qaldı – tək sahil
Şəhid oldu igid Rahil
Alacağıq qanını bil
Qalmasin bu qanlar yerdə
Ürək dözmür belə dərdə