afetxanim

Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Sevəndə yazılır sevgi şeiri,
Sonradan yazılan xatirələrdi.
Vüsal Oğuz

Öldürdü bu sevgi, öldürdü bizi-
-Bıçqıdı, tətikdi, daha nələrdi..
Narahat ruhlardı yerə enənlər,
Həftənin günləri bəhanələrdi.

Yağıya, düşmənə gərəyimiz yox,
Qocalıb ölməyə diləyimiz yox,
Sevgidən keçirik, ələyimiz yox,
Ələnib keçənlər əfsanələrdi.

Güləndə üzünə düşən cizgidi,
Gedəndə yolunda qalan kədərdi..
“Sevəndə yazılır sevgi şeiri,
Sonradan yazılan xatirələrdi.”

29.06.2015