Author: Delphi7

  • Bakı Slavyan Universitetində “VƏTƏNPƏRVƏRLİK” mövzusunda möhtəşəm tədbir keçirilib

    1425628042_tedbir (1)

    5 mart 2015-ci il tarixdə Bakı Slavyan Universiteti “İnnovasiya və Texnologiya üzrə” Rektor Müşavirliyinin və “Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə akt zalında “VƏTƏNPƏRVƏRLİK” mövzusunda möhtəşəm tədbir keçirilmişdir.Tədbirdə milli qəhrəman İbad Hüseynov , Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev ,Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev ,”Kempo “ federasiyasının prezidenti Rauf İbrahimli, tanınmış bədii qiraətçi Ağalar Bayramov ,HHQ komandiri Seymur İsayev ,Qarabağ qaziləri və digər ziyalılar iştirak edib.Tədbiri giriş sözüylə açan rektor Asif Hacıyev çıxışında gənclərin vətənpərvərlik ruhunun və milli mənəvi dəyərlərin aşılanmasında böyük rolu olduğunu bildirib.Tədbirin təşkil olunmasında əsas məqsəd gənclərdə vətənpərvərlik hissini aşılamaqdır. Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev qeyd edib ki, bu tədbirin keçirilməsinin məqsədi gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlandı, bu hadisələrə siyasi-hüquqi qiymət verildi. Sonra isə vətənpərvərlik ruhunda ifalar səsləndi, qonaqlara təşəkkürnamələr və fəxri diplomlar verildi.

    Ülkər PİRİYEVA,
    Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü

  • Gənc yazar Ramil Əhmədin yeni kitabının imza günü keçirilib

    ramilehmed

    3 mart 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Gənc Ədiblər Məktəbi”nin məsul katibi, gənc yazar Emin Piri, DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İbrahim İlyaslı, DGTYB və AYB üzvü, gənc xanım yazar Şəfa Valiyeva, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, DGTYB Yönətim Kurulunun üzvü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcid ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc yazar Ramil Əhmədin həm özü, həm də yeni işıq üzü görmüş kitabı haqqında məlumat verib.Daha sonra Xəyal Rza rəhbəri olduğu aybkitab layihəsi çərçivəsində işıq üzü görən kitablar haqqında ürəkdolusu danışıb, gənc yazara yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin səbəbkarı gənc yazar Ramil Əhməd yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu bildirib.Yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!” (Yeni şeir)

    234435423665547648

    Elə istəyirəm qığılcım axsın,
    Parlasın, gözümün yaşı yerinə.
    Çiynim bu dünyanın yükü altında,
    Əzilib getməsin boşu yerinə.

    Elə istəyirəm küləklər əssin,
    Çiçəklər dayansın dodaq-dodağa.
    Bu öpüş qanadlı mələyə dönsün,
    Aparsın məndən də məni uzağa.

    Elə istəyirəm nağıl danışsın,
    Hər gecəm, gündüzü yatırmaq üçün.
    Sinəmdə doğulmuş, körpə arzumu,
    Qızılgül içinə batırmaq üçün.

    Elə istəyirəm buludlar kimi,
    Ağlayım, quruyan dodaqlar üstə.
    Baharda ağacda tumurcuqlayım,
    Gizlin-gizlin açım budaqlar üstə.

    Elə istəyirəm torpaq ağlayım,
    Tökülsün gözümdən torpaq adamlar.
    İçimdə göyərən, içimdə ölən,
    Bir- bir yerə ensin yarpaq adamlar.

    Elə istəyirəm torpaqdan bitim,
    Yeriyim, yeriyim uzanım göyə.
    İçimdə göyərən, içimdə ölən,
    Yarpaq adam kimi ölməyim deyə.

  • Fidan ABBASOVA.”Qaçardım arxanca sonsuz xülyaya..” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Baxıram ürəyim ağrıyır yaman
    başımı alıbdır qatı bir duman
    sabaha olsaydı inanki güman
    səni sevmək üçün gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Kaş əlindən tutub yürüyə bilsəm
    kaş ki, həsrətini unuda bilsəm
    gütdiyin yolları geriyə dönsən
    səni görmək üçün çıxıb yollara
    qaçardım arxanca sonsuz xülyaya…

    Ruhum səni gəzir dağda , aranda
    kimə nə söyləyim səni soranda ?
    hisslərim dəli tək məni boğanda
    tutardım əlindən gedib röyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Nə yaxşı sevmişəm səni əzizim
    nə qədər taqət var yorulmaz dizim
    dünyada ən gözəl bu sevgimizin
    sarıb isti- isti bərk- bərk yorğana
    səni aparadım şirin xülyama…

    Səni gördüyüm gün ən gözəl günüm
    həyatım, varlığım, inan hərşeyim
    Fidan sənin üçün bəlkə taleyin
    verdiyi bir paysa gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

  • Şəfa VƏLİYEVA.”Gözümdən yağış yağır” (Yeni şeir)

    sefa1-450x300

    Baxışında qar donub,
    Gözümdən yağış yağır.
    Xatirəylə ovunub,
    Günüm yolundan çıxır…

    Daha mənə söyləmə,
    Gün çıxacaq nağılı…
    Bilmirsənsə, öyrətmə
    Unutmağa ağılı…

    Soyuqluğun öyrədib,
    Ömrün qışı hardadır…
    Kirpiklərin gizlədib,
    Baxışında qardadır…

  • Şəfa EYVAZQIZI.”Kim bilir” (Yeni şeir)

    1423756700_sefa-xanim

    Alnıma yazılan yazıya bir bax,
    Kim bilir daha nə görəcək gözüm?!
    Vaxtsız sönən məhəbbətin yasına,
    Görəsən çoxmu yaş tökəcək gözüm?!

    Üzümdə izini buraxır illər,
    Saralır içimdə açılan güllər.
    Gün-gündən rəngini itirir tellər,
    Deyəsən çuxura düşəcək gözüm!

    Düz yollarım döndü oldu çəpəki,
    Dağ-dərə önümü kəsib hələ ki.
    Çox yüyürdüm çatammadım sənə ki
    Elə baxa-baxa öləcək gözüm.

  • Debüt: Günel YAĞMUR (Şuşa rayonu).Yeni şeirlər

    1425097377_11006139_657467767712978_2018236402_n

    Günel Yağmur (Eliyeva Günel Qəzənfər qızı) 1991-ci ildə Şuşa səhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi, eləcədə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir.

    GÜNAHSIZ ”QATİL”

    Kimsəsizlər adasına yola saldım düşüncələrimi,
    Uzaqlaşdırmaq istədim mənim olan dünəni,
    Köksünə xəncər sancıb ölümünə bais olduğum
    Xatirələrimin yasını tutdum sonra.
    Gözlərimdə məzar qazdım ,
    Elə oradaca dəfn etməkçün illərin əzabını.
    Gözdən iraq olsa könüldən də uzaq düşəcəyi qorxusu vardı.
    Bəlkə də qəlbimdə.
    Fərqinə varmırdım bəzən davranışlarımın,
    Gah öldürüb, gah diriltmək istəyirdim hisslərimi.
    Axı sevginin mərhəməti qürurundan çox olur.
    Hisslərimin kölgəsiydim mən də əslində
    Hara getsə aparırdı məni də.
    Cinayətkar həbsə məhkum olmalıdır.
    Mənimsə cəzamı verən olmadı.
    Qatil idim mən də.
    Fəqət günahsız” qatil”.
    Məhkumlar başqalarına əzab verənlərdir.
    Mənsə içimdəki insanı öldürmüşdüm
    Xatirələrimin ölümünə səbəb olarkən…

    METAFORA

    Bu gün ilhama gəlib,
    Şeir yazır buludlar,
    Qüssə adlı nəğməni
    İfa edir ağaclar.
    Ürək neftsiz, benzinsiz,
    Qəmindən, kədərindən
    Od tutub hey alışar.
    Dalğalar aği deyib,
    Dənizini qucaqlar.
    Bir başqadir ,elə bil,
    Bu gün çilğin təbiət.
    Solub üzü, bənizi,
    Dəyişib əski səsi.
    Dünyaya vida edib,
    Gedib sanki əzizi.
    Göy üzündən ələnir,
    Hər yerə səpələnir,
    Sonra da heçə dönür.
    Qəmli- qəmli yağışlar

  • Debüt: Nigar RÜSTƏMQIZI (Bakı şəhəri).Yeni şeir

    11015859_1571129903127579_1875483957_n

    Nigar RÜSTƏMQIZI -1992-ci il, dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmiş,2001-2008-ci illərdə Abşeron Musiqi məktəbinin fortepiano üzrə 7 illik mərhələsini fərqlənmə diplomu ilə bitirmişdir.2010-cu il tarixində 9 saylı orta məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur.Oxuduğu illər ərzində ictimai fəaliyyətinə və liderliyinə görə “İlin ən yaxşı tələbəsi” mükafatına layiq görülmüşdür.2014-cü ildə bakalvr pilləsini tamamlayaraq,Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində magistraturasına qəbul olmuşdur.2015-ci ildən yeni yaradılan Azərbaycan Tələbə Yazarlar Birliyini sədridir.

    ***

    İçimdə təşviş var,
    Elə yorulmuşam bu axtarışdan.
    Çox uzaq ulduztək
    yaxın ol mənə.
    Yaxınlıq görünər uzaqlığında…
    Yoxsa ki, yoxsa ki…
    Sayım saat-saat sənsizliyimi…
    Unudub özümü haraya gedim?!
    Bircə əlacım var,
    Elə bu gecə…
    Saydıqca yorulub yuxuya gedim.
    Aparsın ovcunda məni ta yuxu,
    Hardasa,hardasa sən olan yerə…
    Nə bilim…
    bəlkə də daha qar yağıb,
    Sənin sinəndəki mən olan yerə…
    Səni axtarıram son ulduzumda,
    Deyirəm sonumda bəlkə “SƏN”im var…

  • Debüt: Şəhanə MÜŞFİQ (Bakı şəhəri).”Eşq olsun!” (Hekayə)

    1423890042_pic

    Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın “bu gün yağış havası var, özünlə çətir götür” məsləhətinə qulaq asmadığım üçün də peşmançılıq keçirirdim içimdə. Amma onsuzda istifadə etməyəcəyimi bilirəm axı… Yayda eynək, yağışda da çətir istifadə etmək heç adətim deyil. Eynəkdən istifadə etməməyimin səbəbi hər şeyi öz rəngində görmək marağımdır. Günəşi də, dənizi də, ağacı da, bir sözlə hər şeyi öz rəngində görmək istəyirəm. Bəlkə də bu, bir çoxları üçün mənasız bir istək kimi görünə bilər, amma neyləyim, sevmirəm süni boyanı. Çətir isə uşaqlıqdan heç sevmədiyim bir əşya olub. Uşaq vaxtı yağışı çox sevirdim, yağış yağarkən həyətə, yağışın altına qaçmağa can atırdım. Elə indi də yağışa olan sevgim qalıb, amma indi yağışın altında olmaqdansa, ona kənardan, məsələn, evimizin balkonundan, ya da pəncərədən baxmağı daha üstün tuturam. Nə isə…
    Yağışın altında metroya doğru qaçarkən gurultulu alqış səsi məni dayanmağa məcbur etdi. Gözümün altından səs gələn tərəfə doğru baxanda yolun o biri tayında bir binanın qarşısına yığılmış insan ordusu diqqətimi cəlb etdi. Görəsən, bu camaatı bu soyuq havada ora yığışmağa vadar edən səbəb nə ola bilərdi? Bu sualın cavabı yağışdan da, soyuqdan da, evə gecikmək qorxusundan da daha vacib idi. Məhz bunu öyrənmək üçün istiqamətimi dəyişib həmin izdihama doğru getməyə başladım. Bu dəfə addımlarımı daha sürətli atır, tez bir zamanda oraya çatmağa çalışırdım. Eee, bu maşınlar da imkan verir ki… Piyadanın yolunda da piyadaya imkan vermirlər…
    İzdihama yaxınlaşarkən səslər daha aydın seçilməyə başlayırdı. Deyəsən, kimsə danışırdı… Yaxınlaşdım… Boyum balaca olduğundan heç bir şey seçə bilmirdim. İnsanlardan üzr istəyə-istəyə izdihamın ortasına doğru irəlilədim. Məni süzən əsəbi baxışları, dalımca deyinən insanları görsəm də fikir vermədən irəliləyirdim. Neyləyim, görmürəm axı…
    Axır ki, səhnəni görə biləcəyim rahat bir yer seçdim özümə… İndi görək nələr olur…
    Səhnənin ortasında bir tribuna qoyulmuşdu. Tribunanın arxasında əlində mikrofon tutan 45-50 yaşlarında bir kişi danışırdı, daha doğrusu, demək istədiklərini qarşısındakı vərəqdən oxuyurdu. Bu mənzərəni görəndə bir fikir məni götürdü: görəsən, vərəqdəkiləri özü yazmışdı, yoxsa kiməsə yazdırmışdı? Nə isə, bundan mənə nə… Kişinin görünüşü çox səliqəli idi. Qara kostyum, ağ köynək geyinmişdi. Köynəyin düymələrini axıra qədər düymələmiş, üstündən də qara rəngli qalstuk taxmışdı. Geyimi səliqəli olsa da, qabağa çıxan qarnı bu səliqəyə xələl gətirirdi. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, bu qarnı olmasaydı, heç olmasa biraz bundan balaca olsaydı necə gözəl olardı, yaşından da daha cavan görünə bilərdi… Nə isə, əsas məsələ onun görünüşü, səliqəsi yox, danışdıqlarında idi:
    -Əziz seçicilərim (hə, deməli bu adam nəyəsə namizəd imiş), mən artıq bir dəfə sizinlə görüşmüşəm. Məramım, məqsədim və saf niyyətim sizin hər birinizə artıq məlumdur…
    Saf niyyət? Söhbət deyəsən, komediyaya doğru inkişaf edir axı… Gözləyək, görək, axırı necə olacaq.
    – Bu gün də buraya toplaşmağımızın əsas məqsədi həm sizinlə səmimi münasibət yaratmaq, həm də sizə şən saatlar bəxş etməkdir. Mənim bütün həyatım boyu tək məramım olub:vətənimə, xalqıma namusumla, vicdanımla xidmət etmək! Bu gün Ulu Tanrım mənə bu məramımı daha gözəl bir şəkildə həyata keçirmək üçün bir şans verib. Əgər siz də mənə bu şansı versəniz əminəm ki, peşman olmayacaqsınız. Mən vəzifəm müddətincə sizinlə sıx-sıx görüşlər keçirəcək, sizin problemlərinizə qulaq asacaq və bu problemləri aradan qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Mən vəkili olduğum bu millətin səsini dövlətimizdə duyuracağam. Bundan sonrakı illər ərzindəsizin həyat səviyyənizi maksimuma, problemlərinizi isə minimuma çatdırmaq üçün dayanmadan işləyəcəyəm…
    “Namizəd” sözünü buraya çatdıranda gurultulu alqış sədaları qalxdı. Təəccüblə ətrafıma baxanda hər kəsin üzündə bir sevinc, bir razılıq ifadəsi gördüm. Elə bil danışan adam verdiyi vədləri elə indicə həyata keçirmiş, xalqın bütün dərd-sərini aradan qaldırmışdı. Bu insanlar nəyə bu qədər sevinirdilər, görəsən? Axı bu danışılanların quru vədlərdən başqa bir şey olmadığını bilməli idilər. Bəlkə də mən səhv etmişəm düşünərək yenidən fikrimi həmin namizədin danışığında cəmləşdirməyə çalışdım:
    – Əziz həmvətənlərim, mən bir çoxları kimi sizə yalançı vədlər vermək fikrindən çox uzağam. Sizə verə biləcəyim tək söz ondan ibarətdir ki, əgər məni seçsəniz, mənə etibar etsəniz sizin etibarınıza layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Eşq olsun Azərbaycan xalqına!!!
    Yenə də gurultulu alqışlar qopdu. Danışan adam bir neçə saniyə fəxrlə, qürurla izdihamı seyr edib möhtəşəm bir ədayla səhnədən enmək üçün pilləkənlərə doğru addımladı. Bu yerişdə elə bir əda var idi ki, elə bil artıq
    seçilib xalqın vəkilliyi vəzifəsini öz öhdəsinə götürmüşdü…
    Elə o səhnədən enmişdi ki, açıq-saçıq geyimli, yaşı 60-ı keçmiş, ancaq hələ də özünü cavan qız kimi aparmaqdan utanmayan müğənni qadın oynaq bir mahnının sədaları altında özünü səhnəyə atdı. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, görəsən, bu soyuqda bu cür açıq paltarda üşümür? Səhnəyə çıxmağı ilə də heç sevmədiyim bir ifadəni işlətməsi bir oldu:
    – Əlləri görmürəm…
    Elə bu sözə bənd imiş kimi bütün millət başladı gurhagur əl çalmağa. Qadın isə açıqda qoyduğu sallaq qarnını oynada – oynada oxumağa, daha doğrusu, diskdə oxuyan mahnını ağız hərəkətləri ilə göstərməyə başladı. Camaat bir coşmuşdu ki, getdikcə daha da qəzəblə yağan yağışı, qılınc kimi kəskin soyuğu bilə hiss etmirmiş kimi hamı yerində rəqs edirdi. Onlara baxdıqca həm acıyır, həm də həsəd aparırdım. Yəni, bir milləti iki yağlı söz, bir oynaq mahnı ilə aldatmaq bu qədər mi asandı? Elə bu vaxt telefonumun cibimdə titrədiyini hiss etdim. Tez telefonumu çıxarıb baxdım, ekranda anamın adı və nömrəsi yazılmışdı. Ekranın yuxarı hissəsində “cavabsız zənglər” işarəsi də var idi. Allah bilir neçə dəfə zəng edib, eşitməmişəm. Tələsik zəngi açdım, amma bu səs-küydə səsini eşidə bilərəmmi əmin deyiləm:
    -Alo…
    Telefonun o biri başından nə isə xırıltılı səs gəldi. Əvvəlcədən zənn etdiyim kimi bu qədər qarışıqlığın içərisində anamın səsini eşitmək mümkün olmurdu. Onun nə dediyini eşitmədən onun məni eşidib anladığına ümid edərək dedim:
    -Ana, mən sənin səsini eşitmirəm. Amma narahat olma, burada bir tədbir var, ona görə gecikirəm. Indi çıxıram burdan, bir saata evdə olaram. Hələlik.
    Bunu deyib cavab gözləmədən telefonu söndürdüm. Onsuzda onun səsini eşidə bilmirdim axı…
    Anamın zənginə cavab verəndə bir tərəfdən də fikrim səhnədəki müğənnidə, onun hərəkətlərində idi. Zalım qızı Azərbaycan dilində elə bir cümlə bilirmiş kimi tək bir cülməni təkrarlıya -təkrarlıya durmuşdu:
    -Əlləri görmürəm… Eşq olsun Azərbaycan xalqına!..
    Artıq bu komediyaya dözə bilməyəcəyimi düşünərək oradan uzaqlaşmağa qərar verdim. Gördüyüm bu mənzərə onsuzda yerində olmayan əsəblərimi daha da korlamışdı. Sürətli addımlarla oradan uzaqlaşmağa, daha doğrusu qaçmağa başladım. Oradan uzaqlaşdıqca səs də arxamda qalır, mənim sürətimə çata bilmirdi. Lakin səhnəyə çıxan hər kəsin dilində əzbərə çevrilmiş o cümlə qeyri-ixtiyari mənim də dodaqlarımdan süzülürdü:
    -Eşq olsun Azərbaycan xalqına!!!
    Əlbəttə, sizin kimilərin sözünə hələ də inanan, etibar edən bu saf niyyətli xalqa EŞQ OLSUN!!!
    Yağış isə hələ də yağmağa davam edirdi. Ancaq bu dəfə sanki məni sakitləşdirmək, təskin etmək istərcəsinə daha aramla, daha mülayim.

  • Debüt: Əsmər QASIMLI (Ağdam).Yeni şeir

    1423889445_esmer

    Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
    6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.

    SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA

    (Z.Yaqubun eyniadlı şeirinə…)

    Gəlmədim hər kəsə yar demək üçün,
    Gülmədim sevənənar demək üçün,
    Sevmədim sevgilim var demək üçün,
    Bu sevgim çatıbdır ulduza, aya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Soruşma halımı, kədərlənərsən.
    Bəlkə də ağlarsan, bəlkə gülərsən.
    Məndən də dəli tək sevən görərsən.
    Bu da bir sübutdur yalan xülyaya
    Səni sevmək üçün gəldim dünyaya.

    Yoluma qar düşdü, şaxta buz saldı
    Qar dedim, buz dedim, qalanlar qaldı
    Mane olanlarım hey fürsət aldı
    Əldə qalanım da getdilər zaya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Dərdimi çəkənlər dərd oldu mənə.
    Mümkünmü sevən kəs sözündən dönə
    Demişəm sözümü, deyirəm yene.
    Baş getdi səcdəyə, dilim duaya.
    Səni sevmək üçün gəldim dünyaya.

  • Debüt: Ülkər DƏNİZ (Masallı rayonu).Yeni şeirlər

    1425096966_ulkerxanim

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Allahım sən alma bu gözəlliyi

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Debüt: Mehman RASİMOĞLU (Tovuz rayonu).Yeni şeirlər

    1425096609_10930950_824311900945041_1211605298913058029_n

    Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. Orta məktəbi Tovuz rayonu Elxan Məmmmədov adına orta məktəbdə bitirib. 2004-cü ildə BDU-nun jurnalistika fakultəsinin məzunu olub.
    Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda dərc olunur. “İlk məhəbbətim” adlı şeirlər kitabının müəllifi, Tovuzda fəaliyyət göstərən aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    AĞACINDAN

    Kimsəyə güvənim, etibarım yox
    Alıb asıbdılar dar ağacından.
    Şərəfi, isməti, xasiyyətini
    Töküblər zamanla ar ağacından.

    Bu gün bir səs, sabah bir səs duyulur,
    Yalanlar içində içim oyulur.
    Ümidlərim ürəyimdən soyulur-
    Güllə bağlayırlar xar ağacından.

    Zamanımı, gənc çağımı aldılar,
    Şeytan kimi xəyalıma daldılar.
    Arzularmı yarı yolda saldılar,
    Məni ayırdılar yar ağacından.

    Bəxtim əzrayılın əlinə keçib,
    Dünyanın nahaqqı səbrimi biçib.
    Sevdiyim sandığım qanımı içib,
    Yıxıb baş-aşağı bar ağacından.

    MƏHƏBBƏT

    Eşqə, məhəbbətə əsir düşmüşəm
    Ağıldan, kamaldan didərginəm mən.
    Bütün varlığımla yanıb-bişmişəm
    Məni boran-qar da soyutmur, nədən?

    Ilahi, ürəyim necə can çəkir!
    Zalım rəssam gözlərimə qan çəkir.
    Sevincdən, nəşədən məni yan çəkir,
    Vüsalın ruhunu unudub bədən.

    Ülviyyətin, səadətin yoxdusa,
    Kimə gərək, ədalətin yoxdusa?
    Sevənlərə məhəbbətin yoxdusa
    Məhəbbət, özünü harda gəzərsən?!

    AĞLADI

    Səni andım, ruhum səni səslədi,
    Könlüm yorğun düşdü, gözüm ağladı.
    Hicranı qəlbimdən şeirlə aldım
    Sevən könüllərdə sözüm ağladı.

    Vüsalı gözlədim yol qırağında,
    Ayrılıq dən oldu eşq darağında.
    Çökdüm dizim üstə yar sorağında
    Yollar susqun qaldı, dizim ağladı.

    Gəzdim bağça-bağı, çölü-çəməni,
    Soruşdum daşlardan, çiçəkdən səni.
    Yordu sənsizliyin kədəri məni
    Geridə qoyduğum izim ağladı.

    GƏL GÖRÜŞƏK

    Gəl görüşək, ay bənizlim,
    Bu dünyanın o üzündə.
    Adət etsin bizi gəzsin,
    El məhəbbət dənizində.

    Burda sevib sevilən yox,
    Sol kürəkdən çırpılır ox.
    Sevilməyi istəyən çox,
    Amma sevgi yox gözündə.

    Bir yurd salaq burdan uzaq,
    Sevgimizə dastan yozaq,
    Nəğmə qoşaq, şeir yazaq
    Qalsın bizdən eşq izində.

  • Qafqaz ƏVƏZOĞLU.”Yadıma düşübdü”

    Qafqaz Əvəzoğlu

    Yurd-yuvamda keçirtdiyim hər günüm,
    Ötüşən il, ay yadıma düşübdü!
    Bir səs olcaq ayağından başacan,
    Kəndə düşən hay yadıma düşübdü!

    İşdən-gücdən yorğun-arğın qayıdıb,
    Dincələrdik körpələri oynadıb.
    Qapımızda samavarı qaynadıb,
    Dəmlədiyim çay yadıma düşübdü!

    Neçə vaxtdı bir dərd əyib qəddimi,
    Bölə bilmir köhnə qonşum dərdimi.
    Düşünürəm viran qalan kəndimi,
    Başdan-başa tey yadıma düşübdü!

    Demə orda yaşamışıq bəy kimi,
    İndi burda dolaşırıq səy kimi…
    El yığışıb götürdüyü toy kimi,
    Qapımdakı vay yadıma düşübdü!

    Ov etdiyim dərələrdə hənirti,
    Kol dibindən qopartdığım göyərti,
    Hərlədiyim yeddi nömür kərənti,
    Qatladığım lay yadıma düşübdü!

    Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
    Hardan alım Qoç Nəbini, Həcəri?!
    Göz yaşımdı Bərgüşadla Həkəri,
    Baş vurduğum çay yadıma düşübdü!

    Kəndimizdə “toybaşı”ydı üç nəfər,
    Həsənalı, Həsənqərə, Qəzənfər…
    Qara zurna nazlanardı bəxtəvər,
    O “Yallı”lı toy yadıma düşübdü!

    Gül açmadı ta Qafqazın dediyi,
    Zəhər oldu neçə vaxtdı yediyi…
    Qonşuların qonşulara verdiyi,
    Göndərdiyi pay yadıma düşübdü!!

  • Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX…”

    Rafiq Oday foto

    «Gəl gör mənə eşq neylədi»
    Yunis İmrə

    Bu sevda dəli sevdadı,
    Tükənməz macərası var.
    Nə bu dərdə əlac edən,
    Nə bu dərdin çarısı var.

    Oldu ömrün yazı talan,
    Yazıq satan, yazıq alan.
    Nə ondan bir razı qalan,
    Nə ondan bir narazı var.

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan.
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Eşq qonaqmış, sinəm otaq,
    Qonaq çəkdi sinəmə dağ.
    Ustad, bir dön sinəmə bax,
    Gör, salamat harası var?

  • Saqif QARATORPAQ.”Başa çəkək bu dərdi” (Yeni şeir)

    saqif muellim

    Zalım,mən ha demədim
    Başa çəkək bu dərdi.
    Əlim ətəkdən uzun…
    Haşa! Çəkək bu dərdi.

    Ağla,bu gülə ağla,
    Dən düşən telə ağla.
    Oda yan,külə ağla,
    Yaşa… çəkək bu dərdi.

    Əlimdə eşqin camı,
    Süzmüşəm göz yaşıımı.
    Görsən ki dönüb hamı
    Daşa,çəkək bu dərdi…

  • Hikmət MƏLİKZADƏ.”O qıza deyin ki, güzgüyə baxsın” (Yeni şeir)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Bezib şeytan yazıq təsbeh öpməkdən,
    Gəzib ömrü boyu səfil, qocalıb.
    O qıza deyin ki, güzgüyə baxsın,
    Yoxsa elə bilər qəfil qocalıb.

    Çoxunun İlahə sandığı qızı,
    Bir göz qırpımında gəzib, atırıq.
    Bir parça kağızdır arzular sanki,
    Elə ki, dəmləndik, əzib atırıq.

    Bilmirdin, yol güdən özünü güdür?
    Nəyini sevmişdin dəli Kərimin?
    Çəkil, kainatı sahmana salım,
    Yeri behişt olsun Əli Kərimin……

  • Əlirza HƏSRƏT.”Saat səsi” (Yeni şeir)

    1409288674_13314_src-300x207

    Dağın arxasında məst olub Günəş,
    Süzür gözlərini qürub saatı.
    Çarmıxa çəkilən yol ayrıcında,-
    Ürəyim döyünən qərib saatı.

    Bir eşq ünvanı tək saata baxdın.
    Könlümdə çağladın,gözümdə çaxdın.
    Əqrəblər nazıyla oynayır vaxtın,
    Kim belə divanə görüb saatı?!

    Gözlərim diksindi saat səsinə,
    Uzaqda bəlkə bir nəğmə isinə.
    Sən allah,qulaq ver zənguləsinə,-
    Gör, zalım nə gözəl qurub saatı!

  • Gündüz SEVİNDİK.”Mənim küçələrim üşümür daha” (Yeni şeir)

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Baxdı neçə-neçə şeirlərimə,
    İstədi don biçə şeirlərimə,
    Köçdü küçə-küçə şeirlərimə,
    Mənim küçələrim üşümür daha…

    Bu yükə toxunma, daşıyan mənəm,
    Bax, ölüb-dirilən, yaşayan mənəm,
    Nə yaxşı, elə tək üşüyən mənəm…
    Mənim küçələrim üşümür daha.

    Dərdim bu dünyanın çiyninə deyil,
    Sözüm küçələrin əyninə deyil…
    Dizəcən yağan qar eyninə deyil,
    Mənim küçələrim üşümür daha.

    Qəlb yanar, özünü vurdusa közə,
    Ürək lazımdı ki, tablaya, dözə.
    Ta deyə bilmirəm: “Dur gedək bizə!” …
    Mənim küçələrim üşümür daha.

    Bu necə ömürdür, bu nə pay, Allah?
    İtirdim hesabı, özün say, Allah…
    Allah, sənə şükür, şükür, ay Allah –
    Mənim küçələrim üşümür daha!

  • Mais TƏMKİN.”Dünya, məni bağışla…” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Tamah mənim gözümdəymiş,
    Dünya, məni bağışla, sən.
    Demə , günah özümdəymiş,
    Dünya, məni bağışla, sən!

    Durdum neçə can qəsdinə,
    Nahaqdan dəydim şəstinə.
    Qan tökdüm, yıxdım üstünə,
    Dünya, məni bağışla, sən.

    Sən safsanmış, təmizsənmiş,
    Çəmən, meşə, dənizsənmiş.
    Yaradana əzizsənmiş,
    Dünya, məni bağışla, sən.

    Hərdən həddimi aşmışam,
    Nə bilim, bəlkə, çaşmışam.
    Hər gün sənlə dalaşmışam,
    Dünya, məni bağışla, sən.

    İndi-indi anlamışam,
    Özümü sahmanlamışam.
    Əbəs səni danlamışam,
    Dünya, məni bağışla, sən.

    Şeirsənmiş, qəzəlsənmiş,
    Sən Adəmdən əzəlsənmiş,
    Yaşamağa gözəlsənmiş,
    Dünya, məni bağışla, sən.

    Kin bəsləyən ürək də ,,mən,”
    ,,Bədniyyət*”, xoş dilək də mən.
    Şeytan* da mən, mələk də mən,
    Dünya, məni bağışla, sən.

    Sülh bağlayaq, savaş bitsin,
    Sevinc gəlsin, kədər itsin.
    Sənə qarşı eylədiyim,
    Pislikləri unut getsin,
    Dünya, məni bağışla, Sən!

  • Ülviyyə Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (25 fevral 1988-ci il)

    Ulviyye xanim

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Gündəlik İnformasiya Agentliyinin, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının, Köşəyazılarımız.Com portallarının əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!

    Mətbuat xidməti

  • Xəstəliklər insana nəyi düşündürür?

    Firuze

    Xəstliklər ardındakı hikmətlər

    İnsan aciz bir varlıq olaraq yaradılıb. Tez xəstələnir, kiçik bir virusun hətta, bəsit gördüyümüz qrip xəstəliyinin təsiriylə günlərlə yataqdan qalxa bilməyəcək qədər zəif düşür.Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır.İnsan mikroskopik bir virusun öz bədəni üzərində əmələ gətirdiyi zəifliyə əngəl ola bilmir ,məhz bu zaman acizliyini və Allaha nə qədər möhtac olduğunu çox yaxşı qavramış olur.Əslində xəstəliklərdə bir çox hikmət var.Məsələn:

    Xəstə olan bir insan sağlam olmağın Allahın bir lütfu və neməti olduğunu daha yaxşı anlayır; belə desək, saglamlığın qədrini xəstəlik zamanı bilir.Əgər insan uzun müddət xəstələnmirsə , məhz bundan dolayı bir rahatsızlıq, ağrı ya da acı hiss etmirsə insan bu vəziyyətə alışır .Ancaq qəfil gələn bir xəstəlik ilə qarşılaşdıqda sağlam olmağın əslində Allahın bir lütfu olduğunun fərqinə varır.
    İnsan ciddi bir xəstəliyə tutulduğu zaman dünyanın nə qədər ötəri olduğunu, ölümü və axirəti daha çox düşünür.Bəzi insanlar ölümcül bir xəstəliyə tutulduqlarında ya da qəza və ya xəstəlik nəticəsində bir üzvlərini itirdiklərində bunu özləri üçün pis hadisə kimi dəyərləndirirlər.Halbuki bəlkə də bu insanın xəstəliyi dərd və bəla olaraq , axirətdə qurtulması və yalnız Allaha yönəlməsi üçün bir vəsilədir.
    Xəstəliklə bərabər insanın Allaha olan duası və yaxınlığı artır.Ciddi bir xəstəliyin vücud üzərindəki əlamətləri artdıqca ,bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və bu zaman insan bütün səmimiyyətiylə Allaha dua edərək yenidən sağlam olmağı istəyir .
    Xəstəlikdən əvvəl Allaha tam təslim olmayan bir insan bəlkədə xəstəliyi sayəsində bu gözəl xüsusiyyəti qazana bilər;ötəri dünya həyatındakı qısa müddətli sıxıntılarının qarşılığında, sonsuz cənnət həyatının nemətlərinə qovuşmağı umar.
    Əgər ALLAH dilərsə, insan heç bir zaman xəstələnməzdi, ağrı hiss etməz və ya acı çəkməzdi. Ancaq əgər insan belə bir çətinliklə qarşılaşırsa da bilməlidir ki ,bu çətinliyi yaşamasının həm dünyanın keçiciliyini, həm də Allahın gücünü anlaya bilməsi baxımından çox böyük hikməti var.

    O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; (Şüəra Surəsi 78-81)

    UNUTMAMAQ lazımdır ki “əgər bir virus səbəbiylə bir insan ağır bir xəstəliyə tutularsa” bu ALLAHın bilgisi daxilindədir.”Əgər bir qəza nəticəsində insan yaralanır və şikəst qalırsa” bu da ALLAHın yaratdığı qədər daxilindədir.Xəstəliyi əmələ gətirən də ALLAHdır ,müalicəni edən həkimi yaradan da, ona bildiklərini öyrədən, dərmanı yaradan və bunları şəfaya vəsilə edən də ALLAHDIR. ALLAHa iman edən və Onun yaratdığı qədərə təslim olan insanlar hər çətinlik və xəstəlik anında gözəl əxlaq göstərirlər. Bu həqiqəti qəlbən qavramaq və xüsusilə də belə bir hadisə ilə qarşılaşdıqda ALLAHIN bizdən istədiyi o gözəl əxlaqı göstərə bilmək yəni ,səbr edib hər halımza görə Allaha şükr etmək çox əhəmiyyətlidir.

    Firuzə HƏSƏNZADƏ

  • Taxta parçasından nəhəng ağac necə yaranır?

    Firuze

    Hər insan toxumun nə olduğunu, nəyə bənzədiyini və bitkilərin də məhz toxumlardan əmələ gəldiyini çox yaxşı bilir. Ancaq bir çox insan taxta parçasını xatırladan bir cisimdən bir-birinə bənzəyən və ya bənzəməyən, növbənöv bitkinin çıxdığını, bütün bu bitkilərə aid məlumatların toxumlara necə yerləşdirildiyini, bu məlumatların ayrı ayrılıqda şifrəli olduğunu bəlkə də heç düşünməyib.

    Necə olur ki, taxta görünüşlü bir cisimdən xüsusi rəngdə, qoxuda və görünüşdə ləzzətli meyvələr çıxır? Ağacı əmələ gətirən, meyvələri ağaca yerləşdirən toxumdurmu? Meyvələrin və ya çiçəklərin formasını, rəngini təyin edən toxumdurmu?

    Bəlkə də insan bu sualları ağılına belə gətirməmişdir. Ancaq insan bu suallar üzərində bir az düşünərsə, “bir toxum ağac istehsal etməyi necə bilir?” sualının cavabı ilə maraqlanmağa başlayacaq. Taxta görünüşündə olan bir cism necə olur ki, istehsal etdiyi ağacın hansı formada və quruluşda olduğunu təyin edə bilir? Xüsusilə də bu sual çox əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir odun parçası çıxmır. Məsələn, minlərlə fərqli bitki növü içindən hər hansı bir alma ağacını düşünək. Alma ağacı bildiyimiz kimi, torpağa atılan bir toxumdan əmələ gəlir. Toxum kiçik cismdir, amma heç bilinməyən bir şəkildə o toxumun içindən müəyyən müddətdən sonra 4-5 metr uzunluğunda və yüzlərlə kiloluq nəhəng bir agac əmələ gəlir. Ağacdakı almalar hamar qabıqları, özünə xas dadı, içlərindəki şəkərli su ilə qüsursuzdurlar. Toxumun özünə nisbətlə bu cür nəhəng ölçüdə ağacı əmələ gətirərkən istifadə etdiyi tək vəsait isə əvvəlcə içindəki ehtiyyat qida, sonra isə sadəcə torpaq və günəş işığıdır.

    Toxumlar tərkibində daşıma sistemi olan, torpaqdakı maddələri mənimsəmək üçün lazımi köklərə sahib olan və çox gözəl tərtib edilmiş məhsul istehsal edir. İnsan ağıl sahibi varlıq olaraq gözəl ağac rəsmi çəkdiyi zaman belə çətinlik çəkir. Bir ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək isə daha da çətindir. Ancaq toxum onu bütün sistemləri ilə birlikdə canlı olaraq istehsal edir.

    Mövzunu izah edə bilmək üçün toxum “istehsal edir” deyirəm. Ancaq bu həqiqəti xatırlatmaqda fayda var: Toxum müstəqil bir ağıla, şüura və iradəyə malik varlıq deyil. Yəni belə olduğu təqdirdə ağacları və bitkiləri öz sistemləri ilə birlikdə ortaya çıxaranın, yəni istehsal edənin toxumun özü olduğunu iddia etmək mümkün deyil. Əgər belə bir iddiada olan varsa, toxumun insandan belə ağıllı və elmli bir varlıq olduğu qənaətində olması lazımdır. Əlbətdə bu həqiqətdən kənar bir iddia olar.

    Sonda belə bir nəticəyə gəlirik:toxumun içində çox üstün ağıl və kompleks məlumat var. Ancaq bu ağıl və məlumat əlbətdə toxuma aid deyil. Toxumu meydana gətirən maddələrin molekullarının, bu molekulların atomlarının ağıl və məlumat sahibi olduğu iddia edilə bilməyəcəyinə görə, bu məlumat toxumun içinə hər hansı bir şəkildə yerləşdirilmişdir. Bəs bu məlumatı yerləşdirən kimdir?

    İnsan bu şəkildə dərindən düşündüyü zaman mühim həqiqətlərlə qarşılaşır. Toxum öz başına hər hansı bir şeyi etməsi mümkün olmayan quru, cansız bir cismdir. Toxumlara bu məlumat çox üstün bir güc sahibi tərəfindən yerləşdirilib. Bənzəri olmayan bu gücün sahibi Allahdır. Toxumlar Allah tərəfindən ağac əmələ gətirəcək məlumata və sistemə sahib olaraq yaradılıblar. Torpağa atılan hər toxum Allahın elmi ilə əhatə olunub, onun elmi ilə böyüyüb inkişaf edir və bitki halına gəlir.

    Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

    Firuzə HƏSƏNZADƏ

  • Təkamül nəzəriyyəsinə qarşı elmi mübarizə aparmaq nə qədər əhəmiyyətlidir?

    Firuze

    “Təkamül nəzəriyyəsinin etibarsızlığı”. Əslində, bu mövzu hər kəs tərəfindən çox yaxşı öyrənilməlidir. Nəyə görə? İnsanlar fitrətən doğru olanı sevərlər. Məsələn, heç bir insan istəməz ki, ona yalan deyilsin. Doğru olmayan bir şeyə də etibar etməz, güvənməz. Ancaq burda diqqət etməli olduğumuz bir məqam var. İnsan əvvəlcə araşdırmalıdır. Ağılla, elmlə, vicdanla nəyin doğru, nəyin yanlış olduğunu ayırd etməlidir. Məhz bu zaman doğrunu tapa bilər. Eynilə, bir nəzəriyyənin elmi olub olmaması, onun aparılan təcrübələr və araşdırmalar qarşısında doğru olub olmaması ilə müəyyən olunur. İndi bəhs edəcəyim mövzuda təkamül nəzəriyyəsinin əsil üzünün göstərilməsinin və onun etibarsızlığının hər kəs tərəfindən bilinməsinin niyə bu qədər vacib olduğunu öyrənəcəyik.
    Hal-hazırda bir çox internet saytlarında yer alan bəzi xəbərlərdə və ya bir sıra televiziya proqramlarında bu nəzəriyyəni elmi ifadələrlə bəzəyərək, onlara elmi don geyindirərək təbliğatlar aparılır. Bir sıra elm adamları istirak etdikləri proqramlarda bu nəzəriyyəni qəbul etdirmək üçün doğru olmayan dəlillərlə insanları buna inandırmağa çalışırlar. Demək olar ki, apardıqları təbliğat nəticəsində məqsədlərinə çatırlar.

    Ümumiyyətlə, təkamül nəzəriyyəsi haqqında kifayət qədər məlumatı olmayan və ya bu mövzunu hərtərəfli araşdırmayanlar bu nəzəriyyənin nə qədər təhlükəli olduğunu da bilmirlər. Bəzi insanlar həm Allaha inandıqlarını, həm də təkamül nəzəriyyəsinin doğru olduğunu düşünürlər. Bu insanlar məlumatsızlıqdan Darvinist düşüncənin təxminən 150 ildir ki, insanlığa verdiyi zərərin də fərqində deyillər və buna görə də darvinizmlə fikri mübarizənin nə qədər əhəmiyyətli olduğunu da anlamırlar. Halbuki, dövrümüzdə də insanlığa əziyyət verən, sosial problemlərin və əxlaqi pozğunluğun əsasında məhz təkamül nəzəriyyəsi durur.

    Təkamül nəzəriyyəsi yer üzərindəki canlılığın ilk canlı hüceyrədən əmələ gəldiyini və kiçik dəyişikliklərlə uzun zaman ərzində təkamüllə törədiyini iddia edir. Yəni bütün canlıların əcdadı ilk canlı orqanizm olmuşdur. Bu, sadəcə bir iddiadır və elmi subutunun olmaması da təkamülçülərin bu sualın qarşısında uzun zamandır ki səssiz qalmasına səbəb olur. Çünki bilirik ki, cansız maddələr təbii prosseslər nəticəsində bir araya gələrək canlılığı əmələ gətirə bilməzlər. Məşhur fransız bioloq Lui Paster uzun elmi müşahidələr və təcrübələr nəticəsində “Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə çevrilmişdir” deyə bunu subut etmisdir. Bu nəzəriyyə canlıların təkamül keçirməsi üçün mutasiya və təbii seçmə kimi mexanizmlərin qarşılıqlı şəkildə baş verməsini nəticədə canlının ibtidaidən aliyə doğru inkişaf etdiyini bildirir. Qısa nəzər salsaq görərik ki, təbii seçmə heç bir canlıya yeni bir xüsusiyyət, yeni bir orqan vermir .Çünki şüura, iradəyə, qərar vermə qabiliyyətinə sahib olmayan bir mexanizmdir və canlılardakı kompleks quruluşu belə açıqlaya bilmir .Hər canlı “sadələşdirilməz komplekslik” xüsusiyyətinə sahibdir .Bundan əlavə canlılardakı fədakarlıq, birlik ,sevgi, bir-birlərini qoruma kimi üstün xüsusiyyətlərdə bu iddianın nə qədər yanlış olduğunu göstərir.Çarlz Darvin bu həqiqəti belə etriraf edir :”bir-birinin ardınca kiçik dəyişikliklərlə kompleks orqanın əmələ gəlməsinin qeyri-mümkün olması göstərilsə nəzəriyyəmin tamamilə mənasız olduğu sübut olunacaq. “Eyniylə mutasiyalar da təsadüfən baş verdiyi üçün kankret olaraq zərərlidirlər və heç bir halda canlıya yeni xüsusiyyət və yeni orqan qazandırmır. Əksinə DNT kimi kompleks və qüsursuz sistemi pozduqlarına görə mutasiya nəticəsində canlıda anormal xüsusiyyətlər əmələ gəlir. Pier Paul Qrasse mutasiyaları “yazılı mətnin surətinin köçürülməsi əsnasında əmələ gələn hərf xətalarına” bənzədir.

    Bunlarla yanaşı fosillər də təkamülçülərin ortaya atdıqları iddiaları çürütmüş olur. Fosillərin üzə çıxardıqları həqiqət : “Fosil qeydlərində indiyə qədər heç bir ara keçid formaya rast gəlinməmişdir Canlılar min və ya milyon il əvvəl necə idilərsə hal hazırda da eyni quruluşlarıyla mövcuddurlar.Canlılar qüsursuz və kompleks quruluşlarıyla və bir birlərindən fəqli xüsusiyyətləriylə yer uzündə bir anda meydana gəlmişlər.
    Qısa desək canlıların təkamül keçirməsi mümkün deyil çünki təbiətdə onların təkamülünə səbəb olacaq heç bir mexanizm yoxdur . Kainatdakı heç bir sistem Yer üzərində yaşayan heç bir canlı qətiyyən təkamülün və ya kor təbii prosseslərin əsəri deyildir. 21 –ci əsr elmi də təkamül nəzəriyyəsinin lehinə deyil əleyhinədir.

    Darvinist ideologiya (Rəbbimizi tənzih edirəm) Allahın varlığını və Yaradılış həqiqətini inkar edir. İnsanların Rəbbimiz qarşısında məsuliyyət daşıdığını unutdurmağa çalışır. Elmi cəhətdən çökən, lakin ideoloji səbəblərlə davam etdirilən və tarixi bir saxtakarlıq olan Darvinizm insanları ruh sahibi bir varlıq deyil, bir az inkişaf etmiş bir heyvan növü olaraq göstərir. İnsanların arasında sevgi, mərhəmət, şəfqət kimi üstün xüsusiyyətlərin olmasını deyil, məhz mərhəmətsiz, eqoist, dava-dalaşa meyilli olan bir əxlaqsızlığın olmasını əsas tutur. Buna görə də darvinist təlqinlərlə böyüyən insanlar üçün artıq ailənin, din əxlaqının, namus və şərəfin heç bir əhəmiyyəti yoxdur. Belə ki, Darvinist təməllərə əməl edənlər ötən əsrdə ən böyük müharibələrin, terror aktlarının, kütləvi qırğınların, soyqırımların səbəbkarı olmuşdular. Sosial darvinizm adlanan bu ideologiyanın təsiri hal-hazırda da davam edir. Dünya miqyasında davam edən terror və şiddət bu azğın nəzəriyyə ilə qidalanır. Darvinist-materialist ideologiyanın təhlükəli olduğu bildirilməli və bütün insanlar bu yöndən maarifləndirilməlidirlər. Məhz buna görə Darvinizmlə fikrən mübarizə aparmaq hər bir müsəlmanın əsas vəzifəsidir.

    Yaşadığımız 21-ci əsr elmi də kainatın yoxdan yarandığını və kainatdakı hər bir sistemin xüsusi nizam və tarazlıqlarla mövcud olduğunu, bütün canlıların xüsusi bir yaradilışla yaradıldığını ortaya qoyur. Yəni müasir elmin əldə etdiyi yeni kəşflər, yeni araşdırmalar Üstün bir ağlın və üstün bir Gücün varlığını təsdiq edir.Təbii ki, bu ağıl və güc aləmlərin Rəbbi olan Allaha məxsusdur. İnsanlar Allah tərəfindən bəlli bir məqsədlə yaradıldığını, yəni dünyada başıboş bir varlıq olmadıqlarını Allaha ibadət etmək üçün yaradıldıqlarını və Allah qatında etdikləri hər bir əmələ görə cavab verəcəklərini bilməlidirlər. Bir sözlə, Allahın Quranda bizə tərif etdiyi İslam dininin və Quran əxlaqının yer üzündə hakim olmasıyla insanların həm maddi, həm də mənəvi çətinlikləri sona çatacaqdır, dünya sevgisizlikdən, intiharlardan ədalətsizlikdən, müharibələrdən azad olacaq və hər kəs hüzurlu bir həyat yaşayacaqdır inşaAllah .

    De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!”(isra-81)

    Firuzə HƏSƏNZADƏ

  • Əsl dostumuz Allahdır

    Firuze
    Bir anlıq düşünək: çox rahat nəfəs alırıq… Ehtiyacımız olan bu hava təbiətdə hazır şəkildə mövcuddur, onu hazırlamaq və ya əldə etmək üçün heç bir əziyyət çəkmirik. Əksinə, təbiətdəki yaşıllıqlar və okeanın dərinliklərində yaşayan xüsusi canlı orqanizmlər ehtiyacımız olan bu havanı təmin etmək üçün səfərbər olurlar. Biz isə bu havanı qəbul edirik. Yaşamaq üçün daim qida qəbul etmək məcburiyyətindəyik. Biz orqanizmimiz üçün nəyin xeyirli və ya nəyin zərərli olduğunu bilmirik. Amma bədənimizin ehtiyacı olan bu qidaların tərkiblərindəki zəngin vitaminlər, minerallar, zülallar təbiətdə hazır şəkildədir. Yediyimiz hər bir qidanın xüsusi dadı var, eyni zamanda, bir-birlərindən fərqli quruluşda və fərqli rəngdədirlər. Su da insan həyatı üçün çox əhəmiyyətlidir. Həm qidalanmada, həm də məişətdə istifadə olunan su insan əməyi olmadan kainatın yaranması ilə birgə xüsusi olaraq yaradılmışdır.
    Təsəvvür edin ki, bir ziyafət masasında əyləşmisiniz və masada bir-birindən fərqli və müxtəlif çeşiddə qidalar var. Görünüşləri fərqli olsa da, hər birinin dadı eyni olsaydı necə olardı? Əlbəttə, görünüşləri xoşumuza gəlsə də, hər birindən eyni dadı alacağımıza görə, bu, heç də xoş olmazdı və yediklərimizdən zövq ala bilməzdik. Halbuki, hər bir meyvənin, tərəvəzin, yeməyin, bir sozlə, hər qidanın özunəməxsus dadı var. Ətrafımıza baxdıqda rəngarəng və şəffaf bir görüntü ilə qarşılaşırıq. Bu görüntü bir rəngdə olsaydı və bulanıq olsaydı necə olardı? Təbii ki, zövq almazdıq, hər şey çox bəsit olardı bizim üçün …

    Ümumiyyətlə, təbiətdəki bu müxtəliflik insanın zövq almasına, sevincli və nəşəli olmasına səbəb olur. İnsan dünyaya gəldiyi vaxt ehtiyacı olan hər bir şeyi hazır şəkildə tapır. Məsələn, səmanın mavi rəngdə olması, güllərin xoş ətirləri, kəpənək qanadlarındakı rəngarənglik və xüsusi dizayn, quşların havada uçmaları, bir-birlərindən fərqli sevimli və gözəl canlıların olması, kainatdakı tarazlıq, xüsusi nizam, ətrafımızda sevdiyimiz insanların olması və saymaqla bitməyən sonsuz nemətlər Üstün bir ağılın və Üstün bir gücün, yəni ALLAH`ın əsəridir. Uca Allah yaratdığı hər şeyi sonsuz təfərrüatı ilə birlikdə var etmişdir. Bu böyük sənət başda insanın öz bədəni də daxil olmaqla, ətrafında gördüyü hər hadisədə, Allah`ın yaratdığı hər canlıda və kainatın hər yerində bütün canlılığı və ehtişamı ilə qarşımıza çıxır. ALLAH bir Quran ayəsində Onun nemətlərinin saymaqla bitirə bilməyəcəyimiz qədər sonsuz olduğunu belə bildirir:

    Əgər Allah`ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz (Nəhl surəsi, 18).

    İnsanın ehtiyac duyduğu və sevdiyi hər bir şey insan hələ var olmadan əvvəl onun üçün hazırlanmışdır. İnsan yaradılmış bütün canlılar arasında düşünmək, qərar vermək, fikirləşmək, düşündüyünü tətbiq etmək, plan qurmaq, başına gələn hadisələrdən nəticə çıxarmaq kimi üstün xüsusiyyətlərə sahibdir. İstər öz yaradılışı, istərsə də yer-göy, bütün dünya və bütün kainatdakı yaradılış dəlilləri üzərində ağılla düşünən bir insan bu sonsuz nemətin Sahibinə qarşı daim şükür etməyin nə qədər vacib olduğunu qəti olaraq biləcəkdir.
    İnsan ALLAH`a səmimi və candan bir qəlblə yönəldiyi zaman həm bədəni, həm də ruhu rahatlıq tapır. Çünki insanın ruhu ancaq mənəviyyatla, ALLAH eşqi ilə canlanır. Ancaq imtahan dünyasında yaşadığımız üçün, təbii ki, asanlıqla bərabər çətinliklər, pisliklərlə bərabər yaxşılıqlar, yoxsulluqla bərabər zənginlik də var. Heç sevmədiyimiz, arzu belə etmədiyimiz hər hansı bir hadisə ilə üz-üzə gələ bilərik. Bütün bunlara baxmayaraq, mənəviyyatın yüksək olması çox vacibdir. Bunun üçün isə ALLAH`a həddən artıq güvənmək, hadisələri hər zaman Quran əxlaqına uyğun tərzdə dəyərləndirmək və ALLAH`ı hər zaman gizli və açıq şəkildə zikr etmək çox əhəmiyyətlidir. ALLAH`ı zikr etmək insanın beyin hüceyrələrinə qədər yeriyərək onun bütün bədənində hüzura və həyəcana səbəb olur. ALLAH`ı zikr etmək həm ruha, həm də bədənə bərəkət verir.

    İnsan istər çətinlik anında, istərsə də rahatlıqda, gizlində və aşkarda, varlıqda və darlıqda daim ALLAH`la bərabər olduğunu, ALLAH`ın hər şeyi onun üçün xeyirlə yaratdığını, qəlbimizdəki gizli niyyətlərə belə şahid olan tək Yaradıcımız və tək Dostumuz ALLAH`a hər zaman təslim olmağı və güvənməyi unutmamalıdır. İnsan mənəvi rahatlığı və hüzuru Rəbbimizi zikr etdiyi zaman əldə edir.

    Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır (Rad surəsi, 28).

    Firuzə HƏSƏNZADƏ

  • Sonlu həyatdan Sonsuzluğa gedən yol…

    Firuze

    DÜNYADAKI ÇƏTİNLİKLƏR , ƏSKİKLƏR və ACİZLİKLƏR NƏ ÜÇÜN VAR???

    CƏNNƏT-həyatın çox gözəl və asan olduğu bir məkan .Burada -acmaq , susamaq , yuxu, yorulmaq, xəstəlik və bunun kimi heç bir acizlik yoxdur.Burada insan hər zaman sağlam və gümrah, bütün acizliklərdən uzaqdır.Nəfsin arzuladığı və gözə xoş görsənən hər bir şey Cənnətdə vardır.Bir meyvəni arzu etdikdə onu o an qarşında görərsən ve budağından qoparılan meyvənin yerinə təkrar yenisi gələr. Buradakı nemətlər tükənməz ,əksinə durmadan artar.Mənəvi olaraq hüzurlu bir həyat var .Qısqanclığın, kinin, həsədin, paxıllığın, qəzəbin, çirkinliyin olmadığı Cənnətdə ən əsası ölüm yoxdur .Sonsuz bir həyat var .Sevginin və zövqün ən üst səviyyədə yaşanılacağı sonsuz Cənnət həyatı…Təsəvvur edin bu nemətlər sayıla bilməyəcək qədər sonsuzdur -sonsuz nemətlər içində sonsuzadək davam edən bir həyat …..

    Təbii ki ,insan bundan zövq alacaq çünki ,istədiyi hər bir şeyi heç bir əziyyət çəkmədən o an əldə etmə imkanına sahibdir, sonsuz nemətlər içindədir .Burada nə maddi ,nə də mənəvi heç bir sıxınt yoxdur. İnsanlar sevgi dolu, tərtəmiz, hər tərəf bər -bəzəkli ,ehtişamlıdır.Ancaq insanı bu nemətlərdən daha da çox xoşbəxt edən və ona zövq aldıran SONSUZ ALLAH SEVGİSİNİN olmasıdır və hər an ALLAHA şükr içində olmasıdır .Çünki Cənnət ancaq ALLAHın rızasını qazananların sonsuz yurdudur.

    DÜNYADA –həyat ,yaşamaq çox çətindir.İnsan acır, susayır, yorulur .Mütləq yatmalı və dincəlməlidir. Əgər vaxtında yemək yeməsə ,vaxtında yatmasa haldan hala düşür .Bir az soyuq və ya bir az isti insana təsir edir .Dünyadakı həyat çətinliklərlə, xəstəliklərlə, sıxıntılarla ,imtahanlarla doludur və bunun üçün çox çətindir .İnsan bir qab yemək üçün çox əmək sərf edib işləməli ,bundan sonra istədiyini qismən də olsa əldə etməlidir .Mütləq bədəninin ehtiyaclarını qarşılamaq ,təmizliyinə ,sağlığına və səhhətinə diqqət etmək və bu kimi acizliklərini aradan qaldırmaq məcburiyyətindədir .Bununla bərabər dünyadakı insanlar Cənnətdəki kimi etibarlı ,sadiq, gözəl əxlaqlı, yardımsevər deyil.Çünki dünyada yalan danışan, saxtakarlıq, ikiüzlülük, fırıldaqçılıq edən, şər-böhtan atan ,fitnə törədən insanlar var .Bunlara görə də çox diqqətli olmalıdır .Qısaca desək, dünya həyatı bir imtahandır …

    Allah dünyanı bəlli bir məqsədlə yəni ,imtahan olunmağımız üçün yaratmışdır .Mütləq dünyada zidliklər olacaq ,əks halda imtahanın heç bir mənası olmaz. Belə desək, Allah dünyada imtahan edərək bizə cənnət tərbiyyəsi verməkdədir….

    İnsan dünyada bu çətin sınaqdan keçdikdən sonra həyatı boyu başına gələn imtahanlara şükr edib ,səbr edib həyatını Allaha təslim edib saleh əməl sahibi olaraq cənnəti uma bilər.İnsan cənnətə addım atdığı zaman dünyadakı bütün acizliklərdən, çətinliklərdən, xəstəliklərdən qurtulacaq və bunun müdhiş sevincini yaşayacaqdır.Yorulmağın nə demək olduğunu, xəstəliyi, vəfasızlığı, acizliyi bilən bir insan artıq sonsuzadək bunlardan uzaq olacaq və cəhənnəmdən uzaq olmağının da qiymətini davamlı Rəbbinə şükr edərək göstərəcəkdir.Allahın ondan razı olması və onu Cənnətində sonsuzadək yaşatması onsuz da bir insan üçün ən böyük nemət, ən böyük xoşbəxtlikdir.

    Qarşılaşdıqları hər hadisədə Allaha güvənən, səbr edən və şükr edənlər ALLAHın rızası, rəhməti və cənnətiylə mükafatlandırılacaqlar.Elə bir Cənnət ki, orada dünyada olan əskik və qüsurların heç biri yoxdur …..Elə bir Cənnət ki, orada dünyada sadəcə çox az bir qismi göstərilən, insan xəyalının hələ düşünmədiyi bir texnologiya, rahatlıq və estetika, hər yerdə böyük zənginlik və böyük ehtişam hakimdir….

    Təbii ki, möminlər səmimi bir şəkildə iman etdikləri üçün, haqq kitab olaraq Həyatlarına Quranı Rəhbər etdikləri üçün bu həqiqətlərin fərqindədirlər.Bunun üçün hədəfləri məhz axirətdir-Cənnətdir. Sonsuz nemətlər içində, sonsuz ALLAH sevgisi ilə birgə sonu olmayan bir ömür məhz səmimi iman edən möminləri gözləyir.

    Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar.Sən onların üzlərində cənnət sevinci görəcəksən!(Mutaffifin surəsi;22-24)

    Firuzə HƏSƏNZADƏ

  • İslamda məcburiyyət və təzyiq yoxdur!

    Firuze

    İSLAM – DEMOKRATİYA VƏ İFADƏ AZADLIĞININ MƏNBƏYİDİR

    Hal-hazırda dünyada fərqli dinlərə və inanclara mənsub insanlar yaşamaqdadırlar.Hər bir dinin və inancın itaət etdiyi ilahları və özünəməxsus ibadət tərzləri vardır.Bütün bunlarla yanaşı müsəlmanlar hər dindən və inancdan olan insanlara qarşı mərhəmətlə, şəfqətlə, hörmətlə və mülayim davranmaqla mükəlləfdirlər .

    İnsanlar düşüncələrinə , dinlərinə, millətlərinə görə fərqli olsalar da, onların demək olar ki ortaq bir tələbləri vardır. O da azadlıqdır.İnsan bədəni və zehni azad olarsa,özünü rahat ifadə edə bilərsə, istədiyi kimi yaşaya bilərsə sağlam olar.Həyatının hər hansı bir hissəsində təzyiq görən bir insan qısa müddət ərzində hüzurunu, sevincini itirməyə başlayar.Bu cür insanlara tarixdə də rast gəlmək olar .Məsələn, Sovet Rusiyasında və hal-hazırda Çində də yaşayan insanlaırn əksəriyyətinin üzlərindəki soyuq,qəmgin, baxışlarındakı donuq ifadə məhz azad düşünməyin və azad yaşamağın insan həyatında nə qədər əhəmiyyətli olduğunun bir göstəicisidir .

    Azadlıq insan həyatının ən əhəmiyyətli hissəsidir və Allahın verdiyi bir nemətdir.Din əxlaqından xəbərsiz olan xüsusilə də İslamı tanımayan və ya yalnış mənbələrdən İslam haqqında məlumat əldə edən bəzi insanların bu mövzudakı düşüncələri bir qədər fərqlidir .Bu insanlar heç bir həqiqətə əsaslanmadığı halda İslamın insan həyatını məhdudlaşdıracağını, azadlıqlarına əngəl olacağını, düşüncələrini öz nəzarəti altına alacağını, sənətdən və elimdən uzaqlaşdıracağını zənn etməkdədirlər.Halbuki İslam insanlara düşünmə, ibadət və ifadə azadlığını verən, insanların hər cür haqqını qoruyan və ən əsası da insanlara həqiqi azadlığı təqdim edən bir dindir.

    Əvvəla bu həqiqətin hər kəs tərəfindən çox yaxşı bilinməsi lazımdır: ALLAH qullarına zülm etməz. ALLAH insanlara asanlıq, rahatlıq, xoşbəxtlik və sevinc diləyər.ALLAHın əmri olan din də insanlara ən hüzurlu ,ən xoşbəxt, ən etibarlı, ən keyfiyyətli, ən zövqlü bir həyatın necə olacağını göstərir.İslamda təzyiq yoxdur.İslamda məcburiyyət yoxdur.Bir insan ALLAHın varlığını və birliyini ağlıyla, vicdanıyla görərək iman edər və dini yaşayar.Din könüllü şəkildə qəbul olunar.Əgər bir insan dini yaşamağa zorla məcbur edilərsə, bu insan dindar deyil münafiq olar .Münafiq isə ALLAHın Quranda bildirdiyi kimi ALLAHın əzabını haqq edən və cəhənnəmin ən alt təbəqəsində olan bir məxluqdur.Bundan əlavə, münafiq təkcə zərər veməklə kifayətlənməz,ikiüzlü, səmimiyyətsiz və saxtakar hərəkətləriylə bütün cəmiyyət üçün təhlükə yaradar.Belə bir təhlükəni öz əliylə meydana gətirmək, cəmiyyət içində münafiqliyin olmasına səbəb olar. Bu da təbii ki, məsülmanların əsla istəmədiyi bir şeydir.Hər müsəlman Quran əxlaqının bir gərəyi olaraq insanlara doğru yolu göstərməklə, yaxşılığı tövsiyyə edib pislikdən uzaqlaşdırmaqla məsuldur.Ancaq müsəlman biri hec vaxt başqa bir insanı özü kimi düşünməyə, özü kimi yaşamağa, özü kimi davranmağa, özü kimi geyinməyə məcbur etməz.Müsəlman sadəcə olaraq doğrunu göstərər, seçim isə qarşısındakı insana qalar.Bu Allahın Quranda müsəlmanlara birdirdiyi açıq hökmüdür.

    (Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə-21;22)

    Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir.(Bəqərə-256)

    Bununla bərabər müsəlman yaşadığı cəmiyyət içində hər cür düşüncənin və inancın rahat şəkildə ifadə edilməsini istəyir. Qarşısındakının həyatına, fikirlərinə, yaşayış tərzinə hörmətlə yanaşır. Din əxlaqına uyğun olmayan hətta dinsiz, ateist ideologiyaların və fikirlərin belə anladılmasını istəyər ki, bununla da bu fikirlərə qarşı lazımı cavabı elmi və fikri olaraq tam verə bilsin .Düşüncələrin, ideologiyaların təzyiq altına alınıb qadağan olunması Müsəlman üçün bir asanlıq deyil, təm əksinə təbliğini, elmi mübarizəsini daha da çətinləşdirəcək bir haldir. Hər kəsin hər düşüncəni açıq şəkildə ifadə edə bildiyi bir mühitdə din daha asan inkişaf edər və güclənər.

    İslam dini asandır. İnsanların fitrətinə ən uyğun din olmasının bir səbəbi də budur. Allah dinini insanların rahatlıqla yaşaya bilmələri üçün asan qılmışdır. İnsanın sadəcə onu yaradan sonsuz şəfqət və mərhəmət sahibi Rəbbinə təslim olması, Ona və yaratdığı qədərə boyun əyib, təvəkkül etməsi və səmimi, candan bir qəlblə Rəbbinə yönəlməsi yetərlidir.
    “…. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.”(Bəqərə-185)

    Firuzə HƏSƏNZADƏ

  • Əsil xoşbəxtlik imanla mümkündür

    Firuze

    Bəzən ətrafımızda sıxıntılı üz ifadəsinə malik olan bir çox insanla qarşılaşırıq. Çox cüzi çatışmamazlıq qarşısında tez hirslənən, hər şeyə deyinən, hər şeydən şikayətlənən, bir sözlə həyatından narazı insanların sayı getdikcə artır. Eyni zamanda sosial şəbəkələrdə təhdid, təhqir, tənqid, lağ və ya kimisə alçaltmaq üçün istifadə olunan üslublarla paylaşılan bir çox statuslar insanların nə qədər sevgisiz olduqlarını və sevgiyə nə qədər ehtiyacı olduqlarını göstərir. Bu cür insanların ortaq xüsusiyyətləri nədir? Ya iman gətirməmələri, ya da iman gətirməkdə tərəddüd etmələridir. Çünki bu insanlar imanın insana bəxş edəcəyi gözəlliklərdən xəbərsizdirlər və ya bunu heç bir zaman düşünmədiklərinə görə dünya həyatında da hər zaman sıxıntılı bir həyat sürürlər. Rəbbimiz Allah Quranda bu insanlara diqqət çəkir.

    Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar …“ (Yunus-7). Ayə iman gətirməyən və nə olursa olsun, dünya həyatına razi olub onun aldadıcı və müvəqqəti bər-bərzəyinə aldanan kimsələrdən bəhs edir. Bu insanların məqsədi isə aydındır: “dünyaya bir dəfə gəlirik”, ”üç günlük dünyadır, ye-iç kef elə”, ”niyə sən də başqalarından yaxşı yaşamayasan ki“ və s. kimi düşüncələrlə, əslində, özlərini aldatmış olurlar. Buna görə də yeganə məqsədləri dünya həyatından daha çox faydalanmaqdır. Ancaq bu insanlar müvəqqəti dünya həyatını sonsuz yurd olan axirətə dəyişdiklərinə görə tək hədəfləri və mənfəətləri dünyalıqdir. Onlar bilərəkdən və ya bilməyərəkdən, cahilliklərindən dolayı imandan uzaq qalmışlar. Bəlkə də yaşadıqları sevgisizliyin, sıxıntıların, ruhən və bədənən keçirdikləri narahatçılığın kökündə iman əskikliyinin olduğunu heç düşünmürlər. Halbuki, onların bu sıxıntılı həyat tərzlərini dəyişmələri və hüzurlu şəkildə yaşamaları çox asandır. Bunun üçün nə lazımdır? Sadəcə dünyanın necə bir yer olduğunu və nəyə görə var olduğunu, özünün kim olduğunu və hansı məqsədlə yaradıldığını düşünmək kifayətdir.
    İman gətirməyən insanlar üçün xoşbəxtlik anlayışı nə deməkdir

    Bəzən insanlar xoşbəxt olmaq üçün bir çox səbəb axtarırlar. Bəziləri üçün dövlətli olmaq, bəziləri üçün gözəl olmaq, bəziləri üçün ailə həyatı qurmaq, övlaq sahibi olmaq, bəziləri üçün hər kəs tərəfindən tanınan və sevilən məşhur bir şəxs olmaq, bəziləri üçün də iş karyerasında yeni nailiyyətlər əldə etmək və s. xoşbəxtlik səbəbidir. Doğrudur, bununla insanlar sevincə qapılıb özlərini xoşbəxt hiss edə bilərlər, ancaq bu xoşbəxtlik müvəqqətidir. Məsələn: insan çox gözəl bir evi və ya en son model maşını olsun istəyər. Bununla xoşbəxt olacağını düşünər. İstədiklərinə nail olduqdan sonra sevinər. Bir müddətdən sonra vaxtilə çox arzuladığı və onu əldə etmək üçün bəlkə də illərini, sağlamlığını sərf etdiyi bu istəyi onun üçün adiləşər və artıq ondan zövq almaz. Bəs sonra? Yenidən xoşbəxt olmağın yollarını, yəni səbəblərini axtarar. Bu vəziyyət iman gətirməyənlər üçün bütün həyatları boyu davam edər. Çünki əsil hüzur və xoşbəxtlik dünyada da, axirətdə də ancaq imanla mümkün olan bir şeydir. Dünya həyatının keçiciliyi kimi, iman gətirməyənlərin coşğuları və sevincləri də keçicidir. Rəbbimiz dünyaya bağlı olaraq yaşanan xoşbəxtliyin eynilə dünyadakı hər şey kimi keçici olduğunu belə bildirir: Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir (Hədid surəsi, 20)

    İman gətirən insanlar həyatlarının hər anında xoşbəxt və hüzurlu olurlar

    İman gətirən insanlar yaratdığı hər bir şey üzərində Allahın varlığının sonsuz ağlının və gücünün şüurundadırlar və buna qəti olaraq iman gətirmişlər. İman gətirənlər yaradılış məqsədlərini, dünyanın bir imtahan yeri olduğunu və burada Allah tərəfindən sınandıqlarını bilirlər. Onların əsil hədəfləri müvəqqəti dünya həyatı deyil, sonsuz axirət yurdudur, bunun üçün də dünyadan ancaq axirətdəki sonsuz xoşbəxt həyatı əldə etmək üçün istifadə edərlər. Allah bir ayədə iman gətirənlərin bu üstün xüsusiyyətinə belə diqqət çəkir: Elə isə, dünyanı verib əvəzində axirəti satın alanlar Biz ona böyük bir mükafat verəcəyik.(Nisa surəsi, 74)

    İman gətirənlər imtahan olunduqlarının fəqindədirlər. Buna görə də çətinliklər qarşısında səbir etdikləri üçün Allah Qatında ən böyük mükafatı alacaqlarına ümid edərlər. İman gətirənlər xoşbəxt olmaq üçün səbəb axtarmırlar, iman gətirmələri onlar üçün ən böyük xoşbəxtlikdir. Bunun sevincini yaşayarlar. Vicdanən hərəkət etdikləri üçün yaşadıqları hadisələr üzərində düşünər və oradakı hikməti anlamağa çalışarlar, dünya ilə axirəti müqayisə edərkən nemətlərin qədrini daha yaxşı bilərlər.
    Sonda belə bir nəticəyə gəlmək olar ki, dünyada nemət olaraq verilən bütün gözəlliklər sevgi və fədakarlıq ruhu ilə əməl olunduğu zaman insana zövq verər. Əks təqdirdə insanın həyatına zərbə vuran bir əzab vəsiləsi olar. İnsan iman gətirdiyi zaman gözəlliklərdən zövq alar. Yaşadığı sıxıntılar qarşısında daim Allaha təvəkküllü olar və qədərinə tam iman gətirdiyi üçün bunun rahatlığını yaşayar, hər hadisədə xeyir görər, hər məsələyə həll yolu tapar. İnsan iman gətirdiyi zaman əsil xoşbəxtliyin nə olduğunu bilər. Bu səbəbdən də möminlərin Allahın rızasını qazanmaq və din əxlaqının hakim olması üçün etdikləri hər bir iş onlar üçün bir sevinc qaynağıdır. Bu, heç bir şəkildə təqlid olunmayan səmimi iman sevincidir. Möminlərin dünya həyatındakı bu xoşbəxtlikləri Rəbbimizin izni ilə cənnətdə də sonsuzadək davam edəcəkdir. Allah bu həqiqətə Quranda belə diqqət çəkir:

    İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi,15)

    Firuzə HƏSƏNZADƏ

  • Birlik olmaq zamanıdır

    Firuze

    Hal–hazırda dünyanın hər tərəfində böyük bir qarışıqlıq hökm sürür. Vəziyyətin nə qədər ciddi olduğunu mediada yer alan xəbərlərdən də görə bilərik. Hər gün yüzlərlə insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır, yüzlərlə insan qətlə yetirilir. Gənc qızlar, qadınlar zorakılığa, uşaqlar təcavüzə məruz qalır. Atılan zəhərli silahlar nəticəsində körpə uşaqlar göz görə-görə can verirlər. Zülm elə bir həddə çatıb ki, hamilə qadınların qarınlarından uşaqları kəsilərək çıxarılır, insanlara dəhşətli işgəncələr verilir. Bunu edənlər isə heç çəkinmədən həmin görüntüləri çəkib paylaşırlar. Diqqət etmək lazımdır ki, ən çox təzyiq müsəlmanlara göstərilir.

    Dünya isə İslam coğrafiyasında yaşanan bu zülm qarşısında, demək olar ki, səssiz qalır.
    Bəzi ölkələr müsəlmanlara edilən bu zülmə və zorakılığa göz yumur. Sanki bu hadisələr heç baş vermir. Bu ölkələrin televiziya kanalları müsəlmanların insanlıqdan kənar işgəncə və zülmlərə məruz qaldıqlarını yayımlamaq, insanları bu yöndən maarifləndirmək və öz vəzifələrini yerinə yetirmək əvəzinə, gün boyu lüzumsuz proqram və seriallarla insanların vaxtını səmərəsiz şəkildə keçirmələrinə səbəb olurlar. Bəzi ölkələr yaşanan zülmü, haqsızlığı sadəcə gündəlik xəbərlər kimi yayımlamaqla kifayətlənirlər.

    Bəzi ölkələr bir tərəfdən səssiz davranır, digər tərəfdən də bu hadisələrdə xarici qüvvələri günahlandırırlar. Halbuki, hər şeyin səbəbkarı və gunahkarı kimi xarici qüvvələri göstərmək və ya onları lənətləmək doğru deyil. Çünki heç bir halda məsələnin həll yolu ortaya qoyulmur. Heç kəs ”nə edək ki, insanlıq bu zülmdən qurtulsun”- deyə cəhd göstərmir.
    Bu hadisələr qarşısında müsəlmanlar əvvəlcə özlərinin harada yanlış etdiklərini araşdırmalıdırlar. Müsəlmanlar Suriya və digər ölkələrdə olduğu kimi, islam tarixində hələ görülməyən bir qiyama uğrayarkən, buna qarşı nəyə görə heç bir reaksiyanın olmadığını dərindən düşünməlidirlər …

    “Qardaş və Ümmət“ olmaq

    Həqiqətən, bu, vahid bir din olaraq sizin (hamınızın) dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! (Ənbiya surəsi, 92)

    Möminlər həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10) ayələri ilə Rəbbimiz müsəlmanlar arasındakı birliyə diqqət çəkir.

    Bir müsəlmanın əsil hədəfi Alahın rızasını, rəhmətini və cənnətini qazanmaqdır. Bunun üçün də Qurana və Peyğəmbərimizin (s.ə.v) göstərdiyi yola tabe olmaq lazımdır.

    Qurana və hədislərə nəzər salsaq görərik ki, burada bir-birindən fərqli müsəlman qruplarından deyil, tək bir ümmətdən, qardaşlıqdan bəhs edilir. Bu qardaşlığın, yəni birliyin pozulması və ayrılığın yaranması isə təbii ki, Qurana ziddir və Quranda bu təxribat olaraq bildirilir. Hal-hazırda dünyada yaşanan bu vəziyyət də elə Quranda bildirildiyi şəkildədir. Yəni müsəlmanlar arasında ixtilaf var. Dolayısı ilə müsəlmanlar yenidən ümmət olmağa, qardaşlığa, birliyə niyyət etməli və bu yöndən ciddi şəkildə çalışmalıdırlar.

    Müsəlmanların birlik olmalarının vacibliyini bildirən ayələrdən bəziləri bunlardır:

    Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

    Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir…. (Ənfal suresi, 46)

    Peyğəmbərimizin (s.ə.v) müsəlmanların bir-birləri ilə nəinki savaşmaq, bir-birlərinə buğz belə etməməsini, düşmənçiliklərin tezliklə ortadan qaldırılmasını tövsiyə etdiyi bəzi hədislər isə bunlardır:

    Bir-birinizə buğz etməyin. Bir-birinizə həsəd aparmayın. Bir-birinizə arxa çevirməyin. Bir-birinizlə əlaqəni kəsməyin. Ey Allahın qulları qardaş olun… (Buxari- Müslim- Riyazüssalihn s. 930)

    Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və qızdırmalı xəstəliyə tutularlar. (Buxarî, Salât, 88; Müslim, Birr, 65)

    Ayə və hədislərdəki hökm, əslində, çox aydındır. Müsəlmanlar nə olursa olsun ayrılığa düşməkdən çəkinməli və hər zaman haqqın və ədalətin tərəfində olmalıdırlar. Bu, nəticədə məzlumların qorunmasına və zülmə qarşı mənəvi bir birliklə həmrəyliyə və toplu şəkildə fikri mübarizə aparmasına səbəb olacaqdır. Xüsusilə də, əgər söhbət müsəlmanlardan gedirsə, Şura surəsinin 39-cu ayəsində olduğu kimi inananlar “O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar.” əxlaqına uymalıdırlar.
    Şəxsi mənfəətləri üçün İslam Birliyini istəməyənlər böyük qəflətdədirlər.

    Dünyada bu qədər zülm və işgəncə varkən ancaq öz rahatlığını düşünüb bu zülmə biganə olanlar İslam Birliyini istəməyənlərdir. Məhz bu yanlış düşüncəni düzəltmək, İslam Birliyinin vacibliyini izah etmək digər müsəlmanların məsuliyyətidir. Çünki İslam Birliyini istəməyənlər:

    -Öz ölkələrində təzyiq görmədən, maddi cəhətdən sıxıntı çəkmədən rahat yaşaya bilərlər, amma Suriyada insanlar aclığa məhkum olunaraq şəhid edilirlər…

    -O insanlar mənfəətlərinə zərər gələcəyini düşünərək “İslam birliyinə ehtiyac yoxdur” deyə bilərlər. Amma Myanmada müsəlmanlar öz evlərində evləri ilə birgə yandırılırlar. Şərqi Türküstanda müsəlmanlardan heç bir xəbər yoxdur …

    -O insanlar İslam Birliyinin vacibliyini görməyə bilərlər. Amma məzlumlar “Rəbbim, bizə xilaskar göndər” deyə sabah-axşam dua edirlər …

    Buna görə də müsəlmanların şövqünü və həyəcanını qıran, İslam Birliyinə yanaşmayan insanlara bu davranışın nə qədər yanlış olduğunu izah etmək lazımdır. İslam Birliyinin vacibliyini xatırlatmaqla müsəlmanların birlik halında olmaları üçün ciddi əmək sərf etmək çox əhəmiyyətlidir.

    Bunu necə edə bilərik?

    Bu, təbii ki, Quran əxlaqının öyrədilməsilə, elmi dəlillərlə sağlam imana vəsilə olan işlər görməklə, yəni öyrətməklə mümkündür. İnsan yavaş-yavaş öyrəndiyi halda şüuru açılar, eqoistlikdən qurtular, ayələri başa düşər və Quran əxlaqını yaşamağa başlayar.

    Buna görə də hərtərəfli fikri mubarizə ilə, televiziya, kitab və ya jurnallarla İslam Birliyinin əhəmiyyətinin və vacibliyinin səbəbi izah edilməlidir. Müsəlman ümməti yenidən canlanmalıdır. İslam Birliyinin əsasını təşkil edən şəvqət sadəcə müsəlmanlara deyil, eyni zamanda bütün dünyaya sülh və hüzur gətirəcəkdir. Çünki İslam Birliyi dilindən, dinindən, inancından, irqindən asılı olmayaraq hər kəsi qucaqlayan və hər kəsin bu birlik altinda güvən içində yaşayacağı, dünyada ədaləti təmin edən bir birlik olacaqdır .

    Firuzə HƏSƏNZADƏ

  • Gənc yazar Kənan Aydınoğlunun şeirləri “Usare” dərgisində dərc olunub

    usare

    Qardaş Türkiyə Cümhuriyyətinin Adana şəhərində yeni işıq üzü görən “Usare” aylık, kültür, sanat ve edebiyat dərgisinin ilk sayında Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

  • Saqif QARATORPAQ.”Söz yaddaşı” (Məqalə)

    Saqif QARATORPAQ

    Mən söz adamı olsam belə,söz haqqında danışmağa çətinlik çəkirəm. O mənada çətinlik çəkirəm ki,sözün nə olduğunu bilirəm.Bildiyim üçün də öz məsuliyyətimi dərk edirəm.
    Söz də insan kimidir.Doğulur,mübarizə aparır və qocalır.Söz də “ölə” bilər,əgər şairlər olmasa.”Şair dili(sözü) diri saxlayandır.”(Oden)Şair sözü cavanlaşdırandır.
    Söz hər dünyaya gələn şairlə təzədən doğulur.Sözün(onun) xoşbəxtliyi də bundadır.Şair həm sözü yaradan,həm də yaşadandır.Sözə(dilə) qadağalar qoymaq olar,ancaq onu məhv etmək olmaz.Söz(dil) mənəvi olmaqla bərabər,həm də maddidir.Sözün(dilin) də abrı,həyası var.Vay o günə ki söz abırsızın əlinə düşə.Söz bütün olayları qeydə alır(yaddaşına
    köçürür) və nəsildən nəsilə ötürür.”Dil(söz) insandan uzunömürlüdür.” (İ.Brodski).
    Müəyyən zaman kəsiyndə söz deformasiyaya məruz qala bilər.Ancaq O, nəyisə unuda bilməz.Söz insandan etibarlıdır.O,köləliyi sevmir və itadən çıxandır,həm də ifşa edəndir,İsgəndərin sirrini faş edən qamış tütək kimi.
    Şairin(yazıçının) vəzifəsi təkçə şeir yazmaq deyil.Onun vəzifəsi sözü(dili) qorumaqdır.Şairin cəmiyyətdəki rolu insan orqanizmində qara ciyərin roluna bənzəyir.O,sözü hər cür zir-zibildən,tör-töküntüdən təmizləyib, saflaşdırıb cəmiyyətə qaytarır və qaytarmağa borcludur.
    Füzuliyə görə şeir çarəsizlikdi.Şair isə çarəsizliyə çarə axtarandır,yəni loğmandır.Təəssüf ki,bu gün şerimizin və şairlərimizin çoxunun loğmana ehtiyacı var.O loğmana ehtiyac var ki,O,bu çarəsizliyin diaqnozunu dəqiq qoya bilsin və şeir azarına mübtəla olmuş cəmiyyəti sağalda bilsin.
    Bu gün şeir yazmaq olduqca “asanlaşıb”.Özlərini şair hesab edənlər, şair adlandıranlar və adlananlar kifayət qədərdi.Ancaq ciddi ədəbiyyatla,sənətlə,şeirlə məşğul olanları(yaşayanları) barmaqla saymaq olar. Çünki əsil şer olduqca bahadır,baha olanı da alan təbii ki,çox azdır.Və mən heç nədən çəkinmədən,qorxmadan deyə bilərəm ki,bu gün Azər-
    baycanda şairdən qat-qat çox cızma-qaraçı var.Böyük bir “nəzmçilər ordusu”əsil ədəbiyyatın,əsil şerin başına kül ələməklə məşğuldurlar.Toyxanalarda,çayxanalarda,kef məclislərində belə qafiyələnmiş söz yığınına ilişib az qalır ki,yıxılasan.Tamadaların dilində oyuncağa çevrilən söz-şeir hər gün,hər saat urvatdan düşməkdədir.Mən toyxanalarda,şadlıq evlərində,kef məclislərində şeir oxumağın və söyləməyin qəti əleyhinəyəm.Toylarda deyilən şeirləri,lap şedevr olsa belə, hədəfə dəyməyən havaya və havayı atılan güllə hesab edirəm.Alçaldılan,təhqir edilən sözə
    yazığım gəlir.Yeri gəlmişkən,bu gün toylarımızdan danışanda yadıma nədənsə Qurbanəli bəy,bir də bir tanışımın on-on beş il bundan qabaq dediyi bir söz düşür:”Biz bir ay içki içməsək,iki dənə “boyinq”(təyyarə) ala bilərik.”Yaxşı arzudu,amma…
    Amması da budur ki,nəzm yazmaq döyüşməkdən asandı.Və mən nəzm yazanları(məni qınasalar da) iki qismə ayırmaq istəyirəm.Ədəbiyyata,sənətə,şerə münasibətdə əks qütblərdə dayanan bu iki təbəqəni belə adlandırmaq olar:Təqlidçilər və “inqilabçılar”.Bu gün ortada “meydan sulayan”təqlidçilər indiyə qədər deyilənləri təkrarlamaqla,Dədə Ələsgəri, Tufarqanlı Abbası,Xəstə Qasımı,Səməd Vurğunu,Osman Sarıvəllini, Hüseyn Arifi…təftiş etməklə ədəbiyyatın “anasını ağladırlar”.Xalqın tarixi keçmişindən,mifalogiyasından,epik təfəkküründən uzaq olan “inqilabçılar” isə guya nəsə qeyri-adi bir yenilik yaradırmış kimi burunlarını dik tutaraq heç kimi bəyənmirlər.Nəinki klassik ədəbiyyatın,hətta iyiriminci əsr ədəbiyyatının üstündən xətt çəkmək niyyətindədirlər.Özünü təsdiq etmək üçün başqasını inkar etmək nadanlıqdı.Bir vaxtlar bolşeviklər də klassik ədəbiyyatı inkar edirdilər.Ötən əsrin 20-çi illərində “proletkultçular” yeni ədəbiyyat yaratmaq adı ilə məscidləri,mədrəsələri,pirləri dağıır,dini ədəbiyyatı yandırır,qəzələ,qoşmaya ikrah hissi ilə baxırdılar.Onlar tarixin tufanında,dövranın burulğanında toza dönüb yox oldular.Ancaq klassik ədəbiyyat təqiblərə və təhqirlərə baxmayaraq yenə yaşayır və yaşayacaq.
    Əsl,ədəbiyyat kiminsə istəyindən asılı olmayaraq yaranır.Sənəti siyasətin quluna çevirmək mümkün deyil.Sənət və sənətkar siyasi cərəyanların,təriqətlərin,məzhəblərin,sektaların,təbəqələrin,klanların istəyindən asılı olmayaraq mövcuddur.Onu qəlibə salmaq ağılsızlıqdır.Necə ki Nəsimi hürufiliyin fövqündədir,eləcə də Səməd Vurğun sosializmin fövqündədir.Söz-şeir hər hansı bir “izmin”çərçivəsinə sığışmır və sığışa da bilməz.Nazim Hikmət kommunizmin çərçivəsinə sığışmadığı kimi,Nəcib Fazil Qısakürək də modernizmə sığışmır.Çünki sənətkar sözünün miqyası sərhəd tanımır,hüdudsuzdur.
    Tarixi ənənəni qorumayan şair və şeir ölümə məhkumdur.Əslində bugünkü təzə- dünənki yaxşıdır.”O şair ki Böyük tarixdən gəlmir…Onun apardığı eksperimentlər də havadan aslı olacaq…”(Ak. N.Cəfərov)
    “Məncə ədəbiyyatın gələcəyi ,əslində onun başlanğıcında- poeziyadadır.” (İ.Brodski) O poeziyadadır ki,təkcə bu günkü reallıqları deyil,həm də tarixi keçmişi özündə əks etdirə bilsin.

  • BİR ŞAMIN KÖLGƏSINDƏ YAXUD «NƏ VAR SÖZDƏN O TƏRƏFDƏ?»

    sekil002

    Şair deyəsən, təkcə adamlardan çıxmırmış. Sən demə şairlərin şerlərində bol-bol işlətdikləri gül, bülbül, şam, pərvanə sözlərinin də şairliyi varmış. Bəlkə bu adam şairlər elə onların yazdıqlarını «köçürürlərmiş?!»

    Bəlkə buna görədir ki, şair Saqif Qaratorpaq da özündən xəbərsiz (özündən xəbəri olsaydı şair olmazdı ki) bir şamın kölgəsinə sığınıb o kölkəni evi bilib, küməsi sanıb. Və o şamın kölgəsində olmasan¬da bir misra da şer yaza bilmir.
    Şairlik ürəyinin dalınca yola çıxmaq kimi bir şeydir. Şair olan Şamın kölgəsindən keçməlidir. O gəzilən ürək ya Şamın kölgəsində, ya aşiqlər-məşuq¬lar pərvanə-şam kimi alışıb yanırlar? Bəlkə buna görədir ki, vəsl gecəsində bütün gur işıqlar gözdən düşür, bircə şam yandırırlar.

    Bir Şam qalır, bir də Şamın kölgəsi.

    Bir Şam qalır, bir də qoşa aşiq-məşuq.

    Bir Şam qalır, bir də şair…

    Bir Şam yanır, ən müqəddəs bir qəbrin üstdə də!

    Bir Şam yanır sevən ürəklərdə.

    Şair üçün Şamın kölgəsi yanır. Və şair buna inanıb başlayır şer yazmağa.

    Bəli, doğrudan da çoxunun gözündə yanan Şamın özüdür.

    Saqifin gözündəsə (şairin gözündəsə!) yanan Şamın kölgəsidir.

    Saqif ən yaxşı şerlərini Şamın işığında yox, Şamın kölgəsində yazıb.
    Şamın kölgəsini hamı görür. Şamın kölgəsi şairdən başqa kimin yadına gələr ki…
    Çoxlarından ötrü ağlayan Şamın özüdür. Saqif¬dən ötrü (şairdən ötrü) Şamın kölgəsidir ağlayan.
    Aşağıdakı misraları məhz Şamın işığında yox, Şamın kölgəsində yazmaq olar:

    Həyat elə adi, elə adi ki,
    Baxdım, gözlərimin yaşı qurudu.

    …Çiynimiz tabuta çatana kimi
    Boyumuz uzanar, ömür uzanmaz.

    …Qulağını bəri tut.
    Niyə tutur gülməyin?
    Bəlkə hər şeyi deyim,
    Bəlkə heç nə deməyim?!
    …Payız görən kimi
    sevdi bu qızı.
    …Bu gülşəni elə gəzib dolandım,
    Bilmədi bənövşə, nərgiz dərdimi.

    Şamın kölgəsindəymiş Saqifin əkini də, tikini də ev-eşiyi, günü-güzəranı da. Sevinci də, qəmi də.

    Uyuyub, uyub getdim,
    Deməyin döyüb getdim.
    Başımı qoyub getdim,
    Bir Şamın kölgəsində.

    Saqif bu dünyaya gələndə Füzulini görə bilməzdi.
    Saqif Şamın kölgəsinə boylandı-Füzulini gördü…
    Bəlkə ona görə dilinə, canına, ruhuna Füzuliyanə misralar hopdu:

    Yudum hər günahımı
    Bəlkə bir günah ilə-deyən şairin o dəqiqə bilinir ki, əlləri kimin ətəyindədi!
    Saqif elə bilirdi ki, «Qapının üstədi baxtın açarı» Amma həmin açarı Şamın kölgəsində tapdı.
    Adətən adamın gözünə qəbirdə torpaq tökürlər. Saqifsə hələ ölməmişdən ölüm fəlsəfəsini duymuş qələm əhlidir. Odur ki, deyir:

    Gözümə torpaq tökün,
    Bir Şamın kölgəsində.

    (Saqif bir Şamın kölgəsində hər gün ölümlə üz-üzədir. Ulularımızın «Ölməzdən öncə ölmək gərək!» nəsihətini vaxtında öyrənib, bilib).
    Adamların bildikləri adi adamlar üçündür.
    Şair Adəm üçün şer yazır. Saqif də şer yazmazdı. Şamın kölgəsinin xətrinə şer yazıb!

    Şam yanır. Bir onun şöləsi var, bir də kölgəsi.
    Şöləsi bu üzüdür Şamın, kölgəsi o üzü…

    Biz də dünyanın bu üzündə yaşayırıq. Ancaq dünyanın o üzü daha çox çəkir bizi.
    Biz Ayın bu üzünü görürük. Ayın görünməyən tərəfi də var axı.
    Sən demə…bizim də Sözün bu üzündən, bu tərfindən xəbərimiz varmış az-çox. Bəs görəsən onda «nə var Sözdən o tərəfdə!»
    Şairlər bizi həmişə məhz o tərəfə doğru aparırlar.
    Və Söz ona görə də heç vaxt öz möcüzəli xarakterini itirmir!
    Sözün bu tərəfində yıxılanda o tərəfi səsləyib əlimizdən tutur, ayağa qaldırır bizi:

    Nadanların düşüb bəhsi,
    Arif olan götür dərsi.
    Aşiq kimsə durub desin,
    Nə var Sözdən o tərəfdə?!

    Nəsimi deyirdi ki, mən Sözün dadıyam. Bir halda ki, Sözün dadı var, demək onda qaşı da, gözü də yox deyil. Necə ki, Sözün bu tərəfi və… o tərəfi var.

    Saqifin bu qədər Şamın kölgəsinə çəkən nədir?
    Çox ola bilsin ki, Sözün o tərəfi Şamın kölgəsindən daha yaxşı görünür?!
    Sözün o tərəfi bəlkə Sözün o tərəfindən nəsə tapmadığımız üçün bir vasitədir?!
    Və mən əminəm ki, Saqif Sözün o tərəfi olduğunu da bilməsəydi bu tərəfdə şer yazmazdı. Buna görə də əminəm ki, Saqif görməsəydi ki, «keçib gedir gedənlər ürəyinin dalınca» – yenə də şer yazmazdı, şair olmazdı!
    Saqif Qaratorpaq da qələmi əlinə Sözün o tərəfi naminə-təzə nəsə demək naminə götürmüşdür.
    Hər edilən təzə kəşf, hər atılan təzə addım və hər yazılan təzə şer (yaxud hər hansı yaxşı elmi-bədii əsər) dünyanı dərk etmək üçün edilən daha bir cəhddir.
    «Hərgah dünya mənə dərk edilmiş görünsəydi mən yazmağa başlamazdım!» (A. Kamyu)
    Bu şeirlər kitabı da Sözün o tərəfidir.
    Bir Şamın kölgəsidir.
    Və Saqifin şeirləri bir daha göstərir ki, nə varsa Sözdən o tərəfdədir, dalınca gedilən ürəyin yanında¬dır.
    Sözün o tərəfisə… bir Şamın kölgəsindəymiş.

    …Saqif bir Şamın kölgəsindədir.
    … Saqif ürəyinin yanındadır.
    … Saqif Sözün yanındadır.
    …Saqif Sözünün yanındadır.

    Barat VÜSAL
    Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri,
    Əməkdar incəsənət xadimi

  • Sosial həyatda dinin əhəmiyyəti

    nermin

    Dinsiz mühitdə, ailə məfhumu aradan qalxır. Ailəni təşkil edən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə məhv olur. Ailə, cəmiyyətin təməlidir və əgər ailə dağılsa, cəmiyyət də pozular. Dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti təşkil edən bütün mənəvi dəyərlər məhv olar. Dinsiz cəmiyyətdə heç kim bir-birinə hörmət, sevgi və mərhəmət hissi bəsləməz. Çünki bunun üçün bir səbəb olmaz. Nəticədə, sosial anarxiya əmələ gələr. Müxtəlif xalqlara qarşı təcavüzkarlıq mövqeyi formalaşar, işçi müdirinə, müdir işçisinə, ata övlada, övlad ataya qarşı təcavüzkar olar. (daha&helliip;)

  • Sosial ədaləti kommunizmdə deyil, Quranda axtarmaq lazımdır

    nermin

    Kommunistlər sosial ədaləti müdafiə etdiklərini iddia edirlər. Bir çox insan da kommunizmin özlərinə rifah, azadlıq və rahatlıq gətirəcəyini zənn edərək bu azğın ideologiyaya tabe olurlar. Kommunizm guya zəiflərin, əzilən insanların tərəfində olduğunu göstərərək xeyli insanı öz tərəfinə cəlb edir.
    Kommunist nizamda insanlar yalnız məhsul verən heyvanlar olaraq qəbul edilir. Xüsusilə kəndlilərə qarşı nifrət və alçaltma hakimdir. Marks, kəndliləri “kartof çuvalları” adlandırmış, Lenin və Stalin də milyonlarla insanı qəsdən aclığa məhkum edərək öldürmüşdür. Onlara görə kəndlilər yalnız taxıl, pambıq və s. çıxaran heyvan sürüləridir. İstehsal etdiklərinin əllərindən alınması (kollektivizasiya) isə, bal arılarının düzəltdiyi balın toplanması qədər qanuni və məqbul görülür. (daha&helliip;)

  • Silahlanma, yoxsa sevgi dünyanı xilas edəcək?

    nermin

    Bütün dünya dövlətlərinin xarici siyasəti öz ölkələrinin maraqlarına xidmət edir. Yüz illərdən bəri dünya siyasəti bu cür inkişaf edir. Hər dövlət öz mənfəəti üçün özündən daha az inkişaf etmiş, daha zəif ordusu olan, daha az güvənilən dövlətləri əzmək üçün amansız mübarizə aparır. Dövlətlər arası anlaşılmazlıqların əsas səbəbi hər zaman bu mənfəətlər oldu. Təbii, müharibələrin səbəbi də…
    Bəs bu mənfəət toqquşması nə zamana kimi davam edəcək? Biz buna niyə öyrəşmək, niyə bunu qəbul etmək məcburiyyətindəyik? Niyə dünya qarışlıqlı mənfəətlərin toqquşduğu nöqtədə qan tökülən, qətliamlar törədilən yer olsun? Kim bizi bu iyrənc məntiqi qəbul etməyə məcbur edə bilər? (daha&helliip;)

  • Radikalizm: tərəfdar toplaya bilməsinin səbəbi cəhalətdir

    nermin

    Hansı təşkilata və ya əqidəyə mənsubluğundan asılı olmayaraq radikal qruplar hər zaman dünyadakı sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olub və olmaqdadırlar. Radikalizm cəmiyyətdə ciddi dəyişikləri dəstəkləmək və bu istiqamətdə qətiyyətli siyasət yürütmək deməkdir. Radikallar öz əqidələrinin ehkamlarını ən qatı formada anlayır və tətbiq edirlər, bu ehkamların sadəcə zahirinə bağlı qalaraq onun ruhunu və var olma məqsədini unudurlar. Bildikləri ehkam və qaydaların mahiyyətini fərqinə varmır, onun arxa planını görmürlər. Belə ki, radikal bəzən öz əqidəsini həyata keçirmək üçün hətta təcavüzkar üsluba belə əl atır. Radikalizmin səciyyəvi xüsusiyyətlərindən biri də əsəbi, qatı üslubdur. Bunu radikalların söhbətlərində, yazılarında və ya keçirdikləri aksiyalarında asanlıqla sezmək olur. Radikalizmdə düşünməyin yerini kor-koranə mənimsənilən tabular və bu tabular mühitində böyüyən kütlənin psixologiyası tutur. (daha&helliip;)

  • Kommunizmin gizli din düşmənçiliyi

    nermin

    Kommunizmin din düşmənçiliyini qiymətləndirərkən bəzi kommunistlərin bu mövzuda bəzən sərgilədikləri «mülayim» siyasətin əsl məqsədini anlamaq lazımdır.
    Həqiqətən də dünyada marksist cərəyanlar iqtidarda olmadıqları zamanda din əleyhinə kəskin və təcavüzkar siyasət aparmazlar. Hətta bəzən kommunistlərin ağzından dinə və dindarlara qarşı hörmət bildirən sözlər eşitmək mümkündür. Yaxşı görəsən bu «mülayim» üslubun məqsədi nədir? (daha&helliip;)

  • Nəzakət Bədirovanı doğum günü münasibətilə təbrik edirik! (4 fevral)

    10438785_1432712850345968_171633275_n

    “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbərliyi Sizi, Gündəlik İnformasiya Agentliyinin,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının, “KöşəYazılarımız.Com” Portalının Rəhbərini Azərbaaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • KÜMBET DERGİSİ 35. SAYISI YAYINDA

    1422348837_kapak_35k (2)

    EDİTÖRDEN

    2015 yılının ilk sayısında Kültür ve Turizm Bakanlığı’nın ve kültür ve sanata gönül veren sizlerin desteğiyle yine beraberiz. Yeni yılın bütün insanlığa, ülkemize hayırlara vesile olmasını diliyoruz. Tokat Şairler ve Yazarlar Derneği olarak 35. sayımızda akademik, kültür sanat ağırlıklı yazıların yanında özellikle röportaj ağırlıklı yazılara yer verdik.

    Geçen sayımızda duyurusunu yaptığımız Tokat 1. Uluslararası Köroğlu Halk Âşıkları Şöleni’ne katılacağını ilan ettiğimiz Şeref Taşlıova’nın zamansız kaybı belki de bizleri biraz daha bu konulara yöneltti.
    “Tokat kervanından aldım bakırı
    İncitmeyin fukarayı, fakiri” diyen Köroğlu’yu andık.
    14 Kasım 2014 Tarihinde Kültür ve Turizm Bakanlığı, Tokat Valiliği, Tokat Belediyesi ve Kent Konseyinin destekleriyle gerçekleştirilen uluslararası seviyedeki program kültür ve sanat çevrelerinde Köroğlu’nun Tokat’a da taşınmasından dolayı dikkat çekti. Bizlere bu konuda gerekli katkıda bulunan kurum ve kuruluşlara teşekkürü bir borç biliriz.
    İstiklal Marşı Şairi Mehmet Akif ERSOY, aramızdan ayrılışının 78. yılında dernek üyelerimizin Tokat Kamu Çalışanları Vakfı Tokat Şubesinde, AKİF’in torunu Selma Argon Hanım’la gerçekleştirilen canlı yayın bağlantısı sağlanarak (TÜRDAV) da yapılan bir etkinlikle anıldı. Bu etkinliği Ocak 2015 ayı içerisinde Doğumunun 111. yılında Bayrak Şairi Arif Nihat ASYA ve doğumunun 110. yılında Kültür Sanat Adamı Hüseyin Nihal ATSIZ’la ilgili programlar takip edecek.
    Şairler ve Yazarlar Derneği üyelerimizden Mahmut Hasgül Samsun’da Atakum Belediyesi’nce 6 Aralık 2014 tarihinde düzenlenen “Kardeş Şehirler ve Şiirler” programında yer alırken, Hasan Akar da 12-14 Aralık 2014 tarihleri arasında Kayseri’deki “Simurg Ateşi ve Kültür Sanat Etkinlikleri” ne katıldılar. Derneğimiz üyesi Tokat Mahperi Hatun Mesleki ve Teknik Lisesi Edebiyat Öğretmeni Saffet Çakar Milli Eğitim Bakanlığı’nca Tokat’tan yılın öğretmeni seçilerek Ankara’ya davet edilip 24 Kasım 2014 Öğretmenler Gününde Başbakanımız ve Cumhurbaşkanımız tarafından ödüllendirildi. 90.000 şehit verdiğimiz Sarıkamış Harekâtının 100.Yılı münasebetiyle 3-4 Ocak 2015 tarihleri arasında Kars Valiliği’nce tertip edilen “Sarıkamış Yürüyüşü” ne Tokat Belediyesinin katılımında derneğimizi Ahmet Turan Erdoğan ve Metin Falay temsil ettiler. Geleneksel her ay yapılan TOŞAYAD Kahvaltılarının Aralık ayı onur konuğu şiir ve yorumlarıyla Halk Bilimi Araştırmacısı Hayrettin Koyuncu oldu.
    Bu sayımızdaki yazı ve röportajlar arasında kapak konusuna binaen Yard. Doç. Dr. Doğan Kaya ve Yard. Doç. Dr. İsmail Hakkı Akyoloğlu’nun Köroğlu ile ilgili iki makalesi yer alırken Yavuz Bülent Bakiler, Prof. Dr. Mustafa Erkal, Prof. Dr. Tamilla Abbashanlı, Prof. Dr. Saadettin Yıldız, Dr. Necdet Kurt, Mahir Adıbeş, Ergün Veren, Ahmet Sargın, Harika Ufuk, Remzi Zengin, M. Necati Güneş, Hasan Akar, Bekir Yeğnidemir, Şerare Kıvrak, Mahmut Hasgül, Mustafa Coşkun, Gülsüm Işıldar, Ülkü Taşlıova, Ahmet Sargın, Zürbiye İvdik, Kemal Atangür, İlhan Önal, Hanife Döner, İlhan Aybek değerli çalışmalarını KÜMBET aracılığıyla sizlere kadar taşıdılar.
    Bu değerli yazıları gönül bahçelerinden birer demet gülle süsleyen şairlerimiz; Bedrettin Keleştimur, Fidan Abbasova, Ali Özkanlı, Şükrü Çakır, İbrahim Şaşma, İsmihan Karaca, Öz Ali Yılmaz, Ekrem Çakırgülmez, Saffet Çakar, Sündüs Akça, Şafak Nur Yalçın, Ebubekir Tahiroğlu, Burhan Kurddan, Nihat Aymak, İhsan Nazik, Metin Falay,Yıldız Toksöz, Rasim Yılmaz,Yunus Yılmaz, Celalettin Çınar, Ahmet Divriklioğlu, İlhan Kurt, Hasan Fahri Tan, Züleyha Özbay Bilgiç sizlerin duygularına hitap etmeye gayret ettiler.
    Dağıtımına başladığımız dergimiz 2015 de de yine Kültür ve Turizm Bakanlığının kütüphanelerinde raflardaki yerini alacak.
    36. sayımızda buluşmak dileğiyle…

    Remzi ZENGİN/ Tokat Şairler ve Yazarlar Derneği

  • Gənc xanım yazardan yeni layihə

    1922343_1554109474806683_5818118714106423198_n

    İstedadına və qələminə güvənən bütün yazarlar bu layihəmizə iştirak edə bilərlər. iştirakçılarımızın əsərləri əlavə olaraq müxtəlif mətbu orqanlarda, qazet və jurnallarda yer alacaq. Gənc yazar Gülnarə İsrafil qızının rəhbərliyi ilə təşkil olunan bu layihədə iştirak etmək istəyən yazarlara aşağıdakı qaydaları təqdim edirik:
    Layihəmizə şeir, qəzəl, esse, qoşma və digər janrlarda yazılmış ədəbi nümunələr təqdim oluna bilər.
    Əxlaqi və milli mental dəyərlərimizə zidd və müxalif yönümlü yazılar qəbul olunmayacaq
    Layihə iştirakçılarına 3 kitab təqdim olunacaq
    Hər yazara kitabda 5 – 8 səhifə yer ayrılacaq
    Layihədə iştirak etmək üçün tələb olunan vəsait 20 manat təşkil edir.
    Qeydiyyat üçün son tarix 21 yanvar 2015-ci il nəzərdə tutulmuşdur.
    Şeirlərinin dərc olunmasını istəyən şairlər tərcümeyi hal, şəkil və yazılarını elektron formada rovshan.isayev89@gmail.com və gulnare.israfilqizi@box.az ünvanına göndərə bilərlər.
    Layihənin məqsədi,xüsusən gənc və istedadlı şairləri ictimaiyyətə tanıtmaqdır.

    Layihə rəhbəri: Gülnarə İSRAFİLQIZI
    Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar

  • Yeni iliniz mübarək!

    скачанные файлы

    Əziz və hörmətli Azərbaycan xalqım!
    Sizin hər birinizin qarşıdan gələn yeni ilinizi təbrik edirəm və hər birinizə uzun ömür can sağlığı arzu edirəm. Hər zaman oxucuların və bizi sevən, dəstək olan insanların timsalında hər kəsin bayramı mübarek olsun.Çöhrənizdən gülüş, süfrənizdən ruzi,evinizdən sevinc dolu sədalar baş qaldırsın.

    Hörmətlə,
    Fidan Abbasova,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri

  • Gənc idmançı Elvin Rəhimov mükafatlandırılıb

    10421470_327417074112599_2014136627056714979_n

    10888697_327416720779301_811555225265833647_n

    10891458_327416860779287_6834769985017566501_n

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Qaydasız döyüş üzrə Azərbaycan Milli yığma komandasının üzvü, Azərbaycan çempionu, gənc idmançı Rəhimov Elvin Elbəyi oğlu idmanın pankration növü üzrə Azərbaycan Respublikasının “İdman Ustası” dərəcəsinə, Pankration, Grappling və MMA İdman növü üzrə 2014-cü ildə göstərdiyi uğurlu fəaliyyətinə görə Sertifikat ilə təltif olunmuş və ödülə layiq görülb.
    Qeyd edək ki, Rəhimov Elvin Elbəyi oğlu 6 avqust 2014-cü il tarixdə Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatında uğur əldə edərək öz çəkisi üzrə Azərbaycan çempionu olub.
    24-28 oktyabr 2014-cü il tarixdə Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən qaydasız döyüş üzrə dördüncü dünya çempionatında Azərbaycan Milli yığma komandasının üzvü olaraq öz çəkisinə uyğun olaraq iştirak etmişdi.

  • Aysel Vəlizadəni doğum günü münasibətilə təbrik edirik! (22 dekabr)

    static_69318

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycanın istedadlı gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin “İslam” bölməsinin əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Ağarmış gün” (Hekayə)

    sefa1-450x300

    Yenə avtobusa çatmadı… Dayanıb nəfəsini dərdi. İş yerindən buracan qaçmışdı… Əllərini dizinə dayayıb tənginəfəsliyini yatırmaq istədi. Alnındakı tər damlalarına elə bil havadan toz bulaşmışdı. Hər axşam hamama keçməmiş yemək masasına belə otura bilmirdi. Titrəyən dizlərindən əllərini götürüb yavaş-yavaş dayanacağa tərəf getdi… Az qala addımlarını sürüdü. Daha tələsməyin mənası yox idi. Ən tezi yarım saatdan sonra növbəti avtobus gələcəkdi. Bir andaca isti bir külək vurdu, gözlərinə elə bil qum doldu. Bütün hirsini ancaq küləyə ünvanlaya bildi:
    -Elə bil Bakıdı eee… Səni andıra qal… Bozanaq-tozanaq vaxtıdı elə, başın üçün…
    Sonra da gülümsədi. Gəncəni Bakıya bənzətmənin təkcə külək olmadığını düşündü. Elə yarım saata gələn şəhərarası avtobus da Bakıyla eyni deyildimi? Dayanacağa çatıb şüşəyə söykəndi. Üzünü isti şüşəyə yapışdırıb ayağının ucuyla təzə döşənmiş daşların üstündə adını yazırdı: “Turan”…
    Növbəti avtobusun dayanmasını dayanacaqdakı adamların canlanmasından başa düşdü. Başını qaldırıb baxdı, “4” nömrəli avtobus idi…
    -Eh… – sol əlini də şüşəyə söykəyib “26” nömrəli avtobusun həsrətini çəkdiyini düşündü indi də…
    Gözlərini yumdu. Yaddaşının hansısa səhifəsindən xoş bir hekayə axtarmağa başladı. Amma, tapammadı. Fikrini cəmləyib qarışıq səsləri ayırd eləməyə cəhd etdi.
    -Bizimki də… Neçənci dəfədi ee…
    Bunu deyən güllü-güllü don geymiş ortayaşlı, arıq bir qadın idi. Sonrasını yanında dayanmış ağ ətəkli, qara koftalı qadının qulağına pıçıldayırdı…
    -Bu, mənim üçün ölümə bərabər olardı…
    Səsin sahibini axtardı. Sağ tərəfində duran uzun oğlan idi. Özündən boyda xeyli kiçik qızın qarşısında durmuşdu. Danışırdı.
    -Ölərəm, Dilarə… Ölərəm, inan!
    Dilarə… Öz-özünə düşündü ki, bir zamanlar onun da Sevdası vardı… Saf, təmiz, mələk kimi… Və bircə dəfə onu öpməklə mələkliyini, saflığını itirmiş Sevda… İndi, illər sonra özünü qınayırdı ki, axı, niyə Sevdanı atdı onda? Niyə onun başqasıyla evlənməsinin doğru seçim olduğunu dedi ki? Bəyəm başqasını öpmüşdü ki, Sevda? Axı, o Sevdanı sevdiyi kimi, qız da onu sevirdi. Bütün arzularına sarılmışdı ona olan hissləriylə… Onun üçün ölə də bilərdi… Bax, buna əmin olduqdan sonra Sevdadan uzaqlaşmışdı… Özlüyündə qət elədiyi bir qərar vardı ki, əgər bir qız, bir oğlandan ötrü ölməyi gözə alırsa, deməli, o, heç də yaxşı qız deyil… Deməli, o qız mələk deyil… Deməli, qızın bu düşkünlüyü onun adiliyidi…
    İndi isə… İllər sonra başqa cür düşünürdü… Sevdanın o sevgisini heç kəsdə görməmişdi. Heç kəs onun uğruna heç nədən keçməmişdi. Heç kəs onun üçün bir də qayıdıb mələk olmamışdı. İndi dönə bilsəydi o illərə, Sevdanı başının tacı edərdi… Onu sevən ürəyin qarşısında baş əyərdi. Amma… Bilirdi ki, qayıda bilməz… Qayıda bilməz…
    Ona elçi gəldiyini Sevda həmin günün səhəri demişdi Turana. Elçilərin “yox” cavabı ilə qayıtdığını da. Utanıb gözlərini yerə dikərək:
    -Mamangil gəlsin, nolur…-demişdi…
    O isə, bu sözün qarşısında alçaldığını zənn etmişdi. Hirslənmişdi.
    -Ağ gün istəmirsənmi? Get də o oğlana… Evi, maşını… Pulu zibil kimi…
    Sevda başını qaldırıb onun üzünə də baxmamışdı…
    -Axı… səni sevirəm…
    -Nolsun… Mən day istəmirəm… Çıx get!
    Sevda yalnız bircə dəfə onun üzünə baxmışdı. Bu baxışlarda sadəcə təəssüf vardı… İtirilmiş illərin, xərclənmiş qürurun təəssüfü:
    -Sən … Sən mənim astardığım deyilsən!
    Hönkürüb qaçmışdı… Və bir həftə sonra şəhərin ən dəbdəbəli restoranına ağ gəlinlikdə girmişdi…
    Turan bunları xatırladıqca daha da istiləndiyini duydu. Boyun-boğazının tərini əli ilə sildi. Saatına baxdı… Günün duran vaxtı idi. 16:22 idi…
    -Offf… andıra qal… Gəl də…- avtobusun qarasınca söyləndi…
    “25” nömrəli avtobusdan düşən yeniyetmə qızın saçındakı mavi banta baxdı… Sevdanın da beləsi vardı…
    Tez də gözlərini təzədən yumdu. Sevdanın son baxışını yenə aydınca görürdü… Həmin günkü kimi… Düşündü ki, görəsən, Sevda “ağ gün”ü yaşayırmı? Onu xatırlayırmı? Nifrətlə yoxsa sevgiylə? Bəlkə yenə təəssüf hissi ilə?
    Hərdən də özünü təmizə çıxarırdı bu xatirələrdə.. Sevda onu öpməsəydi o Sevdanı atmazdı… Əvvəlki kimi mələk bilərdi…
    Yox… üzüntüsü artırdı… Bu dəfə də üzü univermağa tərəf çevrildi, sağ çiynini şüşəyə söykədi… “26” nömrəli avtobus kitabxana tərəfdən göründü. Dayanacağın qarşısına keçib adamları yara-yara düz yolun qırağına gəldi. Avtobusa minəndə də heç kimə güzəştə getmədi. Özünü içəri atıb açıq pəncərənin birinin qarşısında əyləşdi.
    -Bayaqkı külək indi olaydı, bax…- hiss etdi ki, bəsit arzudu… Heç belə də arzu olar?
    Üzünü elmi mərkəzə çevirdi. Avtobus yerindən tərpənəndən sonra yanında oturana nəzər saldı. Arıq, uzun qız sadə geyinmişdi. Ağ, qolsuz köynək, cins şalvar… Qara, kiçik çantasını dizləri üstündə tutmuşdu… Qızın üzünə baxmağa cəsarət etmədi. Yenidən eşiyə baxdı.
    Avtobusun içərisinə yayılan musiqi çox hüznlü idi. Bu mahnını heç eşitməmişdi. Heç, deyəsən, mahnı da deyildi…
    Az keçmədi ki, musiqiyə uyğun deyilən şeirin səsi onu yenidən üzüntüyə köklədi…
    Turan ürəyi sıxıldığını hiss etdi… Elə bil onun Sevdanı xatırladığını duymuşdu sürücü. Bu şeir onun üçün idi sanki…
    Gözünü hərləyib yanındakı qıza tərəf baxdı. Qara, təmiz gözlərini əlindəki telefona zilləyən qızın çöhrəsində Sevdaya bir oxsarlıq axtardı… Tapdı… Bu qalibanə təbəssüm… Eynən Sevda da belə gülümsəyirdi ona baxanda… Bəlkə də, yazıq qız onu sevdiyi üçün özünü dünyanın bəxtəvəri sayırdı…
    Şeirdən fikrini yayındırmaq üçün gizlincə qızın telefonuna baxdı. Qız sms yazırdı:
    “Sənin şeirin oxuyur avtobusda.. Yanımda da biz tərəfdə qalan oğlan oturub, sənin dediyin… Turan… Maraqlıdı, şeirin axırını eşidəndə, mimikasına baxacam…”
    Turan daxilində yenidən istilik baş qaldırdığını anladı. Bu qız onu tanıyır… Hələ sms yazdığı da… Şeirin axırına diqqət kəsildi:
    Qız susdu… hüznlü melodiya davam edirdi… Birdən şeiri səsləndirən qız lap ucadan dedi:
    -Müəllif: Sevda Turan…
    Turan öncə sinəsinin sol tərəfində bir ağırlıq duydu…
    …Nəfəsini dərindən aldı…
    …Yanındakı qıza baxdı…
    …Qız ona baxıb tez də telefona nə isə yazmağa başladı…
    …Qalxmaq istədi… Əlini tavana uzatdı…
    …Kimsə çığırdı…
    …Avtobus dayandı…
    …Təcili yardım maşınından ağ xalatlılar düşdü…
    …Turan dayanacaqda uzanmışdı…
    …Kimsə dedi:
    -İnfarkt keçirib…
    -Yazıq… cavan adam…
    -Bəs nolacaq?
    …Səslər qarışdı…
    …Hər şey ağappaq idi…
    … Hər şey ağarırdı…
    …Səmadan boylanan gün də ağarırdı…

  • Rafiq ODAY.”SƏN ULU ÖNDƏRİSƏN BU XALQIN, BU MİLLƏTİN”

    Rafiq Oday foto

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

  • “Dastana çevrilən Rəhbərin ömrü” layihəsi

    jpg

    12 dekabr 2014-cü il tarixdə Azərbaycan Xalqının Ümummilli Lideri, “Müasir Azərbaycan” əsərinin müəllifi Heydər Əlirzə oğlu Əliyevin vəfatının 11-ci ildönümü tamam olur.Bununla əlaqədar olaraq, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin qərarına əsasən, Ümummilli Lideri anmaq, yada salmaq məqsədilə “Dastana çevrilən Rəhbərin ömrü” adlı layihə həyata keçirir.Layihə çərçivəsində Ümummilli Lider haqqında qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri, poemalardan parçalar, məqalələr Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.
    Layihə çərçivəsində yazılarının dərc olunmasını istəyən yazar dostlarımızdan xahiş olunur ki, yazılarını facebookda olan hesabıma və ya office@edebiyyat-az.com, office@gundelik.info elektron poçtlarından hər hansı birinə göndərsinlər.Yazılar 9 dekabr 2014-cü il saat 14:00-dan-11 dekabr 2014-cü il saat 17:00-a qədər qəbul olunur.

  • Debüt: Habil YAŞAR (Bakı şəhəri).Yeni şeirlər

    habil_yashar

    Habil YAŞAR 1983-cü il fevral ayının 26-da Bakı şəhərində anadan olub.1990-2000-ci illərdə Bakı şəhəri 271 saylı orta məktəbdə təhsil alıb.2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Səni sevdim sevəcəyəm”(2001), “Məni sevgi yaratdı”(2003-təqdimat Yazıçılar Birliyi,Natəvan klubu),“Yoxluğumun Varlığı”(2012) kitablarının müəllifidir.2004-2005-ci ildə ordu sıralarında hərbi xidmətdə olub.
    Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyi(Maliyyə Nəzarət Təftiş Komissiyası Sədri-2013)
    Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası(Maliyyə Nəzarət Təftiş Komissiyası
    üzvü-2009)
    Beynəlxalq İnsan Hüquqları(2007)
    Dünya Azərbaycanlıları Konqresi üzvü (2010)
    CASCFEN (MTK üzvü-2012)
    Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü (2014)
    Fəaliyyət: Şərqi Avropa Ölkələri Gənclər Əməkdaşlığı Konfransı(2009-Bakuruyani,Gürcüstan)
    Londonda(10-13 dekabr2010)keçirilən Dünya Azərbaycanlıları Konqresinin XI qurultayının iştirakçısı
    Seçkilər(Məntəqə katibi2012-ə dək)
    Mükafatlar: Prezident təqaüdçüsü(Ədəbi fəaliyyətinə görə)
    “Vicdanlı Qələm”(“Qafqaz”Media İctimai Birliyi,jurnalistika fəaliyyətinə görə)
    Qazaxıstanın Türküstan şəhərində keçirilən “19 Mayıs Türk Dünyası Genclik Buluşması” nda etdiyim xidmətlərdən dolayı təşəkkürnamə
    “Müşfiq” mükafatçısı(“Xəyal” Production2012)
    Türk dünyasına xidmət ödülü(Dünya Gənc Türk Yazarlar Birliyi 2013)
    Sultan Özateş 1. Uluslararası Ankara Kültür ve Sanat Şölenində Şiir-yazı yarışmasında 2856 şer işrə 3-cü yer.(2014-26 yanvar).
    Müxtəlif: “XX-XI ƏSRİN ZİYALI VƏ YARADICI İNSANLARI”Ensklopedik kitabda bir səhifə(2008)
    “Çağdaş Azerbaycan Şiiri”(2009-Ankara,türkiyə türkcəsində iki şer)
    Sözləri: Habil Yaşar, Musiqisi və İfaçısı: Abış Surxayoğlu. Qadınlar

    Körpə dilənir

    Görürəm mən nələr,görmürəm Allah,
    Ağlıma gəlməyən,başıma gəlir.
    Niyə yaşayıram,ölmürəm Allah,
    Böyüklər bir yana,körpə dilənir.

    Əl açıb yalvarır,körpə dil tökür,
    Bir tikə çörəyə ehtiyacı var.
    Mənimsə qəlbimə qaranlıq çökür,
    Necə yaşayacaq həyatı onlar.

    İstehza baxışlar,acı gülüşlər,
    Hədəf qızcığazın üzərindədir.
    Adamın başına göydən daş düşər,
    Bu körpə balanın günahı nədir?

    Dilənir bir mələk,günahsız bəndə,
    Heç kəsə bu tale qismət olmasın.
    Ağlayım eybi yox,mən öz içimdə,
    Amandır körpələr qoy ağlamasın.

    Körpənin gününə yanır ürəyim,
    Xəcalət çəkirəm utandığımdan.
    Yaşamağa haqqım varmıdır mənim,
    Bir insan taleyi məhv olur aman.

    Yalvarış

    Məni hidayətə yetirən Allah,
    Bu gözəl islama gətirən Allah,
    İşimi xeyirlə bitirən Allah,
    Məni xoş məqsədə,amala yetir.

    Mühəmməd eşqinə bağışla məni,
    Sağçılardan eyıə,bağışla məni,
    Müjdələ ehsanın yağışla məni,
    Görməyə o hüsnü-camala yetir.

    Dünəni bu günə qovuşduran sən,
    Dərdimi-sərimi sovuşduran sən,
    Ümmanı zərrəyə doluşduran sən,
    Mənim də elmimi kamala yetir.

    Sənin istəyinlə sənə gələrəm,
    Usandım demədən yenə gələrəm,
    Gün olar sonuncu günə gələrəm,
    Məni axirətdə vüsala yetir.

    Yana-yana gözlərimdə yaş sənə,
    Gecə-gündüz səcdə edər baş sənə,
    Bir an öncə qovuşaydım kaş sənə,
    Məni rəhmətinə,cəlala yetir.

    Həzrəti Mühəmməd başımın tacı,
    Həyatı olubdur acıdan,acı,
    Tükənməz könlümün bu ehtiyacı,
    Məni o nəbiyə,rəsula yetir.

    Əlim ətəyindən üzülü qalmaz,
    Ruhum səndən bir an küsülü qalmaz,
    Sevmədiyin nə var özülü qalmaz,
    Məni istədiyin halala yetir.

    2008

    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm sevgilim səni,
    Yazıb ürəyimi boşaltmaq üçün.
    Bəlkə də səninlə məndən xəbərsiz,
    Bu dünya durduqca yaşatmaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm ovsun gözündən,
    Könlümü oxşayan şirin sözündən,
    Bəlkə də xəbərin yoxdu özündən,
    Özünü özünə tanıtmaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    Yazmaq istəyirəm ruhumla səni,
    Mürəkkəblə deyil, qanımla səni,
    Görmək istəyirəm yanımda səni,
    Bir ömür yolunu oxumaq üçün,
    Yazmaq istəyirəm səni büsbütün…

    29.11.2014 02/00

  • “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasının təqdimat mərasimi keçirilib

    10477888_751011121602621_5981547926048009701_n

    22 noyabr 2014-cü il tarixdə saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli,Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Qobustan” jurnalının şöbə müdiri Narıngil Nadirqızı, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,”Ulduz” jurnalının “Poeziya” şöbəsinin redaktoru Fərqanə Mehdiyeva, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalnın “Poeziya” şöbəsinin redaktoru Qəşəm Nəcəfzadə,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, jurnalist Namiq Dəlidağlı,Dünya Gənc Türk Yazarlar Birliyinin Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı, Axın Poeziya Klubunun sədri, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, DGTYBüzvü, gənc xanım yazar Gülnar Səma,Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin tələbəsi, gənc xanım yazar Ülkər Piriyeva, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Gültən Qədirli, DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlu, AYB və DGTYB üzvü, gənc yazar Qabil Ədalət, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktor müavini, DGTYB üzvü, gənc yazar Vasif Zöhraboğlu,
    Gündəlik İnformasiya Agentliyinin “Xəbərlər” bölməsinin əməkdaşı, şair, jurnalist, gənc yazar Məmməd Hacızadə, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının fotoqrafları, DGTYB üzvləri, gənc yazarlar Nofəl Ümid və Sərvər Kamranlı, Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzov, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu, Gündəlik İnformasiya Agentliyinin “Ədəbiyyat” bölməsinin əməkdaşı, gənc yazar İsa Həsənoğlu, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar İltimas Səmimi, Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Elşad Barat və və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar gənc yazar Qabil Ədalətin rəhbəri və tərtibatçısı olduğu layihənin Vətənpərvərlik ruhda böyüməkdə olan gənc nəslin inkişafı və dünya görüşünün dəyişməsinə müsbət təsir edəcəyindən söhbət açdılar.
    Tədbir iştirakçılarının bir qismi yeni işıq üzü görmüş antologiyada yer alan şeirlərindən səsləndirdilər, yeni layihənin uğurlu və davamlı olmasını dilədilər.
    Tədbirin aparıcısı, DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlu layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə hər kəsə təşəkkürünü bildirdi xüsusi fərqlənin gənc yazarlar-Əfsanə Bayramqızını, Gülnar Səmanı, Nofəl Ümidi, Sərvər Kamranlını, Kənan Aydınoğlunı “Diplom”lara layiq gördü.Tədbirin gedişatında “Bayat” Ədəbi Birliyinin mətbu orqanı “Bayat” dərgisinin yeni sayının işıq üzü görməsi haqqında da məlumat tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
    Nəhayət, tədbirin sonunda layihə rəhbəri və tərtibçisi Qabil Ədalət düzənlənən tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi və yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədi.Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

  • “Bitməz könlümüzün Vətən sevgisi” antologiyası işıq üzü görüb

    Kitab.jpg

    “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiya 2014-cü ildə Bakı şəhərində
    Azərbaycanın Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” adlı layihə çərçivəsində “Yazıçı” nəşriyyatı tərəfindən 124 səhifə olmaqla, 600 tirajla işıq üzü görüb.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, AYB və DGTYB üzvü, gənc yazar Qabil Ədalətdir.Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarların vətənpərvərlik ruhda ədəb-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, poemaları, publisistik qeydləri və digər nümunələri eyni adlı kitabda cəmləşdirilib.Kitabın məsləhətçiləri Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Təmamət Azər, korrektoru Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktor müavini, DGTYB üzvü, gənc yazar Tural Adışirindir.

  • Debüt: Emil RASİMOĞLU (Salyan).Yeni şeirlər

    10401883_1440887946165403_7254518012399833604_n

    TƏRCÜMEYİ-HAL

    Emil Rasimoğlu -1991-ci il iyun ayının 27-də Salyan rayonunun Yuxarı Xalac kəndində anadan olmuşdur.1998-ci ildə Xalac kənd 2 saylı orta məktəbinə getmiş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. Hələ məktəbdə oxuyarkən-2003-cü ildən bədii yaradıcılığa başlamışdır. 2008-ci ildən “Kürün töhfəsi” ədəbi birliyinin üzvü, 2012-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, “Gənc Ədiblər Məktəbi”nin üzvü, 2012-ci il oktyabr ayından “Ziyalı Ocağı” İctimai Birliyinin Redaksiya, Yaradıcı, Nümayəndə Heyətinin Fəxri üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyyətinin üzvü və “Azərbaycan ədəbiyyatı”, ”Türkiyə ədəbiyyatı”, ”Publisistika”, ”Elektron kitablar” bölmələrinin əməkdaşı, 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir. Şeirləri “Yeni Azərbaycan”, ”Respublika gəncləri”, ”Kaspi”, ”Aysberq və həyat”, “İlham çeşməsi”, “Yeni Axtarış”, “İrəvan Press”, “Möhtəşəm Azərbaycan”,”Qələbə” və digər qəzetlərdə, 2010-cu ildə “Muğanın səsi”, 2012-ci ildə “Bölgələrdən səslər” kitablarında çap olunmuş, Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanına, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına yerləşdirilmişdir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edilmişdir. Müntəzəm olaraq dövrü mətbuatda şeirləri çap olunur. 2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin tələbəsidir.

    Getmə uzaqlara…

    Qəlbimdən,bəxtimdən,nə də gözümdən,
    Ayrılıb ox kimi itmə,sən Allah.
    Axtarıb tapmaram,ölüm taparam,
    Getmə uzaqlara,getmə sən Allah.

    Oldun taleyimə nəsib,sevgilim,
    Ürəyim səsinlə əsib,sevgilim.
    Əlimi boş qoyub,küsüb,sevgilim,
    Getmə uzaqlara,getmə sən Allah.

    Çoxları baharda qəmlə qışlayıb,
    Hələ sevgi çağım indi başlayıb.
    Mənə bir ömürlük dərd bağışlayıb,
    Getmə uzaqlara,getmə sən Allah.

    Sən getsən,ruhum da,çıxıb gedəcək,
    Məni torpaq üstə yıxıb gedəcək,
    Gələnlər gözünü sıxıb gedəcək,
    Getmə uzaqlara,getmə sən Allah.

    Gələr Günəşdə yox,yağışımda nur,
    Görünməz cığırada,yoxuşumda nur.
    Sinəmdə od sönər,baxışımda nur,
    Getmə uzaqlara,getmə sən Allah.

    Aylar da,illər də,kəm gələcəkdir,
    Kipriyin üstünə nəm gələcəkdir,
    Bəs getsən,görüşə kim gələcəkdir?!
    Getmə uzaqlara,getmə sən Allah.

    Ocaq var nur yoxdu,ocaq var çəndi,
    Tək-tənha kədərlə otaq var çəndi,
    Uzaqlar dumandı,uzaqlar çəndi,
    Getmə uzaqlara,getmə sən Allah.

    Mütləq bilib…

    Torpağından dərgahına üz tutub,
    Dizim üstə qol açmışam,İlahi!
    Ürəyimlə qollarıma,qolumla,
    Dualara yol açmışam,İlahi!

    Bel bükmədim yerdə “mən”in önündə,
    Xeyrə qarşı şər-düşmənin önündə.
    Mütləq bilib bircə sənin önündə,
    Varlığımla alçalmışam,İlahi!

    Nəfəs verdin cana gəldim anamda,
    Zülmətində hey dincəldim anamda.
    Doğulanda qupba güldüm anamda,
    Eşqin ilə gül açmışam,İlahi!

    Özgə yəhərində,özgə yəhərdə,
    Səyyah oldum yaratdığın “şəhər”də.
    Tapıb səni hər açılan səhərdə,
    Yolun üstə əl açmışam,İlahi!

    Mən kim idim qamətimi şux tutam,
    Bədənimə ruhumu dayaq tutam,
    Yer üzündə söz kəsəm,ayaq tutam,
    “Danış”:-dedin,dil açmışam,İlahi!

    Zaman dərdi…

    Vətənimin taleyində neyləyim,
    Qara yelli zaman dərdi var imiş.
    Yaşadıqca düşünürəm, İlahi,
    Yaman günün, yaman dərdi var imiş.

    Qiyamətdi! Ana sına, ürəkdən,
    Can qovurub yana, sına ürəkdən…
    Neçə şəhid anasına ürəkdən,
    Ah çəkdirən “cavan” dərdi var imiş.

    Tanrım, selnən axan qanın yu, yurdun,
    Yarasına məlhəm ola su… yurdun,
    Dözəmmirəm, alovlanıb bu yurdun,
    Nəfəsində yanan dərdi var imiş.

    Ağ səhərli bəxti öldü çağların,
    Zirvələrdi önündə alçaqların,
    Ayrılıqda tənha, mətin dağların,
    Səmasında duman dərdi var imiş.

    Bütövlükdə sərhədi var, gör kimin,
    Tapdalanan torpaq kimin, yer kimin?!.
    Başı məğrur, əli qılınc türkümün ,
    Sinəsində Turan dərdi var imiş.

  • Debüt: İsa HƏSƏNOĞLU (Naxçıvan MR).Yeni şeirlər

    10818593_717633538314366_1000672302_n

    İsa HƏSƏNOĞLU (İsa Həsən oğlu Əliyev) 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində dünyaya göz açıb.1999-cu ildə Culfa şəhər 2 saylı orta məktəbin birinci sinfinə qədəm qoyub.2010-cu ildə orta məktəbi bitirib və həmin il Bakı Dövlət Universitetinin “Komputer elmləri” ixtisası üzrə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. Hal-hazırda Bakı Dövlət Universitetin magistratura pilləsi üzrə I kurs tələbəsidir.
    Ədəbiyyata marağı, onunla yaxından tanışlığı orta məktəb illərinə təsadüf edir. 2009-cu ildən bəri ədəbi fəaliyyəti mövcuddur. Şeirləri “Bakı Universiteti” qəzetində çap olunmuşdur.
    2012-ci ildə dərc olunan “Könül dəryası” adlı şeirlər toplusu kitabı oxucularla ilk görüşüdür.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində işıq üzü görən “Bölgələrdən səslər” kitabının ikinci hissəsində şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

    AZƏRBAYCAN

    Bütün varlığımla bağlıyam sənə,
    Yolunda şəhidlik hədəfdir mənə,
    Üçrəngli bayrağın şərəfdir mənə…
    O dalğalandıqca dincəlir canım,
    Səadət qatarı Azərbaycanım!

    Tarix boyu gəlməz dərdlərin saya,
    Soydaşlar bölünmüş o tay,bu taya,
    Sorağın yayılmış bütün dünyaya…
    Ey mənim şöhrətim,ey mənim şanım,
    Ömrümün baharı Azərbaycanım!

    Qarabağ qəlbimdə çevrilib közə,
    Daş ürək gərəkdir bu dərdə dözə.
    Həsrətəm Göyçəyə,Dərbənd,Təbrizə…
    Sənsən intizarım,sənsən hicranım,
    Könlümün qubarı Azərbaycanım!

    Qızında var Nigar,Həcər qeyrəti,
    Oğlunda Koroğlu,Babək qüdrəti,
    Xalqında yaşayır mərdlik adəti…
    Uğrunda fədadır hər damla qanım,
    İgidlik yazarı Azərbaycanım!

    Nizami,Nəsimi,Füzuli ölməz,
    Zəmanə Vaqifdən yetirə bilməz,
    Sabirtək satirist bir daha gəlməz…
    Ey ürfan aləmim,ey söz ünvanım,
    Şairlər diyarı Azərbaycanım!

    Görsən də bəlalar çətindən çətin,
    İndi müstəqillik olub qismətin.
    Zəngindir tarixin,mədəniyyətin…
    Gücünlə əriyir yağı düşmanım,
    Başı dik,yuxarı, Azərbaycanım!!!

    3 avqust 2012-ci il.

    Necə dərin gözlərin var!

    “Necə dərin gözlərin var!”
    Şirin sözlüm,
    Gülər üzlüm,
    Saf baxışlı ahu gözlüm!
    Gözüm doysa, könlüm baxar,
    Necə dərin gözlərin var!
    O saflığa,dərinliyə
    Hər baxdıqca istəsəm də,
    İstəməsəm də dalıram.
    Gücüm olmur çıxım üzə,
    Yavaş-yavaş boğuluram.
    Bir gün həmin dərinlikdə burulğana düşsəm əgər,
    Gözlərində ölsəm əgər,
    Mənə qüsl verməsinlər.
    Çünki sənin aydan arı,
    Sudan duru, Gözlərində paklaşmışam.
    Paklığıma şübhən qalsa,
    Yuyulmağım vacib olsa…
    Bilirəm ki, gedişimlə çox incidəyəcəm səni,
    O halda,ey ahu gözlüm,
    Gedişimə axıtdığın, göz yaşınla yuyun məni.

    09.07.2014

    Ağlama,”sulu göz” deyən olmasın.

    Gül üzlüm,ayrılıq vaxtı yetişdi,
    Ağlama,”sulu göz” deyən olmasın.
    Könlünə əhdimlə qıfıl vururam,
    Mən yoxkən qapısın döyən olmasın.

    Sən əsgər yarısan,dik tut başını!
    Məndən söhbət düşsə,tut göz yaşını,
    Yerə dik hayqıran saf baxışını
    Nalə çəkdiyini duyan olmasın.

    Səni küskün gördüm,böyüdü dərdim
    Sınmaz qürurumu yoluna sərdim,
    Əlimdə olsaydı sərhəd çəkərdim
    O kövrək xətrinə dəyən olmasın.

    “Əlvida” deməyə varmayır dilim,
    Gizlət kədərini,ey solğun gülüm,
    Səni məğrur görüm,əyilməz görüm,
    Əyilməz qəddimi əyən olmasın.

    Ey İsa, yarının boşdu barmağı,
    Eşqinə güvənib qoparma bağı,
    Unutma ki,tez-tez məktub yazmağı,
    Bəylik libasını geyən olmasın.
    19.04.2014

    BAHAR QARI

    Aram-aram, həzin-həzin,
    Qar ələnir göydən yerə.
    Geyindirir ağ gəlinlik ağaclara,çiçəklərə.
    Hər dənəsi bambaşqadır,
    Bir aləmdir,bir dünyadır.
    Bir-birini incitmədən,
    Bir-birinə toxunmadan rahat-rahat uçuşurlar,
    Sanki, yerə yetmək üçün bir-birilə yarışırlar,
    Yerə yetmiş dostlarına yetmək üçün tələsirlər,
    Təbiəti çox incidən,
    Ləkələyən pislikləri örtmək üçün tələsirlər.
    Xəbər tutub bundan külək,
    Yeri, göyü titrədərək
    Əsir, qara vermir aman,
    Görünür ki, yağan qarı,
    Torpağa qısqanır yaman.

    30.03.201

    SANIRDIM

    Qabaqlar mən belə deyildim,gülüm,
    Dünyanı mənasız, əbəs sanırdım.
    Xəyanət mərmisi dəyəndən bəri,
    Özümü ürəkdən şikəst sanırdım.

    Gedişi sakitcə , sezilməz oldu,
    Hirsimdən göz yaşım süzülməz oldu,
    Bir müddət ayrılıq dözülməz oldu,
    Duyduğum hər səsi o səs sanırdım.

    Mənə həmdəm oldu naleyi-ahım,
    Aldandım yox ikən təqsir, günahım,
    Nə dünənim vardı, nə də sabahım,
    Həyatı aldığım nəfəs sanırdım.

    Qəlbimi verməzdim daha kimsəyə,
    Sən gəldin, baxışım döndü hər şeyə.
    Bir zaman yalqızdım, tənhaydım deyə
    Ömrümü kiçik bir qəfəs sanırdım.

    Güldürdün hər şeyə nifrət edəni,
    Firavan həyata döndərdin məni,
    Özüm də bilmədən sevmişəm səni,
    Mən səni keçici həvəs sanırdım.

  • Debüt: Günay HƏSƏNLİ (Gəncə şəhəri).Yeni şeirlər

    10174900_715715711806063_8525064819558902131_n

    Günay HƏSƏNLİ (Həsənli Günay Nəriman qızı) 1987-ci il noyabr ayının 9-da Gəncə şəhərində anadan olub. Orta təhsilini Tovuz rayon Dönük Qırıqlı kəndindəki D.Süleymanov adına tam orta məktəbdə alıb.
    Çox erkən yaşlarından şeirlər yazmağa başlayıb. Şeirləri dövrü mətbuatda mütəmadi dərc olunub. “Qızıl qələm”, “Heydər ata” və s. mükafatlara layiq görülüb.
    Respublikada nəşr olunan “Kompas”, “İslahat”, “Dövlət və qanun”, “Tovuz”, “Azərbaycan Dünyası”, “SM-press”, “Azərbaycan”, “Azad Qələm” və bir sıra almanaxlarda ədəbi-bədii publisistlik yazıları müxtəlif qəzetlərdə dərc olunub. SMTV(hazırkı TTV) adlı televiziya şirkətində aparıcı-repartyor kimi çalışıb. Hal-hazırda Axın İctimai Birliyində ümumi şöbə rəhbəri və Günəş jurnalında xususi müxbir kimi çalışır. Axın Poeziya Klubunun sədridir.Varislər Ədəbi Məclisinin, Dünya Gənc Türk Yazarları Birliyinin və Gənc Ədiblər Məktəbinin üzvüdür.
    Bakı Slavyan Universitetinin tələbəsidir.Bir oğlu, bir qızı var.

    HEYİF ÇIXIR

    Etibar yox bu dünyaya,
    Dünya məndən heyif çıxır.
    Heç bilmirəm neynəmişəm,
    Düşməni tək mənə baxır.

    Neçə dağın partlatmışam,
    Vüqarımı sınıb görən?
    Sinəsinə od tulladım,
    Meşəsimi yanıb görən?

    Məcrasından çıxarmışam
    Çaylarının axarını?
    Bacarsaydım dəyişərdim
    Həqiqətin baxarını.

    İnsanına kələk qurub,
    Çevirmişəm oyuncağa?
    Evcik qurub oynatmışam?
    Biri ata, biri ana…

    Dartılmışam sapand kimi,
    Tışlanmışam göy üzünə?
    Çoxmu möhkəm dəymişəm ki,
    Göylərinin göy gözünə?

    DAŞ

    Daş olub tökülmüşəm,
    Bu dünyanın başına.
    O da döndərib mənim,
    Baharımı qışıma.

    Vaxtsız belimi büküb,
    Qara damımı söküb,
    O da daşını töküb,
    Mənim dərsli başıma.

    Sağdan atdım ona daş,
    Soldan atdım ona daş,
    Çevrilib gəldi birbaş
    Dəydi mənim başıma.

    Daş atma, daşa dəyər,
    Oxu çək, qaşa dəyər,
    Min baş, bir başa dəyər,
    Kül dünyanın başına.

    20.04.2014

    Zaman

    Sən məni haraya gətirdin zaman?
    Namus da,qeyrət də,ar da satılır.
    Hərraca qoyulub insan ürəyi
    Bülbüllə yanaşı sar da satılır.

    İnsanlıq adında şey qalmayıbdır,
    Belke orda-burda közərəni var.
    İnsanlıar əyilib doğru yolundan,
    Bəlkə də bir neçə düzələni var.

    İnsan ləyaqəti,insan qeyrəti,
    Hər addım başında tapdanıb gedir.
    Yerində dayanıb,dursan da sakit,
    Zaman özü səni bax, məcbur edir.

    İnsan öz əliylə qazır quyunu,
    Qazanın özünü salır bu zaman.
    Pulu olan deyir yıxılmaram mən,
    Mağallaq aşanda ağlayır yaman.

    Dəyirman daşı tək fırlanır zaman,
    Bu gün biri qalxır, sabahsa enir.
    Əhli-cahan bilir onun işini,
    Bax,insanlar nə danışır,nə dinir.

    Dinib neynəyəcək təlxək zamana,
    Dərhal onu zaman araya qoyar.
    Min kələk gətirər onun başına,
    O da bu həyatdan tamamca doyar
    .
    Tərki-dünya olar insanın ruhu,
    Bununla bir ömür bitmiş sayılar.
    Bir körpə dünyaya göz açar bu vaxt,
    Bu qanuna “zaman”adı qoyular.

    15.08.2004

    Ölüm məni istəmir
    Mən ölüm istəyirəm,
    Ölüm məni istəmir.
    Məni öldürmək üçün
    Gəlib rüşvət istəyir.
    Tumarlayıb başını
    Sevə-sevə söylədim.
    Qardaşımsan,bacımsan,
    Səni istəyir bu can.
    Apar məni nə olar!
    Lap ata, anam da ol,
    Şirinimsən, acımsan.
    Gəl çıx otur başımda
    Sən mənom daşa dönmüş
    Şəkilli baş tacımsan.
    Boylanma mənə gendən
    Qorxma gəl mənə sarı.
    Səni sevdiyim qədər,
    Sevə bilməz yar-yarı.
    Selə dönüb gəlirsən,
    Yuyursan sağ-solumu.
    Aparsan bütöv apar
    Gəl qırma qıç,qolumu.
    Mən səni gözəyirəm,
    Gözləyənim var deyə.
    Neçə qollar açılıb,
    Hey səsləyir “gəl” deyə.
    Mən ölüm istəyirəm,
    Ölüm məni istəmir.
    Məni öldürmək üçün
    Gəlib rüşvət istəyir.
    Söylə sənə nə verim?
    Acgöz olub getmisən.
    Dünyanın varındanmı?
    Arlının arındanmı?
    Yarlının yarındanmı?
    O uca zirvələrin,
    Ərinməz qarındanmı?
    Söylə sənə nə verim?
    Gücüm canıma çatar,
    Gəl də canımı apar.
    Canımı rüşvət verim…
    “Ölümü aldarıram,
    Susun,susun,dinməyin!”
    Rüşvət verdiyim canın,
    Həmin o can olduğun
    Ölümə bildirməyin…

    25.04.2014

    DOYUM

    Gəl bağrıma basım səni,
    Başımı çiyninə qoyum.
    Kövrəlmişəm sənin kimi,
    Bərkdən ağlıyım, doyum.

    Sən gurulda, mən hönkürüm,
    Çağlasın Arazım, Kürüm,
    Göz yaşıma divar hörüm,
    Dərddən ağlıyım, doyum.

    Gözümüzdən süzülsün nəm,
    Yer üzünə qoysun qədəm,
    Mən buludam, bulud da mən,
    Hərdən ağlıyım, doyum.

    28.09.2014

  • Ağstafada nakam şair Üzeyir Məhərrəmliyə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

    1422551_360318044136987_8836057406877428965_n (1)

    10801978_360318514136940_6994541969418323535_n

    19 noyabr 2014-cü il tarixdə Ağstafa şəhərində Xalq şairi Hüseyn Arifin Ev Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə nakam şair Üzeyir Məhərrəmlinin 40 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, daha sonra nakam şair Üzeyir Məhərrəmlinin həyatı və yaradıcılığı haqqında olan bilgiləri tədbir iştirakçılarına sunub.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri Saqif Qaratorpaq, “Gənc Ədiblər Məktəbi”nin müdavimi və DGTYB üzvü, gənc yazar Rüfət Axundlu, şair-publisist Firdovsi Heydərli, Tovuz rayonunda fəaliyyət göstərən “Varislər” Ədəbi Birliyinin sədri Əbülfət İslam və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar nahakm şair Üzeyir Məhərrəmli haqqında öz fikir və düşüncələrini bölüşüblər, şairin müxtəlif illərdə qələmə aldığı şeirlərindən səsləndiriblər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

  • “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyanın təqdimat mərasimi keçiriləcək

    Kitab.jpg

    22 noyabr 2014-cü il tarixdə, saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyanın təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB və AYB üzvü, gənc yazar Qabil Ədalətdir.
    Tədbirdə antologiyada ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, publisistik qeydləri dərc olunan yazarlara hədiyyə olunacaq.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.
    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanı, Mehdi Hüseyn küçəsi 1a, Azərbaycan Respublikası Milli Məclisinin yanı

  • Əntiqə SƏMƏNDƏR

    64760_1502884459966611_8813828497131644224_n

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən həyata keçirilən “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi”nin qalibi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc xanım yazar

    Deyəsən yarpağın düşür,
    Qələbən topdan sürüşür,
    Məzarda şəhid üşüyür,
    Qışın sağ olsun, vətən!

    Min kərə and içmişik,
    Şəhid donu biçmişik ,
    Torpağını seçmişik,
    Daşın sağ olsun, vətən!

    Ürəyini böldülər,
    Pis günündə güldülər,
    Səni başsız bildilər,
    Başın sağ olsun, vətən!

  • Gənclər Fondu tərəfindən yeni müsabiqə keçirildi

    20141119_104108

    19 noyabr 2014-cü il tarixdə saat 11:00-da, Bakı şəhəri, Yasamal rayonu, 21 saylı orta məktəbin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və 21 saylı orta məktəbin Rəhbərliyinin birgə təşkilatçılığı ilə “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi” həyata keçirldi.Tədbiri giriş sözü ilə açan DGTYB və AYB üzvü, gənc yazar Qabil Ədalət ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra müsabiqəyə qatılan iştirakçıları öz şeirlərini səsləndirmək üçün tribunaya dəvət etdi.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı, DGTYB Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc xanım yazar Əntiqə Səməndər, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” Poeziya Klubunun sədri, gənc xanım yazar Günay Həsənli, DGTYB üzvləri, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fotoqrafları, gənc yazarlar Nofəl Ümid, Sərvər Kamranlı, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar İltimas Səmimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, DAMM-ın Mətbuat xidmətinin rəhbəri, şairə, jurnalist Nəcibə İlkin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin redaktoru, şairə Fərqanə Mehdiyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Narıngül Nadirqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü , “Rəsul Rza” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Balayar Sadiq və digər qonaqlar iştirak ediblər.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Daha sonra müsabiqəyə qatılan gənc yazarlar Günay Həsənli, Gülnarə İsrafilqızı, Sevil İşıq, Əfsanə Bayramqızı, Kənan Aydınoğlu, Qoşqar Qaraçaylı, Nofəl Ümid, Əntiqə Səməndər, Cəmilə Vaqifqızı, İltimas Səmimi, Ramiq Mehdisoy, İsa Həsənoğlu, Sərvər Kamranlı öz şeirlərini tədbir iştirakçıları üçün səsləndirdilər.Daha sonra məktəbin müəlim heyətinin təşkilatçılığı ilə həmin məktəbin şagirdlərinin iştirakı Vətənpərvliklə bağlı şeirlər səsləndirildi, rəqslər ifa olundu.Müsabiqənin gedişatında Münsiflər heyətinin qərarı ilə gənc xanım yazar Əntiqə Səməndər birinci yerə, gənc yazar İltimas Səmimi ikinci yerə, üçüncü yerə Aynur Şahtelli, dördüncü yerə Gülnarə İsrafilqızı layiq görüldü.

  • KÜMBET DERGİSİ 34. SAYISI OKUYUCULARI İLE BULUŞUYOR

    10815637_718192821582895_1623277478_n

    EDİTÖRDEN

    Ülkemizde, özellikle taşrada zor şartlarda çıkan dergilerin bir bir kapandığı ya da hayatta kalma mücadelesi verdiği bir dönemde KÜMBET Dergisi çıktığı yolda sizlerin destek ve gayretiyle yayın hayatına devam ediyor. Türk kültür ve sanat alanında geldiği konumuyla yurt içinde ve dışında saygın dergiler arasında olabilmenin de haklı gururunu yaşıyor.
    KÜMBET Derginizin yine beğeni ile okunan ve takip edilen 33. sayısından sonra çok değerli yazar araştırmacı, akademisyenlerin makaleleri ve şairlerin gönül dağarcıklarından derledikleri kır çiçekleri, Tokat Şairler ve Yazarlar Derneği’nin gerçekleştirmiş olduğu birbirinden değerli etkinliklerle karşınızdayız.
    TOŞAYAD ve Niksar Belediyesi işbirliği ile düzenlenen “5.Cahit KÜLEBİ ve Memleketime Bakış Şiir Yarışması” başarı ile sonuçlandırılarak dereceye giren Halil Gürkan (Eskişehir), İsmihan Karaca (Amasya) ve Ali Cem Akbulut’un (Amasya-Merzifon) ödülleri 10-12 Ekim 2014 tarihleri arasında gerçekleştirilen “Niksar’ın Fidanları Kültür – Sanat ve Ceviz Festivali” kapsamındaki Erzurumlu Emrah’tan Cahit KÜLEBİ’ye Şiir Şöleni’nde verildi.
    Festival kapsamında 10 Ekim 2014 akşamı Türk Şiirinin duayeni Cemal SAFİ onuruna derneğimizin başarılı yöneticilerinden Mahmut Hasgül’ün sunumu ve Grup Seyyah’ın müzik desteğiyle “Cemal SAFİ’ye Vefa Gecesi” tertip edildi. Aynı gecede Edebiyat Öğretmeni Gökhan GÜNEŞ ve Üniversite Öğrencisi Merve Nur Maden’in başarılı sunumlarıyla Simurg Ateşi şairlerinden Ali Özkanlı (Kayseri), Süleyman Altunbaş (Samsun), Mehmet Metin Baş (Manisa-Soma), Şafak Nur Yalçın (Antalya), Hasan Akar (Tokat) sahne alarak Simurg Ateşinin felsefesini anlatıp şiirlerini yorumladılar.
    Aynı festivalde yer alan “Ahi Pehlivan ve Niksar’da Vakıflar” konulu panelde dergimiz ailesinden GOP Üniversitesi Öğretim Üyesi Doç. Dr. Alpaslan Demir, Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü Uzmanlarından Bekir Yeğnidemir ve Tokat Vakıflar Bölge Müdürümüz İsmail Aktaş, 19 Mayıs Üniversitesi Öğretim Üyesi Doç. Dr. Mehmet Türkmen ve Giresun Özel İdaresi Kültür Müdürü Mehmet Fatsa hazırladıkları bildirileri katılımcılarla paylaştılar.
    Elazığ Valiliği, Belediyesi ve Fırat Üniversitesi’nce 25-28 Eylül 2014 tarihleri arasında bu yıl 22. Uluslararası Hazar Şiir Akşamları Etkinliklerine TOŞAYAD adına davet edilen dernek başkanı Remzi Zengin “Edebiyatımız ve Edebiyat Dergileri Paneli”ne katılarak KÜMBET Dergisinin yayın hayatındaki yeri konulu konuşmasını sundu.
    Tokat Valiliği, Belediyesi ve GOP Üniversitesi’nce 25-26 Eylül 2014 tarihleri arasında düzenlenen “Tokat Tarih ve Kültür Sempozyumu”na derneğimiz üyelerinden, Araştırmacı-Yazar Hasan Akar “Tokatlı Müzisyen Sanatçı Necati BAŞARA”, Eğitimci-Yazar Mahmut Hasgül “Hey Onbeşli Türküsü ve Onu İlk Kez Plağa Alan Hafız Hakkı Feryadi” konulu bildirilerini sundular.
    Şairlerimizden Hasan Akar, Mersin Büyükşehir Belediyesi’nce 22-25 Eylül 2014 tarihleri arasında tertip edilen 13. Uluslararası Karacaoğlan Şiir Akşamları’na davet edilerek ilimizi temsil etti.
    Derneğimiz yönetim kurulu üyesi Mahmut Hasgül’ün büyük bir özveriyle hazırladığı, otuza yakın şairin katıldığı, antoloji hüviyetindeki “Tokat’tan Mısralar III” kitabı TOŞAYAD yayını olarak Türk Edebiyatının seçkin eserleri arasında yerini aldı.
    TOŞAYAD kahvaltılarının sonuncusu geniş bir katılımla 11 Ekim 2014 Cumartesi Günü Tokat Grand Ballıca Otel’de Cemal SAFİ onuruna verildi. Cemal SAFİ’nin bir saate yakın özel program yaptığı kahvaltıda şairlerimizden Ahmet Divriklioğlu, Şerare Kıvrak ve Sündüs Akça da kendi şiirlerini yorumladılar.
    Tokat Şairler ve Yazarlar Derneği’nce hazırlanıp Kültür ve Turizm Bakanlığı’nca kabul edilen “1.Uluslararası Tokat Köroğlu Halk Âşıkları Şöleni” Tokat Valiliği ve Tokat Belediyesi’nin katkılarıyla 14 Kasım 2014 Cuma Akşamı, Tokat 26 Haziran Atatürk Kültür Merkezi’nde icra edilecek. Şölene Türk Dünyasının ve ülkemizin tanınmış âşıklarından Dr. Âşık Şergiyye Zengilanlı (Azerbaycan), Peri Hasanova (Azerbaycan), Âşık Nuri Çırağı (İstanbul), Âşık Cemal Divani (Bursa), Âşık Kaptani (Sivas), Âşık Eseri (Sivas) ve Cumhuriyet Üniversitesi Öğretim Ütesi Yard. Doç. Dr. Doğan KAYA katılacaktır. Bu şölene davetimizi vefatından önce kabul eden Âşık Şeref TAŞLIOVA’ya rahmetler diliyor, onu bir kez daha saygıyla anıyoruz.

    Remzi ZENGİN
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı