Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı.
Yeni növ koronavirus (COVID-19) infeksiyasını Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya” elan edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib. ÜST bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb.
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanan videoçarxlar həmçinin “Evdə qal” çağrşına dəstəkdir.
Rayonun iqlimi – yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl iqliminə aiddir. Təqdim olunan videoçarxda Ucar rayonu və onun görkəmli şəxsiyyətləri haqqında ümumi məlumat verilmiş, rayonun təbiəti, mətbəxi, tarixi abidələri, müasir binaları və parklarına aid fotolar əks olunmuşdur.
Videoçarxda Böyük Vətən müharibəsində həlak olmuş Ramal kənd sakinlərinin xatirəsinə ucadılmış abidə, Ucar rayonu 1941-1945-ci illər müharibəsi döyüşçülərinin xatirəsinə həsr olunmuş abidə, 416-cı Taqanroq diviziyasının şərəfinə ucadılmış xatirə abidəsi, Ucar rayon Su qülləsi, Bərgüşad kəndi nekropol baş daşı və s. abidələri əks etdirən fotolar verilmişdir.
Burada həmçinin Ucarın Qazyan, Qazqumlaq, Qulabənd və başqa kəndlərinin görüntüsü də təqdim olunmuşdur.
Videoçarx Ucar rayonunun Bərgüşad kəndində gözaçan el sənətkarı Aşıq Əhlimanın “Ucarım” mahnısı ilə müşayiət olunur.
Videoçarx aşağıdakı linkdə yerləşdirilib:
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.
Layihə çərçivəsində Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.