Category: Ana səhifə

  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Poçtalyona məktub” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov,
    məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Vəliyevanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” dərgisində (Tokat şəhəri) 40. sayısında “Ən sadə şəkil” hekayəsi dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı gənc xanım yazar Şəfa Eyvazın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın “Bu axşam” şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 19-cu sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.
    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov,
    məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevadır.

    Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 41. sayısında “Ehtiyac” şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Ədəbiyyat İnstitutunda onlayn iclas keçirilib


    27 aprel 2020-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib. İclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. İclasda İnstitutun rəhbər işçiləri, şöbə müdirləri və digər əməkdaşlar iştirak ediblər.
    Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barəsində ətraflı çıxış edib. Akademik qeyd edib ki, dünya üçün böyük bir bəla olan karonavirus hadisəsini üçüncü dünya müharibəsi kimi də mənalandıra bilərik. “Qəfildən gələn bu müharibə dünya ölkələrini çox çətin vəziyyətə saldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəmizin bu çətin sınaqdan uğurla çıxmasını təmin etdi. Zəruri izoliyasiya tədbirlərinin görülməsi vətəndaşlarımızı qorudu. Xəstəxanalarımızın, sosial təcrid müəsisələrinin yetərincə olması Azərbaycanın xilasına xidmət edib. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da koronavirusa yoluxmuş həkimlər oldu. Bu çətin günlərdə həkimlərimiz böyük fədakarlıqlar göstərdilər. Ölkə başçısı sosial təcrid prosesini Azərbaycan Daxili İşlər Nazirliyinə həvalə etdi. Azərbaycan polisi də yüksək səviyyədə mədəniyyət nümayiş etdirərək həm qanunlara ciddi əməl etdi, həm də maarifləndirmə işlərində fəallıq göstərdi. Operativ qərargahın da bu dövrlərdə gördüyü işləri yüksək qiymətləndirmək lazımdır. Əsl fədakarlıqlar göstərmiş tibb işçilərinin obrazı ilə yanaşı, Azərbaycan polisi haqqında yeni əsərlərin yaranması vacibdir. Pandemiya dövrünün gözəgörünməyən qəhrəmanlarının ədəbiyyatda obrazları yaradılmalıdır. Cənab Prezidentin xalqı öz ətrafında birləşdirmək məharəti həm ədəbiyyatşünaslıqda, həm də publisistikada əksini tapmalıdır. Yazılacaq həmin əsərlərin qiymətləndirilməsi də ədəbiyyatşünasların borcudur. Bu çətin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının onlayn şəkildə fövqəladə Zirvə görüşünün keçirilməsi bu istiqamətdə nümunəvi ilk addım oldu”. 
    Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi tədqiqat şöbələrinin pandemiya dövründə elmi-tədqiqat fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb. Bu dövrdə İnstitut internet resurslarından istifadə etməklə öz işini kordinasiyalı şəkildə davam etdirib. İnstitutun www.literature.az saytı operativ şəkildə əməkdaşların məqalələrini, zəruri elmi informasiyaları paylaşıb. 
    Akademik İsa Həbibbəyli bu dövrdə özünün  fəaliyyəti ilə bağlı Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyinin videokonfransında iştirak etdiyini, qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş Beynəlxalq onlayn konfransında çıxış etdiyini vurğulayıb.  Akademik çıxışının sonunda “…hesab edirəm ki,   mərhələ-mərhələ   Azərbaycanda normal həyat öz axarına düşəcək. Həm Akademiyada, həm də İnstitutumuzda əvvəlki qaynar iş rejimi bərpa olunacaq”- deyə bildirib. 
    Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli çıxış edərək “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, Əziz Mirəhmədov haqqında kitabın və Məhəmməd Hadi ilə bağlı məqalələrin toplanması işinin gedişatı barəsində məlumat verib. Digər elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan altmışıncıları” kollektiv monoqrafiyasının hazırlanması, Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən kitabın üzərində aparılan işlər barəsində danışıb. O, bildirib ki, akademik İsa Həbibbəylinin tapşırıqlarına uyğun olaraq İnstitut əməkdaşları ilə daim əlaqə saxlanılıb. 
    İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının iki buraxılışının hazırlandığını, özünün Çingiz Aytmatovun həyatı və yaradıcılığı haqqında monoqrafiyasını tamamladığını və İnstitut direktorunun tapşırıqlarını lazımınca yerinə yetirməyə çalışdığını  bildirib. Direktor müavini Rəşad Qasımov da karantin dövründə həyata keçirilən bir sıra işlər barəsində məlumat verib.
    İnstitutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” jurnalının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə Xüsusi buraxılışının nəşrə hazırlanmasının son vəziyyəti barədə fikirlərini bölüşüb. Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov “Əfzələddin Xaqani: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyasının nəşrə hazırlanması və Əmir Xosrov Dəhləvi haqqında əsərin tamamlanmaq üzrə olmasını diqqətə çatdırıb.
    Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunmuş Xüsusi buraxılışı üçün məqalələrin yazılması və redaktə olunması prosesindən danışıb. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov şöbə əməkdaşlarının fəaliyyəti haqqında danışıb. Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd Şamil Salmanov haqqında məqalələr toplusunu hazırladıqlarını, Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyev Məhəmməd Füzuli haqqında monoqrafiyanın üzərində işlərin yekunlaşdığını nəzərə çatdırıb, 
    Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli Ədəbi tənqid şöbəsinə həvalə olunmuş “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında və bu il dramaturgiya ilə bağlı məruzəni özü hazırladığını, bunlardan əlavə Əli İldırımoğlu haqqında kitabının çapda oluğunu, başqa bir monoqrafiya üzərində işlədiyini bildirib. Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Vüqar Əhməd şöbənin hazırladığı “Molla Nəsrəddin” ensiklopediyasının son redaktə işləri, yeni çap olunmuş “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi və öz romanları haqqında danışıb.  
    İnstitutun nəzdindəki müdafiə şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı Dissertasiya şurasının fəaliyyəti və üzərində işlədiyi kitablar haqqında məlumat verib. Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş Xüsusi buraxılışının nəşrə hazırlanması və iştirak etdiyi Nəvai Dövlət Pedaqoji İnstitutunda “Təhsildə müəllim-tələbə sistemi – keyfiyyət və səmərəliliyin qarantıdır” mövzusunda və Buxara Dövlət Universitetində keçirilən “Müasir filologiyada inteqrasiya prosesləri” adlı elmi konfranslar barədə danışıb. 
    İnsitutun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Xanımana Əlibəyli: həyatı və yaradıcılığı” monoqrafiyasının nəşrə hazırlanması vəziyyəti haqqında söz açıb. Daha sonra çıxış edənlər Nizamişünaslıq şöbəsindən filogiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva, Beynəlxalq şöbənin müdiri, filogiya üzrə fəlsəfə doktoru Xanım Zairova, Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri, filogiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, Dünya ədəbiyyatı şöbəsindən, filogiya üzrə fəlsəfə doktoru Şükufə Vəliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Qasımlı, Direktor köməkçisi Pənah Hacıyev bu dövrdə fəaliyyətləri ilə bağlı məlumat veriblər.
    Gülnar Səma
    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
    İctimaiyyətlə əlaqələr şöbəsi

  • “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” kitabı çapdan çıxıb


    AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” adlı monoqrafiyası çapdan çıxıb.
    İnstitutdan bildirilib ki, kitabda XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Qarabağ ədəbi mühitində yetişən sənətkarlar barədə oçerklər təqdim olunub. Qarabağda doğulub böyümüş, yaşayıb-yaratmış şairlər, nasirlər və publisistlərin yaradıcılığına ayrı-ayrı oçerklərdə ümumi nəzər salınıb, bu vaxta qədər tədqiqatdan kənarda qalmış məsələlərə toxunulub, təhlillər aparılıb.
    Oçerklər həmin dövrlərdə Qarabağ ədəbi mühitinin aparıcı simalarından olan Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Növbəri, Həsənəli xan Qaradaği, Abdulla bəy Asi, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məşədi Məhəmməd Bülbül, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli və digər şəxsiyyətlərə həsr olunub.
    Nəşrin elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

  • “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi çap olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi nəşr edilib.
    “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 yanvar  2020-ci il tarixli, 1 saylı qərarı ilə çap olunub.
    Nəşrin elmi redaktoru və ön sözün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitab akademik İsa Həbibbəylinin “Ədəbiyyatın inkişafında mətbuat faktoru” adlı yazısı ilə açılır.
    “Ecoprint” nəşriyyatında çap olunan, 168 səhifədən ibarət kitabın tərtib edəni Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Vüqar Əhməddir. Rəyçilər isə filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.
             Məqalələr toplusunda institut və şöbənin elmi əməkdaşlarından Vüqar Əhmədin “Ədəbiyyat qəzeti”ndə publisistika”, Elçin Mehrəliyevin “Azərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır”, Elmira Qasımovanın “Hacı Səlim Səyyahın gizlin imzaları”, Rauf  Sadıxovun “Hacı İbrahim Qasımovun bədii yaradıcılığı”, Gülbəniz Babayevanın “Satirik poeziyada işlədilən  klassik şeir şəkilləri (“Molla Nəsrəddin” jurnalı əsasında)”, Loğman Rəşidzadənin “Əli İldırımoğlunun publisistikası”, Səadət Vahabovanın “Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq publisistikasında şərhi”, Dilbər Rzayevanın “Gəncəli Səbahının publisistikası”, Gülnar Qasımlının “Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu” kitabı”, Təhminə Vəliyevanın “Əhməd bəy Ağaoğlunun memuar irsində mövzu və problematika”  kimi məqalələri yer almışdır.

    Gülnar Səma
    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
    İctimaiyyətlə əlaqələr şöbəsi

  • “Son nəfəsədək Azərbaycan” romanı təkrar çap olunub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazar Vüqar Əhmədin “Son nəfəsədək Azərbaycan” romanı təkrar çap olunub. İkinci dəfə nəşr olunan əsər arxiv materialları və tarixi sənədlərə istinadən yazılmışdır.
    Roman ilk dəfə 22 noyabr 2013-cü il “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı”na müvafiq olaraq çap edilib. Təkrar nəşr isə Məhəmməd Əmin Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynovun xatirəsinə ehtiram olaraq işıq üzü görüb. Kitabın ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun əməkdaşı, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynovadır.
    “Ecoprint” nəşriyyatında çap olunan, 340 səhifədən ibarət əsər müəllifin 40-cı kitabı və üçüncü romanıdır. Romanda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycana göstərdiyi danılmaz xidmətlər, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri və digər maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik lövhələr yer almışdır. 

    Gülnar Səma
    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

  • Xalq yazıçısı Süleyman RƏHİMOV.”Pəri çınqılı” əsəri…

     
          I
    
     Qaçaq Nəbinin əlindən Nikolay padşahın canı cəzana gəlmişdi. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi ki, ya Qaçaq Nəbini öldürüb, ölüsü barəsində mənə tel vurun, ya da onu diri-diri tutub hüzuruma göndərin!.. Bundan başqa, Nikolay padşah Qaçaq Nəbinin başını gətirən hər hansı bir adama kisə-kisə qızıl da vəd edirdi. El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaq oğlu kimi şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişirdi. Zəngəzur naçalniki Səlim bəydən tutmuş, onun pristavlarına, koxalarına, yasavullarına qədər böyük bir mahalın divanı yerindən tərpənib Nəbini izləməyə başlamışdı. Hələ üstəlik Naxçıvan, İrəvan naçalnikləri də Qaçaq Nəbinin ardınca adam salmışdılar. Divan adamı əldə çıraq Qaçaq Nəbini axtarır, padşahın qabağında qulluq göstərib ondan kisə-kisı qızıl, bir də medal almaq istəyirdi. Xəlvəti işə girişən şeytan-şuğul kar görməyəndə toplu-tüfəngli padşah qoşunu hərəkətə gəlir, bölük-bölük saldat, dəstə-dəstə kazak yeriyirdi. Həcəri yanına alan Nəbi də şimşək kimi buradan vurub, oradan çıxır, divanı dəli eləyib dalınca oynadırdı... Qaçaq Nəbinin sorağı bir gün Gorusun başı Salvartı yaylağının Üçtəpəsindən, ikinci günü Naxçıvanın qaşı Qanlı göldən, Ərəfsədən, üçüncü günü Qafanın kəlləsi Nənəbaladan, Xustubdan, dördüncü günü Şuşa qalasının bəndərgahları – Kirsdən, Sağsağanlıdan, Sarı Babadan, Əsgərandan gəlirdi... Arakəsməyə düşən vaxtında da Nəbi başını itirmir, igidlərini bənd-bərəyə düzür, onların üstlərinə gələn yağı-düşməni qırıb tökürdülər. Təzə qüvvə gələnə kimi Nəbi igidlərini aradan çıxarır, özü də yel qanadlı Bozatın belinə qalxıb Aynalını ata-ata gözdən itirdi. Belə olanda Nəbinin şöhrəti birə-min yayılır, adı-sanı dildən-dilə dolanır, nəinki Zəngəzurda, Naxçıvanda, Qarabağda, Şəkidə, Şirvanda, gəncədə, Şəmsəddində, bütün Qaf elində sinəsi qabaran hər kəs Nəbidən danışırdı. Dağlarda tütək çalan çiyni yapıncılı çobanlardan, çadırlarda dastan açan əli sazlı aşıqlara qədər hamı Nəbinin şəninə söz qoşur, Həcəri tərif eləyir, Aynalıdan söhbət salıb Bozatın oldırım qaçarağını vəsf eləyirdi. Belə olduqda, yenə də xəbər-xəbərə calanır, Peterburqa çatır, Nikolay padşahın cini vurub kəlləsinə çıxırdı:
     - Bu Qaçaq Nəbi Qafqazda bizdən ötəri bir Puqaçov olmasınmı? – deyə padşah bığını gəmirirdi: - Bu azar bir də yenidən Rusiyaya yayılmasınmı?
     Bu barədə hamıdan artıq döşünə döyüb, padşaha söz verən Zəngəzur naçalniki Səlim bəy bilmirdi nə eyləsin, gündən-günə qəzəblənən padşaha hansı üzlə cavab versin? Gorus naçalnikindən başlayıb, Gəncə qubernatorundan ötüb, Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. Bütün divan bir də bir-birinə dəyir, padşahın şəkli asılan otaqları qışqırtı-bağırtı doldurur, bir də toplu-tüfəngli qoşun Qaçaq Nəbinin üstünə yeridilir, nağaralar döyülüb şeypurlar çalınır, boz şinelli saldat, bəydən, xandan, hampadan düzələn tüfəng-tapançalı atlı dağ-daşı bürüyürdü. Bütün bərələr, bəndərgahlar kəsilir, qanadlı quşun qaçmağı üçün bir yer buraxılmırdı. Hər yana, hər yerə ətdən çəpər çəkilir: “Bu dəfə daha Qaçaq Nəbinin yüz canı olsa, birisi salamat qurtarmaz”, - deyə hamıdan artlq Səlim bəy sevinir, medal üçün sinəsini arıtlayıb: “Burdan vurun, ordan tutun!” – deyib kəkələnir, dərisinə sığmırdı. Ancaq yenə Qaçaq Nəbi divana aman vermir, düşmənə qan ağladırdı. Belə olanda Səlim bəy qarışıq bütün divanın ümidi daşa dəyib dəryadakı sal buz kimi sınır. Yenə də padşaha qara xəbər gedirdi: bu qədər öldü, bu qədər yaralandı, ancaq Qaçaq Nəbi qaçıb aradan çıxdı... Belə bir xəbərdən sonra padşah da saqqalını dartışdırıb:
     - Nə oldu bir qara tatar bu qədər qoşunun, yaraqlının qabağından qaçıb qurtardı? – deyə bar-bar bağırır, əfsərlərinin üstünə acıqlanırdı: - By vəhşi Qafqazın dağlarını topla düzəltdirmək gərəkdir!..
     Ancaq kim nə təhər əlhaya düşsə də, el-oba sevinir, Qaçaq Nəbinin şəninə məclislər quruluq, bu dava barəsində də təzə-təzə söz qoşulub nəğmələr, havalar yaranır, Səlim bəyin isə bağrı çatlayır, ödü ağzına gəlirdi.
     Padşaha yazılan, Peterburqa göndərilən son bir məlumatda deyilirdi: daha Qafqazda duruş gətirməyən, başının dəstəsini itirən Nəbi qaçıb İran-Turana adladı! 
     Bu gözlənilməz xəbərdən şad-xürrəm olan padşah xüsusi namələr yazıb, Tehranda əyləşən şahənşaha, İstanbulda oturan sultana göndərdi ki, bəs ayıq-sayıq durun, mənim məmləkətimdən qaçan Nəbi daha sizin ölkədə şuluqluq törədib, azar-bezar salmasın, “torpaq-torpaq!” deyə mujiklərinizin, rəncbərlərinizin, dehqanlarınızın ağızlarına dil atıb, sizin ellərə qırmızı dilli alov yaymasın. Rəiyyətlərinizi yuxudan qaldırıb məşriqə Puqaçov azarını keçirməsin... Bir də padşah hər iki kağızın ayağında öz dəst-xəttilə yazırdı ki, bəs biləsiniz ki, “Kəsik baş söyləməz!” Necə olsa Nəbini öldürün, başını nizəyə taxıb mənə göndərin ki, mən də iki ağırı xəzinənizə qızıl göndərim!..
    
    
    II
    
     Əslinə gələndə Qaçaq Nəbi nə İranda, nə də Turanda idi, yazın bu gümrah çağında Sarı baba dağında , Pəri çınqılının ətəyində idi. Arakəsmədən çıxan Nəbi, divanı dalınca oynadıb ağzını İran sərhəddinə,  Araz çayına salıb, bir göz qırpımında başının dəstəsilə Kirs dağı yuxarı qalxıb, Turşsudan keçib burda əyləşmişdi. Nəbi həm burada dincəlmək, həm də düşmənin gözünə dəyməmək üçün öz igidlərini ikibir, üçbir daha uzaqlara, başı qarlı dağların arasındakı alaçıqlara, çadırlara göndərmişdi. Bu dəfə, o, Həcəri yanına alıb burada, Pəri çınqılının ayağında,  durnagözlü Ağbulaq çeşməsinin başında, talada qalmışdı. Yaxın obada yaşayan Sarımsaq oğlu, özünü Nəbiyə ürəyi yanan göstərib, qılığına girmiş, Nəbi ilə Həcər üçün yaxşı bir çadır qurmuşdu. 
     - Dincini al, ay Nəbi, el üçün ağlayanın gözü kor olar, - deyən Sarımsaq oğlu dönüb Həcəri gözdən keçirmiş, sağ əlini sürməyi papağına aparmışdı. – Mən kişiyəm. Mənə çox ağır gəlir ki, bu boyda naçalnikdən tutmuş Fitilbörk padşahına qədər, bütün divan bir müsürman zənəninə xətir-hörmət qoymur!.. Elə mən də bu işlərdən sonra fikrə düşmüşəm ki, kəfəni boynuma salıb, sizə qoşulum, namus-qeyrət yolunda özümü qurban verim!..
     Ancaq yağlı dillər tökən Sarımsaq oğlunu neçə gün sonra görməyən Qaçaq Nəbi ağ çadırı söküb, ağac-uğacına qədər pöhrəlikdə gizlətmişdi. O, xəncəri ilə ağacların qol-budağını qırıb aralıda, sərt yerdə göy bir dəyə qurmuşdu. Davadan çıxan, divanı İran-Turana azdıran Qaçaq Nəbi burada Həcərlə dincəlir, onu savaşlardan salamat çıxaran Bozata tumar verir, arpa əvəzinə kişmiş yedizdirirdi...Qaçaq Nəbi heç bir zaman öz sayıqlığını əldən qoymur,  Aynalını götürüb qaş qaralınca bəndərgahda durur, Həcərin keşiyini çəkirdi. Yuxusunu alan Həcər də gün çırtar-çırtmaz yerindən qalxıb, ərinin keşiyində dayanırdı. Gözlərinin acısını alan Nəbi, gün yağlanmamışdan durur, həndəvərə göz gəzdirir, Həcərin: “Ay Nəbi, niyə yatmırsan?” sorğusuna qarşı “Çuğul ölməyib” deyə cavab verirdi. Nəbi birdən dərin fikrə gedir, qənşərindəki başı qarlı Çalbayır dağlarına, bu dağların döşündə tikilən koma-koma alaçıqlara, yal-yamacı bürüyən sürülərə, naxırlara, ilxılara, qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. Sonra aşağı: öz obasına, gündə bir qısqıya qoyulan Mollu kəndinə, geniş Yazı düzəninə, qıvrıla-qıvrıla axıb Araza tökülən Həkəri çayına baxırdı...Nəbi dönüb üzüyuxarı Pəri çınqılına, bu çınqıllığın ayağında, taladan qaynayan Ağbulaq çeşməsinə nəzər salırdı. Yazın belə gül-gülü dindirib, bülbül-bülbülü səsləyən çağında, Nəbi də, Həcər də bu səfalı aləmə baxır, ancaq darıxa-darıxa nəfəs alırdılar. Sonra Nəbi qəmə-kədərə yol vermək istəməyib, ötən dava-dalaşdan söz açır, Həcəri oxşayıb:
    “Qoy sənə desinlər, ay Qaçaq Nəbi,
    Həcəri özündən, ay qoçaq Nəbi”, -
    deyə Bozatı süzürdü... 
     Həcərə ürək-dirək verən Nəbi yerindən qəfil sıçrayıb Ayanlını götürdü, nəyisə duymuş kimi, cəld yan-yörəni gözdən keçirdi. Bozatın məxmər çulunu aldı. Üzəngisi gümüş kimi parıldayan yəhəri onun belinə qoydu. Gözləri qızaran Bozat qulaqlarını qoşalayıb Pəri çınqılına baxmağa başladı. 
     - Nə oldu, bəyəm? – deyə Həcər də səksəkəyə düşdü.  
     - Ehtiyat igidin yaraşığıdır! – deyə Nəbi şahin gözlərini bir daha ətrafa gəzdirdi. 
     - Axı, indi birdən nə duydun, ay Nəbi?
     - Ürəyimə nəsə damdı... – deyə Nəbi döndü, Həcərin əlini öz əllərinin içinə aldı: - Görürsənmi, Bozat necə də gözləri yana-yana Pəri çinqili yuxarı baxır? 
     - Yəqin, Bozat yəhərləndiyinə görə huyuxubdur!
      - Bəs sən seyrəksaqqal Sarımsaq oğlunu unutmusanmı? – deyə Nəbi, Bozatı dırnaqlarına qədər tumarlayan, sonra da yarınıb-yaltaqlanan, gözləri göyərə-göyərə gülümsəyən, neçə gündən bəri gözə dəyməyən donqabelə işarə edirdi: - Bəs sən demirsənmi hanı o qurumsaq oğlu?..
     - Mən sənə deyəndə, ay Nəbi, qoy Aynalını götürüb o uçurumun başında bu seyrəksaqqalı rədd eləyim cəhənnəminə, niyə qoymurdun?     
     - O bizi duz-çörəklə qarşılamışdı, - deyə Nəbi artıq yaşıl yarpaqları qurumağa başlayan dəyənin qapısını göstərdi, - gör hələ nə qədər lavaş, soyutma ət qalıbdır?!
     - Elə mən də Sarımsaq oğlunun səxavətindən şübhələnmişdim, - deyə Həcərin sifəti tutulmağa başlayırdı. 
     - Mənim dalağım çox yamanca sancır! – Nəbi hələ sözünü qurtarmamış, Həcər yaxınlaşan hənirtini alıb o yana boylandı, işin nə yerdə olduğunu duyan Nəbi tez xurcunu götürdü, çulu büküb atın tərkinə bağladı. Sonra dönüb bu dar ayaqda Həcəri bir daha diqqətlə gözdən keçirdi. Həcər də Nəbi kimi qısqıvraq geyinmişdi. Onun başında xurmayı papaq, ayaqlarında qəhvəyi məst, qılçalarında ipək şalvar, əynində gödəkçə vardı. Onlar bir-birlərinə baxır, gözlərilə  bir-birlərinə ürək-dirək verirdilər...
    
    
    III
    
     Sarıbaba dağını padşah qoşunu tutmuşdu. Baxan deyərdi, yaşıl meşədəki yarpaqların sayı var, qoşunun sayı-hesabı yoxdur. Padşahdan qorxan Səlim bəy var gücünü budəfəki mühasirəyə qoymuşdu. Belə olsun ki, Səlim bəy bu dəfə Nəbini, Həcəri də diri-diri tutub Fitilbörkə aparsın. Padşahın hüzuruna üzüağ çıxsın. Padşah da üzüqara naçalnikin günahından keçsin, sarımtıl bığları titrəyə-titrəyə doyunca gülsün, sonra “yesirləri” tumanı yerlə sürünən, uzunquyruq xanımına göstərib, Səlim bəyin sinəsinə də kök bir medal yapışdırsın, ciblərini də xəzinənin qızılı ilə doldursun. Özünü də böyüdüb birbaş lap Gəncə qubernatı qoysun...
     Ağbulaq çeşməsinin başında öz əli ilə qurduğu  ağ çadırı görə bilməyən Sarımsaq oğlu lap mat qalmışdı.
     - Bəs hanı o ağ çadır, ədə Sarımsaq oğlu? – deyə iştahası küsməyə başlayan Səlim bəy dilləndi: - Yoxsa səni qara-zad basırmış, ədə?!       
     - Padşahın cıqqasına and olsun ki, mənim dediklərimdə heç bir yalan yoxdur, - deyə Sarımsaq oğlu titrək əlini qaldırıb göstərdi, - bax düz orada, Ağbulaq çeşməsinin başında!.. Özüm də xörəklərini-yeməklərini qəsdən artıq eləmişəm ki, daha arxayın düşüb buranın tərkini qılmasınlar!
     - Bəc indi?.. Bəs indi? – deyə əvvəlki xəyalının  bir göz qırpımında alt-üst olduğunu görən naçalnik, Sarımsaq oğlunun bığ-saqqalını yoluşdurmağa başladı: - Bəs hanı, hanı Nəbi, hanı Həcər, ay qurumsaq oğlu?
     - Bəlkə, yenə də onlar öz yerlərini dəyişiblər? – Bığ-saqqalı yolunan, gözləri yaşaran çuğul, naçalnikin tutqun sifətindən rəhm umdu. – Mən hansı ağızla, hansı cürətlə sizin kimi divan bəyini aldada bilərəm?
     - Onlar əsla Qafqazda deyillər! – deyə naçalnik öz əli ilə yazıb padşaha göndərdiyi yalan məlumatı doğrultmaq istəyirdi. – İndi Qaçaq Nəbi də, onun canı-ciyəri Həcər də, başının dəstəsi də ya İrandadır, ya da Turanda! 
     - Belə olsa, naçalnik, bəs mən necə olcağam? – deyə Sarımsaq oğlu titrəməyə başladı. – Onlar burada olmasalar, bəs necə... olacaq, ağa? 
     - Onda mən sənin bu heyvərə kərtənkələ dərini diri-diri boğazından çıxardacağam! – Naçalnik xəbərçinin boğazından yapışınca, onun bərələn gözləri kəlləsinə çıxdı: - Bax, əgər belə olsa, qoşunu səfbəsəf düzdürüb, Bu Sarıbaba dağının başında səni öz əlimlə güllələyib, it meyitini də bu Pəri çınqılın təpəsindən üzüaşağı tullatdıracağam!.. 
     Belə də, elə də tülkünün toyu idi... Sarımsaq oğlu canını dişinə tutub daha da irəli yeridi, vaxtı ilə qurduğu çadırın yerinə gəldi, bu aranı yoxladı, öz əli ilə gətirdiyi soyutmanın sür-sümüyünü iylədi, top meşəyə göz gəzdirdi, yarpaqları quruyan yaşıl dəyə, yəhərlənən Bozat gözlərinə dəyincə cəld çevrilib qaçmaq istədi, ancaq Nəbinin Aynalısı açıldı. Donqabel kişi papaq kimi göyə qalxıb yerə düşdü. Bir göz qırpımında naçalnikin bədəninə buz doldu. Az qala Səlim bəyin nitqi tutulmuşdu. Bu güllə səsinə hər yandan qoşun yeriyincə Nəbi Bozatın belinə qalxdı, Həcəri də tərkinə aldı, atı ağ çınqılılıq yuxarı buraxdı. Hər yandan açılan min-min güllə, ardı-arası kəsilmədən döyülən nağara, Bozata qartal kimi qanad verdi, ağ duman Pəri çınqılını deyil, Sarı baba dağını bürüdü...
     Qızışan qoşun Pəri çınqılına yürüş elədi. Qədəmləri titrəyən Səlim bəy də irəllədi. Ancaq onlar Nəbinin qurduğu yaşıl dəyənin içini boş, Pəri çınqılını isə ağ duman içində gördülər.
     Çınqıllıq yuxarı qanadlanan Bozat çoxdan Sarı baba dağının gədiyini aşmışdı. Güllə səslərini eşidən dəstə dayanmayıb, Nəbinin müəyyən etdiyi yerə toplandı. Bu dəfə, doğrudan da, öz başının dəstəsilə “Təbriz!” deyə yol aldı. Sınıq düşən Səlim bəy suyu süzülə-süzülə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. O yazdı ki, bizim böyük şahımız, sizin hüzurunuzda çox böyük qələt eləmişik, başımızı daşın böyrünə döymüşük. Qaçaq Nəbi nə İranda, nə də Turanda imiş. Burada, Zəngəzur dağlarında imiş. Bu “qara xəbər” padşaha çatar-çatmaz o, Tiflisə sərdarın üstünə tel çəkdi ki, bəs durmayın, cəld tərpənin, güclü qoşun yeridin, bütün dağları tutun, Pəri çınqılını üzük qaşı kimi mühasirəyə alın, elə edin ki, quş da səkə  bilməsin. O Qaçaq Nəbi girinizə keçən kimi onun o güllə batmayan tilsimli Bozatının şəklini də      aldırıb mənə göndərin! Göndərin ki, mən də Peterburqda olan əcnəbilərə göstərim ki, bəs Qafqaz nədi, Pəri çınqılı deyilən nə... Bax, Pəri çınqılını dırmaşan Bozat budur!.. Baxın, görün, Nəbi, Həcər necə vəhşidirlər ki, onlar belə quşqonmaz sıldırımdan da çəkinmirlər...  
     Ancaq padşah necə filirləşsə də, nə cür tədbir töksə də, Arazı bir göz qırpımında uçub keçən Bozat dəstənin qabağını çəkib çoxdan Təbrizə yetişmişdi.
     Bi tayda elat arasında, alaçıqlarda, sıldırım dağlarda, şiş daşlarda danışıq Nəbidən, Həcərdən, Bozatdan gedir; hər yandan el axın-axın gəlib Sarı baba dağına qalxır, dağın haçasından ağ muncuq kimi üzü aşağı axan Pəri çınqılına baxır, sanki onların qarşısında Bozat bir də qartal kimi qanadlanıb Pəri çınqılı yuxarı çıxırdı... 
           
                    
    

  • Xalq yazıçısı ANARın Ötən ilin son gecəsi (film, 1983)

    Ötən ilin son gecəsi filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-ci ildə ekranlaşdırılmışdır. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin başlanğıcındakı ilk səhnə avqust ayında çəkilmişdir. Film “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Elmira ŞabanovaKamil Zöhrabov, Maya İsgəndərova, Ayan Mirqasımova, Elman Allahverdiyev ifa edirlər.[1]

    Məzmun[redaktə | əsas redaktə]

    Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Burada ideyalar, ab-hava, hisslər atılan addımların məntiqi davamı ilə bağlıdır. Obrazlar qalereyası: ana, övladları: Gülarə (Maya İsgəndərova), Dilarə (Ayan Mirqasımova), Rüstəm (Kamil Zöhrabov), Tofiq (Elman Allahverdiyev) onların hamısı spesifik qadın problemləri ilə bağlıdırlar. Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım (Elmira Şabanova) yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır…[2]

    Filmin üzərində işləyənlər[redaktə | əsas redaktə]

    Rejissor: Gülbəniz Əzimzadə
    Əsərin müəllifi: Anar Rzayev
    Ssenari müəllifi: Anar Rzayev
    Operator: Valeri Kərimov
    Rəssam: Mayis Ağabəyov
    Bəstəkar: Aqşin Əlizadə

    Rollarda[redaktə | əsas redaktə]

    Elmira Şabanova — Həmidə
    Kamil Zöhrabov — Rüstəm
    Maya İsgəndərova — Gülarə
    Ayan Mirqasımova — Dilarə
    Elman Allahverdiyev — Tofiq
    Şahmar Ələkbərov — Qəzənfər
    Rafiq Əliyev — Süleyman
    Sofa Bəsirzadə — Səkinə
    Dadaş Kazımov — Poçtalyon
    Leyla Rəsulova — Kəmalə
    Rəşad Əsgərov — Çingiz
    Murad Babayev — Şamil
    Zaur Cəbiyev — Vaqif

  • Xalq yazıçısı İsa Hüseynov. “Zəhər” hekayəsi…

    ZƏHƏR
    (ixtisarla)••• I •••

    Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz kədərə qalib gəlmək niyyətilə papağının dalını qaldırıb: “Çərşənbə günündə, çeşmə başında gözüm bir alagöz xanıma düşdü”, – deyirdi. “Qaşını oynatdı, gözündən güldü”, – deyirdi, özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bu gün meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı.

    Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o, ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutmağa çalışdı. Səhərdən-axşamacan, bəzən hətta gecə yarısınacan çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yayın otuz-otuz beş dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi, bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı.

    Lakin meşəbəyi dərhal bunları da unutmağa çalışdı.

    Papağını bu dəfə arxaya itələyib yəhərdə qamətini düzəltdi, şeh və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı, altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy ürgənin dərisi işıldayan, dolu, qüvvətli çiyninə və dalğalı yalına baxdı.

    – Belə-belə işlər, ay göy ürgə! Belə-belə işlər! – deyə altmış yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı:

    – Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir iki gün. Üç deyən gün lent kəsilir, şlüz açılır, su gəlir, meşəmiz qalır suyun altında…

  • Cəlil Məmmədquluzadə. “Anamın kitabı” tragikomediyası…

    «Anamın kitabı»- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.

    Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

    Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin «Anamın kitabı» rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.

    Cəlil Məmmədquluzadənin «Anamın kitabı»pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır…

  • Mirzə Ələkbər SABİR.”Mirzə Ələkbər Sabir. Amalımız, əfkarımız ifnayi-vətəndir…”

    Amalımız, əfkarımız ifnayi-vətəndir, Kinü qərəzü hirs bizə rahi-bədəndir,

    Əfal yox, ancaq işimiz lafi-dəhəndir,

    Dünyadə əsarətlə bütün kam alırız biz, Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

    Əqrəb kimi neştər gücü var dırnağımızda,
    İslam susuz olsa, su yox bardağımızda,
    Hər küncdə min tülkü yatıb çardağımızda,
    Min hiylə qurub rütbəvü ikram alırız biz,
    Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

    Qafqazlı adı aləmə ikrah rəsandır,
    Quldur, qoçumuz zülmdə məşhuri-cahandır,
    Kim dersə tərəqqi edəriz, məncə, yalandır,
    Bəxlü həsədə adət edib kam alırız biz,
    Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

    Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,
    Gər min də maarif sözü dünyaya saçılsın,
    Məktəbdə nə hörmət ki, о samana qaçılsın?
    Meyxanada votqa vurarız, kam alırız biz,
    Qafqazlılarız, məst olarız, nam alırız biz.

    Avropalı öz millətin ihya edir, etsin,
    Şənü şərəfi-qövmünü ihya edir, etsin,
    İnsanlıq adın dəhrdə ibqa edir, etsin,
    Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,
    Başa yumuruq zolladırız, kam alırız biz.

  • Abdulla Şaiq.”Köç…” (Hekayə)

    Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.

    Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam

    başımı əlləri içinə alaraq, bir də:

    – Qalx, oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib, – dedi.

    Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay içər-içməz pilləkənləri gup-gup başıaşağı

    endim. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi.Artıq, hərəkət edəcəyik… Sevinirəm… Ailəmizin hamısı aşağıda idi. Hətta Mərmər adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Necə sevinməyim?! Hamımız arabaya doluşduq. Salman kişi də arabanın boynuna oturdu: “Həm… Hof” edib əlindəki uzun qırmancını havada bir neçə kərə şaqqıldatdı. Araba hərəkət etməyə başladı.

    Atam da ata minib, yanımızca gəlirdi. Şəhərin iri, geniş küçələri ilə gedirik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli mağazalar…

    Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı.

    Şəhərin tozlu, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq.

    Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi.

    Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər, dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr açılır. İri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır, insan ürəkdolusu nəfəs alır.

    Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxudundan insan bihuş olurdu.

    Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. Artıq yetişmişdik. Sevincimdən atılıb-düşürdüm.

    Yaxınlaşınca bizi ən əvvəl bir çoban köpəyi qarşıladı. It qara ağzını açıb hürür və üstümüzə atılırdı.

    OBA

    Obaya yaxınlaşdıqca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. Qoca hamısından əvvəl irəliləyib, salam verdi. Sallaq, iri dodaqlarında, yanları cizgilərlə örtülmüş kiçik gözlərində, sümükləri qalxıq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. O, yumru başlı çomağına söykənərək:

    – Sizi dünən gözləyirdik, xoş gəldiniz! – dedi

    Atam:

    – Sağ ol, Kərim baba, dünən olmaseın, bu gün olsun, – deyə cavab verdi.

    Bu aralıq, qadınlar da yetişib arabamızı araya aldılar, anamla görüşdülər. Atam gülə-gülə:

    Ay Kərim baba, Ayrım qızı ilə necə keçinirsən? – deyə soruşdu:

    Kərim baba iri, sallaq dodaqlarını geniş açaraq, gözlərini daha da qıydı:

    – Ağzında “Ayrım qızı” deyirsən, necə keçinəcəyik, itlə pişik kimi.

    Atam yaşlı adamlarla əylənməyi çox sevərdi.

    Qırx beş-əlli yaşında, qısaboylu, sağlam və ağzı yaşmaqlı bir qadın yaxınlaşıb, atama salam verdi. Atam onunla rəsmi görüşdükdən sonra gülə-gülə dedi:

    – Ayrım qızı bax, yetişər-yetişməz Kərim baba səndən şikayət edir.

    Ayrım qızı kiçik və yanları ətli gözləri ilə gülümsəyərək:

    – Qoy istədiyi qədər şikayət etsin, nənəmiz Həvva Adəmi cənnətdən çıxartdığı üçün kişilər bizimlə heç bir zaman barışmayacaqlar, – dedi.

    ALAÇIĞIMIZ

    Arabamız bir alaçığın ağzında durdu. Yerə endik… Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər. Bir anda kənd qadınları və uşaqları ətrafımızı aldılar.

    Qadınlar anamla öpüşür, danışır, gülüşürdülər. Uşaqlar isə inci kimi düzülmüş ağ dişlərini göstərərək, mənimlə danışmaq, oynamaq istədiklərini anladırdılar. Mən isə utancaq bir uşaq olduğumdan anamın yanında büzüşüb durur, arabir onların təbəssümlərində iştirak edir kimi görünürdüm. Atam da alaçığın böyründə Kərim baba ilə köhnə bir palazın üstündə oturub, söhbət edirdi. O gün hava çox isti idi.

    Günəş yandırırdı. Bir tərəfdən, alaçıq içinə doluşmuş bu qədər adamın ağır nəfəsi, o biri tərəfdən alaçıq gecələrinin başçatladan havasından nəfəs almaq mümkün deyildi. Yaxşı ki, bu hal çox sürmədi. Bayırdan Kərim babanın: “Qonaqları çox incitməyin, yoldan gəliblər, qoyun bir az rahat olsunlar” deməsi ilə adamlar yavaş-yavaş çəkilməyə başladılar. Bir azdan sonra kasıb bir süfrə açıldı; yeyib qalxandan sonra atam Kərim babnı səslədi:

    – Ay Kərim, bizi alaçıq üçün çubuq hazırlamısanmı?

    Kərim baba soyuq bir halda:

    – Bilmirəm bu oxumuşların səbri nə üçün az olur? Gəldiyiniz indidir, nə xəbər? – dedi.

    Atam:

    – Vaxt keçir, hər halda alaçıq hazır olmalıdır, – dedi.

    Kərim baba:

    – Nəyinə gərək, axşama qədər sən alaçığını məndən istə, mənim əlimdə o nə çətin işdir?! Hələ ağacları dünən qırıb hazırlamışam, – cavabını verdi.

    Ayrım qızı:

    – Çox öyünmə, dünən zor-güc ağacları mən kəsdirdim; sənə qalsa idi, kim bilir, indi də hazır olmayacaqdı.

    O bu sözləri elə bir tərzdə dedi ki, hamı güldü. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı, gözəl bir yerdə quruldu. Bir saat sonra alaçığımıza köçdük.

    MƏŞĞƏLƏLƏRİM

    Yavaş-yavaş oba uşaqlarına alışdım. Hər gün çayımı içər-içməz alaçıqdan çıxardım. Uşaqları tapıb çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibində su sızırdı. Daşların, ağacların dibini qazar, ətrafına çay daşları yığıb, bulaq qayırardıq. Hər birimiz tapdığımız bulağa öz adımızı verərdik. Elə gün olurdu ki, səhərdən axşamadək o dərədə yalqız gəzərdim. Gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. Arabir də meşədə quş yuvası axtarmağa gedərdik.

    Mənim quş balasına olan məhəbətimi oxuculara qələmlə anlada bilməyəcəyəm. Bu kiçik, məsum heyvanları dəlicisinə sevərdim. Bir quş balası tapdıqda o qədər sevinərdim ki, dünyalara sığmazdım. Anam, atam: “Oğul, bu heyvanları əsir etmə, burax, yazıqdırlar” – deyə nə qədər israr edərdilərsə də ağlayıb, yalvarıb onları zor-güc razı edərdim. Bu quş balalarını fındıq çubuqlarından qayırdığım bir nəfəs içində bəsləyirdim.

    Şəhərdən gətirdiyim toyuğumun cücələri böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. Kiçik bacımla hər birimiz bir xoruz və bir fərə seçmişdik.

    Çadırımızın dörd bir yanı açıqlıq, çalılıq[i] olduğundantoyuq cücələri ilə o açıqlıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və çalıların altında eşələnirdi. Ovcumu dənlə doldurub “dü-dü-dü!” – deyə səslədiyim zaman görməliydiniz, hər yerdə olsalar, qala üzərinə yürüş edən qalib bir ordu kimi uçaraq, qoşaraq ətrafımı alırdılar.

    Mən onları aldadırmışam kimi əlimi arxamda gizlədərdim. Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan-yuxarıya üzümə dikib baxardı. Bilsəniz, o məsum baxışlar qəlbimə nə qədər toxunardı! Biixtiyar ovcumdakı dəni yerə səpərdim. Cücələr bir-birini döşləyərək, dimdikləyərək səpdiyim dəni dənlərdilər.

    Alaçığımızın böyründə bunlara kiçik bir hin qayırmışdım; tülkü qorxusundan hinin ağzını gecələr böyük bir daşla örtürdüm. Günlərimin çoxunu bu heyvanlarla keçirərdim.

    SƏHƏRLƏRİM, AXŞAMLARIM

    Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən, səsdən qulaq tutulurdu. Xüsusən yavaş-yavaş nəfəs alan səhərlərin, axşamların qanadları ucundan yayılan sərinlik, dağ çiçəklərinin, çökə ağaclarının rayihəsi, qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütübət qoxusu, bulaqların şırıltısı, quşların ötüçməsi, quzuların mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışaraq, obaya başqa bir rəng, başqa bir şəkil verirdi. Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanırdı. Hər şeydə bir yenilik, bir təravət görünürdü. Bundan böyük məşğılı nə ola bilərdi? Dəyənəyi əlimə alıb, obaya gedərdim. Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. Mən kənd uşaqları ilə ağıla atılıb o şux quzularla doyunca oynar, onlarla bərabər atılıb-düşərdim.

    Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. Həsrətlərinə qovuşmuş heyvancığazlar ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarını əmərdilər.

    Obanı yenə də həzin bir sükut almış, yalnız ara-sıra çobanların səsi, itlərin hürüşməsi, uşaqıarın bağırtısı eşidilirdi. Bu kiçik heyvanları sevdiyim kimi, çobanlarını da sevər, çox vaxtımı da onlarla keçirərdim. Onların sadə və sərbəst sandığım məişəti xoşuma gələrdi. Hətta o bəxtiyar bildiyim insanlara qibtə edərək, “bu açıq, geniş obalarda, bu gözəl təpələrdə, yaşıl yamaclarda çoban olmaq, pisdirmi?” deyərdim. Mən də kiçik çomağımı alıb, çox zaman onlarla bərabər gedərdim. Qoyunları yamaca yayıb, bir təpədə oturardıq. Çobanlar tütək çalar, həzin mahnı oxuyar, keçmiş günlərdən və gələcəkdən dadlı-dadlı söhbət edirdilər.

    Oxunan mahnılarda həm ələm vardı, həm də nəşə. Lakin bu sirri anlamaq üçün mən hələ kiçik idim…

    Oruc adlı bir çoban gözəl tütək çalardı. O, tütək çalırkən qoyunlar iştahla otlar, arabir qulaqlarını qırparaq, o səsi dinlərdilər. Hətta Dəmir adlı qıllı, boz köpək də qulaqlarını sallayaraq iri, tüklü quyruğunu yerə çırpa-çırpa başını Orucun ayaqları üstünə qoyub, gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. O çalğıdan, o gözəl səsdən bu heyvan da həzz aldığını bununla anladardı. Gözəl səsin, gözəl çalğının heyvanlara nə qədər böyük təsiri olduğunu gözümlə gördüm: obanın şərq tərəfindən Novçalı adlı bir bulaq var idi. Günortacağı çobanlar sürünü ora aparırdılar. Bir gün sürünü o bulağa sürərkən Oruc təpə başından yoldaşı İlyasa:

    – Ay İlyas! Ay İlyas! Bu tütəklə sürünü geri döndərimmi? – dedi.

    İlyas cavab verdi:

    – Döndərə bilməzsən!

    Oruc tütəyi çalmağa başladı. Qoyunlara sanki gizli bir qüvvə dur əmrini verdi. Hamısı bir şeydən hürkmüş kimi durdu. Qulaqlarını qırparaq, birdən-birə döndülər, quyruqlarını ata-ata, mələşə-mələşə təpəni başyuxarı dırmandılar. Oruc məğrur bir tövrlə:

    – Hə, döndərdimmi? – deyə çomağı qapıb tzəədən sürünü dərəyə sürdü.

    KƏRİM BABA

    Günlərimin bir qismini də Kərim babailə keçirirdim. Kərim baba altmış yaşlarında, qısaboylu, köksü və kürəkləri enli bir qoca idi. Gözünün yanları iri cizgilərlə örtülmüş və kiçilmişdisə də yenə parlaq idi. Söz söylədiyi zaman daima kiçik gözləri, qalın və iri dodaqları gülərdi. Onun keçirmiş olduğu uzun bir tarixi hər zaman gözlərində oxumaq olurdu. Yaşlı olduğu halda daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, canı sapsağlam idi. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid olduğu anlaşılırdı. Indi belə fikri-zikri daima ovda və şikarda idi.

    Atasından qalma köhnə tüfəngi var idi. Bu tüfəngin lüləsi kiçik bir top lüləsi qədər idi. Onu hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı. Hər gün silər, təmizlər və arabir dərənin içinə enərək, bir yeri nişan alardı. Nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. Tüfəngin bir top qədər şiddətli səsindən xoşlanmayan Ayrım qızı arabir Kərim babaya istehza ilə: “Ayıbını yer örtsün, sən heç bildiyindən əl çəkmə! Yaxşı ki dədən Qafar sənə bu qırıq tüfəngi qoyub gedibdir” – deyirkən Kərim baba məğrur bir tövrlə:

    – İgid atadan igid oğluna bir tüfəng, bir də at qalar… – cavabını verərdi.

    Kərim baba inəkləri cüzi aylıqla güdərdi. Özünün də iki inəyi, dörd-beş qoyunu var idi. Hər gün inəkləri bir yamaca yayıb obaya qayıdardı. Bu işdə ona bəzən kiçik oğlu Vəli də kömək edərdi. Oğul-uşaq zoğal, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. O da onların içində olmalı idi. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi: lakin o bunlara heç əhəmiyyət verməyib nəşəsini pozma, tütək çalar, sümsü qayırar, hələ bayatı şikəstəsi də ağzından düşməzdi.

    AYRIM QIZI

    Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlıq üzü var idi; bu çalışqan, namuslu qadının üzündə kişilərə məxsus bir heyrət vardı. Hələ gurlayan səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. Gündüzləri bir yandan bizim evdə çalışıb-çapalayar, bir yandan da öz evinin işlərini görərdi. Meşədən şələ-şələ odun daşıyar, sac asar, çörək bişirər, özgələrinin inəklərini, qoyunlarını sağar, nehrə çalxalayara və yorulmaq nə olduğunu bilməzdi.

    Bu vaxta qədər kimsə Ayrım qızından “yoruldum” sözünü eşitməmişdi. Həyat onu belə öyrətmişdi. Onun əsl adı Fatı idi. Atası “ayrım” olduğundan hamı onu “Ayrım qızı” çağırsrdı.

    Bu iki adamın təbiəti bir-birinə əsla uymurdu. Onun üçün Ayrım qızı bir yandan Kərim babanın uşaqcasına işlərindən, qəribə hərəkətlərindən darılar, o biri tərəfdən də naxır sahiblərinin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasınca hər gün söylənərdi. Kərim baba heç bir şeyə əhəmiyyət vermədiyi kimi buna da əsla əhəmiyyət verməyib nəşəsindən, kefindən qalmazdı.

    Bir gün qadınlarla uşaqlar moruq və çiyələk yığmağa getmişdi. Kərim baba sıradan heç qalarmı?! Ayrım qızı Kərim babanın da getdiyini, naxırın başsız qaldığını bilmiş, naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdi ilə yumru başlı, iri çomağı götürüb özünü naxıra yetirmişdi. Axşamcağı naxırı obaya doğru sürərkən hamı ona tamaşaya çıxdı.

    Hətta Kərim baba da tamaşadan qalmadı, uzaqdan laqeyd baxışlarla arvadını seyr etdi. Ayrım qızı əsla tövrünü dəyişməyərək əlində çomaq o inəyin- bu öküzün arxasınca bağıra-bağıra qaçırdı.

    Kəndlilərdən biri gülə-gülə Kərim babaya:

    – Ay Kərim, ay Kərim! Buna Ayrım qızı deyərlər, adamdan belə hayıf alarlar, bu pəhlvan arvad kişidən artıqdır, – dedi.

    Bu sözün Kərim babaya bir milçək vızıltısı qədər təsiri olmadı, gurlayan səsi ilə:

    – Mənim kimi kişinin elə də arvadı olar, – deyə cavab verdi.

    İKİ PƏHLƏVAN

    Sular qaralmağa, günəş yavaş-yavaş meşəli dağların arxasına çəkilməyə başlamışdı. Alaçığın bir tərəfində palaz döşəyib, çay içirdik. Kərim baba da palazın bir ucunda Ayrım qızı ilə yan-yana oturmuşdu. Hər ikisi keçmiş igidliklərindən danışır, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı.

    Ayrım qızı Kərim babanı qzışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq deyirdi:

    – Bunu görürsüz, aylarca üzünü görməzdim. İşi nə idi? Boşboğazlıq, o qapı-bu qapıda veyl-veyl gəzməkdən başqa əlindən bir iş gəlməzdi, evə gləndə bizə qan qusdurardı. Bir igidliyi, qoçaqlığı olsaydı… Meşədən bir şələ demirəm, bir qucaq odun da gətirməzdi. Odun gətirməyə getsə görərsən beş-on çırpını arxasına alır: “Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm? – deyə bar-bar bağırardı; elə bil ki, mənə baş gətirib. Bu gün meşədən gətirdiyim bu dağ kimi şələni görürsüz ki? Belə şələ gətirsə, kişi deyərəm. Onun hünəri nədir?

    Ayrım qızı söylədiyi məğrur bir vəziyyət aldı. Gurlayan səsi ilə Kərim babaya:

    – Rəhim ağanın qapısında nehrə çalxaladığımız yadındadır? – dedi.

    Kərim baba sükutla başını tərpətdi. Ayrım qızı üstün gəldiyini hiss edərək, özünü doğrultdu, şən və açıq bir sifətlə sözə başladı:

    – İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edirdik, bu çoban idi, mən də ağanın inəklərini sağır, yağ-pendirini tuturdum. Qapıda bundan başqa dörd-beş çoban da var idi. Hamısı yeniyetmə, bığıburma oğlanlar idi. Bir gün nehrə çalxalayırdım. Zöhrə xanım da alaçığın ağzında durub baxırdı. Canımız üçün, çobanların hamısını yordum. Bax, bunun özünü elə yordum ki, düşdüyü yerdə qaldı. Zəhra xanım əllərini bir-birinə vurub qaqqıldadı:

    – Ay Kərim, çox öyünmə, Ayrım qızı dörd-beş kişiyə dov gəldi – dedi.

    Ayrım qızı bu sözləri söylərkən, Kərim baba yetim uşaq kimi başını köksünə dikərək, həzin-həzin dinləyirdi. Ayrım qızının belə öyünməsi, Kərim babanın sükutla büzülüb durması birdən-birə bayaqdan Ayrım qızına qulaq asanların qəhqəhəsinə səbəb oldu. Bu qəhqəhədən Kərim baba özünü bir qədər doğrultdu.

    – Ey! Adam qocalanda belə sözləri çox eşidər; mən əgər yazı-pozu bilsəydim, göstərdiyim igidlikləri bir-bir yazar, böyük kitab bağlardım. Insan özünü öyməkdən nə çıxar. Arvad nədir ki, onun igidliyi nə olsun. Hay-hay! Beş-on qoyun sağıb, nehrə çalxalayıb, yağ-pendir tutub, dili ağzına sığmır. Indi mən deyim, sən qulaq as!

    PƏLƏNG OVU

    Kərim baba söhbətinə belə başladı:

    – Bizim Borçalı meşələrində pələng olmadığını bilirsiniz; ancaq qabaq zamanlarda varmış. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. Onun qorxusundan meşəyə heç kəs getmirdi. Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalayıbdır; ağlım başımdan çıxdı. Tüfəngimi götürüb getdim. Kəndlə pələngin arası beş ağac olardı. Dərəni aşdım. Aşağı uzanan daşlı-qayalı bir dağ ətəyi ilə meşənin içərisinə gedirdim. Günün bu zamanı idi; günəş saralmağa, sular qaralmağa başlamışdı. Pələngi gözdən qaçırmamaq üçün yan-yörəmə baxırdım. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanır. Baxdım, pələng idi; o da məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, cırmaqlayırdı.

    Bir az da getmişdim ki, birdən-birə pələng yerindən atılıb bağıra-bağıra üstümə gəldi. Bir daşa söykənib, tüfəngimi ona tərəf yönəltdim. Pələngin bir nəcib xasiyyəti var: hücuma başladığı yerdən üz dəfə ovun üstünə atılar. Bu üç dəfənin heç birində ovlaya bilməsə, küsüb gedər. Qalxdığı yerdən iki dəfə üstümə atıldı, üçüncü dəfə az qaldı üstümə düşsün. Tüfəngimi dikəltdim, havada üstümə gəlirkən, qolları arasından nişan aldım. Pələngdən elə bir bağırtı qopdu ki, səsindən dağ-daş titrədi. Gözlərim qaraldı, tüklərim ürpərdi. Elə bil ağaclar, daşlar bir pələng sürüsü olub, üstümə gəlirdi. O iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. Iki dəqiqədən sonra canını təslim etdi. Yaxınlaşdım. O igid heyvanı öldürməyimə peşman oldum, ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb, qabağında diz çökdüm. Başını qollarım arasına alıb, üzündən-gözündən öpdüm.

    Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. Dedim ki, Borçalı torpağında bir igid var idi, o da bu gündən yaşamır. Bundan sonra Borçalı torpağı igid üzü görməyəcək.

    Bir saat əvvəl sakit və dalğın halda bir yerdə büzülüb duran bu qoca artıq nəzərimizdə böyümüşdü. Hamımız başdan-ayağa hekayəyə qulaq kəsilərək onu dinləyirdik.

    KƏRİM BABANIN ATASI

    Kərim baba söhbətdən doymur, hadisəni hadisəyə, xatirəni xatirəyə calıyırdı.

    – Mənim atam da gözəl ovçu idi. Nağıl edirdi ki, bir gün maral ovuna çıxmışdım. Dərədə kök bir buğa ovladım. Çeşmə başında kabab bişirib yedikdən sonra, uzanıb yatmışdım. Bir də gözlərimi açanda nə gördüm? Dörd bir yanımı duman elə bürüyüb ki, bir addım da qabaq görünmür. O gün evə qayıtmaqdan ümidimi üzdüm. Axşam olduğunu havadan bilmişdim. Kim bilir nə qədər yatmışam; nə edəcəyimi bilmirdim. Düşündüm-düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb, parça-parça olacaqdım. Həm də qaranlıq idi, göz-gözü görmürdü. Qabağıma bir mağara çıxdı. Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim, az sonra yuxuya getdim. Bir də ağır xorultudan gözlərimi açdım: “– Bu nədir? Məndən başqa burada adammı var?” – dedim. Dimdik oturub yan-yörəmi yoxlarkən,əlimə bir heyvan quyruğu toxundu, bir pələng quyruğu idi. Mən mağaraya sığındığım zaman o, oyaq imiş. Çünki yatmış olsaydı xorultusunu eşidərdim. Bu igid heyvanın məni bir qonaq kimi mağarasına qəbul etdiyinə şübhəm qalmadı. Özümü itirdim. Ancaq qorxmurdum: çünki bu heyvanın comərdliyinə əmin idim. Gecəni pələnglə bir yerdə keçirtdim. Shər dan yeri ağaranda mağaradan çıxıb dünən maral ovladığım yerə gəldim. Maralın bir budunu mağaranın ağzına gətirib yavaşca içəri itələdim. O gün yenə ovladığım maralın ətindən kabab bişirib yedim. Günortadan sonra idi, kəndə tərəf döndüm. Mağaranın aşağı yanından keçirdim. Gördüyüm bir hadisə ayaqlarımı mismar kimi yerə mıxladı: dərənin içində bir pələng uzanmış, bir qurd da onun ətrafında tülkü kimi quyruq bulayırdı. Məni heyrət aldı, yerdə oturub baxırdım. Qurd quyruğunu sallayıb dərənin bir o başına gedir, bir də dönüb gəlir, quyruğunu böyrünə qısaraq, dili ilə pələngi yalayırdı. Pələng isə əsla vüqarını pozmayım, yalnız onu iti baxışları ilə süzürdü. Qurd bir az sonra pələngin çənəsini, boğazını yalamağa başladı. Bu xainin riyakarlıqla pələngi tələf edəcəyini hiss etmişdim. Bir ara qurdu nişan alıb, vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. Qurd bir də dərəni dolanıb, pələngə yaxınlaşanda onun boğazından yapışdı. Yazıq heyvan elə bağırdı ki, səsindən dağ-daş tirədi. Elə bildim ki, qayalar üstümə töküləcək. beş-on dəqiqə o gözəl heyvan atılıb-düşəndən sonra hərəkətsiz qaldı. Təəccüb burasıdır ki, qurd yenə pələngin boğazını buraxmaq istəmirdi. Özü isə heç tərpənmirdi.

    Pələngin öldüyünü yəqin etdim: ancaq qurdun da tərpənməməsindən heyrətdə idim. Tüfəngimi alıb dərəyə endim. Pələng ölmüşdü. Tüfəngin qundağı ilə qurdu nə qədər vurdumsa tərpənmədi. Bu da murdar olmuşdu. Mən ancaq indi anladım ki, pələng dərədə uzanırkən, bu xain qurd onunla üz-üzə gəlmiş, onun pəncəsindən qurtarmaq mümkün olmadığından bu riyakarlıqla ondan can qurtarmaq istəmiş, axırda da qorxudan bağrı yarılıb ölmüşdü. Çox əlləşdim boğazını qurdun ağzından qurtara bilmədim, dişləri kilidlənmişdi. Çarəsiz qəməmi çıxarıb, qurdun dişlərini çapdım. Elə igid bir heyvanın qurd kimi qorxaq, tamahkar bir heyvanın əlində ölməsinə ürəyim yandı.

    Atasının nağıl etdiklərini bitirdikdən sonra Kərim baba özünəməxsus ağırlıq və təmkinlə əlavə etdi:

    – İndi haman pələng dərisi məndədir. Atamdan yadigar olduğu üçün saxlayıram.

    Atam onu təsdiqləyərək:

    Əlbəttə, həm bunu, həm də vurduğun pələngin dərisini saxlamalısan, – dedi, çünki dərilərin hər biri iki igidin tarixini bildirən qiymətli xatirədir.

    QIZIL İT

    Kərim babanın Qızıl adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Uzaqdan kölgəmi görüncə sürü ilə üstümə tökülüb hürərdilər. Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdirdimsə yenə də alaçıqdan çıxıb, bir yana getdiyimi görüncə kəsik qulaqlarını oynadaraq, qalın boğuq səsi ilə hürər, nəşəmi pozardı. Ona görə Qızılı da sevmirdim.

    Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb, hürməyə başladı. əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdisə də, xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. Bir gün iti vura-vura qapıdan qovarkən Kərim babagördü. Yaxınlaşaraq:

    – Vurma, oğlum, – dedi. – Bu, mənim çörək ağacımdır. Bunun bir qardaş qədər mənə yaxşılığı keçibdir. Sən bunun indiliyini görürsən. Bir vaxt bunun qorxusundan evimizin yanından quş quşluğu ilə keçə bilməzdi. Bu itə beş yüz manat verən olub, verməmişəm. Hər küçüyünü otuz-əlli manata satmışam. Bunun nə qədər ağıllı, igid heyvan olduğunu bilsən, heç vurmazsan.

    Kərim baba bu sözləri deyib, itin başını əlləri ilə oxşadı. Sonra yenə üzünü mənə tutaraq dedi:

    – Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yamaca yayıb, bir daş üstündə uzanmışdım. Nə vaxt yatdığımı heç bilməmişəm. Oyandığım vaxt hava qaralmış, dövrəmi qalın duman almışdı. Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü. Çomağı götürüb, yerimdən qalxdım. Sürüdən xəbər yox idi. Qızılı çağırdım. Cavab vermədi. Dəli kimi o gecəni səhər etdim. Ancaq mənə ümid verən bu it idi: bilirdim Qızıl sürüdən ayrılmaz, dan yeri ağarar-ağarmaz uca bir təpə başına dırmaşdım. Aşağıya baxdım. Dumandan hər şey qara görünürdü. Yenə Qızıl! Qızıl! – deyə bağırarkən dərədən boğuq bir səs eşitdim. Ildırım sürəti ilə dərəyə atıldım. O, sürünü iki təpə arasına yığmış, özü də yol ağzında durub, hürür, məni səsləyirdi. Özümü Qızıla yetirdim. Məni görən kimi sevindiyindən quyruğunu sallayıb, qulaqlarını dikləyərək, məni yalamağa başladı. Sürüyə qurd girdiyini o saat bildim. Sürünün içinə girəndə üç qurd ölüsü gördüm. Işin nə yerdə olduğunu anladım. Sürüyə qurd daraşanda, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına sıxışdırmış, burada qurdlara hücum edib, bir-bir onları boğub öldürmüşdü. Qızılın boynuna necə sarılmışam… Üzündən-gözündən necə öpmüşəm… Sonra kök bir qoçun quyruğunu kəsib qabağına atmışam.

    İftixar hissi ilə söhbətini tamamlamağa çalışan Kərim baba Qızılı oxşayaraq:

    – İndi bunun nə cür it olduğunu bildinmi? Bu, it deyil, aslandır, əjdajadır, – dedi.

    Kərim babanın bu tərifindən sonra Qızılla barışmış, səmimi bir dost olmuşduq.

    SÜMSÜ

    Kərim baba ilə armud ağacı altında oturmuşduq. Mən dərədən topladığım daşlarla oynayırdım. Kərim baba fit çala-çala bir yaş çubuğu yonurdu. Kərim babanın yeni bir şey qayırmaq istədiyini anladım, yanına gedərkən o, qalın, boz bığları altından gülümsəyərək:

    – Sənə sümsü qayırıram, – dedi.

    – Sümsü nədir? – deyə soruşdum.

    – Sümsü quş kimi oxuyur, bununla qızılquş balası tuturlar, – dedi.

    Kərim babaya daha da yaxınlaşaraq, gözlərimi əllərindən götürməz olmuşdum. Çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü. O, yerə yaş ot qoyduqdan sonra kəsiyi qalpağı üstünə basaraq:

    – Bax, sümsü budur! – dedi və o uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb, çalmağa başladı.

    Mən səbirsiz halda sümsünü dartıb əlindən alırkən o, bürüşük gözlərində, qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq:

    – Qızılquş balasını bu səslə çağırır, – dedi.

    Sümsünü indi mən çalır, o isə öyrədirdi və biliciliyi ilə öyünüb, məğrur baxışlarla mənə baxıb gülürdü.

    –         Bununla qızılquş balasını necə tutarlar? – deyə mən soruşduqda, Kərim baba mənə bu məlumatı verdi:

    –         Qızılquş yuvasını çox vaxt su kənarında, uca ağacların başında tikər. Balaları yumurtadan çıxan kimi ovladığı quşları öldürüb qanını içər, sonra da o qanı qusub balalrına yedirər. Balaları bir qədər böyüdükdən sonra, ovladığı quşu su kənarına aparar, tüklərini yolar, cəmdiyini suda təmiz yuduqdan sonra parçalayıb, balalarının qabağına atar. Balaları qanadlanıb uçmağa başladığı vaxt tutduğu ovu gətirib yuvasının ağzına birdən-birə buraxar, quş ölüm pəncəsindən qurtardığını görüncə, pırıldayıb uçmaq istərkən qızılquş balaları hücum edər, dərhal onu tutub yeyərlər. Anası balalarına bu cür ovçuluq öyrədər. Balalarının bu zamanı anaları üçün də qorxuludur, yaxın gələrsə o saat hücum edib, onu da parçalarlar. Ona görə də ovladığı quşla yuvasına yaxın bir ağaca qonar və özünəməxsus bir səslə balalarını səslər. Onların uçub gəldiyini görüncə, ovu buraxıb qaçar. Qızılquş balalarını ovçular bu vaxtlar tutarlar, yuvalarına yaxın bir yerdə tor qurub, içinə toyuq, kəklik buraxarlar. Çır-çırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib bir əllə torun ipini tutar, o biri əllə də sümsünü çalarlar. Qızılquş balaları analarının ov gətirdiyinə aldanıb, özlərini tordakı quşun üstünə atanda ovçular ipi tez çəkir, tor bağlanır, Qızılquş balaları da torun içində qalırlar.

    Qızılquş balaları bu zaman çox acıqlı olurlar. Özlərini insan əlində əsir görəndə ürəkləri partlar, insana heç alışmazlar. Ona görə də ovçular qızılquş balalarını tutunca, iynə ilə göz qapaqlarını bir-birinə tikərlər. Iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra göz qapaqlarını açarlar. Quşçuğazların acığı bu cürsönər, sahiblərinə alışarlar. Ovçular qızılquş, tula götürüb ova çıxarlar. Tulalar kolların, qamışların arasına soxulub ördək, qaz, kəklik, qırqovul və turacı qaldırınca qızılquş hücum eləyib ovlar.

    CAN QORXUSU

    Sentyabrın isti günü idi. Günəş yandırırdı. Itlər, çobanlar meşələrə, sərin kölgəlikıər altına çəkilmişdilər. Biz də alaçığın içində hər birimiz bir yanda uzanmışdıq. Sarı toyuğum da cücələrini başına yığıb, armud ağacı altında eşələnir, dənlənirdi. Toyuq birdən-birə acıqlı səslə qaqqıldadı. Cücələr dərhal uçaraq kolların arasına soxuldular.

    Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb, yükün altına soxuldu. Qüvvətli qanad çalınmasına bənzər bir səs hələ də alaçığımızın üstündə eşidilirdi. Bir-birinin arxasınca baş verən bu hadisələrdən özümüzü itirmiş halda alaçıqdan kənara çıxdıq. Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. Anam:

    – Qızılquşdur – dedi, sonra cücələri tutmaması üçün əlinə böyük bir ağac alıb kiş-kiş edərək, qızılquşu qovlamağa başladı. Biz alaçığa girən quşun arxasınca getdik. Bizdən əvvəl qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb, sevinə-sevinə:

    – Tutdum, kəklikdir, – dedi.

    Qardaşımın ətrafında sevincimdən atılıb-düşərək:

    – Ver mən də baxım, – deyə bağırdım.

    Bu zaman anam içəri girdi. Kəkliyi əlimizdə görüncə:

    – Canının qorxusundan yazıq özünü alaçığa salıb – dedi.

    Qızılquş pəncəsindən qurtarıb özünü insan əlində əsir görən kəklik həyəcanla çırpınır, dartınır, əllərimizi dimdikləyirdi. Qardaşım:

    – Qanadlarını bağlayım, qaçmasın, – dedi.

    – Yox, oğlum, bu heyvan bizim evimizə sığınmışdır. Onu azad edin; baxsanız a, qorxusundan yazığın ürəyi ağzına gəlir, – deyə anam cavab verdi.

    Bu sözləri elə söylədi ki, qəlbimizdə riqqət doğdu. Artıq hamımız onun azad edilməsi tərəfdarı idik. Hamımız alaçıqdan çıxdıq. Qızılquş uçub getmişdi. Kəklik də o kiçik gözlərini göyə dikərək baxır, düşmənin getmiş olduğunu bilmək istəyirdi. Qardaşım quşu birdən-birə havaya ataraq:

    – Uç, get! – dedi.

    Kəklik onun əlindən ox kimi çıxdı və bir anda meşənin ağacları arasında yox oldu.

    Hamımız bağırışaraq, kəkliyin arxasınca xeyli baxdıq.

    BİÇİN

    Səhər-səhər alaçığın ağzında oynayırdıq. Kənd uşaqları əllərində badya-mis kasa dərəyə enirdilər.

    Qardaşım onların dalınca:

    – Namaz, Namaz, haraya gedirsiniz? – deyə çağırdı. Namaz arxaya dönərək yarımağız:

    – Qoruğa gedirik, qoruğa, çiyələk dərməyə, – dedi.

    Biz də arxalarınca qaçıb yetişdik, dərəni keçdik, kiçik bir cığırla meşəyə doğru qalxdıq. Iki çağrım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qati-qarışıq səsləri qulağımıza yetişdi. Sevincimizdən sıçradıq. Bir az sonra artıq talada idik. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir, qadınlar, uşaqlar isə otların arasından çiyələk yığır və qurumuş otlardan ötədə, bəridə taya vururdular. Biz dayanarmıyıq? Yetişən kimi qoruğa atıldıq. Çiyələkdən doyunca yedik. Sonra yumşaq otların, dərzlərin üstündə atılıb-düşməyə, bağırışmağa başladıq. Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirirkən quş balaları “cik-cik” edib, kiçik qanadlarını çırparaq, qalın otlar arasına soxuldular. Hamımız oraya qaçdıq. Biçinçi əyilib, ovcunda tutduğu bir quşbalasını mənə uzadaraq:

    – Al, – dedi.

    Sevincək əlimi açdım. Quşu ovcuma qoydu. Ovcumu açarkən əllərim al qan içində idi. Tüklərim ürpərmiş bir halda “Ay bu nədir?” deyə quşu yerə atdım. Oraq onun hər iki ayağını biçmiş, kiçik heyvan ayaqsız qalmışdı; bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildiyə-inildiyə sürünən o kiçik heyvana baxdım.

    Qəlbimdə acı bir hiss doğdu. “Topal heyvan, səni artıq kim bəsləyəcək?” – dedim. Hamı biçilmiş qoruğun tikan kimi duran otları üstündə inildəyə-inildəyə sürünən quşcuğaza baxırdı. O biri quşları tutmuş olan uşaqlar topal quşu ovucları içinə alıb tamaşa etdikdən sonra, yenə otlar arasına buraxdılar. O günkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idim.

    Bir saat sonra obaya döndük.

    Bu əhvalatdan uzun illər keçmişdir. Ancaq bu gün də o qanlı vəqiəni unutmamışam.

    YOLDAŞIM RZA

    Cümə axşamları mənim ən çox sevdiyim gün idi; çünki hər həftənin bu günü atam şəhərdən gələrdi. Bir təpə başında oturub, səbirsizliklə atamın yolunu gözlərdim.

    Axşamüstü idi. Obada gəzinirdim. O gün südçülərdən biri şəhərdən çox tez qayıtmışdı. Onu uzaqdan görüncə yanına qaçıb, atamı soruşdum. Südçü çubuğunu qalın dodaqlarının bir tərəfinə qısaraq, o biri tərəfindən tüstünü buraxdığı halda gülümsəyərək:

    – Atan bu gün gəlməyəcək, işi var – dedi.

    Bu söz ildırım kimi məni sarsıtdı. Məyus və dalğın halda geri döndüm. O isə arxamdan çağırıb:

    – Ey, bura bax! Gələcək, səni aldatdım, mən bu gün tezdən çıxmışam, – dedi.

    Cavab vermədən yoluma davam etdim. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə, yüksək dağlar arxasına çəkilməyə, uca ağacların kölgələri şərqə doğru uzanmağa başlamışdı. Sürülər, naxırlar mələşə-mələşə obaya doğru qaçırdı. Mən də bir təpədə oturub o gurultunu dinləyir, o canlı lövhəni seyr edirdim. Çadırımızın ağzında at kişnəməsi eşitdim. Dönüb baxınca nə gördüm? Atam… Sevincimdən ayaqlarım bir-birinə dolaşa-dolaşa yüyürüb boynuna sarıldım. Atam yoldaşım Rzanı da özü ilə gətirdiyindən sevincim bir qat artmışdı. Sevinməzmiyəm? Cücələrimi, çeşmələrimi, göyəm ağaclarımı göstərmək üçün yeni adam tapmışdım. Bir fincan çay içən kimi qalxdıq. Toyuqlarımdan başlayaraq göyəm ağaclarımı, dərədəki çeşmələrimi bir-bir göstərdim. Sonra obaya gəldik. Sürülərin içinə soxulduq. Quzularla, oğlaqlarla oynadıq, onlarla bərabər atılıb-düşdük. Artıq qaranlıq düşür, seyrək duman uca dağlar başından dərələrə, müşələrə enirdi. Göy üzü təmiz olduğundan şimal tərəfdəki bir-iki bulud dəniz içində kiçik təpəciklər kimi görünürdü. Hər ikimiz əl-ələ verib yüyürə-yüyrə evə gəldik.

    YAĞIŞ

    Atam çadırımızın yanındakı armud aşacı altında oturub Kərim baba ilə söhbət edirdi. Kərim baba birdən-birə gözlərini şimala dikərək gurlayan bir səslə: “Allah, sən saxla!” dedi. Bu sözləri elə söylədi ki, hamımızda bir həyəcan doğdu.

    Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək:

    – O ilanquyruğu kimi qara buludu görürsüz? Çox ziyankar buluddur. – dedi. – Bu, ziyansız keçməyəcək.

    Atam etinasız cavab verdi:

    – O bulud buradan çox uzaqdır, bizə ziyanı dəyməz.

    Kərim baba iri papaqlı başını, uzun çal saqqalını oynadaraq, bir daha diqqətlə buludu süzdükdən sonra:

    – Buna oynaq bulud deyərlər – deyə sözünə davam etdi. – Bu hər yeri gəzər, amma çox durmaz. Bir saat yağsa aləmi tufana verər. Iki saat çəkməz ki, toyuq kimi balalarını başına yığıb gəzməyə başlar. Bu buluddan gözüm heç su içmir, ehtiyatı əldən vermək olmaz. Alaçığın xəndəyini təmizləməliyəm.

    Kərim baba durub getdi. Biz də atamla alaçığa dönüb, yorğun olduğumuzdan tez yatdıq. Sonra nələr olduğunu bilmirəm, bu qədər xatırlayıram ki, atam məni qolları arasında yük üstünə uzadarkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. Ətrafıma baxdım. Atam, anam, hər ikisi alaçığın içində dimdik durmuşdu.

    Atam kiçik qardaşım Əsədullanın beşiyini yuxarı qaldırmış, anam da kiçik bacımı qucağına almışdı. Sel gurultu ilə alaçığın içindən axıb gedirdi. Yağış damcıları başımızın üstündə alaçığın keçələrini gum-gum qamçılayırdı. I gecəki tufandan yalnız bu qədər görə bildim.

    Sonra yenə yatmışam. Səhər gözlərimi açdığım zaman günəş doğmuş, şəfəqlərdən hörülmüş saçlarını otlu-çiçəkli dağların, yamyaşıl duran meşənin üstünə dağıtmışdı. Tez alaçıqdan çıxdım. Hava o qədər saf, o qədər gözəl idi ki, hər şey insanın üzünə gülürdü… Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz dənələri kimi parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. Kiçik quşlar yaşıl budaqlarda qanadlarını günəşə doğru açaraq həm qurudur, həm də gözəlliklərə baxır, o lətafətə bürünmüş təbiəti dadlı nəğmələri ilə alqışlayırdılar.

    Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:

    – Allah kəssin belə yaylağı, elə bil başımıza yer qəhətdi. Bu nə dirrikdir: islanmamış şey qalmayıb. Hələ gecə gözlərimi bir tikə də yummamışam, – söylənirdi.

    Atam da:

    – Ay dəli, çölçülükdür, ürəyini sıxma, bunun da bir nəşəsi var – deyə anama təsəlli verirdi.

    – Belə nəşəni istəmirəm. Sizin üçün nə var ki, özünüz çöllü, gördüyünüz də elə bu, – deyə anam cavab verdi.

    Bu aralıq birdən-birə cücələri, toyuğumu xatırlayıb, cəld hinə tərəf yüyürdüm. Hinin ağzındakı daşı götürəndə gördüm ki, hinin içi göl bağlayıbdır. Bu faciəli mənzərəni görməyimlə “Vay, cücələrim boğulublar” – deyə qışqırmağım bir oldu. Dərhal ailə üzvləri ətrafımı bürüdülər. Atam:

    – Yazıq cücələr, heç yadımıza da düşməyiblər – deyə təəssüfünü bildirdi, sonra başımı oxşayaraq, öz hərəkəti ilə mənə sanki təsəlli vermək istədi.

    Anam:

    – Mənim fikrimə gəlmişdi, amma, nə edək, öz başımızın hayına qalmışdıq, – dedi.

    Əlimi hinə soxub, boğulmuş cücələri suyun içindən bir-bir çıxartdım:

    Anam:

    – Yaman gözə ox batsın! – dedi, hər görən: “Bunlara nə veribsən ki, dərilərinə sığmırlar” deyirdi. Bunlara hansı bədnəzərinsə gözü dəydi. Fikir etmə, oğlum, qada-balamızı aparıblar.

    Artıq nə edəcəkdim? Olan olmuş, keçən keçmişdi.

    İGİD UŞAQ

    Obamızın şimal tərəfi qərbdən-şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın bir meşəlik idi. Dərə, qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu yerlərdən ibarət idi. Biz oralara getməyə qorxardıq, çünki kəndlilər “ayı var” deyə bizi qorxutmuşdular. Bu qorxu ucundan dərənin qərb tərəfinə getməzdik.

    Ikindi çağı idi. Obada “Dursunu ayı basıb” deyə səs qopdu. Kəndlilər dəyənək, tüfəng, it götürüb getdilər. Bütün oba axdı. Mən də camaata qoşulub getdim. Nədən qorxacaqdım, Kərim baba orada idi. Köməyə gedirmişəm kimi, hətta əlimdə yekə bir dəyənəyim də vardı. Hamımız nizamlı qoşun kimi sanki bir qala almağa gedirrik. Dərəni aşdıq. Ayı dərəsinin dağlıq tərəfindən dırmanırdıq. Yuxarıda qat-qarışıq bir səs eşidildi. Itlər quyruqlarını, qulaqlarını şəkləyərək, birdən-birə hürməyə, üstümüzə yüyrməyə başladılar. Hamıda bir rəşadət və şücaət doğdu. Təpəni dırmandıq. Dursun əlində tüfəng məğrur bir halda bizi qarşılayaraq:

    – Vurdum. Qoltuğunun arasından vurmuşam. Az qala kafir məni boğmuşdu, – deyə camaata qarışdı.

    Indi hər kəs Dursundan məlumat almağa can atırdı. Nəhayət, bəlli oldu ki, bu qorxmaq uşaq tüfənglə o tərəflərdə gəzdiyi zaman öz yuvası ağzında iki balası ilə oynayan yekə bir ayı ilə üz-üzə gəlir. ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur; nəhayət, Dursunbaşıaşağı qaçmağın çətin olduğunu görəndə özünü toplayıb, geri dönür və ayını nişanlayıb, iki qolları arasından vurur. Ayı aldığı yaradan qüvvətini itirib, yerə yıxılır. Dursun kəndə dönüb, bu vaqiəni xəbər verir. Bir neçə kişi ilə ayı vurulan yerə gəlirlər.

    Biz ayı vurulan yerə yetişır-yetişməz itlərdən biri ayını yaxaladı. Yaralı heyvan bağıra-bağıra onu qolları arasına alıb elə sıxdı ki, köpək qara ağzını açıb var gücü ilə zingildədi. Kəndlilər, ağac, qəmə gücü ilə iti ayının pəncəsindən qurtarınca, it qulaqlarını sallayaraq, quyruğunu böyrünə qısıb, birbaş obaya qaçdı.

    Bu qərar ilə ayı itlərin hamısını bir-bir qaçırtdı. Ancaq özü də candan, taqətdən düşmüşdü. Nəhayət, kəndlilərdən biri ayını tüfənglə vurub öldürən kimi, hamı ayının yuvasına doğru axdı. Ayı yuvası dərənin ətəyində kiçik, təbii bir mağara idi. Mağara o qədər kiçik idi ki, içindəki iki ayı potası[ii] görünürdü. Hər ikisi bir-birinə sığınıb, qorxaq baxışlarla mağara ağzındakı adamlara baxırdı. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. Görünür anaları çalışmış, zəhmətə qatlaşmış, qırdığı ağacların ən yumşaq qabıqları ilə mağaranın içini bir xalı kimi döşəmişdi. Axırda onların uğrunda canını da fəda etməkdən çəkinməmişdi. Xülasə, o kiçik yetimləri çomaqların başı ilə vura-vura mağaradan çıxardılar. Boyunlarına kəndir bağlayıb, kəndə gətirdilər. Bir az əvvəl əzrail pəncəsindən qurtarmış kimi quyruqlarını yanlarına qısıb bağıra-bağıra qaçan itlər indi bu heyvancığazlara qarşı aslan kəsilərək, dörd yandan hücum etmək istəyirdilər. Kəndlilər zor-güc bu heyvanları itlərin pəncəsindən qurtara bildilər.

    Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır!.. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış o rəngarəng, o qiymətli və silinməz xatirələr!..

  • Coşqun XƏLİLOĞLU.”Balıq ovu” (Hekayə)

        Yay tətili günlərinin birində Qurban ilə Tağı balıq tutmağa getmək üçün lap tezdən  oyandılar. Onlar söhbət edə-edə kənddən bir qədər aralıda yerləşən Baba gölünə gəlib çatdılar. Uşaqlar tilovlarını açıb qarmaqlarına qurd qoydular. Bir az keçmiş Tağının tilovunun üzgəci suda batıb-çıxmağa başladı. Birdən tilov elə  sürətlə  dartıldı ki, az qaldı Tağı əlindəki qarğı ilə birlikdə suya düşsün. Amma o, cəld qarğını var gücü ilə dartıb sudan iri bir çəki çıxardı.

       Bir az keçmiş Tağı daha bir balıq tutdu. Amma nədənsə Qurbanın tilovuna bir dənə də olsun, balıq düşmürdü. O, dilxor halda yerini dəyişir, tez-tez tilovu sudan çıxarır, yenidən hirslə suya tullayırdı.

       Günorta idi. Geri dönmək vaxtı çatmışdı. Uşaqlar tilovlarını yığışdırıb kəndə  qayıtmaq istəyirdilər. Tağı balıq yığdığı torbanı ağzı aşağı çevirdi. Düz on dənə balıq şappıltı ilə yaşıl otların üstünə düşdü. Tağı beş balıq ayırıb dedi:

        –Qurban,  götür,  bunlar sənindir.

       –Yox, lazım deyil, –Qurban mızıldandı.

       –Ovçuluqda belə qayda var, – ovçular ovlarını bərabər bölməlidirlər. Yoxsa gələn dəfə evə ovsuz qayıdarlar.  Bunu mənə babam öyrədib. Axı o, ovçudur.

    – Çox sağ ol, Tağı, –Qurban balıqları öz torbasına yığdı.

    Uşaqlar deyə-gülə kəndə qayıtdılar.

  • Coşqun XƏLİLOĞLU.”Gülağa dayı” (Hekayə)

       Hər səhər məktəbə gedəndə səliqə ilə geyinmiş, gülərüz bir kişi ilə rastlaşırdım. Yolun xeyli hissəsini yanaşı gedirdik. Bu kişi çox mehriban və söhbətcil idi. Dərslərimi necə oxuduğumu soruşar, bəzən suallar da verərdi.

    Bir dəfə Gülağa dayı ilə tanış olduğumu valideynlərimə bildirəndə atam:

       –Hə, çox yaxşı adamdır–dedi.

       Belə mərifətli adamla tanış olduğuma görə çox sevinirdim

       Yay tətilinə buraxıldıq. Kənddə yaşadığımızdan oynamaqla yanaşı, ata-anama ev işlərində kömək də edirdim. Biz mal-qara saxlayır, toyuq-cücə bəsləyirdik. Çoxlu qazımız var idi. Onlar evimizdən bir az kənarda otlayır, axşama yaxın ya özləri qayıdır, ya da mən gedib gətirirdim.

       Bir gün rayon mərkəzində yaşayan bibimin xəstələndiyini eşitdik. Gedib bibimə dəydik, axşama yaxın evə qayıtdıq.

       Evə çatar-çatmaz anam dedi:

       –Ay bala, bax gör qazlarımız haradadır?

       Tez qazlarımızı axtarmağa getdim. Onlar çox zaman balaca bir axmazda olurdular. Axmaza yaxınlaşanda qazların bir yerə toplaşdıqlarını, qəribə səslər çıxartdıqlarını gördüm. Tez onları saymağa başladım. Biri çatmırdı. Təkrar saydım. Doğrudan da, biri yox idi. Ətrafa baxdım. Bir az aralıda bir nəfərin axmazın dayaz yerindən qamış biçdiyini gördüm. Çox sevindim:

        – Salam, Gülağa dayı.

        – Salam, Əhməd!  Nə axtarırsan?

        – Qazımızın biri yoxdur. Çoxdan buradasınız?

        – Hə, amma qaz görməmişəm.

       Nədənsə onun səsinin titrədiyini hiss etdim. Elə bu an biçilmiş qamışın üstünə tökülmüş qan ləkələri diqqətimi cəlb etdi. Bir az yaxına getdikdə qamışın altında nəyinsə ağardığını gördüm. Lap qaz qanadına oxşayırdı. Qamışı araladım. Səhv etməmişdim.

       Qazı qaldırdım, onun kəsilmiş başından hələ də qan axırdı.

       Başımı qaldıranda Gülağa dayını yerində görmədim. Ağlaya–ağlaya qazlarımızı həyətə gətirdim. Əhvalatı valideynlərimə danışdım. Amma onlar mənə dedilər ki, sən yəqin səhv etmisən, axmazda gördüyün Gülağa ola bilməz. O elə adam deyil.

       Daha nə deyəcəkdim ki… Deməli, kiçiklər kimi, böyüklər də səhv edirlər.

  • Raciv RƏCƏBOV.Seçmə şeirlər

    Raciv Rəcəbov 1985-ci il mart ayının 20-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 
    Şeirləri “Sumqayıt Univetsiteti” (Sumqayıt Dövlət Universitetinin aylıq mətbu orqanı), “Sözün sehri” qəzetlərində, “Ziyalı Ocağı” (“Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı) jurnalında, bir neçə mədəniyyət və ədəbiyyatyönümlü portallarda işıq üzü görüb. 
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kəlbəcər Bürosunun Rəhbəridir.

    * * *

    Göylərin göz yaşı yağır izinə
    Payızın buz kimi yağışlarıtək
    Həsrətin nidası yağır üzümə
    Sənin sual dolu baxışlarıntək

    Deyirdin, həsrətin sonu vüsaldır
    Sonda bir “vağzalı” bir toy səsi var
    Sevginin qayçısı qəmi qısaldır
    Hər dildə bir sevgi zümzüməsi var

    Ağlama,aglama sən için-için
    Gəl dərdi bir yerdə unudaq,gülüm
    Mən səni sevmədim ev yıxmaq üçün
    Mən səni sevdim ki, ev quraq, gülüm.

    2012

  • Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    * * *

    Allah da qəlbimi çox yaxşı bildi, Anamdı, bacımdı tanıdıqlarım. Nə şöhrət, nə dövlət dalınca qaçdım Öpdüyüm Qurandı, kəsdiyim çörək.
    O, çörək mayası yoğrulub haqqdan, Peyğəmbər eşqinə mən yola düşdüm.Yalandır çəkinib qorxduğum mənim Bir olar olmaza bir ola düşdüm. 
    Biçildi beş arşın ağdan bu dünya, Mən deyən, öləndə onu da tapmaz .Haqqına tapınsan, bir haqqa dönsən Müsəlman hayqırar Quranı danmaz
     * * *
    भगवान मेरे दिल को अच्छी तरह से जानता है,मुझे पता था कि वे मेरी मां और बहन हैं।मैं प्रसिद्धि या राज्य के बाद नहीं चलाOpduyum Qurandı, कट रोटी।
    उसने रोटी का खमीर उठाया,मैं पैगंबर के प्यार के लिए बाहर सेट।मुझे झूठ बोलने में डर लगता हैमैं एक या दूसरे में गिर गया।
    यह दुनिया पाँच हाथ की सफेद से बनी है,मैंने कहा, जब वह मर जाएगा तो उसे नहीं मिलेगा।यदि तुम सत्य को पा लो, तो तुम सत्य की ओर लौट जाओगेमुसलमान चिल्लाते हैं और कुरान से इनकार नहीं करते हैं
    * * *
    Allah da qəlbimi çox yaxşı bildi, Anamdı, bacımdı tanıdıqlarım. Nə şöhrət, nə dövlət dalınca qaçdım Öpdüyüm Qurandı, kəsdiyim çörək.
    O, çörək mayası yoğrulub haqqdan, Peyğəmbər eşqinə mən yola düşdüm.Yalandır çəkinib qorxduğum mənim Bir olar olmaza bir ola düşdüm. 
    Biçildi beş arşın ağdan bu dünya, Mən deyən, öləndə onu da tapmaz .Haqqına tapınsan, bir haqqa dönsən Müsəlman hayqırar Quranı danmaz. 

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə daha bir töhvə: Gülzar İbrahimovanın “Dünyanı sağalt” şeiri

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar qələmə aldıqları əsərlərini təqdim etməkdə davam edirlər.
    Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova “Dünyanı sağalt” adlı yeni şeirini kitabxanaya virtual formada  təqdim etdi. 
    Yazıçı dahi Nizaminin kəlamı ilə başlamış olduğu şeirdə cahil insanla aqil insanın fərqini izah edir. O, elmə bələd olan kamil insanlara səslənərək pisliklərə dözməyən və zəhərlənən dünyamızı sağaltmağa, gözəlləşdirməyə çağırış edir. Dahi insanların “bəşəri xilas edən elm olacaq” fikri ilə razılaşan Gülzar İbrahimova kitab sevərlərə evdə qalıb mütaliə edərək dünyanı gözəlləşdirən xəzinənin bir parçası olmağı tövsiyə edir. 


    Dünyanı sağalt


    Çox iti zehinlər oldular yatan,
    Axırda saxsı qab oldular satan,
    Dahi Nizami o vaxt belə deyib,
    Heç indi də bu kəlam köhnəlməyib.
    Cahil insan kitabla dostluq etməz,
    Aqil insan kitabdan ayrı düşməz.
    Müdriklər getdiyi yolla sən də get,
    Həmişə yaxşı ol və yaxşılıq et!
    Övladım! Dünyamız pis xəstələnib,
    Pisliklərə dözməyib zəhərlənib,
    Oxu, öz elminlə dünyanı sağalt,
    Gözəlləşsin yenə bizim Kainat!
    Belə deyib dünyanın dahiləri,
    Yalnız elm xilas edər Bəşəri!
    Bu kəlmələr dahilərdən  gəliblər,
    Kitabı sevənlər belə deyiblər!
    Bu gün çətin olsa da evdə qalmaq,
    Bizə kömək edər səbrli olmaq!
    Gəlin birlikdə Şərə qalib gələk,
    Dünyamızı yenə nura qərq edək!                                       

  • Kənan AYDINOĞLU.”Xalq şairi Vahid Əziz yaradıcılığında ictimai-siyasi lirika və ya ictimai-siyasi lirikanın ən qüdrətli nümayəndəsi: Vahid ƏZİZ “

    Çağdaş Azərbaycan ədəbiyyatının mövzu-ideya, forma-məzmun, sənətkarlıq baxımından zənginləşməsində, inkişafında, heç şübhəsiz ki, lirik, fəlsəfi şeirlər müəllifi, sevimli Xalq şairimiz Vahid Əzizin də özünəməxsus yeri və rolu var. Zamanın gərdişindən, vaxtın dəyirmanından, taleyin  çətin sınaqlarından üzüağ, alnıaçıq çıxmağı bacaran şairimizin zəngin təcrübəsi, bədii yaradıcılıq medotlarına, tarixi-ənənəvi prinsiplərə, humanizm və səmimiyyətə söykənərək bir-birindən dəyərli sənət nümunələri yaratması müasir dövr üçün aktual olan məsələlərdən biri olaraq qalmaqdadır. Belə ki, şair təxəyyülü coşan dəniz, çağlayan sellər kimi daim oxucusu ilə görüşməyi arzulayan, yenicə doğulmuş körpəni xatırladır. Şairlik Uca Allahdan tərəfindən seçilmişlərə verilmiş hikmətdir desək, heç də yanılmarıq. Əsərləri yüksək sənətkarlıqla dünyanın müxtəlif dillərinə tərcümə olunaraq geniş oxucu auditoroyası tərəfindən rəğbətlə qarşılanan ölməz söz sənətkarımız, daim insanlığı, insanlığın bütün canlılardan üstün olmasını, bəşəriyyətə yaraşıq olduğunu, yaradılış içərisində insanın ən kamil varlıq olması ideyasını təbliğ və tərənnüm edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Ərənlər, ulu kəslər saf gələrək düzəlib, Əvvəlcə peyğəmbərlər, sonra şairlər gəlib” kəlamı dediklərimizə ən əyani sübutdur.  Bu amil birbaşa Ustad sənətkar Vahid Əziz yaradıcılığı üçün səciyyəci cəhətdir.

    Əgər Sovet hakimiyyəti dönəmində çoxşaxəli və rəngarəng olan Azərbaycan ədəbiyyatında ictimai-siyasi lirikanın ən gözəl nümunələrini Bəxtiyar VAHABZADƏ, Nəriman HƏSƏNZADƏ kimi görkəmli Azərbaycan şairləri öz əsərlərində uğurla davam etdirirdilərsə, çağdaş dönəmdə bu şərəfli missiyanı  poeziyamızın bənzərsiz nümayəndəsi şair Vahid ƏZİZ tam məsuliyyətilə davam etdirməklə bərabər, həm də inkişaf etdirir.

    Ümumiyyətlə, ictimai-siyasi lirika özündə bir çox amilləri birləşdirir. Söz sənətkarları adətən

    yaşadıqları dönəmdə cərəyan edən bir çox hadisələrə biganə qalmayıb, öz münasibətlərini sözün gücü ilə bildirirlər. Söz öz yerini tutanda daha gözəl sənət əsərləri yaranır. Şairlik nöqteyi-nəzərdən ən önəmli məsələlərə yanaşıldıqda sözümüz öz qüdrətini məhz obrazlı təfəkkürün məhsulu kimi göstərir.

    Cərəyan edən ictimai-siyasi hadisələrə fəlsəfi yönümdən yanaşmaqla, öz zəngin yaradıcılığını bu gün də uğurla davam etdirən şairimiz oxucularını, ədəbiyyatsevərləri yeni poeziya nümunələri, örnəkləri ilə tanış edir. Müasir dövrün tələblərinə uyğun olaraq, həmin ədəbi-bədii nümunələri sosial şəbəkədəki (xüsusən, facebook) hesabında paylaşım etməklə gerçəkləşdirir. Eyni zamanda, ədəbi elektron məkanda fəaliyyət göstərən mədəniyyət və ədəbiyyatyönümlü portalların da (edebiyyat-az.com və gundelik.info) istedadlı şairimizə dəstək olmasını xüsusilə qeyd etmək lazımdır.

    Böyük təcrübəyə malik səmimi şeirləri ilə oxucuların dərin rəğbətini qazanmış şair Vahid Əziz formalaşmaqda olan yeni nəsil Azərbaycan gəncliyinin ədəbi-bədii ideya istiqamətinin düzgün müəyyən olunmasında, gələcəyin əmanəti, yeganə qarantı olan yüksəkintellektli, dünyagörüşü etibarı ilə elmin, texnologiyanın ən son yenilikləri ilə silahlanan gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, əsrarəngiz sənət nümunələrinin sayının artmasında, yeni nəşr olunmuş kitablar ilə ədəbiyyatımız üçün mühüm töhfələr verməsini unutmaq olmaz!

    Ədəbiyyat tariximizdə ənənəvi mövzu kimi söz sənətkarlarının  dönə-dönə müraciət etdiyi “Durnalar” şeiri təcrübəli şair Vahid Əziz yaradıcılığından da yan keçmir. Bir çox məqamlarda isə müraciət etdiyi varlıqlara (adətən canlılara, heyvanlara, quşlara) sualla müraciət edir. Mətn (kontekst) daxilində bədii sualdan istifadə yolu ilə cavabı sualla paralel işlədir. Bu baxımdan “Qarğa” adlı şeirini də adıçəkilən mövzuda yazılan əsərlər silsiləsinin davamı kimi nümunə göstərmək olar.

    Xalq ruhuna, ədəbiyyatında dərindən bələd olan şair Vahid Əziz öz dolğun fikirlərini daha çox xalq şeiri üslubunda (qoşma və gəraylı) oxucuların diqqətinə çatdırır. Altı bənddən ibarət olan “Durnalar” rədifli qoşması da deyilənlərə ən bariz nümunə ola bilər:

    Nə olur, bu payız qalın, getməyin,
    buralar çox pisdir məyər, durnalar?..

    Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakirin, Süleyman Rüstəmin, Almas İldırımın  eyniadlı şeirlərində müşahidə olunan qürbət sıxıntısı, vətən həsrəti ənənəvi olsa da, müəllif öz əsərində sözügedən məsələyə fərqli yanaşır, qəliblənmiş söz və ifadələrdən yararlanmır. Əksinə, müəllif adıçəkilən mövzu ilə əlaqədar qələmə almış olduğu şeiri öz şair təxəyyülünə, ovqatına uyğun yazır. Vaxtın, zamanın süzgəcindən keçirdiyi hər birini misranı axıcı, səlis, sadə və anlaşıqlı dildə yazmaqla konkretliyə və ardıcıllığa riayət edir, mətn daxilində mövzudan kənarçıxmaya (lirik haşiyəyə) qətiyyən yol vermir. Uzunçuluqdan tamamilə uzaq olan şair Vahid Əziz oxucuya çatdırmaq istədiyi əsas fikri birbaşa, dolayı yol olmadan, bədii təsvir və ifadə vasitələrinin daxili imkanları hesabına çatdırmaqla öz oxucusunu yormur.

    Son dövr yaradıcılığnın məhsulu olan “Bir məktub yazmışdım…” şeiri məhəbbət mövzusunda yazılsa da, müəllif öz ənənəsinə sadiq qalaraq bu dəfə də yenicə işlədiyi əsərindı ictimai-siyasi lirikaya da vaxt ayırır:

    Dünya yaranışdan yaşayır bu cür–
    yazdan uzun olur payız ayları,

    Adıçəkilən sənət nümunəsini Ədəbiyyat tariximizdə Göylərə ünvanlana ən gözəl Məktub kimi səciyyləndirsək, daha düzgün olardı. Müəllif sözügedən əsərində birbaşa fəlsəfi fikirlərini bəşər övladı, insan üçün səviyyəvi olan müsbət cəhətləri təbiət hadiəsələrinin üzərinə köçürməklə yaratmış olduğu mükəmməl metaforalar formasında oxucusuna çatdırmış olur:

    Bir məktub yazmışdım bildir göylərə,
    deyəsəm–məktubu indi oxuyur.

    Şeirin növbəti bəndlərində isə sadalanan hadisələrinin ardıcıllığının şahidi oluruq. Zaman etibarilə ecazkar sənət əsəri sayılmağa layiq olan, heca vəznində qələmə alınan, oxucunu bir az düşünməyə vadar edən “Bir məktub yazmışdım…” əsəri yaz fəslində yazılmasına baxmayaraq, faktiki olaraq, məktub ilə payız fəslinin, məktub ilə göylərin qarşılıqlı əlaqələrinin olduğunu göstərən növbəti ədəbi faktordur. Çünki müəllif ədəbiyyatımızda az təsadüf olunan bir mövzuya müraciət edib. Özü də bilmədən yeniliyə-novatorluğa imza atıb. Belə ki, məktub insanın xatirələrini yeniləməyə, yaşanan dəyərli anlara qayıtması üçün cansız varlıqlar içərisində ən gözəl, ən dəyərli olaraq qalması fikrini təbliğ edən yeganə peoziya örnəyi kimi tariximizdə və yaddaşımızda əbədi olaraq qalacaq. Heç şübhəsiz ki, yazılan məktublar müəllifin özünün də keçmişinə qayıtması üçün bilavasitə vəsilə olandır.
    Axı bir parça kağız parçasının da müəllif-söz sənətkarı üçün müqəddəs qələm qədər önəmi var.

    Ədəbiyyat tariximiz üçün həmişə aparıcı olan Bədii üslubun hər üç səviyyədə (istər fonetik, istər leksik, istərsə də qrammatik) göstəricilərinə, müasir Azərbaycan ədəbi dilinin normalarına dərindən bələd olması, yiyələnməsi, müdrik xalqın dünyagörmüş şairi kimi hər dəfə öz oxucularını sevindirən, təəccübləndirən sevimli Xalq şairimiz Vahid Əzizə yeni-yeni yaradıcılıq uğurları, fəaliyyəti, tükənməz və bol enerji diləyi ilə

    Kənan AYDINOĞLU,

    • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat
    • Portalının Baş redaktoru,
    • Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
    • Bakı şəhəri. 13-14 aprel 2020-ci il.
  • Xalq şairi Vahid ƏZİZ.”Dağlar”

    Zirvədə qar gümüş kimi,
    əridib,su ovur dağlar,
    canı bir az isindimi-
    yuxusunu qovur dağlar,

    Döşündə yellər ləhləyir,
    dumanları iməkləyir,
    güllərlə birlikdə gülür,
    birlikdə də solur dağlar,

    Qışı-pambıq,yazı-ipək,
    səmalara dayaq,dirək,
    “Qızılcalı” adamlartək
    çopur-çopur olur dağlar,

    Köç yolları atıb-tutsa,
    çaşma–qəzəbini udsa!
    yaylağı doluya tutsa,
    deməli-yorulur dağlar,

    Yar deyil-könlünü alam,
    toy eləmir-nəmər salam,
    sirrin verə-cavan qalam,
    ürəyim qovrulur,dağlar,

    Vahid ƏZİZ,gör,nə deyir–
    çox yazmışam sənə dair,
    qoynunda zühr edən şair
    sənə tən doğulur,dağlar…

  • Xalq şairi Vahid ƏZİZ.”Bir məktub yazmışdım…”

    Şükür ki,bu gün də çıxdım səhərə,
    yağmur pəncərəmdə tüllər toxuyur,
    bir məktub yazmışdım bildir göylərə,
    deyəsəm–məktubu indi oxuyur.

    Olsun ki,sonradan üzü güləcək,
    biləcəm–ildırım haray salanda,
    bəlkə zülmətimə çaxmaq çəkəcək
    göy üzü halımdan halı olanda.

    Bayaqdan oxuyur–qısa olsa da,
    ömür uzundu ki,yazl çox olsun?
    damaqlar payızda gəlirsa dada,
    qoymaz ki,həyatın yazı çox olsun!

    Dünya yaranışdan yaşaylr bu cür–
    yazdan uzun olur payız ayları,
    toylar çalınanda durnalar köçür,
    olmaya sevmirlər çal-çağırlarl?

    Yağmurlar yağdıqca sellər çağlayib,
    bəlkə də dərdimnən eyniymiş dərdi?!
    yaxşı ki,məktubu yaza saxlayıb,
    payız oxusaydı–gör neynəyərdi?!

    Bircə sözüm qalır indi hər kəsə;
    göndərsin,istəyi vardırsa əgər,
    məktub–məndən sonra adıma gəlsə,
    qapımda yetimtək boynunu bükər.

    Fikirlər içində açdım gözümü,
    baxıb pəncərəmə bulud ağlayır,
    bildir göy üzünə tutdum üzümü,
    yaxşı ki,yadında məni saxlayır…

  • Xalq şairi Vahid ƏZİZ.”Tuturuq”

    Bəzən kor-koranə sevib-inanır,
    sonra gözümüzü yaşa tuturuq,
    ağılsız olanda əlimiz yanır,
    yananda-közlərə maşa tuturuq.

    Dağlar yer dustağı,yellər gəzərgi-
    əsməcə tavrınnan dəyişir rəngi,
    şahlar ona görə bizi əzir ki,
    qorxudan Tanrıyla qoşa tuturuq!

    Yaradır payızı,qışı,baharı,
    dağları,dənizı,çiçəyi,barı…
    Xilaskar göndərir insana Tanrı,
    Peyğəmbər Elçisin daşa tuturuq!

    Atəşdə çevrilir çörəyə xəmir–
    orda ki,özünü itirir dəmir!
    “Cibkəsən olanda” xətrinə dəymir,
    “Quldurkən” çəkərək başa,tuturuq!!

    Dost-dostu itirməz qədir biləndə,
    ağlayan çox olar igid öləndə,
    yayda,Vahid ƏZİZ,təngə gələndə,
    yenə üzümüzü qışa tuturuq…

  • Xalq şairi Vahid ƏZİZ.”Evdə qal…”


    (Sözə baxmayıb öz doğmalarının da
    həyatını zərbə altına qoyanlara)

    Qanmaq olmur–nə bəladır,nə kələk?
    dərdlər gəlir qoşun-qoşun,dalbadal,
    zarafatın yei deyil–eləyək;
    ay eloğlu,Vətən qızı,evdə qal!

    Min şükürlər…limonumuz,çayımız,
    nə cür olsa–yetişəcək payımız,
    qadraş,Vallah,yaman azdır sayımız;
    KƏSƏ BİLƏR SOYUMUZU,evdə qal!

    Bir iş tutsun–kim nə gəlsə əlinnən,
    toxusunlar palaz-paltar,kilimnən,
    Azadlığın alınmır ki,əlinnən–
    bağlasaq da ağzımızı,evdə qal;

    bu dərdinki,qaqaş,bircə bu yoldu!
    nə qalır ki,bırdə gördün yay oldu!
    “İnternetdə” o gün qəşəng toy oldu,
    xatalıdır küçə tozu,evdə qal!

    Səbrin səni çatlatsa da-qaynama,
    bezdirsə də arvad-uşaq,qaynana,
    “Virus”-deyir:”Mənnən qoz-qoz oynama”!
    inan,sevmir O,”qoz-qozu”,evdə qal!

    “Karnanın” da bir gün vaxtı bitcək,
    Cəhənnəmə vasil olub gedəcək,
    atılacaq həm “ağızlıq”,həm əlcək,
    çin etmıkçün arzumuzu,evdə qal.

    Şükür bizə!!-ellər yasa batıbdı,
    hara desən dərd əlini atıbdı,
    elə bilək “Qış yuxusu” tutubdu,
    yatıb-alaq yuxumuzu,evdə qal!

    Asudəsən–şeir də yaz,saz da çal,
    həyətində odun da yar,paz da çal,
    qorxma,bala,bəlalıya nə zaval?
    “Çıldağ” alar qorxumuzu,EVDƏ QAL…

  • Xalq şairi Vahid ƏZİZ.”Sevirəm”-deyənlər

    Baharda ayrılıb yola salanda
    çəmən güllərinin gözləri dolur,
    daha alışmışam,nağılların da
    sonluğu bu cürə qəhərli olur.

    Daha alışmışam,”Eşq ocağında”
    kül olur ürəklər isidən kömür,
    hər yerdə,hər zaman–payız çağında
    yuvalar dağılır,yarpaq tökülür.

    Ayrılıq çəkəcək,uzağı bir il,
    yenə də sonalar uçub gələcək,
    nərgiz,bənəvşə də,lalə də bir-bir
    üstümə qolların açıb gələcək.

    Yaz gələr–əriyər dağların qarı,
    daşların altına axar kuzələr,
    yarını aparan yollara sarı
    qaşların altınnan baxar gözəllər.

    Gün vurar,isinər teli sazların,
    qoca da,cavan da açar qol-qanad,
    tumurcuq timsallı çiçək qızların
    kimi yar gözləyər,kimisi övlad.

    Güllü yamaclara seyrə çıxanda
    qızlar çiçəklərə oxşadar bizi,
    can əsas olsa da,belə baxanda,
    “sevirəm”–deyənlər yaşadar bizi…

  • Xalq şairi Vahid ƏZİZ.”Hələ…”

    Tüstü otağımı dumanlandırıb,
    süfrə,kağız,qələm batıbdır külə,
    külqabı gəzirəm kibrit yandırıb,
    səhərin qaranlıq vaxtıdır hələ.

    Yamacda yel qaçlr,duman qovulur,
    buludlar rəngbərəng–boşalır,dolur,
    göylərin bənizi açır-tutulur;
    baharın bulannıq vaxtıdır hələ.

    Sevinc nə çəkdi ki?–zamanı qısa,
    “salamı” təlaşlı (o da alınsa),
    qəlbini gül kimi bəxş edir qıza;
    görüşün bir anlıq vaxtıdır hələ.

    Qartallar zirvədə qıy vurub uçur,
    şəfəqlər sellərin yolunu açır,
    körpə ayq açıb–qaçdıqca qaçır…
    dünyaya heyranlıq vaxtıdır hələ.

    Sıxma ürəyini gül verən oğlan,
    hələ pərvanətək başına dolan,
    işın nə biryolluq “o yanlıq” olan,
    nə də ki,”bu yanlıq” vaxtıdır hələ.

    Ümidi qəlbində söndürmə-ölməz!
    hər iş ya düzələr,ya da düzəlməz(!?)
    “Sevirəm”-deməknən dil dada gəlməz;
    sevginin “yavanlıq” vaxtıdır hələ.

    Dünyaya gəlmək də,getmək də qəliz,
    hesabat verəcək saldığın hər iz,
    özün qocalsan da,ay Vahid ƏZİZ,
    şeirinin cavanlıq vaxtıdır hələ…

  • Акция «Поэты и писатели в борьбе с коронавирусом»

    Централизованная библиотечная система Ясамальского района в течение марта-апреля нынешнего года осуществляет проект “Kitabxana koronavirusa YOX deyir!” («Библиотека говорит НЕТ коронавирусу!»).

    В проекте принимают участие все желающие. Проект является также своеобразным вкладом в цикл мероприятий, связанных с Годом волонтеров (Könüllülər ili) в Азербайджане. В рамках данного проекта проводятся выставки рисунков читателей, конкурсы стихов, песен и танцев. Все это способствует полезному и интересному проведению времени в период режима строгого карантина в нашей стране.

    Библиотека использует для этого различные площадки – социальные сети (Facebook, Instagram), каналы YouTube.

    Впервые в истории библиотечного дела в нашей стране проводится акция «Поэты и писатели в борьбе с коронавирусом» (“Yazıçı və şairlər koronavirusla mübarizə edir”). Акция проводится а рамках проекта “Kitabxana koronavirusa YOX deyir!” («Библиотека говорит НЕТ коронавирусу!»).

    Сегодняшним гостем является Гюльнур Аслан, хорошо известная читателям как участница акции «Подари библиотеке книгу», а также как автор романа “Ангелос”, сборника “Мир людей” и многих песен азербайджанской эстрады. Гюльнур Аслан – общественный деятель, поэт и писатель.

    Представляем читателям и пользователям библиотеки ее новое стихотворение «Счастье».

    Гюльнур Аслан

    Счастье

    Счастье не в молах, счастье не в парках,

    Счастье не в клубах ночных,

    Счастье не в дыме, лазерных арках,

    Счастье, конечно, не в них.

    Счастье не в беге (часто по кругу),

    Ни в суете вечеров,

    Счастье не в том, чтоб пожать другу руку

    И заразить его кровь.

    Счастье находится близко до боли

    Там, где живут мать, отец,

    Там, где ребенок играет с тобою,

    Там, где тепло их сердец.

    Если ночами вскочив в полумраке,

    Ищешь дыхание их,

    Чтобы унять бесконечные страхи

    Лишь о здоровье родных,

    И если слышишь дыханье простое,

    Счастье приходит в твой дом.

    Счастье лишь в том, что родные с тобою.

    Все остальное – потом!

    28 марта 2020

    #EvdəQal

  • Vətənimizi tanımaq üçün Qax rayonuna virtual səyahətə yollanırıq

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Azərbaycanın doğma diyarlarını tanıtmağa davam edir. Layihədə Xızı, Ucar, Göyçay, Agcəbədi, Qax rayon və Şəki şəhər mərkəzi kitabxanaları da fəal iştirak edir.

     Vətənimizi yaxından tanımaq üçün ölkəmizin gözəl guşələrindən biri  olan, qala, istehkam mənasını daşıyan  Qaxa yollanırıq.

    Videoçarx ərazisi 1494 kv kilometrdən ibarət Qax rayonunun xəritədə təsviri ilə başlayır. Xəritənin təsvirində dağlar, çaylar, göllər, düzənlikər, həmçinin kəndlərin adı və yerləşdiyi ərazilər də qeyd olunmuşdur. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala rayonu, cənub-şərqdən Şəki rayonu, cənub-qərbdən Yevlax və Samux rayonları ilə həmsərhəddir.

    Təqdim edilən videoçarxda Qax rayonunu bol su ehtiyatı ilə təmin edən Qanıxçay, Kürmükçay, Qapıçay, Ləkit çayı, Zərnə çayı, Əyriçay, Hamamçay kimi çayların, dağ zirvələrindən Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalının siyahısı və fotoları da verilmişdir. Zəngin təbiəti ilə məşhur olan  İlisu kəndində 25 metr hündürlüyündə Ramramay, unikallığı ilə seçilən  Ləkit kəndindəki Damcılı şəlalələri, Süskən kəndində çıxan mineral suyun Azərbaycanda məşhur olması haqqında məlumatlar əks olunmuşdur.

    Videoçarxda keçmiş dövrdən indiki dövrə kimi bir sıra görkəmli şəxsiyyətlərin adları və fotoları da öz yerini tapmışdır.

    Videoçarxda  hər daşının altında bir tarixin yaşadığı qeyd olunaraq, tarixin müxtəlif mərhələlərini özündə yaşadan abidələr diyarı Qaxın tarixi abidələri, ziyarətgahlarının fotoları qeyd olunmuşdur. Fotolar sırasında Qum bazilikası, Şam qalası, Həsənqala, Kümük məbədi, Alban məbədi, İçəri bazar və s. yer alır.

    Videoçarxın sonunda bir-birindən fərqli dadları özündə birləşdirən Qax mətbəxinə məxsus sürhüllü, xingili, qırs, quru ətdən hazırlanan yeməklər və müxtəlif plov növlərinin fotolarını izləmək olar.

    Videoçarxın giriş hissəsində Akif İslamzadənin “Bura Vətəndir”, davamında isə Pərvin Piranovun “Qax” mahnıları verilmişdir.

    Videoçarx aşağıdakı linkdə yerləşdirilib:

    https://www.youtube.com/watch?v=8V96ePH7p8o&t=44s

    Vətənimizə aid videoçarxlar müntəzəm şəkildə davam etməkdədir.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Gözüm o qözlərdə qaldı…” (Poema)

    Hörmətli Azər müəllim!

     91-ci ildə yazdığım əsərdi.

    29-il əlyazmalarımın arasında qalıb. Bir az əl gəzdirib Sizə göndərirəm. Hadisələr Azərbaycan Xalq şairi, Respublikanın Milli Qəhrəmanı X.R. Ulutürklə mənim gənclik və tələbəlik illərimizdən bəhs edir.

    Biz iki rəfiqə qızla ailə həyatı qurmuşduq. Bu əlyazmamı Xəlilə oxuyanda, artıq mənim xanımım dünyasını dəyişmişdi. İndi də X.R. Ulutürk dünyada yoxdu.

    Tanrı Firəngiz xanım Ulutürkü qorusun!

    Bakı şəhəri  – 23 mart 2020    

    Sizə hörmətlə,  Nəriman Həsənzadə, Xalq şairi

    P.S. Bu şəkli 1962-ci ildə, tələbə ikən Moskvada çəkdirmişik.

    PROLOQ ƏVƏZİ

    Qarşımda bir şəkil var,

    arada neçə il var.

    Neçə payız, neçə qış:

    orda saçlar qaraydı,

    burda saçlar ağarmış.

    Orda vüsal danışır,

    burda həsrət, ayrılıq.

    Ordakı “mən deyiləm”,

    burdakı mənəm artıq.

    Arada bir Araz var,

    içimdə etiraz var.

    Üz-üzə iki sahil! –

    çağır, eşidən deyil.

    Xəlil!

    Sara!

    Firəngiz!

    Üçü də doğma, əziz.

    Bir dastandı bu şəkil,

    sirli, sehirli dastan.

    Qalıb iki gəlindən,

    iki tələbə dostdan.

    Hardadı şəkil çəkən? –

    səadət bəxş eləyib,

    O da özü – bilmədən.

    Burdakı nöqtə, vergül,

    adi işarə deyil.

    Öz ahımdı – nəfəsim.

    Sinəmdən damcılayıb,

    qələmdən yox,

                                 əzizim!

    I

    İyirmi bir yaşında,

    örpəkləri başında.

    Səadəti gözündə,

    Həyaları üzündə.

    İki gəlin, iki gül,

    eşq dolu iki könül.

    Biri – Şirindən şirin,

    biri – Leylidən əziz.

    Sara, bir də Firəngiz.

    Güləndə – ekiztayı,

    mümkün deyil ayırmaq,

    ayırıb qəlbi qırmaq.

    İkisi də – bəxtəvər:

    biri bir az doludu,

    o biri sınıqtəhər.

    Biri bərk güləyəndi,

    o biri – az danışan.

    Biri tez küsəyəndi,

    o biri – tez barışan.

    Biri – kino sevəndi,

    o biri – şəkil yığan.

    Biri – gecdən durandı,

    o biri çox yatağan.

    İkisi də – ağappaq.

    Günüağ olmuşların

    hərəsi bir cürə ağ,

    hərəsi bir cürə pak.

    Birinin düşbərəsi,

    o birinin süfrəsi.

    Bir gəncin yastığına

    baş qoyubdu hərəsi.

    Ovsunlayıb aparıb

    hərəsi bir cavanı, –

    biri – Xəlil Rzanı,

    o biri də Qiyamı.

    Sonra bu toy-bayramı

    biri Salyanda qurdu,

    biri Gəncədə qurdu.

    Aşıqlar oxuyurdu,

    gəlinlər oynayırdı,

    qanımız durulurdu.

    Bəylər qucaqlaşırdı.

    Bu dünya paklaşırdı…

    Sara elə bilirdi

    daimiyik, əbədi.

    Yüz il sonra gec olmaz,

    danışsa bu söhbəti.

    Mən dedim elə demə,

    dünyaya ərk eləmə.

    Dünya timsah ağzıdı,

    açılıb bəşər üstə.

    Yatıb xumarlanırıq,

    biz mişar dişlər üstə.

    Yazıram o söhbəti,

    heyif, özü görmədi.

    Onda yaza bilmədim,

    indi susa bilmədim.

    II

    Hadini oxuyurdum,

    Cavidi oxuyurdum.

    Müşfiqi də yanaşı, –

    bir sırada qoyurdum.

    Hadi – Cümhuriyyətin,

    şair oğluydu – mətin!

    Yoxa çıxdı sonradan,

    On birinci ordudan,

    bir silahlı çalağan,

    dilində söyüş, hədə,

    bir yabançı ləhcədə

    sual verir, o susur,

    Əmr eləyir, o susur.

    Satır şeirlərini,

    alanı yox, o susur.

    Uçub ilham pərisi,

    həyanı yox, o susur.

    Deyirdilər o nadan,

    atəş açıb sonradan.

    Gəncədə deyirdilər,

    Bakıda deyirdilər.

    Deyən, görən sınırdı,

    millət hayıfsınırdı.

    Şəhərdə bir təlatüm,

    xalq qalxmışdı, görürdüm.

    Özüm də qarışırdım,

    evdə də danışırdım.

    Meydanda başqa Meydan,

    nümayiş, şüar, filan!

    Üçrəngli bayrağımız,

    yuxulu oyağımız,

    oyaq yatanlarımız,

    ara qatanlarımız…

    Tamam dəyişib şəhər,

    asfaltla yox,

                       insanla

    örtülmüşdü küçələr.

    Xəzər – iki dənəydi,

    Meydanda – zəlzələydi.

    Bu da tarixi bir gün,

    tarixi mərhələydi.

    Meydanda – “Cümhuriyyət”,

    “Demokratik hökumət”.

    sözünü ilk dəfəydi

    üzə deyirdi millət.

    Mən də qalxdım kürsüyə,

    demirsən qayna-qarış.

    Aparıcı susurdu,

    Elçibəy dedi: danış.

    Söz verirəm sənə mən! –

    təkrar elədi yerdən.

    Sağ gözümdə qığılcım,

    sol gözümdə məşəqqət, –

    bir dildə danışırdı,

    bayraq dilində – Millət.

    III

    Dəyişdi, sənə qurban,

    səndən sonra dünyamız.

    Himnimizə qarışdı

    ağımızla

                       laylamız.

    Tanklar yeridi, tanklar!

    Susdu qaynar bulaqlar.

    Yer tüstüydü, göy bulud,

    təkərlər altda sükut

    boğulub,

                       bağırırdı,

    dünyanın axırıydı.

    Döngələr təhlükəliydi,

    tarixi bir ləkəydi!

    Qətl, qarət – xəbərsiz,

    qanunsuz, məhkəməsiz.

    Fövqəladə vəziyyət!

    Bu zülüm, bu əziyyət

    Kremlin “töhfəsiydi”.

    Dolu sisternlərin,

    neftimin əvəziydi.

    Bakı – proletariat!, –

    bir fəhlə ölkəsiydi.

    Bakı – SSRİ-nin

    seçilən bölgəsiydi.

    Kremlin gözüylə bax:

    özü yox, kölgəsiydi!

    Tarix! Ulu Öndərin

    tarixi çəkisi var 1

    O göy gurultusunun

    bir ildırım səsi var.

    Cəllad onda gördü ki,

    millətin yiyəsi var.

    Salam, Fəxri Xiyaban! –

    səndə bir Türbəsi var.

    Hər gün, növbədənkənar,

    hər nəslin növbəsi var.

    Zaman səs verdi bizə,

    İstiqlal yazılırdı

    qədim salnaməmizə.

    İgidlər məzarına,

    əyildikcə, ucaldıq.

    Ölən yoxuydu daha,

    Şəhid olurduq artıq.

    IV

    Şeirin, sözün ağrısı

    bu dəfə cana düşdü.

    Xəlil zindana düşdü.

    Qarışdı Lorkalara

    və Musa Cəlillərə.

    Xalq səs verdi Xəlilə

    və Xəlilkimilərə.

    SARA

    Cinayəti nəydi bəs?

    QİYAM

    Dedilər millətpərəst.

    SARA

    Yaşayıbmı dünyada

    millətsiz bir sənətkar?

    QİYAM

    Dedilər sev milləti,

    Dili lal, qulağı kar.

    SARA

    Nə qədər yatdı Xəlil?

    QİYAM

    Nə qədəri şərt deyil.

    Uca tutdu başını

    Sovetin bayrağından.

    Nə çəkicindən qorxdu,

    nə onun orağından.

    SARA

    Firəngiz hardadı bəs? –

    həssasdı, dözə bilməz.

    QİYAM

    O, keçmədi Xəlildən,

    ona borcludur vətən.

    Sərt, təmkinli, pərişan,

    az dinən, az danışan.

    Teleqramlar vururdu

    yuxarıya birəldən.

    Səni xatırlayırdı

    məni görəndə hərdən.

    “Davam edir otuz yeddi,

    daha kəskin, daha ciddi!”

    Xəlilin gur səsiydi.

    “Lefortovo” zindanı

    təzə “gözətçi”siydi.

    “Ucundadır dilimin

    Həqiqətin böyüyü.

    Nə qoydular deyəyim,

    nə kəsdilər dilimi…”.

    Xəlilin sinəsində

    şaxələndi bu üsyan.

    İki dahi yetişdi

    bizim Kür qırağından,

    O – türkçü,

    Bu – Ulutürk.

    Türkün xəritəsini

    xəritədə böyütdük.

    V

    SARA

    Moskva, yataqxana,

    yadımdadı o illər.

    Yanaşı çarpayınız,

    Şərikli kitab-dəftər.

    bizim kirayə evlər.

    Qaçırdıq yanınıza,

    arada, axşam-səhər.

    Yoxuydu heç nəyimiz,

    İki qutu göy noxud

    gətirdik, gələndə biz.

    Qonşu hiss eləmişdi,

    həyətə, bağa çıxıb.

    Deyirdi, altı qutu

    anbardan yoxa çıxıb.

    – Altı qutu?

    – Düz altı.

    Əlim çənəmdə qaldı.

    İki qutuydu vur-tut,

    yarı su, yarı noxud.

    Əvəzində sonradan,

    noxudun havasıyla, –

    aş apardım qonşuya,

    üstünün qarasıyla.

    uğundu, getdi Xəlil:

    “İki qutu göy noxud,

    bir sini aş…” pis deyil!

    – Bir axşam itmişdiniz,

    kinoya getmişdiniz.

    Moskvaya, şəhərə!

    Nə burda, bələdsiniz,

    nə də orda, bir yerə.

    Şər qarışır, gün batır,

    biz yollarda bir təhər.

    Allah, ürəyimizə

    nələr gəlmirdi, nələr!

    – Sara!

    – Firəngiz!

    – Sara!

    səs salmışdıq yollara.

    Gedib qəbristanlığı

    harayladıq nə qədər,

    Yol – içindən keçirdi,

    susurdu daş qəbirlər.

    Baxırdıq, boylanırdıq,

    gedirdik, əylənirdik.

    Sonra gileylənirdik.

    XƏLİL

    Firəngiz gülər üzdə,

    küsər heç şeyin üstə.

    Sonra da minnət, xahiş,

    gəl, indi dindir, danış.

    QİYAM

    Sara da küsəyəndi,

    dediyini deyəndi.

    Bilmirəm necə dözür,

    soruşsan danar özü.

    XƏLİL

    Qızlar küsür ki, Qiyam,

    hardasa oxumuşam:

    onları çox istəyək,

    nə desə, onu deyək.

    Xəlil susurdu hələ,

    tutulmuşduq arada.

    Gəlib tapdıq biz sizi,

    bizim yataqxanada.

    – Bircə yolumuz qalır,

    bundan sonra biz gərək, –

    Vağzaldan bilet alıb,

    evinizə göndərək.

    Xəlil dedi, mən dedim,

    mən bilmədim, nə dedim.

    Sənin gözlərin doldu,

    Firəngiz də tutuldu,

    o da çəkdi içini.

    İndi necə uçurdaq

    İki ağ göyərçini!

    Öz tale payımızı,

    öz alın yazımızı,

    dünyadan – dünyamızı?!

    Güləndə, bağışladıq,

    söz də veririk ki, sözsüz, –

    kinoya gedəcəyik,

    ikimiz yox,

                       dördümüz.

    VI

    Qorki institutundan

    məktub göndərmişdilər,

    Qızlar pərtiydi yaman, –

    ailəli olanlar

    tək gəlsin, – demişdilər.

    Dolmuşdu yataqxana,

    ümid yoxuydu ona.

    Moskva!…

    İlk dəfəydi.

    bizim də səfərimiz.

    Məndən soruşdun, Xəlil,

    bəs Sara, bəs Firəngiz?!

    Küsdülər, köyrəldilər,

    vağzalacan gəldilər.

    Getmək istəyirdilər,

    Moskva qızlarını

    dalda pisləyirdilər.

    – Necə? – qısqanırsınız?

    – Yox, – deyib danırdılar.

    Xəlil, bizi sevənlər

    bizdən utanırdılar.

    Bu da bir istedaddı,

    heyif, çoxuna yaddı!

    Neyləyəsən, həyatdı:

    bir bağın meyvəsi də,

    gah şirindi, gah acı.

    Söz – ağızda çəkilir,

    dil – nədir bəs?

    Satıcı! –

    əridir mətahını,

    ucuz-baha qiymətə.

    Eşq olsun təbiətə!

    VII

    Bizə demişdilər ki,

    yağarlıqdı Moskva.

    Soyuqdu, sərtdi hava.

    plaş alın siz orda,

    zont alın, beret alın,

    Qaloş alın siz orda.

    Əldə zont, başda beret,

    geyindik plaşları.

    Ayaqqabının üstən

    keçirdik qaloşları.

    Dərsin birinci günü

    “bəzənmişdik” büsbütün.

    Nə hava soyuq oldu,

    nə yağış yağdı o gün.

    Sən demə, baxıbdılar,

    gülübdülər kənardan.

    “Marsdan, Aydan gəlibdi

    yəqin bu iki cavan…”

    Nə plaşı çıxartdıq,

    nə qaloşu soyunduq,

    Nə bereti, nə zontu,

    Beləcə, “məşhur” olduq.

    VIII

    Yaxşı keçdi seminar,

    inciyən olmadı heç.

    Smelyakov apardı –

    Yaroslav Vasilyeviç.

    On il sürgündə yatan,

    nə yuvası, nə evi.

    “Gözəl qızıydı Lida”

    şeirinin müəllifi.

    Ürəyi söznən dolu,

    narazıydı mühitdən.

    Misal çəkərdi bizə,

    Puşkindən, bir də Fetdən.

    – Heç kim yerində deyil,

    kimsə, bilmək istəsən:

    yaxşı dərzi olardı

    şairdi, nə deyəsən!

    Əla cərrah çıxardı,

    istəsəydi filankəs.

    O da poema yazır,

    şairdi, gəl indi döz!

    Vlademir Oqnev də 2

    həqiqətə mat qalır:

    – “Klassiklər” çoxalır,

    oxucular azalır!

    Seminar rəhbərinin

    dönüb baxır üzünə.

    O, dərin məna verir,

    tənqidçinin sözünə.

    Seminarın davamı

    düşmürdü dilimizdən.

    Bu, deyirdi: mən düzəm,

    o biri deyirdi: mən!

    “Şeiri Mayakovski

    necə yazır, bax elə.

    “Sol,

    sol,

    sol!..

    ancaq elə.

    Döyüşdəsən, davada.

    misralar qırıq-qırıq!

    Ütülü,

    Sığallı yox!..”

    Bir tələbə – şairin

    fikiriydi bu, belə.

    O biri də deyirdi,

    təmkinlə yox, təkidlə:

    “Yesenin də yazır bəs? –

    başqasına bənzəməz.

    Ağcaqayın dilində,

    ana dilində rusun.

    Kimə meydan oxusun?

    Kimin üstə çığırsın?

    Misranı niyə qırsın?”

    Bu biçdik, bir ölçdük,

    bir yaxşı fikrə düşdük.

    Xəlil dedi gəl, gedək,

    mən də dedim ki, mütləq.

    Bağ evi qonşudaydı,

    burda, Nazim Hikmətin.

    Ustad sözü deyərdi,

    Nə desəydi o, yəqin.

    Nazim uca boyuyla,

    qıvrım, sarı saçıyla,

    öz şəfqət bacısıyla 3

    evindəydi –

                       təzə-tər.

    Yenə o mavi gözlər!

    Yenə o türkcə dəvət!

    Yenə o səs, o ülfət!

    Yenə “Canım!”, “Şəkərim!”

    sevdiyi kəlməsiydi.

    Bizi görəndə hər dəm,

    bizə “gəl” deməsiydi.

    XƏLİL

    Seminarıydı, ustad,

    şeiri necə yazaq?!

    Mayakovski kimi,

    yoxsa,

              Yeseninsayaq?

    QİYAM

    Gəldik, sizdən soruşaq.

    Vurğunun bir bəndini

    əzbərdən deyə-deyə, –

    söykəndi pəncərəyə.

    “Nemətdisə gözəl şeir,

    şair olan qəm də yeyir.

    Ömür keçir bu adətlə,

    Uğurlu bir səadətlə.

    Görən məni nədir deyir,

    saçlarına düşən bu dən,

    şair, nə tez qocaldın sən?”

    Bir xəzinə yatırdı

    Nazimin sinəsində.

    Mehriban görkəm aldı,

    sağ əli çənəsində:

    – Canım, bax, hansı dildə

    ananla danışırsan, –

    o dildə yaz şerini,

    başa düşsün qoy anan.

    XƏLİL

    “Mən Şərqdən gəliyorum,

    Şərqin dərdlərini

    bağıra-bağıra

    gəliyorum!

    Sən yanmasan,

    mən yanmasam,

    biz yanmasaq,

    nasıl çıxar qaranlıqlar

    … aydınlığa?!”

    – Sizinkidi bu, ustad,

    misal çəkirdi Xəlil.

    – Mayakoskivari,

    üsyan, çağırış deyil?!

    – Canım, üsyan, çağırış

    lazımdısa oxumaq;

    qoy məni oxusunlar,

    Mayakovskini yox.

    Gördüm başqa bir sual

    düşündürür Xəlili.

    – Bəs?..

    Nazim qabaqladı:

    – Vurğun, Rəsul, Rəfili.

    Oxuyuram onları,

    risk, yeni söz, cəsarət

    yaşadır sənətkarı, –

    deyirdi Nazim Hikmət.

    Dünən orda seminar,

    bu gün burda bu söhbət.

    İki tələbə – şair,

    ortada Nazim Hikmət.

    Nazim – parlaq bir ulduz,

    Nazim – özünəməxsus.

    Yolda bir səs deyirdi:

    uddunuz, uduzdunuz?!

    Şərt deyil dedi o səs,

    oxşamaq,

                       oxşamamaq.

    Şərtdi – şair doğulmaq,

    şair – doğulur ancaq.

    IX

    Məhəmməd Mamakayev –

    Çeçeniydi milləti.

    Canlara dəyəniydi

    amma bir xasiyyəti:

    Gücsüzün tərəfiydi,

    haqsızın – qənimiydi,

    onda da səmimiydi.

    İki, ya üç yaş artıq,

    əslində yaşıdıydıq.

    Boyda-buxunda da şax!

    dilində yalnız: Allah!

    Ucadan danışardı,

    danışanda – yaşardı

    əli, qolu, bədəni.

    Canlıydı, daş deyildi,

    biz sevirdik çeçeni.

    Xəlilin ad günüydü,

    yataqxana süfrəsi.

    Biz dəvət eləmişdik,

    o da saymışdı bizi.

    Bir çeçen xəncəri də

    gətirmişdi Xəlilə.

    Belindəki kəmərə

    bağladı öz əliylə.

    General Yermolovun

    heykəlini uçurdan, –

    biri – Məhəmməd imiş,

    deyirdilər o zaman.

    İstiqlal istəyibmiş,

    Məhəmməd Mamakayev.

    cəza çəkib gəlibmiş

    Məhəmməd Mamakayev.

    Qorki İnstitutunun

    o da tələbəsiydi.

    Çeçen tərbiyəsiydi,

    bizə qardaş deyirdi,

    sağlıq deyən tələbə.

    (Yadımdadı hələ də!)

    Professor İşutin, –

    bizim müəllimimiz,

    kimdənsə, tutub xəbər,

    bilməmişik birimiz,

    açdı qapını gülər.

    – Burda bir tələbəmin

    ad günüdür dedilər.

    Təsadüf!

                       Nə qiyamət!

    Əvvəl Xəlil gəl! – dedi,

    sonra çeçen Məhəmməd.

    – Bir tələbə qız gəlib,

    lap uzaqdan, Çitadan.

    Mən onu axtarırdım

    elə burda bayaqdan.

    Biz onun gəlişini

    bəyəndik, alqışladıq.

    Bərk tərifə başladıq.

    Saxladı: – Yox, belə yox,

    mən bunu xoşlamıram.

    Xəlilin sağlığına

    qaldırdı bir yüz qram.

    – Maqomet Mamakayev! –

    düzmü dedim bu adı?

    Mənim tələbəm olub,

    o yaxşı yadımdadı.

    Başsağlığı oxudum,

    qəzetdə dünən axşam.

    düzü, bərk tutulmuşam.

    Əsl çeçen: igid, ər,

    bəs sizə deməyiblər?

    – Başqa Mamakayevdi,

    adı qəzetdə gedən.

    Məhəmməd Mamakayev

    cavab verdi yerindən.

    Gülüş – masabəyiydi,

    tələbə süfrəsində.

    Doldurulan hər qədəh, –

    bir sağlıq növbəsində!

    Hər kəs öz aləmində,

    hər kəs öz kölgəsində.

    Mamakayev oxudu

    bir çeçen ləhcəsində.

    X

    İki göyərçin qondu,

    o gün pəncərəmizə.

    “Gəlirik, qarşılayın”

    teleqram gəldi bizə.

    Firəngizdən, Saradan,

    Rostovdan, Belqoraddan,

    Xarkovdan, daha hardan!

    Bir qayğımız var ancaq, –

    Onlar harda qalacaq?

    komendant köhnə bezdi.

    Desək ki, qızlar gəlir,

    deyəcək hələ tezdi.

    – Xəlil!

    – Qiyam!

    çağırdı

    İkimizi iki səs.

    Bir an – yüz günə dəyər,

    yüz gün bir ana dəyməz.

    Baxdıq, gordük, sevindik,

    Göydəydik, yerə endik.

    – Sizsinizmi?

    – Bizik, biz!

    Sara, bir də Firəngiz!

    Dünya – qadın ətirli

    gülüymüş, bilməmişik.

    Gələndə özümüzlə

    niyə gətirməmişik?

    Nə yaxşı, burda tapdıq,

    orda itirməmişik!

    XƏLİL

    Teleqram vurubsunuz,

    yəqin bərk qorxubsunuz.

    Düz deyirəm Firəngiz?

    beş… altı… bu da səkkizi

    Heç qalmayıb pulunuz,

    yolda soyulubsunuz.

    – Gəlmişik ki, qaytaraq,

    bir az da artıq alaq…

    Firəngiz gülə-gülə,

    cavab verdi Xəlilə.

    Sara da dedi: Qiyam,

    mən qorxmuşdum, danmıram.

    Ünvanı səhv yazarıq,

    gəlib burda azarıq.

    QİYAM

    Görmüşdüm yuxusunu,

    gələndə, yol uzunu

    deyirdim sən işə bax,

    ayan olur ürəyə.

    Bir cüt göyərçin – dümağ,

    qonmuşdu pəncərəyə.

    Əsl xəbərçidilər,

    Sizin gəlişinizi

    onlar bizə dedilər.

    XI

    Sara mənə deyirdi ki,

    bu, ayrıca hekayətdi,

    sizdən sizə şikayətdi.

    Mən tərsinə yozurdum:

    – Yox,

    Şikayət də – məhəbbətdi.

    SARA

    Siz getdiniz qoyub bizi,

    məni, bir də Firəngizi.

    Gündə poçtu yoxlayırdıq.

    Atamızın evindəydik,

    sizdən ötrü ağlayırdıq.

    İyirmi il doğma ikən,

    yad olmuşdu bu ev birdən.

    Firəngizə, mən dedim ki,

    bir yol tapım, çıxış yolu,

    aramızda sirr oldu bu.

    Məktub yazdıq atamıza,

    mən Qiyamın imzasıyla,

    o Xəlilin imzasıyla,

    yeni görüş sövdasıyla.

    Guya xiffət edirsiniz,

    xahiş, minnət edirsiniz,

    bizi dəvət edirsiniz.

    “Bilet alıb salın yola,

    Moskvaya,

    Dobrolyubov küçəsinə,

    üç-dörd günə…”

    Məktubu göstərdilər,

    muştuluq istədilər.

    Oxutdular…

    oxuduq.

    İkimiz də yox, – dedik,

    guya razı deyildik.

    Guya biz darıxmırıq,

    Darıxan tək sizsiniz.

    orda ikinizsiniz.

    Fikirliydi atamız,

    İki evə sığmırdı

    hikkəmizlə ədamız.

    – Haraya… Moskvaya?…

    deyirdik onda biz də.

    Məktubu yazmasaydıq,

    ölərdik ikimiz də.

    Anamız təkləyirdi,

    bizi birçəkləyirdi:

    – Gedin, ev-eşik olun,

    bir az göz-qulaq olun,

    yatanda, oyaq  olun.

    duranda dayaq olun.

    Təzə ər-arvadsınız,

    elə bil ki, yadsınız.

    Gedin, verin əl-ələ,

    yaşayın innən belə.

    Darıxıb binəvalar,

    Orda pisdi havalar.

    Gedin, bir həyan olun,

    bir az mehriban olun…

    Ağıl-öyüd verdilər,

    qəlbimizə girdilər.

    Danışdılar, küsdülər,

    biz dözdük axıracan,

    onlar da çox dözdülər.

    Yenə ana ürəyi!

    Gəlinlərin “kələyi”

    özü də bir yuxuydu,

    xəbərləri yoxuydu.

    Qorxurduq sonra, düzü,

    sirrimiz çıxar üzə.

    Gələndə göstərəllər

    məktubu onlar sizə.

    Sizsiz,

              sizin imzanız,

    axı, yazmamısınız.

    Məktubu tez götürdük,

    rahat bir köks ötürdük.

    Firəngizlə görüşdük,

    Paytaxta 1 yola düşdük.

    Gəlib yola saldılar,

    bizdən razı qaldılar,

    Vağzallarda enirdik,

    uçurduq, sevinirdik.

    hədəfə –

                       bir teleqram.

    “Dobrolyubov küçəsi,

    Moskva, Xəlil, Qiyam!”,

    Dəvət eləmədiniz,

    yenə Sara, Firəngiz!

    Elə ki, gördük sizi,

    əlinizdə gül-çiçək,

    Ağladıq ikimiz də,

    çətindi sözlə demək.

    Gərək bunu mən, Qiyam,

    nəvəmə də danışam,

    o da öz nəvəsinə…

    Mat qalmışdım mən onun

    yaşamaq həvəsinə.

    Ağırıydı yataqda,

    amansızdı təbiət.

    Bəlkə də bu hekayət,

    qadın heysiyyətindi,

    onun vəsiyyətiydi?

    EPİLOQ ƏVƏZİNƏ

    Ömür uzun, ömür qısa,

    ad qazandıq adımıza.

    Məndən sizə nə qaldısa,

    o da bu sözlərlə qaldı.

    İz axtardım, yola çıxım,

    sağa dönüm, sola çıxım.

    Üzüm bir sahilə çıxım,

    o gücüm izlərdə qaldı.

    Mən dost gördüm, həyan gördüm,

    salam verib, sayan gördüm.

    Sənə bir oxşayan gördüm,

    gözüm o gözlərdə qaldı.


    [1] Heydər Əliyevin 1990-cı il 20 yanvar faciəsi ilə bağlı Moskvanın Azərbaycan nümayəndəliyində xarici ölkə jurnalistləri qarşısındakı çıxışı nəzərdə tutulur (müəllif)

    [2] Tanınmış rus tənqidçisi (müəllif)

    [3] Nazim Hikmətin evində həm şəfqət bacısı, həm də xidmətçi qadın (müəllif)

    1 O vaxtkı Moskva nəzərdə tutulur (müəllif)

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    * * *

    Hələ onda bildim mən onda bildim,
    Atamın həm oğlu, həm də qızıydım.
    Mənim qəpik quruş xərcliyimdə də
    Acılığım bir yol da üzümə vurdu.

    Ora qaç, bura qaç, oxu düşünmə
    O, keçər bu keçər unutsan keçər,
    Atam oğlum deyər, anam qızımdı.
    Baxarsan onda da qız üzün gülər!

    I knew then, I knew then,
    I was both my father’s son and daughter.
    My penny is also a penny
    Anger hit me in the face one way or another.
    Run there, run here, don’t read and think
    He passes, he passes, he passes, if you forget,
    My father says my son, my mother was my daughter.
    If you look, then the girl smiles.

    * * *

    Özümə dost bilib güvəndiklərim,
    Vaxt gəldi yad kimi üzümə durdu.
    Bir yol da yıxılsan baltalayarlar
    Bu yıxdı o tikdi gedən də qurdu.

    Those whom I trust to be my friends,
    When the time came, he stood in front of me like a stranger.
    If you fall one way, they will ax you
    It was demolished, it was built, it was built.

  • Nemət TAHİR.Seçmə şeirlər

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    * * *

    Qorxu – nəsə itirmək hissi…
    Kimisi can itkisindən
    Kimisi mal itkisindən
    Kimisi vəzifə itkisindən
    Qorxar,susar kölələşər.
    Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər.
    İnsan da insanlığın itirməkdən yaman qorxar.
    Qan danışar,sonra isə qan qusar….
    Yuxu-ruhun azad olduğu an…
    Daş üstündə daş kimi yatan da var.
    Yatağında ilan kimi qıvrılan da var.
    Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var.
    Qula çevrilmiş ruhlar,istəməsə də, bu “canları”daşımağa məhkumdurlar.
    Ruhlara bu cəzanı niyə vermiş Allah?
    Görən bunların hansı günahı var?…
    Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…
    Yaradana sevgi,
    Valideynlərə sevgi,
    Vətənə sevgi,
    Qadına sevgi,
    Vəzifəyə sevgi,
    Var -dövlətə sevgi…
    Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?
    Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…
    Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq:
    Azadlıq !Azadlıq! Azadlıq!!! 

    Xatirələr…

    Sənsizlik,tənhalıq sıxanda məni
    Arzular,ümidlər dayağım olur.
    Mən haçan darıxsam,səninlə bağlı
    Şirin xatirələr qonağım olur.

    Həsrət fırtınası azdırsa məni
    O ulduz gözlərin mayağım olur.
    Mən eşq dənizində üzən bir gəmi
    Qolların limantək sığnağım olur.

  • Kənan AYDINOĞLU.”Paytaxtdan dünyaya boylanan şair”

    (Gənc xanım yazar Yağmur Əsmərsoyun bədii yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz)

    Zəngin yaradıcılıq ənənələri ilə öz inkişaf səviyyəsini qoruyub saxlayan çağdaş Azərbaycan ədəbiyyatı dövrün, zamanın tələblərinə uyğun olaraq, forma-məzmun, mövzu-ideya baxımından bir-birindən daha maraqlı bədii əsərlərin, poeziya nümun ələrinin, dramaturgiya sahəsində yenifikirli qələm sahiblərinin, istedadlı yazarların, gənc nəslin nümayəndələrinin sayının artmasına, dünyaya və həyata baxışın köklü surətdə dəyişilməsinə, xalqın  zəngin tarixinə nəzər salmaqla, humanizmi, səmimiyyəti, dərin fəlsəfi fikirləri, hikmətamiz sözləri yenidən cilalamağa səbəb olan bir çox sənət əsərlərinin yaramasına səbəb olur. Uzunmüddətli yaradıcılıq axtarışlarının nəticəsi kimi qiymətləndirilə bilən bu proseslərin özündə də xalq hikməti, birbaşa xalqa bağlılığı özündə təcəssüm etdirən ənənələr var.

    Novatorluğu və ənəni özündə birləşdirən, tarix boyu “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasının təbliğinə xüsusi önəm verən, qədim köklərə söykənən Azərbaycan ədəbiyyatı görkəmli söz sənətkarları ilə yanaşı ilə həm də, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin təbliği, tədqiqi (daha çox ədəbiyyatşünas-alim və ədəbi tənqidçilər tərəfindən araşdırılması) xüsusi diqqət ayırmış, ədəbi mühitdə tanınması üçün lazımi köməklik göstərmişdir. Heç şübhəsiz ki,  bu proses, bu tarixi ənənə bu gün də uğurla davam etdirilir. Ədəbi tənqid isə öz növbəsində müəllif əsərlərinin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməklə qələm sahiblərinin ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasında mühüm və mühüm olduğu qədər də tarixi rol oynayır. Gələcək üçün oxucu ilə müəllif arasında yeni-yeni körpülərin salınmasına bilavasitə zəmin yaradır.

    Əslən Azərbaycandan olmasına baxmayaraq, qürbətdə, bədii yaradıcılığını daha çox lirik şeirləri ilə davam etdirən gənc xanım yazarlardan biri də, təbii ki, Yağmur Əsmərsoydur. Rusiyanın “Mədəniyyət paytaxtı” Sankt-Peterburqda yaşasa belə, qəlbi daim Vətən, yurd eşqi ilə döyünən, böyüyüb, boya-başa çatdığı elinə, obasına bütün varlığı və vücudu qədər bağlı olan xanım yazarın qələmindən çıxan hər bir misradan müəllifin obrazlı təfəkkürə, bədii təsvir və ifadə vasitələrinin daxili imkanlarına bələd olması, daim yenilik axtarışında olması daha aydın çözülür. Böyük əminlik hissi ilə demək olar ki, nəcib, incə duyğulu şeirləri ilə oxucuların rəğbətini qazanan gənc xanım yazar Yağmur Əsmərsoyu böyük ümidlərlə dolu xoşbəxt gələcək gözləyir. Bunun üçün tələb olunan əsas şərtlərdən biri və birincisi daim öz üzərində çalışması, yaradıcılıq fəaliyyətini davam etdirməklə bərabər, həm də ömrünü-gününü mütaliə (daha çox bədii əsərlərin) içində keçirməsi ola bilər. Belə ki, uğurlarının sayı artdıqca hər bir, hətta kiçik uğurdan belə ruhlanması, özünü yeni məzmunlu əsərlər yazmağa sövq etməsi  müəllifin özünəməxsus dəsti-xəttinin formalaşmasına şərair yaradacaq.

    Müəllifin şeirlərinin hər birində səmimiyyətin, gələcəyə olan inamın şahidi olmağımız bizə belə deməyə əsas verir. Bir də ki, istedad hər bir şəxs və ya şəxsiyyət üçün önəmli amildir. Heç şübhəsiz ki, istedad müəllifi ədəbi mühitdə tanıdan əsas müsbət keyfiyyətlərdən biri kimi diqqətçəkən məqamlardandır.  İstedad isə öz növbəsində müəllifin xaraterini, dünyagörüşünü formalaşdıran, cərəyan edən ictimai-siyasi hadisələrə biganə qalmamağı təbliğ etməyində əsas və yeganə silahdaşı kimi gözlərimiz önündə canlanır. Duyğu və düşüncələr aləmində bir-birindən maraqlı və maraqlı olduğu qədər də dəyərli sənət nümunələrini yaratmağa vəsilə olan əsas səbəblərdən biridir.

    Müasir Azərbaycan ədəbi dilinin funksional üslublar sistemiə daxil olan üslubların hər biri üçün səciyyəvi olan fonetik, leksik, qrammatik normaların gözlənilməsi müəllifin yaradıcılığının əsas müsbət cəhətlərdən biri kimi xarakterizə olunmalıdır.

    Müəllifin şeirləri də özü kimi kövrəkdi. Sevgi ilə yazmış olduğu poeziya örnəkləri, sözügedən məsələ ilə bağlı bunu bir daha ədəbi faktor kimi təsdiq edir.

    Gənclik dövrünü yaşayan, bərkə-boşa çəkildikcə möhkəmlənən, söz ilə silahlanan, xalqın zəngin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə dərin hörmət və ehtiram bəsləyən gənc qələm sahibi Yağmur Əsmərsoy oxucusu ilə daha çox könül dilində-səmimiyyə dilində danışır. Uydurmaçılıqdan tamamilə uzaq olması da müəllifin qısa zamanda uğur qazanmasına səbəb olan müsbət keyfiyyəti kimi səciyyələnməlidir. Ona görə ki, fərd və müəllif olaraqgənc xanım yazar sənət meydanında uğur qazanmağın yollarını bilir və bunu dərk edir. Hər şeydən öncə öz istedadına güvənir. İstedadına güvənmədən uğur qazanmağın mümkün olmadığını da ədəbiyyatsevərlərlə bərabər, müəllif həm dərk edir, həm də özü üçün mülahizələr yürüdür. Şeirlərinin hər biri isə real həyat hadisələrinə söykənir. Misradaxili bölgü, qafiyə də öz yerində. Bir çox məqamlarda ictimai-siyasi, fəlsəfi məzmunlu fikirlərini də çatdırmağı unutmur.

    Son vaxtlar ədəbi elektron məkanda bir neçə mədəniyyət və ədəbiyyatyönümlü portallarda şeirlərini oxudum. Hər birində cərəyan edən hadisəyə fərqli yanaşmanın, fərqli düşüncənin şahidi oldum desəm, heç də yanılmaram. Hansı mözvuda yazmağından asılı olmayaraq, müəllif hər şeydən öncə dilin sadələyinə, anlaşıqlı və təsirli olmasına önəm verir. Bu amil müəllifin özü üçün də çox vacibdir.

    Yaradıcılığında humanizmi, səmimiyyəti təblği edən gənc xanım yazar Yağmur Əsmərsoy gələcək ilə bağlı arzu və istəklərini, düşüncələrini də bölüşür.

    Sənət meydanında ilk titrək qədəmlərini atan qələm yoldaşımız, şair dostumuz Xanıməfəndi Yağmur Əsmərsoya yeni-yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi özümə həm vətəndaşlıq, həm də qardaşlıq borcu bilirəm. El qızı, uğur olsun!!! Uğurların bol olsun!!!

    Gün o gün olsun ki, Sənin Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmağını görək. Şeirlərinin, bir-birindən maraqlı və rəngarəng kitablarının işığına yığışmaq diləyi ilə

    Kənan AYDINOĞLU,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Bakı şəhəri. 12 aprel 2020-ci il.

  • Yağmur ƏSMƏRSOY.”Oldu da tüfürüb buraxdıqlarım”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Oldu da tüfürüb buraxdıqlarım,
    İndi yaxınlaşıb üzümə baxmaz.
    O, gündən bu günə yaltaqlananlar,
    Bir də tüfürdüyü kişi yalamaz.

    What I spat and left,
    He doesn’t approach me now and look at my face.
    He is flattered from day to day,
    And the man who spit does not lick.

    Что я плюнул и ушел,
    Он не подходит ко мне сейчас и смотрит на мое лицо.
    Он польщен изо дня в день,
    И человек, который плюет, не лижет.

  • “Bakı-Orenburq – birlikdə oxuyaq!” (“Баку-Оренбуржье- читаем вместе!”)ən çox oxunan kitabların virtual sərgisi

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə “Kitabxana – dostluq körpüsüdür” (“Dostluq sərhədləri tanımır” çagırışı)  layihəsi çərçivəsində bu kitabxanalarda ən populyar və ən çox oxunan kitabların virtual sərgisini təşkil etdi.

    Virtual sərgi #EVDƏQAL çağrışına dəstəkdir. Virtual sərgi aktuallığı ilə maraq doğurur. Burada müasir oxucuların ən çox oxuduqları kitablar yerləşdirilib.

    Sərgilənən kitabları seçmək üçün M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanasında” olan kitabların mütaliəsini analiz etdi. Nəticədə son yeddi ildə müxtəlif ölkələrdə yaşayan oxucular tərəfindən ən çox oxunan beş kitab müəyyən edildi.

    Sərginin birinci bölməsində son yeddi il ərzində ən çox oxunan və populyar olan beş kitab (Пять самых читаемых и популярных  книг Азербайджана) haqqında məlumat verilmiş, Azərbaycan, ingilis və rus dillərində olan bu kitablar əks olunmuşdur.

    Onların arasında ingilis dilində William Goldman “The Princess Bride”    (“Prenses gəlin”), kolumbiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısının Gabriel Garcia Marquez ingilis dilində “One Hundred Years of Solitude” (“Yüz ilin Tənhalığı”), akademik İqrar Əliyevin rus dilində «История Азербайджана» (“Azərbaycan tarixi”), Qabusnamə, professor F.Veysəllinin “Dil” kitabı.

    Virtual sərginin ikinci bölməsində Orenburq sakinlərinin  beş ən çox oxuduqları (Пять самых читаемых книг оренбуржцами) kitablar verilmişdir: «Книга о губернаторах Оренбуржья» (“Orenburq qubernatorları”), «Оренбург: Литературные прогулки – книга-альбом» (Orenburq: ədəbi gəzintilər – kitab-albom), britaniyalı yazıçı Coan Roulinqin “Harri Potter” (Джоан Ролинг “Гарри Поттер”), avstraliyalı yazıçı Kolin Makkalounun «Поющие в терновнике» (“Tikanlıqda şərqi deyənlər”) rus yazıçısı Mixail Bulqakovun «Ма́стер и Маргари́та» (“Master və Marqarita”) və Geоrge Orwel «1984» kitabı.

    Son aylarda virtual kitabxanaya yerləşdirilən kitablar arasında ən çox oxunan «Uşaq hüquqları dünya xalqlarının nağılllarında» (Azərbaycan və rus dillərində), «Azərbaycan çörəyi”, rus dilində T.Aleksandrovanın “Kuzka yeni evdə” (“Kuzka v novom dome”) və Brayan Cekson “Lyuk haqqında əfsanə” (“Leqenda o Lyuke”).

    Ətraflı: virtual sərgidə yerləşdirilən kitabları https://padlet.com/nikitinmihail56/gaablew1nva1  oxumaq olar.

  • Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə “Kitabxana–koronavirusa YOX deyir!” layihəsində iştirakı davam edir

    Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə

    “Kitabxana – koronavirusa YOX deyir!”

    layihəsində iştirakı davam edir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar öz əsərlərini təqdim etməkdə davam edir.

    Kitabxana karantin rejimində işini uğurla davam etdirərək, oxuculara virtual xidmət göstərməkdədir.

             Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis növbəti “Nənə, nağıl de mənə…” adlı nağılını kitabxanaya virtual formada təqdim etdi. Nağılın qəhrəmanı Məsmə nənənin – “O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək” – sözləri ilə yazar “Biz birlikdə güclüyük!”, “#Evdəqal” çağrışını bir daha dəstəklədi.

    Əziz uşaqlar, “Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!” – deyən yazar, tezliklə bəşəriyyətə kabus olan bu virusun məğlub olacağını, insanlığın qələbə çalacağını bildirir.

    Nağılı rəngli şəkillərlə də oxuya bilərsiniz:

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/947884706.pdf

                                                       Gülarə Munis

                                               AYB-nin və AJB-nin üzvü,

                                   M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın

                                                        Fəxri oxucusu

                                  Nənə, nağıl de mənə…

    Biri var idi, biri yox idi.Məsmə adlı bir nənə var idi.Məsmə nənənin Azər və Turan adlı iki nəvəsi var idi. O, hər gün axşam nəvələrinə maraqlı nağıllar danışar, nəvələri da onu dinləyərdi.

    Bir gün Məsmə nənə yenə nağıl danışmağa başlayanda Turan dedi:

    – Ay nənə, elə nağıl danış ki, orada əjdaha, div olmasın.

    Bunu eşidən Azər isə dedi:

    – Nə danışırsan? Onda nağıl maraqlı olmaz ki… Qoy əjdaha, div olan nağıl danışsın. Sən qızsan, qorxursan get yat!

    Turan incik halda cavab verdi:

    – Mən onlardan qorxmuram! –  Sonra əlavə etdi. –  Nənə, ola bilər ki, o əjdaha və divlər bizim yaşadığımız zamana da gəlib çıxsınlar?

    Məsmə nənə Turanın başını sığallayıb dedi:

    – Əslində hər zamanın öz divi, əjdahası olur. Bizim də zamanda div, əjdaha var, amma biz onları görmürük. Onlar öz pis əməllərini gizlincə edir. İnsanları qorxuya, vahiməyə salır. Onlara zülm edir.

    Turan maraqla soruşdu:

    – Ay nənə, düzdür ki, əjdahanın başında tac olur?

    Məsmə nənə gülümsəyərək cavab verdi:

    – Düzdür. Amma bəzən başında tac olan daha qorxulu şeylər də olur.

    Azər tez qışqırdı:

    – Mən bilirəm, bizim dövrdə olan əjdahanın adı nədir, o koronavirusdur. Onun da başında tac var, o da insanlara düşmənçilik edir, adamlara əzab-əziyyət verir. Nənə, onda demək pis xəstəliklər divlər kimidir? Onda da adamlar evdən çölə çıxmır, hamı öz evində qalır.Ay nənə, nağıllarda qəhrəmanlar o divlərə, əjdahalara qalib gəlib, onları öldürür, insanları xilas edir, bəs bu xəstəliklərə kim qalib gələcək? Onları kim məhv edəcək?

    Məsmə nənə mehribanlıqla cavab verdi:

    – O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək. O xəstəlik gəzəcək, axtaracaq, küçələrdə yoluxmağa adam tapmayacaq. Hirsindən, qəzəbindən  özü məhv olub gedəcək. Axı insanlar əlbir olanda, bütün divlərə, əjdahalara qalib gələ bilirlər.

    Beləcə bu günkü nağılımız da sona çatdı. Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!

                          Nənə, nağıl de mənə,

                          Mən qulaq asım sənə.

                          Danış yağışdan, qardan,

                          Almalar gəlir hardan?

                          Göyün donu sökülsün,

                          Ordan alma tökülsün!

  • Xalq şairi Vahid ƏZİZ.””KORANAVİRUSLU” BAKI…”

    Birinə xoş gələr,birinə “naxoş”,
    bilinmir–oyaqdır,ya yatıb Bakı?
    Bulvar qəribsəyir,küçələr bom-boş;
    “50-ci” İllərə qayıdıb Bakı!

    Hər kəs öz evinə,mülkünə bağlı,
    danışar gah qəmli,gah gülə-gülə,
    böyük Vurğun demiş:”Sirli,soraqlı…”
    sonu nə olacaq?-bilinmir hələ!

    Allah uzaq etsin-yaslı analar
    üzlərin qanadıb,dizinə vurub,
    Bakıda çox olub matəmli anlar,
    “Qızılın” qarası üzünə vurub!

    Bu,”Qara” adlanan “qızıla” görə
    o qədər insanlar sınıb,asılıb,
    dövran–şairləri atıb Xəzərə,
    adına içi boş məzar qazılıb!

    Mənim də başqa iş gəlmir əlimnən,
    hamımız dövrana xidmət etmişik,
    bəlkə də gerçəkdır-“Virus”-deyilən,
    bəlkə də hamımız küyə getmişik?

    Xəbərlər yayılır: “Basıb aləmi,
    amandır,itməsin ayıq-sayıqlıq”!
    bəlkə də,bir dostum dediyi kimi:
    “Böyük oyunların peşkalarıyıq”!!

    Beynimə yazmışam məşhur deyimi:
    “Üzmək çetin olur axına qarşı”,
    savaşda-General,Pıyada–eyni,
    “Qələbə marşı da”Piyada marşı!

    “Virus”- yer üzünə vurulmuş yamaq,
    yaz gəldi,Qürbətdən durnalar köçür,
    “50-ci” illərin şəhəri olmaq
    sevdiyim Bakıya yaraşmır heç cür…
    04,04,2020.

  • Xalq şairi Vahid ƏZİZ.”Qarğa”

    Ürəyim yenicə nəğmə deyirdi,
    qəlbim daşınırdı arana,dağa,
    heç sənin səsini yeridi indi?-
    nə olur,qaraltma qanımı,qarğa!

    Fərq etməz–yavaş öl,ya birdən-birə,
    qatma “qar-qarını” qayğı-fikirə,
    sevinər axdıqca Xan Araz–Kürə,
    səncə,bu– “Hicranın sonumu”-qarğa?

    Bülbültək çəkərəm bəlamı dildən,
    həmən tanıdılar səsimi zildən,
    bülbül hardan bilsin–“Qəfəs düzəldən”
    səni salmalıymış,onumu,qarğa?!

    Kim ki,əyilmədi yelə,küləyə,
    sındırıb anlatdı vaxt döyə-döyə,
    ovçular gülləyə tutmasın deyə,
    sənlə bir budağa qonummu,qarğa?!

    Eh,qarğa,dünyada hələ nələr var?;
    hətda sizlrdə də rəngə baxılar!
    hər yerdən qovular “Ala qarğalar”,
    nə simsar,nədə ki,qohumdu,qarğa!

    Ağlım kəsən günnən saçı dənliyəm,
    qaçqınlı,köçgünlü,didərginliyəm,
    çoxdandır qılıncım düşmür əlimnən–
    savaşda itirdim qınını,qarğa.

    Bacarsam–qoymazdım itən çox ola,
    nə gərək Qürbətdə bitən çox ola?
    qorxurdum–arxamca gedən çox ola,
    yoxsa qurtarardım canımı,qarğa.

    Dayan,qara geymiş,səssizcə otur!
    yerdə dilənçisən,ağacda quldur,
    hər dəfə səsindən bəd xəbər tutur,
    yetər ağlatdığın anamı,qarğa!

    Yadıma bu düşdü şeiri yazanda;
    köçəri deyilsən,pıs oxusan da,
    bircə istəyim var–mən olmayanda,
    qonub başdaşıma oxuma,qarğa…

  • Xalq şairi Vahid ƏZİZ.”Tarix dərsi…”

    Tariximiz,baxmayın ki,qocalıb,
    olayları yaxşı yadda saxlamış,
    görürsən ki,birisini ucaldıb,
    qürur duyur:”Millət üçün ağlamış!”.

    Qürur duymaq istəyərkən adından-
    gözlərimə cılız,zəif görünüb,
    “palazına bürünərək” bu adam
    ağlayaraq millətiylə sürünüb.

    Bu sürünmək,bu ağlamaq cinayət;
    öndə gedib Bayraq olmaq gərəkmiş,
    qaniçənlə mehribanlıq–xəyanət,
    düşmənindən qisas almaq gərəkmiş!

    Bilməmişik dəli yellər əsəndə,
    baş verənlər günahların qəsdidir,
    babam,düşmən qulağını kəsəndə,
    düşünmürdün “yaralanmış vəhşidir!”.?

    Gül əkmişıik,tikan bitib–dalayıb,
    şahidimiz qan rəngində körpüdür,
    bir şahımız tutub torpaq paylayıb,
    elə bil ki,dədə-baba mülküdür!

    Şah Xətayi Türkə qılınc vuranda,
    laxlatmışdın Sarayının dirəyin,
    düşmən “ballı barmağını soranda”,
    bilmirdin ki,gedəcəkdir biləyin?

    Xor baxaraq ləyaqətə,əxlaqa,
    çox ziyalı öz qınına giribdi,
    biz susanda,yalmananda–bu xalqa
    sürünənlər “Tarix dərsi” deyibdi…

  • Xalq şairi Vahid ƏZİZ.”Sevgi bağında”

    Şəbnəm hər ləçəkdə bir yaş giləsi,
    ətrafı tikanlı,yol bağlı idi,
    qəfəsdə oxuyan bülbülün səsi,
    asudə olannan yanıqlı idi.

    Uzaq gəncliyimdən yadımda qalan
    ətrinə uyduğum gül nəfəsiydi,
    mənimçün adicə təranə olan-
    qəfəs bülbülünün faciyəsiydi.

    Qonub qızıl gülün bir budağına
    bülbül oxuduqca soldu qızıl gül,
    “Əlvida”-deyərək “Sevgi bağına”,
    asudə qalmağı sevmədi bülbül…

  • Xalq şairi Vahid ƏZİZ.”Yersiz bir ifadə,hərcayı bir söz”


    Xalqın gözündə ucalmaq çox çətin,
    düşmək ağılasığmaz dərəcədə asanddır!
    Henrix HEYNE

    Hər zaman nəfsimlə oluram üz-göz,
    gözümün toxluğu varım,sərvətim,
    yersiz bir ifadə,hərcayı bir söz
    yerlə-yeksən edər el məhəbbətin.

    Gələr görüşlərdə axınla çiçək,
    bəxtəvər o kəs ki-eldə sevilir,
    körpənin anaya heyranlğıtək,
    millət sənətgara qulaq kəsilir.

    Ruhuna höpdurar müdrük əsəri;
    orda cavablanar xeyli suallar,
    xalq–ona hündürdən baxan kəsləri
    çəkib ayağının altına salar!

    Sözlər yalan olmaz eldə dolaşan,
    bəzi müğənnilər yamanca çaşır!
    bir vaxt “Yüz manata” mayallaq aşan
    indi “On beş minə” toylar danışır!?

    Hamının qisməti Tanrı əlində,
    “Hay-haynan gələnlər vay-vaynan gedər”,
    beş-on misram qalsa elin dilində
    məni alqəşlayar məzara qədər.

    Özümnən nə deyim? mən bu qədərəm,
    Tanrıdan ərmağan təxəllüs–adım,
    qudurğan harına salam vermərəm,
    dilənçi həmvətən halına yandım.

    Dəngəsi pozulmaz bu tərəzinin,
    dəyəri nə “Fərman” nə şahlar verir,
    önündə qır-qızıl itirər özün,
    adama dəyəri insanlar verir…
    11.04.2020.

  • Xalq şairi Vahid ƏZİZ.”Bilmədi”


    Pedaqogika üzrə elmlər doktoru,
    səmimi dostum,mükəmməl poeziya xiridarı
    Vidadi ORUCOVA ithaf olunur.

    İradəmiz möhkəm oldu dəmirdən,
    hey bərkidik,vaxt sındıra bilmədi,
    yoğrulmuşduq halal olan xəmirdən,
    dövran bizi bulandıra bilmədi.

    Yad əllərdə buraxmadıq yaxanı,
    mənliyimiz Yurdun qılınc,qalxanı,
    qartal kimi zirvələrə çıxanı,
    şaxta vurub,Gün yandıra bilmədi.

    Hakim gördük–gözləri kor,qəlbi kar,
    hökümdarlar nökəriydi qanunlar,
    hərdən elə işvəliydi yalanlar;
    çoxumuzu inandıra bilmədi.

    Hökm eləyən cəllədların inadı
    millətlərin taleyiylə oynadı,
    qılıncları gücdən salıb,doğradı,
    qələmləri dayandıra bilmədi!

    Çalxalandıq,durulandıq,bulandıq,
    həm alimlə,həm nadanla sınandıq,
    Vətən sevdik,el başına dolandıq,
    Xan–başına dolandıra bilmədi!

    Az qandılar–üsyan edən nə dildir,
    gurultusu tük ürpədən nə zildir!?–
    Nəsiminin dərisindən Təbildir,
    “zahid” ona çırtma vura bilmədi!

    Cəhd edəndə-zindanları sındıram,
    müstəbitlər bağırdılar;: “Qulduram”!
    mən Babəkin ordusundan Şeypuram–
    çox mətləbi O,qandıra bilmədi.

    Qoç Koroğlu,məzarını yarım,çıx!!
    çox işimiz o vaxtlrdan yarımçıq,
    “Dəlilərdən” beş-on nəfər qalmışıq,
    çoxlarını oyandıra bilmədik…

  • Xalq şairi Vahid ƏZİZ.” Min il qabax.”

    Allahım,bir dövrana bax!
    qan qaraldır axşam,sabax.
    Bilmək olmur–nə əyyamdır?
    adamların çoxu yalax,
    insanləğa ləkə,yamax.
    Kaş ki,məni bu cahana
    gətirəydin Min il qabax.

    Kür–bənndlərdə yatıb gəlir,
    Araz çirkə batıb gəlir,
    insan köçəri quş kimi-
    kimi Yurdu atıb gedir,
    kimi Vətən satıb gəlir.
    Bir gün toyam,bir gün yasam,
    Xəzərdə batası olsam-
    boğulaydım Min il qabaq.

    Vətənin əlində əsa,
    zamanın üstüynən gedir
    yanlarını basa-basa,
    yaramnazdım mənnən olsa!
    Bir nakişı yıxacaqsa-
    yıxılaydım Min il qabaq.

    Yaxşı çalın-neydirsə bu,
    ağılladın-keydirsə bu,
    əvf edin-gileydirsə bu;
    dağılmalı şeydirsə bu-
    kaş,bu fani,zalım dünya
    dağılaydı Min il qabax!

    Fələk mənə qulaq asa,
    (xatırlaya,mümkün olsa)-
    hansı Şair xoşbəxt oldu
    el dərdınnən yaza-yaza?!
    Vahid ƏZİZ,səndən sonra
    məzarın da yox olarsa,
    yox olaydı Min il qabax.

    Həm arxayın,həm təlaşlı
    bir varıığam ağır daşlı,
    ya–istək kimi qalaydım,
    ya da o vaxt yaranaydım;
    Nizamidən bir az əvvəl,
    Füzulidən xeyli qabax.
    O zaman ki,Şairlərin matəmində
    mollalarin duasından
    çalınardı təbil qabax–
    o zamanlar,
    Min il qabax…

  • Xalq şairi Vahid ƏZİZ.”Dünya”

    Bəzən yayın soyuq oldu,
    yazdan ilıq qışın,dünya,
    hər dönəmin dərdli,odlu,
    açılmadı başın,dünya.

    Sağ ol ki,qoynunda varam,
    nə işinə yarayaram?
    anladım ki,günahkaram-
    çatılanda qaşın,dünya.

    Çoxdur ərin,ərənlərin,
    uğrunda can verınlərin,
    ordu-ordu gələnlərin,
    gedən qoşun-qoşun,dünya.

    Kimlər sənə çox əzizdi?
    saxladığın beş-on izdi,
    qırma,ümid yerimizdi
    kotanınla-xışın,dünya.

    Qoy-özümdə özüm olum,
    öz kəfənlik bezim olum,
    başdaşım da özüm olum,
    çatmayanda daşın,dünya.

    Altımda yer niyə çökür?
    tərəzin nə cürə ölçür?
    dedin: “Hamı ora köçür,
    sən də ora daşın”-dünya.

    Sevindirsən-könlüm gülər,
    incidəndə boğar qəhər,
    mən gedəndə-yaşım qədər
    azalacaq yaşın,dünya!

    Gəldim,xeyli gözləmisən,
    Vahid ƏZİZ-həmin mənəm!
    görən hansı əməlimnən
    gələ bilib xoşun,dünya…

  • “Kitabxana – koronavirusa YOX deyir!” uşaqlar üçün Sevinc Ağa Xəlilqızının (Basqallı) “Qoca Loğman” hekayəsi

    “İnsanlar möhkəm iradəyə sahibdirlər. İnsanlarının möhkəm iradə, səbr, əzm və inamı bütün yer üzünü bu  bəladan xilas edəcəkdir!”
     Bu cumlələr Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”   layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşularaq yeni-yeni yazıları ilə oxucuların rəğbətini qazanan yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Qoca Loğman” hekayəsindəndir.
    Dünyda tüğyan edən, can almaqda davam edən yeni koronavirus infeksiyasının qarşısının alıması üçün müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir. #Evdəqal çağrışına dəstək olaraq yeni yazılan hekayə kiçikyaşlı oxuculara təqdim olunur.
    Hekayə maraqlı sonluqla bitir: “Çox az bir vaxt keçdi… Həqiqətən də Günəş elə şölə saçdı ki, Loğmanın dedikləri həqiqətə çevrildi”.
    Hekayəni   aşağıdakı linkdə oxumaq olar:

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/498818769.pdf

  • Coşqun XƏLİLOĞLU.”İnsaflı oğru” (Hekayə)

       

    “İnsanı ömründə peşmançılıq əzabı qədər
    daxilən tərbiyə  edən  başqa bir hiss  
    yoxdur”.  Fridrix Şiller

     

    Ağır müharibə illəri idi. Kəndin başı papaqlılarını aparmışdılar davaya. Yaşayış gündən-günə çətinləşirdi. Gülpəri arvad beş balaca-balaca uşağı ilə qalmışdı kiçik bir damın altında. O, səhərdən axşama kimi işləyir, toyuq-cücə bəsləyir, bir də olmazın əziyyətə qatlaşaraq iki inək saxlayırdı ki, körpələrinə süddən-qatıqdan yedizdirə, onları bir yana çıxarda  bilsin. 

       Gülpəri çox zirək və ağıllı qadın idi. Allah baisin evini yıxsın, müharibə olmasaydı, əri Həsrətlə necə də xoşbəxt idilər. 

       Kəndə mal-qara oğrusu dadanmışdı. Həftədən, iki həftədən bir kiminsə qoyun-quzusu, kiminsə danası, ya da inəyi oğurlanardı. Danışırdılar ki, oğru silahlıdır. Ona görə də axşam düşən kimi hamı həyətin darvazasını, evin qapısını bərk-bərk bağlayıb Allaha dua  edirdi ki, oğrunun yolu bağlansın, onlara dəyib-dolaşmasın. 

       Gecədən xeyli keçmişdi. Gülpərinin üçüncü uşağı, altı yaşlı Ağaverdi anasını silkələdi. Gülpəri yorğun gözlərini güclə açıb: 

     –Nə olub, bala, niyə yatmırsan? 

     –Ana, bayıra çıxmaq istəyirəm. 

     –Axşamdan o qədər su içirsən ki, – ana deyindi –dur gedək. 

       Ana-bala həyətə düşdülər. Qəfildən Ağaverdi qışqırdı: 

       –Oğru, oğru! 

       –Oğru nə gəzir, ay bala, it-pişikdi –demişdi ki, Gülpərinin gözləri tövlənin yanındakı qaraltıya sataşdı. Qaranlıq olsa da, qaraltının adam  olmasına şübhə yox idi. 

       Gülpərinin beynindən bircə anda yüz fikir keçdi. Qışqırmaq, qarğımaq yersiz olardı. Özünü güclə ələ alıb: 

       –Bala, sənin gördüyün oğru deyil, dayındı. Dayın insaflı adamdı. O, inəyin  birini aparacaq, birini bizə saxlayacaq, – deyib oğlunun əlindən yapışaraq sürətlə evə girdi. 

    Qəribağa neçə illər idi ki oğurluq edirdi. Həmişə onu üzünə də, arxasınca  da söymüşdülər, qarğış etmişdilər. Heç kimə məhəl qoymamış, heç kəsə cavab verməmişdi. Amma onların söyüş və qarğışları Qəribağanı oğurluğa daha da həvəsləndirmişdi. 

       Bu gecə isə onu oğurluq vaxtı görən bir qadın  “insaflı adam, “uşaqların dayısı” adlandırırdı. Bəlkə də… O, insaflı adam ola bilərmi?  ”İnsaflı adam”,  necə də gözəl səslənir. Yox, yox, mən insaflı adam olacağam”. Qəribağa tövlədən uzaqlaşdı. O, ürəyində indiyə kimi etdiklərinə görə qəribə bir hiss keçirdi. Bu peşmançılıq hissi idi. 

       Gülpəri səhərə kimi yata bilmədi. Sakit-sakit ağladı ki, uşaqları oyanmasın. Sübh tezdən Gülpəri tövləyə getdi. Ümidsiz-ümidsiz tövlənin qapısını açdı və gözlərinə inanmadı… Hər iki inək tövlədə idi. 

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində Əli Əmirovun (Ələmi) növbəti şeiri

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına bugünədək bir çox tanınmış şair və yazıçılar qoşularaq, əsərlərini təqdim etmişdilər. 
    Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) bu mövzuda bir neçə gün əvvəl də şeiri ilə aksiyaya qoşulmuşdur. Karantin rejimi davam etdiyi üçün və mövzu aktual olduğundan şairin növbəti şeirini oxuculara təqdim edirik.

     EVDƏ QAL EE, EVDƏ QAL!
    Anlamırıqmı hələ, hansı bəla tuş gəlib?!
    Xanə xərab etməyə bir yeni bayquş gəlib!
    Vermiş ona canını, çoxları bihuş gəlib!
    Ya iliş o dərdə sən, gəl, bizi də dərdə sal,
    Ya sözə bax, millətim, evdə qal ee, evdə qal!

    Əlbir olaq, ay balam, tez bitirək bu işi,
    Yaxşı sabunlan canım, eylə bu cür vərdişi,
    Baxma mənə qıyğacı, gülmə yenə kişmişi,
    Yolxucuya tuş gəlib, olmayasan halbahal,
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Çox deyirik, bir çoxu amma bəla sanmayır,
    Guya zarafatdı bu, hər sözə aldanmayır,
    Hər nə qədər başə sal, anlamayır, qanmayır,
    Fərq eləməz ki ona, beynin apar – zurna çal!
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Kimdisə, icad edib, guya həmin virusu,
    Bəlkə bu bir qurğudur, kimsələrin qurğusu!
    Vəlvələmi, zəlzələ, fərq eləməz doğrusu,
    Gər ilişirsə sənə, çarəsini tap, sağal,
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Dostlarımız öyrənib, yazdı o gün çarəsin:
    Ağlı olanlar baxıb bir balaca dinləsin,
    Meyvə, tərəvəz yeyib, zəncəfili çeynəsin!
    İsti suya soda qat, həm də limon doğra, sal!
    İç onu, ey millətim, evdə qal ee, evdə qal!

    Hər kəsi quc-quc edib, vermə daha əl-ələ,
    Bir belə maç-maç nədi, busələri ləğv elə,
    Köksüvə qoy əlləri, təzim elə, bax, belə!
    Kimsəni çimdikləyib, salma daha qalmaqal,
    Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!

    Bəxtimizə gün doğar, həm bu bəla yan keçər,
    Bax bu çəmənikdə o güllər açar tazə, tər!
    Tazə gülüstanda həm də Ələmi bəxtəvər
    Badəsini qaldırıb, şer oxuyar dalbadal,
    Amma, gülüm, get hələ, evdə qal ee, evdə qal!

    30.03.2020

  • Coşqun XƏLİLOĞLU.”Ekiz qardaşlar” (Hekayə)


          Həsən kişinin iki ekiz oğlu var idi. Oğlanlardan birinin adı Musa, o birininki İsa idi. Bu əkizlər o qədər oxşayırdılar ki, onları fərqləndimək belə çox çətin idi. Qohum-qonşu uşaqları ayıra bilmirdilər. Lap kiçik yaşlarından İsanın sakit və ağıllı, Musanın isə dəcəl və qoçaq olduğu bəlli oldu.
        İsa və Musa böyüyüb məktəbə getdilər. Həmin gündən valideynlər də çaş-baş qaldılar. Müəllim xəbər göndərdi ki, İsa çox şuluqdu, uşaqlarla dalaşır, Musa isə, maşallah, çox ağıllıdır. Ata-ana görürdü ki, İsa bütün günü çalışır, dərslərini hazırlayır, amma Musanın gündəliyinə “beş”lər yazılır. İllər keçdi, uşaqlar böyüdülər.
    İsa həm özünün, həm də   Musanın əvəzinə ali məktəbə imtahan verdi.    
       Qardaşlar təhsillərini başa vurdular. Hərəsi bir peşənin sahibi oldu. Musa neftçi- mühəndis, İsa avtomobil mütəxəssisi kimi işləməyə başladı. Musa yeri gələndə  İsanın adından istifadə edir, lazım olanda gördüyü günah işləri  İsanın üstünə atmaqdan da çəkinmirdi.
       …Musanın toyu idi. O, tay-tuşlarını xeyir işə dəvət etmişdi. Dostlarının toyunda yeyib-içən, onlarla duzlu-məzəli zarafat edən Musa başa düşürdü ki, qonaqları ondan “hayıf” çıxacaqlar. Ona görə də ustalıqla aradan çıxıb qonaqların yanına qardaşını göndərdi. İsa qonaqlarla mehribanlıqla rəftar edir, deyib-gülürdü. Qədəhlər dolub-boşalır, bəyin sağlığına badələr qaldırılırdı. Üçüncü badədən sonra qonaqlardan biri –  baməzə Nadir özünü saxlaya bilməyib:
       –Ayə, Musa, axı sən bəysən. Elimizin adətinə görə bəy toy günü az içməlidir. Bizi biabır etmək istəyirsən?
       –Nadir, mən Musa deyiləm, İsayam.                                                                
       Elə bu an Musa göründü:
       –Necədir, Nadir? Qardaşım mənə çoxmu oxşayır? –deyib qəh-qəhə çəkdi.
    Məclisdəkilər Musanın qəh-qəhəsinə qoşuldular.
      Musagilin yaşayış yeri ilə işlədiyi qəsəbə arasında xeyli məsafə var idi. Xidməti maşın olmadığından Musa bu yolu gedib gəlməkdə həm  çətinlik çəkir, həm də xeyli pul xərcləyirdi. Elə oldu ki, İsa da həmin qəsəbədəki sürücülük məktəbinə müəllim təyin olundu. İsa işinə can yandırır, şagirdlərinə diqqət və qayğı göstərirdi. Musanın Allahı vermişdi. Hər gün dayanacaqda gözləyərkən avtomobil sahibləri onu çağırıb:
       –İsa müəllim, buyurun əyləşin,  gedək, – deyirdilər.
    Bu avtomobil sahibləri sürücülük məktəbində daha yüksək dərəcə almaq istəyənlər idilər. Onlar Musanı İsa müəllim hesab edir, ona hörmət və nəzakət göstərirdilər. Musa xoşhal olur, sürücülərin “İsa müəllim“ müraciətinə  “bəli” deməklə kifayətlənirdi. Evlərinə çatdıqda özündən razı halda bic-bic gülümsünərək İsa ilə ekiz olduğuna görə çox sevinirdi.
       Lakin İsadan bəzi şagirdləri narazı idi. O, güzəşt etməyi sevmirdi və istəyirdi ki, sürücülər öz ixtisaslarına mükəmməl yiyələnsinlər. Kərim adlı sürücü yüksək dərəcə almaq üçün dəfələrlə imtahan vermiş və hər dəfə də İsa müəllimdən “iki” almışdı. Kərim qət etmişdi ki, İsa müəllimdən qisas alsın. Fürsət axtarırdı ki, onunla hesablaşsın. Nəhayət, bir gün dayanacaqda Musanı görüb səslədi:
       –İsa müəllim, gəlin, gedək.
       Musa ərklə maşına mindi.
       Bir qədər getdikdən sonra Kərim:
       –İsa müəllim, necəsiniz, işiəriniz necə gedir?
       –Sağ olun, –  Musa cavab verdi.
       –İsa müəllim, ”avtoşkola”da nə var, nə yox?
       –Hər şey yaxşıdır.
       –İsa müəllim, bəs məni niyə get-gələ salırsan? -Kərim avtomobilin əyləcini elə basdı ki, Musanın başı maşının qabaq şüşəsinə dəydi. –  Burada sənin aşının suyunu necə verərdim?  Onda bilərdin ki, adam incitmək necə olur.
       – Məən, məəən…
       Musanın dili topuq çaldı. Tez maşından düşdü. Kərim ədəbsiz küçə söyüşləri işlədərək maşını sürətlə uzaqlaşdırdı.
       Küləkli, yağmurlu havada kimsəsiz küçədə kədərlə dayanan Musa ömründə ilk dəfə idi ki, İsayla ekiz olduğuna görə bəxtini lənətləyirdi.

  • Coşqun XƏLİLOĞLU.”Quruçay” (Hekayə)


       Otağımızın qapısı döyüldü. – Buyur, gəl,-  dedim.
       Oqtay idi. Həmişəki kimi “Bir atım çayınız olmaz?”- soruşdu.
       Çay qutusundan dəftər varağına bir qədər çay tökdüm, verdim Oqtaya. ”Sağ olun”-deyib çıxdı. Otaq yoldaşlarım Zabitlə  Nahid bir-birinə baxıb güldülər.
          –Ayə, bu Quruçay – Oqtayı öz aramızda belə çağırardıq –lap bizi təngə gətirib. Axşam-sabah, hər gün çaya gəlir.  Adam da utanır, ”yoxdu” deməyə. Biz də tələbəyik, çayı havayı almırıq ki… Zabit deyindi.
       Nahid:
       –Siz  “Hə” deyin,  mən ona çay istəməyi tərgitdirim.
       –Tərgitdirə bilirsən, tərgitdir də.  – Mən gülümsündüm.
       Səhəri gün Nahid bir qutu bahalı Seylon çayı aldı. Qutunu boşaltdı boş bir qaba və gülə-gülə:
       –Bu qutuda Oqtay üçün çay tədarük edəcəyik.
       Həmin gündən etibarən hər dəfə çayniki təmizləyəndə  işlənmiş çayı yığaraq başladıq qurutmağa. Nəhayət, çayın hamısı içilib qurtaranda boş qutu da doldu. Nahid çay qutisunun ağzını səliqə ilə yapışdırdı:
       –Bu, Oqtayın çayıdır. Nə vaxt gəlsə, verin ona.
       …Sabahkı dərslərimizi hazırlayıb yatağımıza yenicə girmişdik ki, Oqtayın səsini eşitdik:
       –Mənə bir atım quru çay verin.
       –Şkafı aç, yuxarı gözdəki çayı götür-Nahid dilləndi.
       –Hamısını?
       –Hə, hamısını. Bizim var.
       –Sağ olun, əla. Qonağım gəlib. Lap yaxşı oldu, sizin sağlığınıza bala-bala içərik.
       Gülməkdən özümüzü güclə saxlamışdıq.
       Oqtay çıxdı. Bir daha onu qonşulardan quru çay istəyən görmədik.

  • Yağmur ƏSMƏRSOY.”Əl açdım əyildim Namaza min yol”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Əl açdım əyildim Namaza min yol,
    Razımı Allahım bəndəliyimdən.
    Peyğəmbər eşqinə əyildim öldüm,
    Mən yandım kül oldum yandım o, gündən.

    Quranı üç öpüb alnıma qoydum,
    Yuxumda kəbəni bir yol da keçdim.
    Haqq dedim, yüyürdüm mən haqqa döndüm
    O,suru o,nuru içdim mən içdim.

    Göz açdım səhərlər əzan səsində,
    Həmd olsun min şükür bu günü açdıq.
    Mən qorxdum çəkindim yanlışlarımdan
    Yalandan, riyadan biz elə qaçdıq .

    Adəmi həvvası, sonrası bizdik,
    Yenildi nəfsinə bax,onda insan.
    Cənnəti yox bilib çoxda ki keçdik
    Unutduq olmadı, unutduq o, an.

    Nə oldu bir əsri bir belə keçdik,
    Günahı, savabı gec amma bildik.
    Sığındıq o nura bağışla Allah,
    Doğluduq bir öldük torpağa döndük

  • Astan Qasımovu doğum günü münasibətilə təbrik edirik! (10 aprel 2003-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Qasımov Astan Zakir oğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Nemət TAHİR.”Sevinc bizdən uzaq idi”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Sevinc bizdən uzaq idi,
    Kədərin də üzü döndü.
    Bumeranqdır sanki həyat,
    Nə etdiksə,bizə döndü.

    Haqq yoluna üz qoyduq.
    Yaramıza duz qoyduq.
    Qəlbimizə buz qoyduq.
    Buz bir anda közə döndü.

    Günah da yük,savab da yük.
    Qələm balta,vərəq kötük.
    Günahları edam etdik.
    Savabımız sözə döndü.
    09.04.2020 Nemət Tahir

  • Yağmur ƏSMƏRSOY.”Cənnətmi, anamın ayağı altda”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Cənnətmi, anamın ayağı altda,
    Gündə min yol öpür əyilirəm mən.
    Saçın da ağ gəzib üzüldüyüm də,
    Qayğında bir ölüb dirilirəm mən.

    Nurundan pay aldım a mehribanım,
    Duan da varlığım əzbərə döndü.
    Zakirin durnası köçüb gedəndən
    Eşqimin alovu o gündə söndü.

    Başımı sığalla bir yol sığalla,
    Ölüm cənnətin də qoy ölüm ana.
    Nə yazdım, nə bildim hansı sualla,
    Dil açım danışım, qayıdım ana.

    Bir ağız çağır ki yüyürüm gəlim,
    Mən haqqdan yoğrulub haqqdan gəlmişəm.
    Açıldı Allaha gecələr əlim,
    Cənnəti ay anam səni bilmişəm.

  • Yağmur ƏSMƏRSOY.”Uzansam gecələr çəkilməz olmur”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Uzansam gecələr çəkilməz olmur,
    Yuxular gözümdən tez uzaq düşüb.
    Pəncərəm toz basıb gedəndən elə
    Mən yazıq, sən ölü eşqimiz qalıb.

    Bir eşqin adından yazdım eşitməz,
    Ay da şahidliyə yaxına durmaz.
    Bir susdun göründün yox oldun yenə.
    O gündən saatlar dörd beşi vurmaz.

    Günəş də oyatmır səhərlər məni,
    Dururam bir uşaq səsinə onda.
    Uzansam çəkilmir günlər çəkilmir
    Bir nöqtə vergülsüz bitərmi sonda.

  • “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası Xanım Mehdixanlının “Ana təbiətin qəzəbi” hekayəsi ilə davam edir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası keçirərək, koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #EvdəQal çağrışını dəstəkləyir.
    Növbəti yazar, kitabxananın Fəxri oxucusu uşaqlar üçün hekayələr, nağıllar yazan Xanım Mehdixanlı (Xanımbacı Məlikzadə) “Ana təbiətin qəzəbi” hekayəsini oxuculara təqdim edir. Hekayədə cəmiyyətdə baş verən hadisələr təbiət, dəryaların şahzadəsi, meşə, torpaq, heyvanlar və Günəşin dilindən verilir. Müəllif son günlərdə yayılan virusu insanların təbiətə müdaxiləsinin cəzası kimi göstərir. 
    Qeyd edək ki, Xanım Mehdixanlı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, ADMİU-nu kultroloq ixtisası üzrə magistr pilləsini bitirib. O, 2016-cı ildən AYB-nin üzvüdür. Bu yaxında bir roman və bir povestdən ibarət kitabı çapdan çıxıb. 
    Hekayəni aşağıdakı linkdə oxuya bilərsiniz:

     http://yasamal.cls.az/front/files/libraries/81/documents/433680897.pdf​​​

  • Yağmur ƏSMƏRSOY.”Bəlkə də bu boyda haq etməmişdim”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Bəlkə də bu boyda haq etməmişdim,
    Ağlasam gözüm də yaşı silən yox.
    O, sevdi o, gördü o, da bitirdi
    Hələ mən getməmiş bitirməmişdim.

    Getdimi, ömrümün payızı qaldı,
    Bir bahar qəlbimin üstünə qoydum.
    Nə oldu, elə bir çətin sualdı
    Çox içdim bu eşqə elə ki doydum.

    Biraz payıza döndüm
    Bahara bir addım qalmış.
    Ocaq ocaq bir yol söndüm.
    Bitirdiklərim bitməmiş qalacaqmış.

    Dayandım o getdi baxdı o getdi,
    O, günü tarixə bir xəttlə yazdım.
    Bir dua göylərin yolundan ötdüm
    Bir eşqliq yolumu yenə də azdım.

  • “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən  “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı.

    Yeni növ  koronavirus (COVID-19) infeksiyasını Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya” elan edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib.  ÜST bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb.

     “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanan videoçarxlar həmçinin “Evdə qal” çağrşına dəstəkdir.

    Rayonun iqlimi – yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl iqliminə aiddir. Təqdim olunan videoçarxda Ucar rayonu və onun görkəmli şəxsiyyətləri haqqında ümumi məlumat verilmiş, rayonun təbiəti, mətbəxi, tarixi abidələri, müasir binaları və parklarına aid fotolar əks olunmuşdur.

    Videoçarxda Böyük Vətən müharibəsində həlak olmuş Ramal kənd sakinlərinin xatirəsinə ucadılmış abidə, Ucar rayonu 1941-1945-ci illər müharibəsi döyüşçülərinin xatirəsinə həsr olunmuş abidə, 416-cı Taqanroq diviziyasının şərəfinə ucadılmış xatirə abidəsi, Ucar rayon Su qülləsi, Bərgüşad kəndi nekropol baş daşı və s. abidələri əks etdirən fotolar verilmişdir.

    Burada həmçinin Ucarın Qazyan, Qazqumlaq, Qulabənd və başqa kəndlərinin görüntüsü də təqdim olunmuşdur.

    Videoçarx Ucar rayonunun Bərgüşad kəndində gözaçan el sənətkarı Aşıq Əhlimanın “Ucarım” mahnısı ilə müşayiət olunur.

    Videoçarx aşağıdakı linkdə yerləşdirilib:

    https://www.youtube.com/watch?v=1mUqgH6rNWg

     “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.

    Layihə çərçivəsində  Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.