Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası keçirərək, koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #EvdəQal çağrışını dəstəkləyir.
Növbəti yazar, kitabxananın Fəxri oxucusu uşaqlar üçün hekayələr, nağıllar yazan Xanım Mehdixanlı (Xanımbacı Məlikzadə) “Ana təbiətin qəzəbi” hekayəsini oxuculara təqdim edir. Hekayədə cəmiyyətdə baş verən hadisələr təbiət, dəryaların şahzadəsi, meşə, torpaq, heyvanlar və Günəşin dilindən verilir. Müəllif son günlərdə yayılan virusu insanların təbiətə müdaxiləsinin cəzası kimi göstərir.
Qeyd edək ki, Xanım Mehdixanlı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, ADMİU-nu kultroloq ixtisası üzrə magistr pilləsini bitirib. O, 2016-cı ildən AYB-nin üzvüdür. Bu yaxında bir roman və bir povestdən ibarət kitabı çapdan çıxıb.
Hekayəni aşağıdakı linkdə oxuya bilərsiniz:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/433680897.pdf