Category: Azərbaycan ədəbiyyatı
-
Beynəlxalq Forumun nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
İşğala , Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlərə qatılıblar. Forum üzvləri martın 31-də Quba Soyqırımı Memorial Kompleksinə gələrək 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə Azərbaycan vətəndaşlarının xatirəsini yad ediblər. Çıxış edən Forum üzvləri Akif Nağı, Mehdi Mehdiyev, Soltan Əliyev, Radə Abbas, Akif Kərimov, Azər Həsrət, Emin Həsənli, Tahirə Məmmədova, Mətanət Əsgərqızı, Cəsarət Hüseynzadə, və digərləri bu faciələri unutmamaq, gənclərə hər zaman belə tarixləri öyrətməyin vacibliyini qeyd etdilər. O da xüsusi vurğulanıb ki, bu faciələrin qisası Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda zəfər yürüşlərinə başladığı zaman alınacaq. Forum təmsilçiləri millətimizə başsağlığı verərək bir daha belə faciələrin yaşanmamasını arzuladılar. Daha sonra Forum üzvləri Karabag Today saytının kampaniyasına qoşuldular.
İşğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Mətbuat Xidməti
-
Gənc tədqiqatçının növbəti uğuru
Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment və aqrar marketinq kafedrasının assistenti, Universitet Tələbə Elmi Cəmiyyətinin sədri və dissertant Fərrux Rəhimov 24-25 mart 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
Qırğızıstan və Türkiyə Cümhuriyyətlərinin müştərək universiteti olan Manas universitetində baş tutan tədbir, Karasayev Bişkek İctimai Elmlər Universiteti, İ. Arabaev Qırğız Dövlət Universiteti, Cusup Balasagin Qırğız Milli Universiteti, B. Yeltsin Qırğız-rus Slavyan Universiteti və Qırğızıstan-Türkiyə Manas Universitetinin birgə əməkdaşlığı ilə və TİKA-nın dəstəyi ilə (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) təşkil edilmişdir. Tədbirin məqsədi informasiyanın əsas güc olduğunu və daha çox “qloballaşma” anlayışı ilə ifadə edilən yeni bir çağa qədəm qoyan sənaye cəmiyyətinin yeri “İnformasiya Cəmiyyəti”-nin almaqda olduğu və bütün bunların “Elm Əsri”-nin xəbərçisi olduğu müasir dövrdə magistrlər və doktorantlar arasında elmə marağın daha da artırılması və müxtəlif sahələrdə aktual problemlərin müzakirəsi idi. Antropologiya, Tarix, Sosiologiya, Fəlsəfə, Türk Dili və Mədəniyyəti, Elm və Əxlaqi Dəyərlər, Din, İqtisadiyyat, Maliyyə, Hüquq, Dövlət idarəetməsi, Politologiya, Beynəlxalq Əlaqələr, Coğrafiya, Ekoloji Problemlər və Sağlamlıq, İdman, Turizm, Sahibkarlıq, İdarəetmə və Təşkilat, İstehsal və Marketinq, Mühasibat və Maliyyə və s. bu kimi başlıqlar altında hazırlanan orijinal elmi tezislər hakim heyət tərəfindən təsdiqini aldıqdan sonra konfransda məruzə üçün qəbul edilmişdir. “Elm tutumlu iqtisadiyyatin formalaşmasında texnoparkların rolu – Azərbaycan Örnəyi” mövzusunda çıxış edən Fərrux Rəhimov müasir dövrdə ölkəmizin iqtisadi həyatında baş verən dəyişikliklər, texnoparklardan istifadənin vəziyyəti, çətinliklər və imkanlar barəsində əhatəli məlumat vermişdir. Fərrux Rəhimov məruzə etmişdir ki:
-Elmi yeniliklər həmişə iqtisadi inkişafın təməl şərti olmuşdur, lakin bu yeniliklərdən istifadə səviyyəsi tarixi dövrlər ərzində dəyişmişdir. Əgər əvvəllər geniş torpaq sahələrinə və zəngin təbii resurslara sahib olmaq iqtisadi inkişafın əsas şərti hesab edilirdisə, cəmiyyətin və iqtisad elminin sonrakı inkişafı elm tutumlu, əsasən informasiya kommunikasiya texnologiyalarına əsaslanan müasir iqtisadiyyatın yaranmasını zəruri etdi. Bu iqtisadi konsepsiya iqtisad elmində yayğın olan resurs yönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, yaşıl siyasət və s. kimi müxtəlif istiqamətlərin ideyalarını özündə birləşdirir. Elm tutumlu iqtisadiyyatın sadalanan şərtlərə cavab verməsi, elmi yeniliklərin sürətli şəkildə istehsala tətbiqinin mümkünlüyü elm mərkəzləri ilə sənaye müəssisələri arasında çox sıx əlaqələrin mövcudluğunu tələb edir.
Təqdim olunan məqalədə müxtəlif sahələr üzrə araşdırmalar aparan alimlərin və həmçinin yeni fikirlərlə, innovativ ideyalarla zəngin tələbələrin cəmləşdiyi ali təhsil müəssisələri ilə müxtəlif sənaye və kənd təsərrüfatı müəssisələri arasında keçid prosesini sürətləndirən texnoparklar araşdırılmış, onların elm tutumlu iqtisadiyyatın formalaşmasında rolu və Azərbaycanda bu sahədə görülən işlər nəzərdən keçirilmişdir. Araşdırmada həmçinin, ənənəvi deyə biləcəyimiz iqtisadiyyatdan yeni iqtisadiyyata keçid məsələləri, innovasiyaların istehsala tətbiqinin iqtisadi əhəmiyyəti, elmi yeniliklərin istehsala tətbiqi mexanizmləri, texnoparklar və onlardan istifadənin səmərəliliyi kimi məsələlər öz əksini tapmışdır. Fərrux Rəhimov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi müasir dövrdə aqrar sahəni araşdıran yeni fikirli, innovativ ideyalı, elmlə istehsalı birləşdirməyə çalışan zəngin bilikli gənclərə çox böyük ehtiyacı var.
Gənc tədqiqatçı tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən işlərdən bəhs etmiş, təşkil edilməkdə olan aqropark, Quşçuluq tədris mərkəzi, Bildirçin yetişdirmə mərkəzi, Qapalı və açıq balıqyetişdirmə labarotoriyaları, Maşın-traktor parkı və s. barəsində məlumatlar təqdim etmiş. Manas universiteti və ADAU arasında əməkdaşlıq imkanlarını müzairə etmək üçün baytarlıq, aqronomluq və iqtisadiyyat fakultələrin dekanları ilə təkbətək görüşlər həyəta keçirmişdir.Şəfa VƏLİ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Gəncəbasar bölməsinin xüsusi müxbiri,
Gəncə -
Günay Şahbazlını doğum günü münasibətilə təbrik edirik! (1 aprel)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!Mətbuat xidməti
-
Qafqaz Əvəzoğlunun doğum günü münasibətilə təbrik edirik! ( 1aprel 1954-cü il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisini, Qarabağ müharibəsi veteranını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Qafqaz ƏVƏZOĞLU (Dəmirov Qafqaz Əvəz oğlu) 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır.
Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir.”Sözün Sehri” qəzetinin təsisçisidir.”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Bir neçə şeir və publisistik kitablar müəllifidir.Qarabağ müharibəsi veteranıdır.Hal-hazırda Qubadlı rayonunun dövət qəzeti “Bərgüşad” qəzetinin redaktorudur.
Gözəl əməl və əxlaq sahibi Qafqaz Əvəzoğluna öz mətbu orqanında “Gənc Yazarlara dəstək” layihəsini həyata keçirərək Azərbaycanın bölgələrindən olan gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini dərc edir.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.Yeri get, qız
Sən məni heç zaman sevə bilməzsən,
Məni sevənlərin sonluğu – yalqız.
Aldanma beləcə görkəmimə sən,
Yeri sev ağıllı bir adamı, qız!Məni sevənlərin ağılı yoxdur,
Mənim şıltaqlığım dözülməz, çətin.
Yeri get yerində sakitcə otur,
Vallah, mən deyiləm sənin qismətin!Səni qısqanaram mən yerə, göyə,
Doğma ataya da, südvermişə də…
Kasası – hamıya, nə var hər şeyə,
Lap belə dünyasın dəyişmişə də!..Tüpürüb dabana elə qaçarsan,
Ancaq dilədiyin şükrlər olar.
Mənim sevilməyim deyildir asan,
Belə bir dəlidən kim sevgi umar?!Xətrinə dəyməsin, pis olma da heç,
Yəqin ki, bu sevgin bir şıltaq ərkdir.
Yeri get özünə bir babını seç,
Məni sevmək üçün ürək gərəkdir!!Mən dəliyəm, o da kür
Qaşa-gözə bax Allah,
Qüdrətinə min şükür.
Yandırdığın söndürməz,
Xan Arazla, dəli Kür!Hürü-pəri misaldı,
Baxdım ağlımı aldı.
Elə bil ac maraldı,
Adamın qəlbin sökür!Mən biləni bu qızın,
Oğurlasan “saqqız”ın,
Ürəyində düş qızın –
Qəlbi yanar görükür!Baxıram “bişən” deyil,
Çıxıb görüşən deyil,
Kəməndə düşən deyil,
Belə ceyran tez ürkür!A Qafqaz, bu qız bil ki,
Umur tər-təmiz sevgi.
Heyif, tutmaz bizimki,
Mən dəliyəm, o da kür!!ÖZGƏ
– Dön,- dedim, dönmədin, düşündüm bəlkə,
Istəyin ayrıdı, təmənnan özgə…
De, mənim qiymətli daha nəyim var,
Məndə “mən” deyilən ta “mən”dən özgə?!Səni axtarıram, dolanır gözüm,
Axır ürəyimə yaş düzüm-düzüm.
Alışmır ocağım, od tutmur közüm,
Olmaz yandıranı bir səndən özgə!Dön geri, a mənim könül möhtacım,
Üzülüb taqətim, yoxdur illacım.
Heç kimə, heç kimə yox ehtiyacım,
Sənintək səbrimi kəsəndən özgə!Qafqaz Əvəzoğlu hər şeydən betər,
Gecəli-gündüzlü yolunda bitər.
Inana bilmirəm səni mən qədər,
Sevən tapılarmı, de, məndən özgə?!2006.
AĞLADI
Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!2008.
AZ
Deyirsən, uzaq ol, amma bir zaman,
Bitib yollarımda qalmırdınmı, az?!
Dolanıb başıma pərvanə kimi,
Qadamı-bəlamı almırdınmı, az?!Süzdürə-süzdürə o qaş-gözünü,
Qurban eyləyərdin mənə özünü.
Söykəyib üzümə hərdən üzünü,
Şirin xəyallara dalmırdınmı, az?!Ayrıla bilmidin, zəliydin, zəli,
Olmuşdun sərsəri, olmuşdun dəli.
Mənə salam verən hər bir gözəli,
Şahmar ilan kimi çalmırdınmı, az?!Niyə qurdaladın sən yaddaşımı,
Qafqaz Əvəzoğlu yenə naşımı?!
Bişirə-bişirə bu gic başımı,
Gülüstan qoynuna salmırdınmı, az?!2008.
Bacarsanız siz
Ey əziz dostlarım, a yaxınlarım,
Bir sözüm var sizə! Bacarsanız siz, –
Bir uca təpədə – bir uca yerdə,
Mənim məzarımı qazarsınız siz!Başdaşım ucalsın ənginliklərə,
Dağlara-daşalra, düzənliklərə…
Bilirsiz vurğunam gözəlliklərə,
Qəbrimi güllərə qatarsınız siz!Demirəm güllərdən tutuban dəstə,
Hər gün gələsiniz dəstəbədəstə…
Hərdənbir dönübən qəbrimin üstə,
O mənli günləri anarsınız siz!İşdi, yurd-yuvamız alınsa bir gün,
Qaralmış ocaqlar çatılsa bir gün…
Dönüb qəbrim üstə nə vaxtsa bir gün,
Heç yoxsa bir ocaq çatarsınız siz!Bəxtəvər deyərdim bu külbaşıma,
Ölümüm çıxsaydı yurdda qarşıma!
Əgər burda ölşəm, sinədaşıma,
“Öldü vətən deyə” yazarsınız siz!Sormayın bu nədi, nə vəziyyətdi?
Bu da, bir arzudu, bir vəsiyyətdi,
Qafqazdan sizlərə son əziyyətdi!..
Bilirəm, sözümə naçarsınız siz;
Edin dediyimi bacarsanız siz!2007
Gedirəm
Bələnibən öz ahıma,
Üz tutmuşam sabahıma…
Qurban olum Allahıma,
Dərd sarıdan kef edirəm!Uca tutdum mən hörmətin,
Əskiltmədi kəramətin…
Hey içirdib qəm şərbətin,
Dərd də verdi can yedirəm!Döyə-döyə közarımı,
Şükür, açdı “bazarımı”.
İndi düşüb məzarımı,
Axtarmağa yol gedirəm!2005
Gedək, canım
Ömür ötdü, yaş haxladı,
Çan yetişdi – lalıxladı.
Ta əzrayıl marıxdadı,
Verdik ələ yedək, canım!Ötürmüşük neçə qış-yaz,
Qonaq olan bunca qalmaz.
Çəkilməmiş altdan palaz,
Dur yır-yığış edək, canım!Günü-gündən çaşır təbrim,
Tükənibdi daha səbrim…
Gözü yolda qalan qəbrim,
Nigarandı, gedək, canım!2005
Min, deyir
Başımda turp əkir gül nəvələrim,
Ölərəm, desələr, öl,- nəvələrim.
Açıbdı şipşirin dil nəvələrim,
Biri bir deyəndə, biri min deyir!Qoşulub onlara uşaxlaşıram,
Bu qoca vaxtımdan uzaxlaşıram…
Düşüb dizin-dizin iməkləçirəm, –
Arvad,- mübarəkdi qədəmin,- deyir!Minirlər belimə çökdürüb yerə,
“Dəh-dəh”lə çıxırlar evdə “səfərə”.
Hələ bir üstəlik xırda “heyvərə”,
-Ay nənə, yer var e, sən də min, deyir!Otaxdan-otağa başlanır yolum,
Belə nəvələrin qurbanı olub!
Nəvə şirinliyin bilməyən oğlum,
-Baho, ağlı çaşım dədəmin, deyir!..Başıma gələnlər başıza gəlsin,
Hər nəvə həsrətli tamarı kəsin!..
Qafqaz Əvəzoğlu Allah kəsməsin,
Bütün nəvələrdən kərəmin, deyir!2005
Gedir
Ay Allah, bu qızın ismətinə bax,
Həyadan yanağı allanıb gedir.
Onun taleyinə, qismətinə bax,
Beləsi kor olub allanıb gedir!Belə gözəl olmaz, belə qız olmaz,
Hələ görməmişəm belə sərvinaz.
Nə olar, ay Allah, onu mənə yaz,
Qaymaq dödaqları ballanıb gedir!Onunla ömr edən nə bəxtəvərdi,
Kimə könül versə onun nə dərdi!..
Özümü yoluna durub sərərdim,
Bilsəydim üstümdən sallanıb gedir!Yazardım şəninə gözəl şeirlər,
Sevərdim, bilərdi necə sevirlər…
Beləsin görəndə sonra deyirlər,
Qafqaz Əvəzoğlu hallanıb, gedir!2005
Dağlar
Sənlə getdi şad günlərim,
Xoş növrağım, çağım, dağlar!
Hər sağalan yara deyil,
Sinəmdəki dağım, dağlar!Ağır-ağır bir el idim,
Zaman-zaman hey qovuldum…
Qərib eldə bağban oldum,
Gül açmadı bağım, dağlar!Qərib boynun büküb gedər,
Ürəyini söküb gedər…
Qaçqın deyib tənə edər,
Mənə solum, sağım, dağlar!Günüm sizsiz keçməz idi,
İndi gözüm yaş selidi.
Söylənməmiş bir şərqidi,
Mənim ahım, ağım, dağlar!Bu dərd məni hey ağrıdır,
Bal da yesəm zəhər dadır…
Sinən üstə at oynadır,
Neçə ildi yağım, dağlar!..Qafqaz deyir, hanı sənin,
Babəklərin, nəbilərin?!..
Bizim kimi “igidlərin”,
Boyun yerə soxum, dağlar!!1996
ƏSİR DÜŞƏN ŞEİRLƏRİM
Gəncliyimin xoş çağıydı,
İlk eşqimin sorağıydı,
Ürəyimin ocağıydı,
Əsir düşən şeirlərim!Gah utancaq bir gül idi,
Gah bir ötən bülbül idi,
Şirin-şəkər bir dil idi,
Əsir düşən şeirlərim!Bəzən qarlı dağım idi,
Bəzən güllü bağım idi,
Bəzən xəzan çağım idi,
Əsir düşən şeirlərim!Naxışıydı xanamın, oy,
Cilvəsiydi sonamın, oy,
Laylasıydı anamın, oy,
Əsir düşən şeirlərim!Gah titrəyən bir yel idi,
Gah kükrəyən bir sel idi,
Gah pərişan ağ tel idi,
Əsir düşən şeirlərim!Bahür idi – yaz kimiydi,
Bir ismətli qız kimiydi,
İşvəlydi – naz kimiydi,
Əsir düşən şeirlərim!Anadil tək gah ötərdi,
Gah qartal tək qıy çəkərdi,
Kəklik kimi hey səkərdi,
Əsir düşən şeirlərim!Qəlb oxşayan xoş meh idi,
Gül üstündə bir şeh idi.
Haqq divanlı bir şah idi,
Əsir düşən şeirlərim!Yandı yurdum-yuvam, qaldı,
Sərin suyum, havam qaldı…
Kül olmamaış haram qaldı –
Əsir düşən şeirlərim!Bostanımın tağıydı o,
Ürəyimin yağıydı o,
Üç il qabaq sağıydı o,-
Əsir düşən şeirlərim!Bükdü onu bu qışlarmı,
Çürütdümü yağışlarmı,
Görən məni bağışlarmı,
Əsir düşən şeirlərim?!1996
VAR SUMQAYITIM
(Sumqayıt şəhərinin 60 illiyinə)
Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.
Sevdim ilk baxışdan, təmasdan səni,
Gördüm ürəklərdə bir dastan səni.
Olasan beləcə gülüstan səni,
Düşməsin üstünə xar, Sumqayıtım!Qəlbimdə yandırdın od-ocağını,
Ilkin bahar bildim hər bucağını.
Açıb ana kimi öz qucağını,
Olmusan bizlərə yar, Sumqayıtım!Doldun ürəklərə məhəbbətinlə,
Ruha qida verdin ülviyyətinlə.
Tanındın dünyada şan-şöhrətinlə,
Eylədin özünü car, Sumqayıtım!Igid oğlanların bir tərlan-tülək,
Qoynunu bəzəyən qızların mələk.
Məhəbbət yanğılı gör neçə ürək,
Tapdı qucağında yar, Sumqayıtım!Hüsnün ürəyimi çəkib qopardı,
Mənimçün qışın da yazdı, bahardı.
Könlüm harda belə qərar tutardı,
Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!2009.
SUMQAYIT GÖZƏLLƏRİ
(Sumqayıt şəhərinin 60 illiyinə)
(mahnı)
Ovsunudur gözlərin,
Bahardılar, yazdılar.
Gözəllikdə özlərin,
Tarixlərə yazdılar,
Sumqayıt gözəlləri!Yaranandan bu şəhər,
Atıldılar qoynuna.
Çələng olub təzə-tər,
Sarıldılar boynuna,
Sumqayıt gözəlləri!Sevsə, cahandan keçər,
Sevgisinin yolunda.
Lap belə candan keçər,
Bağlasan əl-qolun da,
Sumqayıt gözəlləri!Nazdılar başdan-başa,
Nazlı Xəzərim kimi.
Hər biri bir tamaşa,
Yanırlar zərin kimi,
Sumqayıt gözəlləri!Oğulsansa dayan, döz,
Bu qızlarda baxışa…
Şair olan, götür yaz,
Layiqdilər alqışa,
Sumqayıt gözəlləri!2009.
-
Esmira RƏHİMLİ.”Dost var ki, xoş gününə xoş gündə havada gələr”
Dost var ki, xoş gününə xoş gündə havada gələr,
Dost da var dara düşsən dadına tufanda gələr.O kəs ki, ədəb gözləyər, tanıyar öz yerini,
Öpər ustad əlini, başına irfan da gələr.Bayquşun banlamasıyla açarmı sübhi-səba?
Səsi xarabada, ya çöllü-biyabanda gələr.Odur ki, ta binadan izni yoxdur gülzara,
Bülbül istərsə bağa hər dəmdə, hər anda gələr.Ey əhdi, əqli zamin, ey əziz əhli-kamal,
Min səhra anlamaz dağı, başı dumanda gələr.Əsməra, el dərdinə dəva tapıb çarə edər,
Nə bəla gəlsə sənin canına dərmanda gələr. -
Nəriman ZEYNALZADƏ.Yeni şeirlər
ÜSTÜMƏ DAMIR VƏTƏN
Geyməyəmi gəlmişik,
Geyməyə kətan yaxşı?
Ölməyəmi gəlmişik,
Ölməyə Vətən yaxşı?Əlimə gəlmir Vətən,
Dilimdə oxuyuram.
Yol tapıb getmək olmur,
Əynimə toxuyuram.Torpaqdan daş ələnir,
Vətəndən vətəndaşı.
Hər oğul götürəmməz
Çiyninə Vətən daşı.Yağışda, suda qaldı,
Yosunlu, mamır Vətən.
Üstünü örtəmmədim,
Üstümə damır Vətən.02.01.2016
ŞEİR GƏTİR
Kəndə gedirsən, göz bəbəyi,
Yaddan çıxarma göbələyi,
Quzuqulağı, quşəppəyi,
Göy pencərindən şeir gətir.Yıxılan aydan, ildən düşən,
Ağızdan düşən, dildən düşən,
Şairin nimdaş, əldən düşən,
Boz pencəyindən şeir gətir.Gül iyləmədik nöyütündən.
Salxım, saçaqlı söyüdündən,
Ağsaqqalının öyüdündən,
Ağbirçəyindən şeir gətir.Yaman çoxalıb səy şəhərdə,
Atın oynadır şər şəhərdə,
İt iyi verir, şer şəhərdə,
Dağ çiçəyindən şeir gətir.13.02.2016
HƏR GÜLÜN, ÇİÇƏYİN DODAĞI BALDI
Hər gülün, çiçəyin dodağı baldı,
Nə qədər öpdümsə doya bilmədim.
Qoydum məlhəm kimi gözümün üstə,
Gözümdən kənarda qoya bilmədim.Nənəmin toxuduğu güllü xalçadır,
Dağların döşündə sərilə qalıb.
Allahın verdiyi bu da bir paydır,
Bütün gözəlliklər Şərilə* qalıb.Tənənəm gül-çiçək səpdi yoluma,
Havuş əl eylədi, boylandı mənə.
Ağladım içimə gözümün yaşın,
Cağazir həsrətlə dolandı mənə.Çıxıb qarşıladı yolüstə məni,
Həmzəli, Axura “Bulaq başın”da.
Tanrı məhəbbəti yağmışdı bura,
Gül açıb bitmişdi çiçək daşında.Gümüşlü daradı gümüş telini,
Arpaçay şəninə nəğmə deyirdi.
Necə bəzənmişdi xallı laləsi,
Söyüd saçaqları suya dəyirdi.Dolandı qıçıma əyri yolları,
Dizədən baxanda Yaycı göründü.
Doldu gözlərimə nurlu işığı,
Sinəmdə həsrətli ürək döyündü.Qaldırıb qolumu, açdım sinəmi,
Udub havasını ox, ana, dedim.
Adam da ölərmi belə yerlərdə,
Məni yaradana, baxana dedim.——–
*Şərur01.03.2016
-
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Fransız qızı Bernar”
Pəncərənin arxasından küçəyə baxırdım. Yağış çiskələyir, xırda damcılar şüşəyə dəyib aşağı süzülürdü. Dayanmadan dəyən damcılardan şüşədə qalanları da var idi. Bilirdim ki, əks tərəfdən çox gözəl mənzərə yaranmışdı. Yağış damcıları altında şüşə arxasından baxan, açıqsaçlı, pəjmürdə bir qız. Romantik bir görünüşdür. Axı özüm də gözəgəlimli, cazibədar idim. Yağışla əlbir olub yaratdığımız mənzərəyə heyran olmuşdum. Düşündüm, bir fotoqraf olsaydı, indi şəklimi çəkərdi. Ya da ki, yox, rəssam olardı, rəsmimi çəkərdi. Elə arzusunda idim ki, portretimi çəkdirim. Ancaq “ salam, lütfən mənim rəsmimi çəkin” deyə yox. Kimsə özü rəsmimi çəkmək istəsin.
Həmişə danışanda nənəm deyərdi “ Sən özün şəkil kimi qızsan. Şəkili neynirsən?”. Doğrudan da, şəkil kimi qızam. Bu günə qədər özümə qarşı o qədər tərif eşitmişəm ki, saysız-hesabsız. Elə bir gün yoxdur ki, məni tərifləməsinlər. Hərdən özüm də aynanın qarşısına keçib dəqiqələrcə özümə baxıram. Lap özümə vurulmuşam. Tez-tez qısa ətək geyib topuqlu ayaqqabılardaymışam kimi ayaqlarımı da qaldırıram. Podyumda yürüyürmüşəm kimi elə hey dala-qabağa gedib boyaboy olan aynada özümə baxıram. Sevirəm də belə aynaları. Gah da belə pis çıxmasın ana-bülbül durub ayna önündə metrəni də əlimə alıb ölçülərimi yoxlayıram.
Deyəsən, özümü sizə tanıtmağı unutdum axı. Mənim adım Bernardır. Hə, təəccüblənməyin. Bilirəm fransız adıdır, həm də fransız kişisinin adı. Mən özüm də “fransujenkayam”. Əsilli-nəsilli də, zahiri görünüşcə də. Ucaboylu, zərif bədənli, nəcib görünüşlü fransız qızı Bernar. Dəniz dalğası kimi saçlarım qulaqlarımın dibindən aşağı düşmür. Ağbəniz, bir az açıq qonur gözlüyəm. Bilirəm mən çox gözələm. Özümü tərifləmirəm. Başqaları məni tərifləyir. Mən də ki, özümü aynada görməyi bacarıram axı.
Mənim ulu babam fransız olub. Mən də ona bənzəmişəm. Elə Bernar onun adıdır ki, mən daşıyıram. Ailəmiz beşnəfərlikdir. Atam, anam və biz-üç bacı. Mən ən böyüyüyəm. Babamın əhdi olub ki, ilk nəvəmin adını ata adımı qoyacam. Beləcə mən Bernar olmuşam. Doğrusu, adımı da sevirəm, milliyyətimi də, özümü də. Kişi adı olmasına rəğmən bu mənim adımdır-BERNAR. Hər adama qismət olmur həm özü, həm də adı qeyri-adi olsun. Bu mənə nəsibdir. Hərəkətlərim, davranışım çılğıncadır. Dəcələm, şuluğam, zarafatcılam. Ancaq bu mənəmmi? Onu bilmirəm. Mənə elə gəlir mən hələ də özümü tanımıram. Yaşım yetərincə olmasına baxmayaraq. Necə yaşamaq istədiyimi, kim olmaq istədiyimi hələ də bilmirəm. Yalnızca gözəl təriflər alıb, özünü gözəl göstərməyi bacaran, şıltaq kimi görünən bir qız-BERNAR.
Orta məktəbi bitirmək ərəfəsində idim. Hələ də hansı peşəyə yiyələnəcəyimi bilmirdim. Sinif yoldaşlarım hərəsi bir ali məktəbə hazırlaşırdılar. Mən isə yalnız gözəlliklə, görünüşlə bağlı bir peşə düşünürdüm. Məni yolumdan döndərmək istəyənlər də yox idi. Yəqin ki, mənim başqa sahədə bacarıqlı ola biləcəyimi düşünmürdülər.
Bir gün məktəbdə divar qəzetini hazırlamağı mənə tapşırdılar. Mövzu müharibə idi. Rəsmi özüm çəkməli oldum. Əli silahlı əsgərlər, yerə sərilmiş düşmən meyitləri, qan, havadakı müharibə görünüşünü belə təsvir etdim. Çox ustalıqla işləmişdim. Rəngli boyalarla. Bu rəsmi mənim çəkdiyimə inanmamışdılar. Düzü, özüm də inanmadım. Sanki içimdə yeni bir Bernar yaranmışdı. Yox, o Bernar deyildi. Daha çox Həcərə, Nigara bənzəyirdi. İçində vətən sevgisi, düşmən nifrəti yaşadan biri. Həm də zərif barmaqlarla bu gözəlliyi ağ vərəqə daşıyan incə, ürkək bir qız. Bu divar kağızı mənim düşüncələrimi dəyişməyə başlamışdı. Həyatdakı tale açarım olmuşdu. Mən öz taleyimi özüm yazacaqdım. Özümü olduğum kimi öz düşüncələrimin ağuşuna təslim edəcəkdim. Onların apardığı yerlərdə var olacaqdım.
Əvvəlki çılğın qız yavaş-yavaş məhv olurdu. Onun yerini artıq məqsədli biri zəbt edirdi. O daha güclü, iradəli idi.
Zamanla adım da məndə qıcıq yaradırdı. İlk dəfə tanış olduğum birinin adımı bir neçə dəfə soruşması məni bezdirirdi. Bu ad belə mənim deyildi. Mənə yad idi. Niyə mən də başqaları kimi sakit yaşamağı bacarmayım? Hansısa bir işin qulpundan tutub sonadək adi bir həyat yaşamağı bacarmayım? Bu suallar məni gündən-günə daha çox narahat etməyə başlamışdı. Özümə həyatda yer tapmaq istəyirdim, nəhayət ki. Bacardığım, arzusunda olduğum bir işi görmək istəyirdim. Bilirdim, mən bacaracağam.
Adımın məndə mənfi hislər yaratdığı vaxt idi. Burulğan içinə düşmüşdüm. Evdəki bütün dəftərlərdə ağ vərəq axtarıb ağlıma gələn şəkilləri çəkirdim. Gündən-günə çəkdiyim şəkillər daha çox xoşuma gəlirdi.
Yenə yağış yağırdı. Damcılar qumun üstünə qonarkən torpaqda yaratdığı rəsmə tamaşa edirdim. Bu aralarda Fransanın çox da məşhur olmayan rəssamıyla tanış oldum. Adı, yaşadıqları, əsərləri məndən bəhs edirdi. Bəs niyə o qədər də məşhur deyil? Axı bu adı daşıyanlar azla qane olmamalıdırlar.
O rəssam məni burulğandan çıxardı. Bernar Buffe-fransız rəssamı. Əsərləriylə tanış olanda öz bacarığımı tapdım onlarda. Mənim demək istədiyim fikirləri, düşüncələri qələmə almışdı o, öz əsərlərində. Daha çox çılpaq qadın və kişi şəkilləri diqqətimi cəlb etdi. Əksər vaxtlarda belə şəkillər gözəl rəsm əsərləri sayılır. Ancaq Buffenin əsərlərindəki bu çılpaq qadınlar çirkabıyla yadda qalırdı. İnsanların daxilindəki pislikləri öz sadə qələmiylə necə gözəl göstərmişdi. Bu rəssamla tanışlıq mənim özümlə tanışlığım idi. Mən bu rəsimlərə baxarkən əslində nə istədiyimi, kim olmaq istədiyimi anladım. Bir zamanlar yarıçılpaq geyinib ayna qarşısında özümdən zövq aldığım günləri xatırladım. Özümdən utandım. Bu fransız rəssam mənə kağızların arxasından elm öyrətdi. Əxlaq elmi.
Bu görünüşlə model, teleaparıcı, aktrisa belə olmaq varkən , mən özümü sadə karandaşda tapdım. Mən əslində bu imişəm. Dünyanı bir karandaş ucunda görən BERNAR. Yaşam da, ölüm də, sevgi də, nifrət də, gözəllik də, çirkab da o karandaşın ucunda imiş. Mənim şıltaq zarafatlarım isə o qələmin yazdığını pozan kiçik rezin parçası ilə silindi sanki.
Pəncərənin arxasından küçəyə baxırdım. Yağış çiskələyir, xırda damcılar şüşəyə dəyib aşağı süzülürdü. Dayanmadan dəyən damcılardan şüşədə qalanları da var idi. Bilirdim ki, əks tərəfdən çox gözəl mənzərə yaranmışdı. Yağış damcıları altında şüşə arxasından baxan, aşıqsaçlı, pəjmürdə bir qız. Romantik bir görünüşdür.
Bu, mənim əks tərəfdən özümə baxaraq çəkdiyim ilk avtoportretim idi. -
Şəfa VƏLİYEVA.”Mənim əllərim uzalı..”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüBəzən kiminsə gedişi şeirləri xatırladır…
Mənim əllərim uzalı..
Sənin yolların… yolların…
Nə ki xoş gün tanımışdım
Sənə yolladım… yolladım…Ünvanı sən olan sözlər
Deyilmədi… deyilmədi…
Səni sevən qız abrına
Bükülmədi… bükülmədi…Günün xoş olsun, əzizim,
Göyün buluddan kəmlənsin…
Dərdin bu qaraca qızmı?
“Allah başqa dərd verməsin!” -
Şəfa VƏLİYEVA.”Qəhərim əlçim-əlçimdi”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüQəhərim əlçim-əlçimdi,
Kədərim ürək-ürəkdi…
Bilən varmı, gələn kimdi?
Bu yollar nəyə gərəkdi?Bilən varmı, qara divin
Qış yuxusu yaza düşüb…
Bizim evlə sizin evin
Arasında kim üşüyüb?Kimdi biləndərin, adam?
Gəlsin… görsün… bilsin… desin…
Məni çox söylətmə, qadam,
“Allah mənə ağıl versin!” -
Rafiq ODAY.”SOYQIRIM QURBANLARININ XATİRƏSİNƏ”
(Qubadakı “Soyqırım məzarlığı” onündə düşüncələr)
Səninləyəm, Turk oğlu,
Ruhunu oyaq saxla,
Bu yerdən keçən zaman
Bir anlıq ayaq saxla.
Silahını əldə tut,
Patrondaşı saz eylə,
Yanında daraq saxla.
Bu dərdləri sözbəsöz,
Misra-misra yazmağa
Qələm və varaq saxla.
Mürəkkəbi heç zaman
Qurumasın qələmin,
Bir sonluğu olmalı
Bu yasın, bu ələmin!Sonsuz fitnə-fəsaddan,
Bəd niyyətdən danışaq.
Başımıza açılan
Müsibətdən danışaq.
Bəndlər birmi, beşmidir,
Hansı bənddən danışaq?!
Ki, səsimiz dünyanı
Yuxusundan oyatsın.
İnsanların qəlbində
Bu vəhşi quldurlara,
Bu allahsız kəslərə
Nifrət hissi oyatsın.Gör neylədi bir ovuc
Qaçaq-quldur erməni.
Xeyirə üz bozardan,
Şərə – quldur erməni!
Hamının tüpürdüyü,
Tapdaq yoldur erməni.
Siz də keçin tüpürün
Sifətinə nakəsin.
Addımları bərk vurun,
Yerlər-goylər titrəsin.Onunla dost olunmaz,
Harda gordün uzaq dur.
O, şərəfdən kənardır,
O, mənlikdən uzaqdır.
Dünyanın qarşısında,
Diz çoküb gecə-gündüz,
Zarın-zarın ağlayır –
Desinler ki, yazıqdır.
Bu yazıqlıq oyunu,
Bu məzlumluq pərdəsi
Yırtılır yavaş-yavaş.
Hayların ittək ipi
Dartılır yavaş-yavaş.Bulaq kimi qaynayıb,
Sellənib axmaq gərək.
İldırımtək gavurun
Başında çaxmaq gərək!
Gələcək nəsillərin
Gozlərinin içinə
Alnıaçıq, üzüağ,
Yalan-palandan uzaq,
Şax durub baxmaq gərək.
Yoxsa gələn nəsillər
Bağışlamaz bizləri.
Silinər babaların
Yer üzündən izləri.Artır saatbasaat
Ordumuzun qüdrəti.
Heç kim saxlaya bilməz
Azğın, yağı düşmənə
Aşıb-daşan nifrəti.
Qaynayır igidlərin
Damarında qeyrəti.
Qoy dığalar anlasın
Artıq bu həqiqəti:
Ali Baş Komandanın
Bir əmri bəsdir bizə.
Vətən – görən göz bizə,
Vətən – nəfəsdir bizə.
Bircə həmlə yetər ki,
Düşmən payimal olsun.
Diz çoksün qarşımızda,
Dili bağlı mal olsun.
Haydı, qandal vurulsun
Düşmənin qollarına.
Eşq olsun sabahımın
Zəfərini yazacaq
Vətən oğullarına,
Vətən oğullarına!!!şair-publisist,
Respublikanın Əməkdar jurnalisti -
Şəfa VƏLİYEVA.Türkiye tükcesinde muhteşem şiir
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüBiliyormusun, biliyorum ben
Turnaların yar elinden
Pervazlanıp uçduğunu…
Içimdeki bu ne sızı biliyorum…
Gelmiyor turnalar bu bahar…
Yetmiyor didem nuru
Gözükmüyor beyaz göyde
Bir satır nokta gibi turnalar…
Biliyorum
Neden annem bana kızgın hala…
Dilimden düşmüştü ismin
Annemin benimçin sakladığı
Çeyiz mendilin bedizli saçağına…
Biliyorum…
Bilmediyimi zannetdiyin pek çok şeyi biliyorum…
Orda… olduğun şehirde
Tüm hastanelerde gün boyu
Adımın geçtiyini de biliyorum…
Biliyormusun, biliyorum… -
Şəfa VƏLİYEVA
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü“Bütün şeirlərimi özümə həsr edirəm…
Bütün hekayələrimdə bir parça özümdən var…”…
Bütün zamanların
Romantikası
Boğulur bu günün ayrılığında…
Bizim sevgimizin səhnə arxası
Kədərli…
Hüzünlü…
“İkimiz” boyda…
Xatirə dolabın ikiqapılı,
Bütün siyirmələr
Ayrılıq rəngdə…
Sol küncdə o nədi yarımbükülü?
Mənim adım qalıb yoxsa dilində?
Gör illər necə də qoçaq çıxdılar….
Yüyürrəm…
Yüyürrəm…
Çata bilmirəm…
Bəd günlər alnıma sahib çıxdılar,
Səni axtarıram…
Tapa bilmirəm… -
Firdovsi Cəfərxanı doğum günü münasibətilə təbrik edirik! (25 mart 1955-ci il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin üzvünü, “Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”, Nizami Gəncəvi adına “Bəşəri sərvət” və bir çox başqa media mükafatları laureatını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Firdovsi Cəfərxan (Firdovsi Cəfərxan oğlu Kazımov) 1955-ci ilin mart ayının 25-də Zəngəzur mahalının Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Rusiya Federasiyasının Krasnodar Politexnik İnstitutunun Texnologiya və Dərbənd Humanitar İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Müəyyən vəzifələrdə çalışmışdır. Hal hazırda “Yeganə Yol” Beynəlxalq, ictimai, siyasi, hüquqi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur. Yüzlərlə lirik, publisistik və ictimai-siyasi məqalələrin müəllifidir. “Səndən qalan bir sevgidir” şeirlər kitabı, “Hardan gəldi bu sevda” povesti, “Ölmə…ölsən, məni də götür”, “Taleyimdən qorxuram” romanları, “Dil açıb dillənən könlüm” və “Bir ömür yetməz” adlı şeirlər kitabları işıq üzü görmüşdür. “İnsanlıqdan keçən yol” adlı elmi-publisistik külliyyatı isə oxucularla növbəti görüşüdür. AJB-nin üzvüdür, “Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”, Nizami Gəncəvi adına “Bəşəri sərvət” və bir çox başqa media mükafatlarına layiq görülmüşdür.
AY ANA
N tez tükəndin, bitdin,
Dünyamdan köçüb getdin,
Mənipərişan etdin,
Ana, ana, ay ana!Bizə verdiklərini,
Əkib, biçdiklərini,
Gördük çəkdiklərini,
Ana, ana, ay ana!Fələk çatdı dadına,
Yetişdin muradına,
Qovuşdunmu yarına,
Ana, ana, ay ana!Burdan bir el ötürdü,
Məndən namə götürdü,
Görən , sənə yetirdi?!
Ana, ana, ay ana!Qurban sənin adına,
Düşürəmmi yadına?
Gəl, yetiş fəryadıma,
Ana, ana, ay ana!AZƏRBAYCANIM
Uzaq əsrlərdən, illərdən bəri,
Bəxş etdin cahana neçə ərləri.
Səninlə fəxr edir Turan elləri,
Sığmayır dünyaya şöhrətin, şanın,
Mənim ana yurdum, Azərbaycanım!Bir oddan, atəşdən sən doğulmusan,
İlahi sevgiylə hey yoğrulmusan,
Türkün mərd, qeyrətli, ölməz oğlusan,
Dünyaya bəllidir müstəqil adın,
Mənim ana yurdum, Azərbaycanım!Usanma heç zaman, sən axtar, ara,
Düşünüb dərdinə tapginən çara,
Sinəni dəliblər, ediblər yara…
Dayanmır damarda çağlayan qanım,
Mənim ana yurdum, Azərbaycanım!Bir daha enməsin məğrur bayrağın!
Aləmə nur saçsın şmür çırağın!
Qoy eşitsin, bilsin düşmənin, yağın,
Sənə bir sipərdi, qurbandı canım,
Mənim ana yurdum, Azərbaycanım!QALX AYAĞA, AZƏRBAYCAN ÖVLADI!
Qürurumuz, təpərimiz, de, hanı?!
Yerdə qalıb neçə şəhidin qanı,
Sipər edib düşmənə şirin canı,
Qalx ayağa, Azərbaycan övladı?!Mübarizdən dərs almırıq, niyə biz?!
Dirənib boğaza Vətən dərdimiz,
Daha bəsdir, tükənibdir səbrimiz,
Qalx ayağa, Azərbaycan övladı?!İstər düşməninlə üz-üzə dayan,
Qatlayıb dizini diz-dizə dayan,
İstərsə, ölümlə göz-gözə dayan,
Qalx ayağa, Azərbaycan övladı?!Cəngi çaldır, cuşa gəlsin ərənlər,
Qorxusundan muma dönsün görənlər,
Qoy dərs alsın sinəsini gərənlər,
Qalx ayağa, Azərbaycan övladı?!Xalq gözləyir, deyəsən son sözünü,
Düşməninin çıxarasan gözünü,
Bu savaşda göstər bir də özünü,
Qalx ayağa, Azərbaycan övladı?!Cihada qalx, bu gün beyət günüdü,
Bu günkü gün Türkün niyyət günüdü,
Yetər artıq, namus, qeyrət günüdü,
Qalx ayağa, Azərbaycan övladı?!BİR SEVDA SORAĞINA
O gün ki gəlmiş idim
Bir sevda sorağına,
Dedim, bəlkə, yazarsan
Qismətin varağına.
Görməmiş deyildin sən
Kövrəlib, dolmağımı.
Aram-aram süzülən,
Çağlayan bulağımı.
Od alan baxışından
Nəfəsim tutulmuşdu,
Ürəyim həyəcandan
Susmaqla qurtulmuşdu.
Eşq odunda hazırdım,
Yanım pərvanə kimi.
Baş götürüb dünyadan
Qaçım divanə kimi.
Bu sevdaya baxırdım
Varım, həm yoxum kimi,
Şum altında bəslənən,
Cücərən toxum kimi.
Qisməti yazan yazsın,
Biz axı nə karəyik?!
Yazan inanma, pozsun,
Pozsa da, biçarəyik.
Qədər belə tuş oldu
Dəli-dolu bir yelə.
Dərdi alıb çiynimə
Dolaşdım eldən-elə.
Beləcə gəlib çatdım
Qışın oğlan çağına.
Meyvələrin don vurmuş
Bir qəribin bağına.
Məni yandırıb yaxdı,
Qəlbimin sönməz ahı,
Bilə bilmədim nəymiş,
Bu sevdanin günahı.
Düşündüm, çətin dönəm
Bir də ötən çağlara,
Bu üzdən mən üz tutdum
Başı qarlı dağlara.BİR ÖMÜR YETMƏZ
Neçə qışı, neçə yazı keçmişəm,
Əldə dəryaz neçə zəmi biçmişəm,
Buz bulaqdan doyunca su içmişəm,
Ölsəm belə bu sevda yenə bitməz,
Səni sevməyimə bir ömür yetməz.Bu çöllərdə xəzan oldum, yel oldum,
Dərələrdə coşub-daşan sel oldum,
Yurd yerindən perik düşmüş el oldum,
Düşündüm ki, ürək dözər, ya dözməz?!
Səni sevməyimə bir ömür yetməz.Qismətimi aramaqda dirəndim,
Sonu bitməz həsrətimə bələndim,
Bulud olub, hər an dolub, ələndim,
İllər məni dəli edər, ya etməz?!
Səni sevməyimə bir ömür yetməz.O vaxt ki, həyatda tənhaydım, təkdim,
Qəlbində bir kədər toxumu əkdim.
Dərdin piyaləsin başıma çəkdim.
Bu sevda başımdan gedər, ya getməz?!
Səni sevməyimə bir ömür yetməz.Firdovsi, şeh düşüb çəmənə, çölə,
Ahular qayıdır əvvəlki gölə.
Tənha bir qu üzür, qorxuram ölə.
Duman bu dağlardan ötər, ya ötməz?!
Səni sevməyimə bir ömür yetməz.XANIMLAR XANIMI
Boylanan üfüqdən, sökülən dandan,
Bir şir ürəklidən, bir təmiz qandan,
Eylədi seçimin Ulu Yaradan,
Xanımlar xanımı Zərifə xanım.Gəlmədin heç zaman bir sözə, dilə,
Bənzərdin bənzərsiz zərif bir gülə,
Yetişdin sevdalı şeyda bülbülə,
Xanımlar xanımı Zərifə xanım.Əsərdi küləklər aramsız, sərin,
İdrakın, kamalın dərindən, dərin,
Insanlığa layiq uğur, zəfərin,
Xanımlar xanımı Zərifə xanım.Əvəzsiz yar idin, əvəzsiz ana,
Aləm bir yanaydı, ailən bir yana,
Heydər həyatıyla bağlıydı sana,
Xanımlar xanımı Zərifə xanım.Sən bir arxa idin dədə Heydərə,
Qoymazdın, şmrünü versin hədərə,
Qaneydin verilən qismət-qədərə,
Xanımlar xanımı Zərifə xanım.Döyünən ürəyin, yaşayan canın,
Damarda çamlayan, kükrəyən qanın,
Taleyin jlmuşdu Azərbaycanın,
Xanımlar xanımı Zərifə xanım.Şmründən, günündən hey itirərdin,
Əzilmiş qəlblərdə gül bitirərdin,
Tutulmuş gözlərə nur gətirərdin,
Xanımlar xanımı Zərifə xanım.Analar anası, borcluyuq sana,
Övlad böyütdünüz layiq vətənə,
Vətənin əbədi Prezidentinə,
Xanımlar xanımı Zərifə xanım.Xalqın alqışıyla kükrədiz, coşduz,
Nurlu sabahlara nəğmələr qoşduz,
Haqqın dərgahında haqqa qovuşduz,
Xanımlar xanımı Zərifə xanım.SƏNDƏN SONRA
Dünya gözümdə ələndi,
Kədər ömrümə bələndi,
Könlüm dil açıb dilləndi,
Səndən sonra, səndən sonra.Güllü-çiçəkli yaz idi,
Kədərim, qəmim az idi,
Sənsiz ömrüm çox nazildi,
Səndən sonra, səndən sonra.Dağları duman, qar alıb,
Həsrət içimdə yurd salıb,
Səbrim tükənib, daralıb,
Səndən sonra, səndən sonra.Ölüm sanki bir çapardı,
Məni yox, səni apardı,
Ahlar qəlbimi qopardı,
Səndən sonra, səndən sonra.İlləri yola salmışam,
Tənha, sərgərdan qalmışam,
Bilsən, necə qocalmışam,
Səndən sonra, səndən sonra. -
Təvəkkül GORUSLU.Yeni şeirlər
GÖRÜŞÜNƏ TEZ- TEZ GƏLİM
Yenə sənə gəldim, dəniz,
Ətirini duymaq üçün.
Səni sirdaş bildim, dəniz,
Dərdi səndə qoymaq üçün.Çox gözəldi təbəssümün,
Hava cakit, bərq vurursan.
Sən məlhəmi bu könülün,
Ləpə – Ləpə dərd qovursan.Uzaqlarda işıq – işıq,
Sayrışırlar dalğaların.
At üzümə qaşıq – qaşıq,
Sil qəlbimin qovğaların.Sahilinin dən qumları,
Parıldayır zərrə – zərrə.
Mehlə gələn damlaları
Alır, udur qətrə – qətrə.Necə qopum, necə gedim,
Səndə qalır qəlb – ürəyim.
Çalxalanma, ol sevgilim,
Görüşünə tez – tez gəlim.24. 03. 2016
QOV GETSIN…
Dayanlb yanında, durubdu, şeytan,
Bir hiylə, bir tələ qurubdu, şeytan,
Sinirin, əsəbin pozubdu, şeytan,
Qov getsin iblisi, özün unutma.Səni sevənlərin üstünə getmə,
Səsini qaldırıb bir yanlış etmə,
Şeytanla qol – boyun oxuma, ötmə,
Qov getsin iblisi, özün unutma.Doğmalar içinə nifaq salırsa,
Heç nə olmamıştək baxıb, qalırsa,
Daxilən sevinir, ləzzət alırsa,
Qov getsin iblisi, özün unutma.Deyir ki, dindaram, qılıram namaz ,
Qardaşı bacıdan döndərib, qanmaz,
Bunun əməlləri odda da yanmaz,
Qov getsin iblisi, özün unutma.Ağzından, dilindən tökmə acını,
Endirmə zirvədən başın tacını,
Unutma öz doğma ana, bacını,
Qov getsin iblisi, özün unutma.24 03. 2016
DÜŞÜNMƏ Kİ….
Düşünmə ki, unutmuşam,
Sənə yazmaq istəyirəm.
Xəyalımda ad tytmuşam,
Eşqdə azmaq istəyirəm.Düşünmə ki, unutmuşam,
Eşqi danmaq istəyirəm.
Gözlərindən od tutmuşam,
Eşqdə yanmaq istəyirəm.Düşünmə ki, bir admışam,
Daha yoxam, bir yadmışam.
Bir ayrıca dad dadmışam,
Dadı qanmaq istəyirəm.Ruhun eşqin oxu kimi,
Sinəmdəsən qoxu kimi,
Sevgin gəlmiş yuxu kimi,
Sev, oyanmaq istəyirəm. -
Rəhim MEHNƏT.Yeni şeirlər
SƏNLİ YUXU
Nə gördüyüm yuxuları bilirsən,
Nə də ki, mən keçirdiyim qorxunu.
Sən hər gecə yuxulara gəlirsən,
Danışmıram, gizlədirəm çoxunu.Sən bu gecə gəlmiş idin yuxuma,
Dan söküldü, həsrət qaldım qoxuna,
Bu sevgimiz sitəm edir çoxuna,
Bir çox daşlar dadıb sevgi oxumu.Nə gözəldi yuxularda danışmaq,
Həsrətində alovlanmaq, alışmaq,
Şübhə qədər xəyalına qarışmaq,
Çəkib üzərimə ətir qoxunu.21.03.2016
Neçə illərdi sənsiz bayram keçiririk.
Bu gün sənə qonaq gəlirəm yenə.
(VAHİDQIZI)Allah atana rəhmət eləsin.
Sənə qonaq gəlirəm,
Bu gün, bayram sabahı.
Evinin kandarında,
Çəkəcəm sənsiz ahı.İllərdir hər bayramı,
Qonağın mənəm, Ata.
Gəlirəm, xəyalını,
Könlümə çata-çata.Sənin evin soyuqdu,
Bədənin çox üşüyür.
Soyunub ah naləmi,
Geyindirəcəm sənə.Baş daşında şəkilin,
Məndən incik dayanıb.
İncimə, qurban olum,
Bahar sənsiz oyanıb.22.03.2016.
-
Rahilə DÖVRAN.Yeni şeirlər
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,YADIMA DÜŞDÜ
Yenə sardı məni qüssə dumanı,
Xəyallar filimtək, lentə dönüşdü.
Qatdım bir- birinə vaxtı, zamanı.
Nağıltək olanlar, yadıma düşdü.Uşaqlıq illərim, qayğısız anlar,
Mənim məsum, kişik, dünyam olanlar.
Nəğmətək xoş, şirin, kövrək zamanlar,
Çiçəktək solanlar, yadıma düşdü.Yaddaşım oyatdı zehni, ağılı,
Canlandı nənəmin boxça, noğulu.
Babamın sehirli, sirli nağılı,
O “şirin yalanlar” yadıma düşdü.Əlimdə çit çantam,mürəkkəb qabım,
Üstü güllü sandal, ağ ayaqqabım.
Yol boyu dilimdə, dərsə cavabım,
Zehnimdə qalanlar, yadıma düşdü.Dəyişir illərin çaları, rəngi,
Çalınır məktəbin axır, son zəngi.
Qucağa sığmayır çiçək çələngi,
Son zəngi çalanlar, yadıma düşdü.Tüklərim ürpəşdi,tikən- tikəndi,
Ali məktəbdə də zaman tükəndi.
Diplomu aldığım, sanki dünəndi,
Zamanı dolanlar, yadıma düşdü.Xəyalın xoş, kövrək bandı üzüldü,
Qaşaltı çeşmədən sellər süzüldü.
Dövran, möhnətlərm səf- səf düzüldü,
Bu günkü, son anlar, yadıma düşdü…
Yadıma düşdü…
Yadıma düşdü…ALIN YAZISI
Ömür kitabıma nəzər salıram,
Çox səhifəm var ki, heç oxunmamış.
Xəyal dumanında azıb qalıram,
Aylar var,illər var, əl toxunmamış.Nə qədər əlçatmaz,nə qədər uzaq,
Uşaqlıq illərim,gənclik illərim.
Donmuş xatirələr şaxta,qar,sazaq,
Qəlbimi göynədir kövrək günlərim.Zülüm,işgəncədir atasız hər an,
Xəyala dalırsan ,yaddaş ağlayır.
Gündüz də qaranlıq,anasız hər yan,
Düşüncə can yaxır,ürək dağlayır.Sanıram nə uşaq ,nə gənc olmuşam,
Bişmişəm dövranın dərd qazanında.
Qönçəykən,açmamış,vaxtsız solmuşam,
Baba qoltuğunda,nənə yanında.Əsdikcə hey qarsıb fələyin yeli,
Qovrulmuş,sınıq qəlb cadar-cadardır.
Dadmışam hər rəngdə fitnəni,feli,
Görmüşəm fələk kor,həm də ki,kardır.Arxamca boylanan iki baş daşı,
Ayrılıq,intizar simvolu onlar.
Nəyədir,kimədir bunca göz yaşı?
Atalı,analı yetimlər anlar…Heç vaxt səngimədi başımdan qovğa,
İzlədi hey məni öz kölgəm kimi.
Fələk qaşığında oldum hey dovğa,
Kimsə tapılmadı, çəkə fikrimi.Məsəldir –“Tənha quş yuva bağlamaz”
Budaq tapammadım məskənim olsun.
Fələk qarğıyanlar dözər,ağlamaz,
İstər qəhərindən buludtək dolsun.Kimsə görəmmədi göz yaşlarımı,
Qəlbim sızlasa da bənizim güldü.
Köklədim şur üstə qəmli tarımı,
Ömrüm talehimə müti bir quldu.Çəkdim həsrətini eşqin,səadətin,
Aradım röyamda,həm xəyalımda.
Sonda bəhrin gördüm mən ləyaqətin,
Sən demə o yazı varmış alnımda.Tapdım öz eşqimi,məhəbbətimi,
Dəryadan tapılmış bir inci kimi.
Sevgi,ülfət adlı bu sərvətimi,
Könlüm əzizləyir sevinci kimi.Girsəm də istəklə dünya evinə,
Bədxah baxışlardan yayınanmadım.
Dedim- sınıq qəlbim bəlkə sevinə,
Eşqimçün cəfadan, heç usanmadım.Könül yorğun düsüb qüssədən,qəmdən,
Fil yükü dərdləri zordur daşımaq.
Qurtula bilmədim zülüm, sitəmdən,
Heç dismət olmadı rahat yaşamaq…Ömür kitabıma nəzər salıram,
Varaq var,səhifə var,heç oxunmamış.
Xəyal dumanında itib qalıram,
Aylar var,illər var əl toxunmamış. -
Bahar, ilıq nəfəsi ilə dağ çiçəkklərini cuşa gətirdi…
Martın 23-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində “Dağ Çiçəkləri” ədəbi məclisinin bayram görüşü keçirilib. İsmayıllı rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov tədbiri giriş nitqi ilə açıq elan edərək şairləri bayram münasibəti ilə təbrik etdi. Başçı “Dağ çiçəklərinin” növbəti kitabının nəşr olunması ilə bağlı tapşırıq verdi. Daha sonra çıxış edən şair Maarif Soltan, İsmayıllı şairlərinin ölkə mətbuatında mütəmadi çıxış etməsinin vacibliyini vurğulayıb.
“Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri isə öz çıxışlarında onlara göstərilən qayğıya görə Dövlətimizin Başçısına və Rayon Rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin “Dağ Çiçəkləri” məclisi üzvlərinin şeirləri səsləndirilib. Tədbir konsert proqramı ilə başa çatıb.Elnarə GÜNƏŞ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İsmayıllı üzrə xüsusi müxbiri -
Elnur Rəsuloğlunu doğum günü münasibətilə təbrik edirik! ( 22 mart 1982-ci il)
Elnur RƏSULOĞLU (Əliyev Elnur Rəsul oğlu) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur. Həmin ildən Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir. Müxtəlif zaman kəsiyində “Qələbə”, ”Kredo”, ”Gənc müəllim”, ”Aysberq və həyat”, ”Təhsil və zaman”, “Kaspi” qəzetlərində, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Ulduz” jurnallarında, “www.ayb.az”, “www.dayaq.info”, “www.avrasiya.info”, “www.litparad.org”, “www.qafqazmedia.az”, “www.bizim.info”, “www.azpress.az”, “www.persona.az”, “www.vehdet.org” saytlarında şeir və məqalələri çap olunmuşdur.
Ailəlidir. İki övladı – bir oğlu və bir qızı var.Ağ rəngi sevmirəm
Ağ rəngi sevmirəm rənglər içində,
Çünki ağ rəng qorxu, təslim rəngidir.
Başların üstünü xəbərsiz alan
Əzrail rəngidir, ölüm rəngidir.Ağ rəngi sevmirəm rənglər içində,
Çünki mən sevmirəm təslim olmağı.
Həyat mübarizə, mübariz insan
Bacarır güc alıb yorulmamağı.Ağ rəngi sevmirəm rənglər içində,
Çünki mən sevirəm mübarizəni.
Mübariz olmayan diriykən ölü,
Mübariz olmayan həyat düşməni.Mənim arzum
Xatirələr yığın-yığın,
Ürəyimdir apardığın.
Əllərimdən qopardığın
Rahatlığım, dincliyimdir,
Cavanlığım, gəncliyimdir.
Yaralarım düyün-düyün,
Bununla sən fəxr et, öyün.
Vüsal oldu çox gördüyün.
Həsrət çəkib qoşun gəldi,
Sənin bundan xoşun gəldi.
Eşq havası başdan getməz,
Səsim, ünüm sənə yetməz,
Kişi olan qarğış etməz.
Arzum budur mənim sənə:
“Sevgim olsun qənim sənə”.Mənim həyatım
Aprelin axrıydı, son günləriydi.
Hava isti idi, səma tərtəmiz.
Günəş göydən yerə od ələyirdi
Kədərdən xəbərsiz, qəmdən xəbərsiz.Mən isə bu zaman tərimi silib
Yolda deyinirdim: “Ürək dayanır.
Elə bil göylə yer baş-başa verib,
Göy kimi od tutub yerlər də yanır”.Hər tərəf yaşıllıq. Yollar boyunca,
Gör ağcaqayınlar necə əkilib.
Onların altında otrub doyunca,
Kölgəsində neçə yolçu dincəlib.Ağcaqayınların altında yenə
Yolçular oturub nəfəsin dərir.
Oturmaq ar gəlir bəzilərinə,
Ayaq üstə durub nəfəsin dərir.Danışa bilsəydi, ağcaqayınlar
Bizə keçmişlərdən söhbət açardı.
Bil, dilə gəlsəydi, ağcaqayınlar
Burdan keçmişlərdən söhbət açardı.Mən bir saatdan da artıq yoldayam,
Bitib-tükənməyir uzanan yollar.
Döngəni dönürəm, sağ yox, soldayam,
Qurtarmaq bilməyir uzanan yollar.Gör nə qədər yol var qarşıda hələ,
Bəli, mən bu yolda daha yolçuyam.
Başqası görünmür, nədəndir belə,
Yoxsa mən bu yolda tənha yolçuyam?Hər yerə arxamca kölgəm sürünür,
Nədənsə canımı bürüyüb təlaş.
Köksümdə ürəyim tez-tez döyünür,
Fikirlərim mənə olubdur yoldaş.Məncə, olsa da düz, əyri-üyrü də,
Yollar hey uzanan qollara bənzər.
Yer üzündə hər bir insan ömrü də,
Sonu bilinməyən yollara bənzər.Məktəb yollarına ayaq basanda,
Elə bil yenidən uşaqlaşıram.
Uşaq səslərinə qulaq asanda,
Dərdimdən, qəmimdən uzaqlaşıram.Bir anlığa anıb o illəri mən,
Ömür kitabımı varaqlayıram.
Məndən sonra gələn nəsilləri mən,
Həyat yollarında soraqlayıram.Bu həyat yolları çətindən çətin,
Gərəkdir bu yolda mübariz olmaq.
Zəiflik göstərsən, olmasan mətin,
Sənin qismətindir qul, kəniz olmaq.Qulaqları səsdə, gözləri yolda,
Vətən torpaqları çağırır bizi.
Vətən bir ağacdır, onda bu halda,
Qurdlar içimizdən dağıdır bizi.Hardandır bizlərdə, hardandır yadlıq,
Doğma qardaşıma necə “yad” deyim?
Kədərli günümdə düzəldib şadlıq,
Bayram libasımı mən necə geyim?Yurddaşlarım köçkün, qaçqın, didərgin,
Qarabağdan sürgün ediblər bizi.
Danışa bilmirəm, əsəbim gərgin,
Öz əllərimizlə didiblər bizi.Öz əllərimizlə yıxıblar bizi,
Nə vaxt bütöv yumruq olacağıq biz?
Çoxdandır bir küncə sıxıblar bizi,
Axırda vətənsiz qalacağıq biz.Havanın axını güclənir birdən,
Nəğmə deyib əsir isti küləklər.
Bir baxın, bir baxın, cənub tərəfdən,
Buraya tələsir isti küləklər.Burda hakim olmuş isti küləklər,
Yuxudan oyatdı tozu, torpağı.
Əsib cana doymuş isti küləklər,
Qaldırıb oynatdı tozu, torpağı.İsti küləklərin dövrü az oldu,
Taca zorla sahib olanlar kimi.
İsti küləklərin ömrü az oldu,
Şayiələr kimi, yalanlar kimi.Artıq mənə oxşar otağımdayam,
Özüm kimi sadə, çilliçıraqban.
Özümə söz verib dedim: “Yazacam,
Başıma gələndən, öz həyatımdan”. -
Təvəkkül GORUSLU.Yeni şeirlər
SƏNİN GÖZLƏRİNİN YAŞINA QURBAN!
Bu dəyərli dostum, istedadlı şairə bacım Sevda Mikayılovanın mənsur şeirinə cavab idi.
Qara bulud kimi dolmuş gözlərin,
Qəlbləri teyləyir dərdli sözlərin,
Dağlama bağrını, bacım, bizlərin,
Sənin gözlərinin yaşına qurban!Mələklər ağlayır, səma daralır,
Baxış pərdələnir, aləm qaralır,
Axdıqca göz yaşın ömrüm saralır,
Sənin gözlərinin yaşına qurban!Bir həsrət, bir ağrı yandırır canı,
Ayrılıq sazağı dondurur qanı,
Hanı doğma yurdum, ocağım hanı,
Sənin gözlərinin yaşına qurban!Kimə qismət oldu bağların barı,
Görən əriyibmi dağların qarı,
Gedə bilməyirik vətənə sarı,
Sənin gözlərinin yaşına qurban!Necə dəf edəsən dərdi, azarı,
Sala bilməyirik kəndə güzarı,
Neçə doğmaların orda məzarı,
Sənin gözlərinin yaşına qurban!Yolları ot basmış, evlər dağılmış,
Baxdıqca gözlərə qəhər sağılmış,
Bu nə cəsarətmiş, bu nə ağılmış,
Sənin gözlərinin yaşına qurban!Vətənin nisgilli yükü ağırdı,
Bu yükü çəkməkdən ürək yağırdı,
Anam can verəndə “vətən ” çağırdı,
Sənin gözlərinin yaşına qurban!Durub da düzəlib yolun ağına,
Gedib döşənəsən əl- ayağına,
Dönəsən vətənin qurbanlığına,
Sənin gözlərinin yaşına qurban!22. 03. 2016
BAHAR GƏLİR
Köynəyini bulud sıxır,
Nur ələnir, yağış yağır.
Dünya, aləm yola baxır,
Qucaq açır, bahar gəlir.Çox tələsir, əsir külək,
Damda, daşda çalır tütək,
Qanad açıb uçur mələk,
Yollar açır, bahar gəlir.Təbəssümlə günəş gülür,
Hərarətdən sazaq ölür,
Sübh açılır, dan sökülür,
İşıq saçır, bahar gəlir.Yer, torpağın köksü qızır,
Su canına hopur, sızır ,
Toxum şumda yuva qazır,
Buta açır, bahar gəlir.21. 03. 2016
SANCAYDIM BAYRAĞIMI. . .
Bir quş olub uçaydım, gedəydim öz kəndimə,
Həsrətin göz yaşını səpəydim öz kəndimə.
Gəzəydim ovlaqların, görəydim bərələrin,
Ovuc – ovuc suyundan içəydim dərələrin.Öpəydim bənövşəni, qoxlayaydım yarpızı,
Orda qarşılayaydım baharı, güllü yazı.
Külək olub əsəydim təpələri boyunca,
Çəkəydim havasını ciyərimə, doyunca.Yamanca darıxmışam ormanlar, meşə üçün,
Qəlbim başı göynəyir hər tala, guşə üçün.
Novruzla qucaqlayıb, sevib uca boyunu,
Palıdın kölgəsində quraydım dəf, toyunu.Çıxaydım addım – addım Kəpəzin zirvəsinə,
Səs verəydim qartalın qıy vuran nərəsinə.
Azad olmuş görəydim hər yanı, hər tərəfi,
Sancaydım bayrağımı, qaytaraydım şərəfi!20. 03. 2016
-
Qazaxda Ədəbiyyat Muzeyində “Səməd Vurğun günləri” keçirilib
Martın 21-də Azərbaycanın qədim və zəngin tarixi ilə seçilən Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin təşkilatçılığı ilə Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə respublikanın müxtəlif bölgələrindən olan ədəbiyyatsevərlər, qələm sahibləri, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, o cümlədən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Səməd Vurğunun həyat və yaradıcılığı haqqında məlumat verilib, müxtəlif illərdə qələmə aldığı şeirlərindən səsləndirib.Bugünkü düzənlənən tədbirin həyata keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.Xalq şairi Səməd Vurğunun anandan olmasının 110 illik yubileyi münasibətilə düzənlənən tədbirin yüksək səviyyədə təşkil olunmasına zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib, Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün bir töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.Tədbirin gedişatında dəvət olunmuş qonaqlar da yubilyar haqqında öz ürək sözlərini dilə gətirib, yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat veriblər, yaradıcılıq nümunələrindən səsləndiriblər.Tədbirin sonunda isə xatirə şəkli çəkdiriblər.
Rüfət AXUNDLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölməsi
üzrə xüsusi müxbiri,
Qazax rayonu -
Ağstafa Yazıçılar Evində Xalq şairinin 110 illik yubileyinə həsr olunmuş poeziya axşamı keçirilib
Martın 18-də Ağstafa Yazıçılar Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə Poeziya axşamı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, o cümlədən qələm sahibləri də iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri, şair Saqif Qaratorpaq ilk növbədə,
tədbir iştirakçılarını salamlayaraq, ən yeni dövr Azərbaycan poeziyasının və müasir Azərbaycan dilinin banisi, Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri Xalq şairi Səməd Vurğunun geniş və zəngin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verib, əsərlərinin əhatə olunduğu mövzu və ideya baxımından Çağdaş Azərbaycan ədəbiyyatının zənginləşməsi və inkişafı üçün çox böyük xidmətlər göstərdiyini qeyd edib. Bugünkü tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə diqqətə çatdıran şair Saqif Qaratorpaq poeziya axşamının düzənlənməsindən məmnun qaldığını bildirib, eyni zamanda təşkilatçılıq üçün Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsala sonsuz təşəkkürünü bildirib, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin gedişatında yubilyarın müxtəlif illərdə qələmə aldığı şeirlər səsləndirilib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.Rüfət AXUNDLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölməsi üzrə xüsusi müxbiri,
Ağstafa rayonu. -
“Kimsə bilməsin” kitabının təqdimat mərasimi keçiriləcək
4 aprel 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü Ramil Mərzilinin “Kimsə bilməsin” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
“Kimsə bilməsin” kitabı işıq üzü görüb
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü Ramil Mərzilinin “Kimsə bilməsin” kitabı işıq üzü görüb.
Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə 2011-ci ildə “Alın yazım” kitabı işıq üzü görmüşdü.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
“…və susarsan” kitabı işıq üzü görüb
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, DGTYB Yönətim Kurulunun üzvü, Prezident təqaüdçüsü İntiqam Yaşarın “…və susarsan” kitabı işıq üzü görüb.
Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə 2013-cü ildə”İlk görüş”adlı kitabı çapdan çıxmışdı.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Rahilə DÖVRAN.Yeni şeirlər
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,BƏNÖVŞƏ
Bir çiçək var, yaz əzəli,
Alqış edən al günəşə.
Çiçəklərin ən gözəli,
Bənövşədir, o Bənövşə.Bitcək qışın, qarın seli,
Məskən seçər doğma eli.
Ləçəkləri gəlin teli,
Bənövşədir, o Bənövşə.Söz tapmıram , edəm tərif,
Kafa bənzər, deyil əlif.
Boynu bükük, incə, zərif,
Bənövşədir, o Bənövşə.Gözəlliyi baş bəlası,
Dərərlər, qisas alası.
Duyulmayan ah- nalası,
Bənövşədir, o Bənövşə.Çox bənzəyir talehimiz,
Sanki əkiz bacıyıq biz.
Dövran kimi lal, qədərsiz,
Bənövşədir, o Bənövşə.MƏNI AXTARACAQSAN
Fələk səni yoranda,
Bəxtin üzə duranda.
Qəlbin yavaş vuranda,
Məni axtaracaqsan.Al Günəşin sönəndə,
Çərxin tərsə dönəndə.
Durub qəbrim önündə,
Məni axtaracaqsan.Əlin, qolun qöynunda,
Qara, matəm donunda.
Bitmiş yolun sonunda,
Məni axtaracaqsan.Yaz Günəşi saçanda,
Lalə, nərgiz açanda.
Kəpənəklər uçanda,
Məni axtaracaqsan.Hər təamda, töhfədə,
Hər açılan süfrədə.
Hər kitabda, səhifədə,
Məni axtaracaqsan.Sənə arxa, həyanı,
Səni sevib, sayanı,
Sən, Rahilə Dövranı,
Məni axtaracaqsan… -
Elnarə GÜNƏŞ.Yeni şeirlər
“Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü
Yaz aylarında
Torpaq nəfəs alır ,küləklər gülür,
Yarpaq pıçıldayır, çiçəklər gülür.
Damarda qan coşur, ürəklər gülür
Doğur səmimiyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında.Məlhəmdir yağışı günəşi. Mehi
Dağda bar dumanın dan yeri şehi.
İnsan yaşadıqca duyur fərəhi.
Çəkilməz əziyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarındaNovruz
Hicri təqviminin yeni bir ili,
Bəşər tarixinin dəqiq təhlili.
Haqqa tapındırdı bir çox cahili.
Haqdan gələn nidadır, səsdir Novruz,
Anam təbiətə nəfəsdir Novruz.Gül –çiçək qoxusu tutur çölləri,
Durnalar fəth edir mavi gölləri.
Gəlib sevindirir bizim elləri,
İnsanın ruhuna həvəsdir Novruz,
Anam təbiətə nəfəsdir Novruz.Ağsu torpağı
Loğman çiçəkləri dağ yamacında,
Oylağıdır Kəkliyin, Turacın da.
Bura səfər edək ilin yazında,
Alaq bülbüllərdən bahar sorağı,
Cənnət məkanıdır Ağsu torpağı.Girdiman hövzəsi lalə qatarı,
Hər yanı al əlvan çiçək hasarı.
Cavanşir gölünə salaq güzarı,
Seyr edək rayonu üzü aşağı,
Cənnət məkanıdır Ağsu torpağı.Pıçıldayır Ağsu çayı mehriban,
Vadisindən səhər boylanır duman.
Seyrəngahı buludlara ucalan.
Dolayları istirahət ocağı,
Cənnət məkanıdır Ağsu torpağı -
Müzəffər MƏZAHİM.Yeni şeirlər
ÖMÜR
Ən uca budaqdan düşdü o yarpaq,
Onda təbiətin bahar çağıydı.
Bu qəfil gəlişdən diksindi torpaq,
Günəşin buluddan doğar çağıydı.Üşəndim alnımda buz kimi tərdən,-
Ölüm yaranmışın sonuncu borcu.
Qaldırdım bu yarpaq “meydini” yerdən,
Yarpaq tabutuna döndü ovucum.Gücümdən ağırmış ovcumdakı yük,
Çiynimin üstünə qalxmadı əlim.
Gördüm ki, qeyrəti özündən böyük,
Qara qarışqalar köməyə gəlib.Yarpaq “ölüsü”nü ovcumdan alıb,
Apardı dəfn edə səhər yelləri.
Hələ ağırlığı çiyinlərimdə,
Hələ soyuqluğu ovcumda qalıb,
Əsir ürəyimdə qəhər yelləri.ÇATAMMADIM
Mən piyada, ömür atlı,
Arzularım yel qanadlı,
Əzabı da toy-büsatlı,
O ilimə çatammadım.Ürəyimin köz vaxtında,
Sevgi dolu söz vaxtında,
Ha yüyürdüm, öz vaxtında,
Öz fəslimə çatammadım.Daş-kəsəyi qaya bildim,
Gölməçəni dərya bildim,
Hər ürəyi duya bildim,
Öz könlümə çatammadım.Nə təzanə, nə sim oldum,
Sığal çəkən nəsim oldum,
Səbr oldum, dözüm oldum,
Mənzilimə çatammadım. -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Gur tonqallar çatılardı obada,
Dəmlənirdi dolma, plov sobada.
Yumurtalar boyanardı tavada,
Geyinərdi hamı bayram paltarın,
Səsləyərdi sevinc ilə yar-yarın.Süfrələri bəzəyərdi səməni,
Hamı evə gətirərdi çəməni.
Mahnıya bax, yazda göyərt sən məni,
Göyərərdi çöl-çəməndə bərəkət,
Novruz elə səadətdi, səadət.Qapılara necə torba atardıq,
Yolda, izdə şehə, suya batardıq.
Hər arzuya, hər istəyə çatardıq,
Gün batanda toplaşardıq bir yerə,
Səsə-küyə bürünərdi dağ-dərə.O gün hamı torbaya pay qoyardı,
Balacalar yumurtanı sayardı.
Kasıblar da yeyib-içib doyardı,
Yaddan çıxmaz o zamanlar, o çağlar,
El-obanı bəzəyərdi uşaqlar.Süfrələrdə tapılardı nə desən,
Hər qapını sən döyərdin istəsən.
Tapılmazdı nə inciyən, nə küsən,
Uşaq, böyük olardılar mehriban,
Bir-birinə söyləyərdi hamı “can”.Kosa, keçəl hər qapını döyərdi,
Zarafatla qız-gəlini öyərdi.
Tərifləyib hamı “əhsən” deyərdi,
Gülməliydi hər bir oyun, tamaşa,
Səs düşərdi hər qayaya, hər daşa.Xalça-palaz yuyulardı tər-təmiz,
Gül-çiçəyə bürünərdi dərə-düz.
Kimə baxsan xoş camallı, gülər üz,
Nəğmə idi, sevgi idi ömür, gün,
Nağıl idi, ötən çağlar büsbütün.Bağ-bağçaya təzə izlər salardıq,
“Qapı pusub”, xəyallara dalardıq.
Hər qapıdan payımızı alardıq,
Deyib-gülüb sevinərdik ürəkdən,
Arzumuzu diləyərdik fələkdən.Tonqal üstən tullanardıq sübhətək,
Bu sevgidən gül açardı hər ürək.
Qızlar bizə paylayardı gül-çiçək,
Qada-bala bizdən uzaq olardı,
Ürəyimiz məhəbbətlə dolardı.Hər torbada xurma, kişmiş, qoz, badam,
Qovurğadan heç doyarmı heç adam.
Şəkərbura çox olardı o axşam,
Xoş olardı paxlavanın ləzzəti,
Qurtarmırdı aşıqların söhbəti.Zəmzəm suyu gətirərdik bulaqdan,
Yelləncəklər asılardı ağacdan.
Hamı qalıb ayrılardı yarışdan,
Təmizlənib durulardı qəlbimiz,
Sevinərdik, şadlanardıq onda biz.BƏNÖVŞƏ
Arı uçub gülə gəlir,
Quşlar gülə-gülə gəlir,
Şeyda bülbül dülə gəlir,
Bənövşələr açılanda.Ellər salamlayır yazı,
Aşıqlar kökləyir sazı,
Başlayır güllərin nazı,
Bənövşələr açılanda.Xınalanır dağlar, daşlar,
Bəzəyir çölü naxışlar,
Nəğmə deyir qaranquşlar,
Bənövşələr açılanda.Üz-gözlərdən nur tökülür,
Zülmətin bağrı sökülür,
Günəş məhəbbətlə gülür,
Bənövşələr açılanda.Sinəyə sığmayır ürək,
Ətir yayır əsən külək,
Çiçəkləyir sevgi, istək,
Bənövşələr acılanda. -
Rəhim MEHNƏT.Yeni şeirlər
XƏYALLAR
Bir siqaret dumanıdı,
İlin bahar zamanıdı,
Sənə olan gümanıdı,
Xəyalları alıb gedən.Bu həsrətin hicranıdı,
Səni sevən hürr canıdı
Qumral gözlü cananıdı,
Xəyallara salıb gedən.İllər özün çəkir dara,
Sutkaları yara yara,
Ümüdünü verib yara,
Xəyallardı sarıb gedən.Ad çıxardı Əsli, Kərəm,
Əsli sənsən, Kərəm mənəm,
Gülər üzlü nazlı sənəm,
Məni məndən çalıb gedən.19.03.2016
* * *
Sənin üçün yazdığım bu şeirlər,
Səndən özgə evim yoxdu deyirlər.
Misralarım, hecalarım, sözlərim,
Xəyalını libas təki geyirlər.Yazdığımın əvvəli sən, sonu sən,
Çümlələrin bəzəyi sən, donu sən,
Fikirlərin cəhəti sən, yönü sən,
Xəyallarım qarşında baş əyirlər.Qələm-kağız əzbərləyib adını,
Mürəkkəb də bilir sevgi dadını,
Həriflərim qohumunu, yadını,
Söz eyləyib yenə sənsən deyirlər. -
Abdulla MƏMMƏD.Yeni şeirlər
YAMAN UZUN ÇƏKDİ SÜKUTUN DİLİ.
Yaman uzun çəkdi sükutun dili,
Gözlərim üşüdü lal baxışından.
Mən kiməm alnımdan yazını silim?
Qaçmağa yer də vox göz yağışından.Bu yağış daşlaşan sözləri yuyur,
Hələ ki dərdimə acıyır səbrim.
Bir yandan sükutun içimi oyur,
Bir yandan dişini qıcıyır səbrim.Üzünə baxmağa baxışım aciz,
Dinib-danışmağa söz tutmur dilim.
Bu necə sevgidir,səssiz-səmirsiz,
Sükutdan alışıb yanıram,gülüm!Yoxsa ayrılıqmı bu sükut,görən?
Əsir əzalarım hey əsim-əsim.
Bəlkə gözlərində fərsizəm,kürəm,
Tənha bir qüssəyəm-ağlın nə kəsir?!Bəlkə kor olubdur ağlımın gözü,
Ürəyim açılmır-dərdə əl açır.
Vaxtında batmadı ağlıma sözün,
Görəsən,sükutmu eşqin əlacı?Gözlərin könlünü gizlədə bilmir,
Gözündə tək mənim əksimdir,demə.
Sevdalı ürəyim dərdimə əsir,
Səni sevməyim də tilsimdir,demə.Qəlbimin açarı səndədir səndə,
Qəlbi qıfıllayıb əsir etmisən.
Qıfılı açmağa dil yoxdu məndə,
Dilimə baxışla təsir etmisən…Yaman uzun çəkdi sükutun dili,
Gözlərim üşüdü lal baxışından.
Mən kiməm alnımdan yazını silim?
Qaçmağa yer də vox göz yağışından.BİR DÜNYA QÜSSƏSƏN GÖZÜMDƏ MƏNİM.
Dedin:”Yol acıqdır üzünə sənin,”
Dünya gözlərimdən düşdü bir anda.
Utandım baxmağa gözünə sənin,
Sözlərin üşütdü həyamı canda.Nə idi istəyin,nə idi,de nə?
Payız tək saraldım bahar gözümdə.
Qınadım özümü hey dönə-dönə,
Sanki heçə döndü- nə var gözümdə.Oduna qalanıb yolunda yandım,
Üstümə bir zərrə su çiləmədin.
Dərdinin önündə sipər dayandım,
Yaxşı ki səbrimə kül ələmədin.Dünyamı yuxulu,mənmi yuxulu?
Səni sevməyim də yuxuymuş,demə.
Çiçəyin çırtlayıb yalan qoxulu,
Zərrəcə insafın yoxuymuş,demə!Olan insafın da çəkilib göyə,
Daş əsri deyil ki,daşa dönəsən.
Göz də o göz deyil-gözümü döyəm,
Gözümdə həsrətdən yaşa dönəsən.Ömrün payızında saralan güləm,
Dərdin ümidinə qoymusan məni.
Çətin ki sevinib ürəkdən güləm,
Sən ki dar ayaqda saymısan məni!Bir dünya qüssəsən gözümdə mənim,
Dərdimin üzünə gülə bilmirəm.
Sən elə etmisən özümdən məni,
Daha özümə də gələ bilmirəm.Dedin:”Səni anıb gəzməz ürəyim,
Daha mənim üçün quruca adsan”.
Səni ələmədi qüssə ələyim,
Yaxşı ki dar gündə dərdimə yadsan.GƏRƏK ÇIXMAYAYDIN YOLUMA BİR DƏ.
Gərək çıxmayaydın önümə bir də,
Kaş elə qalaydın dünənimdə sən.
De,niyə dönmüsən günümə bir də?
Sən ki sənə bağlı dünənimdəsən.Yadıma düşdükcə sənli o çağım,
Yenə də ürəyim yerindən çıxır.
Külü də sovrulub sənli ocağın,
Başımın üstündə şimşəyi çaxır.Yeriyir üstümə dərd dönə-dönə,
Yeyir ürəyimi sənli fikirlər.
Sən özün-özünü saldın düyünə,
Dumanlı,çisənli,çənli fikirlə.Düşüb şübhələrin bəd qəlibinə,
Dedin:”Yanılmışam sevən anımdan.”
Köçürə bilmədin məni qəlbinə,
Kəsildin məhəbbət imtahanından.Getdin,qədərimə yar oldu dünyan,
Əsdi qara yellər yollarım üstə.
Payız yarpağı tək saraldı sevdam,
Eşqin gül tək soldu qollarım üstə.Geyib dərd donunu kəsilir qənim,
Sevdalı dünənim,yaslı bu günüm.
Məni də salmısan gözümdən-məni,
Gözümdən düşənlə necə öyünüm?!Dəlir ürəyimi məsum görkəmin,
Gözümə dağ çəkir baxışların da.
Mənə bəxş etdiyin ayrılıq qəmi
Sızlayır alnımın qırışlarında.Gərək çıxmayaydın yoluma bir də,
Kaş elə qalaydın dünənimdə sən.
Söylə necə dözüm sən boyda dərdə,
Necə zənn eləyim dünənimdəsən?! -
Nəriman HƏSƏNZADƏ.”Poylu-beşiyim mənim” poemasından bir parça
Qarabağdan qayıdanlar hasalı qalıb,
anam yoxdu, anamın bir misalı qalıb:
– “Qoşa relslər – qollarımdı uzalı qalıb, –
mən arxanca boylanıram gündə, ay oğul,
bir də nə vaxt dönəcəksən kəndə, ay oğul!?..”Abır-həya gözəliydi, Azərbacjan, mənim anam.
Can dedikcə, candan kəsib, can payladın, canım anam.
Xanım ikən, bir xanımlıq görmədin sən, xanım anam.
Başındakı kəlağayın bir millətin həyasıydı,
Bu heykəli mən qoymasam, Poyluda kim qoyasıydı?!Ağstafa, Qarayazı tamaşana dursun, ana!
Poylu – mənim beşiyimdi, burda anam dursun, ana!
Yanında mən, hüzurunda gərək
“Salam!” dursun, ana!
Bircə “Sağ ol” eşitsəydim poyluların öz dilindən,
Ana-bala yaşayardıq Kür üstündə biz yenidən.……Ağstafa mənimkidir, sən də mənim, Azərbaycan,
səndən başqa nəyim vardır məndə mənim, Azərbaycan?!
Bir damlada bir ümmanı vəsf elədim, Azərbaycan,
mən Poyluya səndən baxdım – bu ümmanın damlasına,
Poylu, səndən boylanıram, Azərbaycan dünyasına. -
Bəxtiyar VAHABZADƏ.”Gülüstan” (Poema)
Azərbaycanın birliyi və istiqlal uğrunda
çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani
və Pişəvərinin əziz xatirəsinəİpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdi.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə…
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
Qoy qalxsın ayağa ruhu Tomrisin.
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?
Hanı bu ellərin mərd oğulları,
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu
– Qılınc Koroğlusu, söz Koroğlusu?
Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət…
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın!
Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..
Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.
Atıb imzasını hər kəs varağa
Əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir bir-birinə.
Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Bir deyən olmadı, durun ağalar!
Axı bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız, bayaqdan bəri,
-Bəs hanı bu yurdun öz sahibləri?
Bəs hanı həqiqət, bəs hanı qanun?
Böyükdür bu yurdun tarixi, yaşı.Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz doğma yurdunda yoxsa kölədir?
Necə ayırdınız dırnağı ətdən
-Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış, Vətənimizə?
Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar
Bir ölkə ikiyə
Ayrılsın deyə!..
Göy də buludlamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gumltusu Oğuz xaqanın
Ruhuymuş, hönkürüb fəryad qoparmış.
Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu, saraldı.
“Gülüstan” bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.
Bağrı köz-köz oldu “Yanıq Kərəm”in
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanğılı pərdə yarandı.
Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi Günün, Ayın da.
Qoca Nəbacinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?
Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
“Bu işə qol qoyan qollar sınaydı”.
Arazın suları qəzəbli, daşqın,
Şirin nəğmələri ahdır, haraydır,
Vətən, quşabənzər qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gozümüzdən yaş damla-damla.
Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu gözdağını?..
Başı kəsiləndə bu məğrur elin
Könül fəryadını hiss etdinizmi
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düşünün, nələrə qol çəkmisiniz?
Bir damcı mürəkkəb bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə “ver” – dedi.
Lap yaxşı eyləyib doğrudan, bizə
Biri “baran” – dedi, biri “xər” – dedi.
Bizi həm yedilər, həm dəmindilər,
Amma arxamızca gileyləndilər.
Hökmü gör nə qədər böyükmüş anın.
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüş qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.
Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Bir eli ikiyə paraladın sən
Özün kağız ikən paralanmadın,
Köksünə yazıları qəlb atəşindən,
Niyə alışmadın, niyə yanmadın?
Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarıda səf çəkib durdu.
Sular, sizdən təmiz, nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?
Ey Araz, səpirsən, göz yaşı sən də
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?
Dayanıb Arazın bu tayında mən
“Can qardaş” deyirəm, o da “can” deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim, yetən yerə əlim yetməyir…
Qarışıb gözümdə, qarışıb aləm,
Dərd dərdi doğrayır, qəm qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub, sinəmdən keçir.
Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.
Dəmir çəpərləri eşqim, diləyim
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.
Taxta dirəkləri qoydular, ax, ax!..
Qəlbimin, ruhumun dilimin üstə,
Biz güldük, ağladıq, yenə də, ancaq
Bir sazın, bir telin, bir simin üstə.
Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə bir sazın üstə.
Şəhriyar yaralı misralardan,
Körpü salmadımı Arazın üstə?!
Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək,
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da – Azərbaycandır,
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmətini tök də meydana,
Qoşundan silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!
Ayırmaq kimsəyə gəlməsin asan,
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.
Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:
“Heydər baba, göylər qara dumandı.
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.
Bir uçaydım bu çırpman yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı”.1959
-
Süleyman RÜSTƏM.”Təbrizli Analar”
Mən təbrizli analara bələdəm,
Fəxrimdir bu əziz, qoçaq analar.
Körpəsinin beşiyinin başında,
Sübhə qədər qalar oyaq analar.Məhəbbəti çiçəklənər ilk gündən,
Zərrə bezməz öz analıq yükündən.
Balasına namərdliyi kökündən
Saf südüylə edər yasaq, analar.Hər kəlməsi, hər sözü gül qoxuyar,
Laylasını diləklərdən toxuyar.
Ürəklərdən keçənləri oxuyar
Kitab kimi varaq-varaq, analar.Xata çıxsa övladının əlindən.
İnsanlara ziyan dəysə dilindən,
Üz döndərsə vətənindən, elindən
Kandarına basmaz ayaq, analar.Ta əzəldən dar günündə ellərin,
Qarşısına sinə gərər sellərin.
Nəfəsini kəsər qara yellərin,
Dayaqlara olar dayaq, analar.Qan axarkən Təbrizdə su yerinə,
Döyüşlərdə ürək verər ərinə.
Nalə çəkib, şəhidlərin qəbrinə
Güllər səpər qucaq-qucaq, analar! -
Süleyman RÜSTƏM.”Təbrizim”
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim! -
Rafiq ODAY.”Sənə söz verdiyim şeir”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistİstedadlı şairə, mənimçün çox doğma olan Adilə Nəzərə
Neçə gündü qələmin ucunda
əsim-əsim əsir,
titim-titim titrəyirdi
sənə söz verdiyim şeir.
Bir əlçim bulud kimi,
Bir sınıq umud kimi,
Dünyanın pərsəng daşı kimi,
Bir damla göz yaşı kimi,
Kəsdirmişdi vərəqin başının üstünü.
Sanki ağ vərəqə düşüb
qara taleli olacağından,
Ömürlük bir küncdə
qalacağından qorxurdu.
Qorxurdu ömrünün
azlığından,
Fikirlərin
dayazlığından,
Kağızın məsum-məsum
üzünə baxan
bəyazlığından.
Sanki
əgər üzümü qara edəcəksənsə,
mənə toxunma,
İncitmə hisslərin, duyğuların
pak ruhunu deyirdi…
…Bir tərəfdən də
“yaz”, “yaz” deyən ilhamım
içimdə üsyan qaldırmışdı.
Şeir başa çatanda
göz yaşlarım artıq
ovcumu doldurmuşdu.
Bu bir ovuc göz yaşını
şərbət kimi çəkdim başıma,
Sonra da son nöqtəni qoyub,
Yol aldım
Pərən-pərən düşmüş
arzularımın,
ümidlərimin dalınca –
üzü sonsuzluğa doğru… -
Rahilə DÖVRAN.Yeni şeirlər
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,POEZİYA HEYRANI
Yaranmışam gərdişindən dünyanın,
Çalışmışam nəbzin tutam zamanın.
Dərk etmişəm dəyərini hər anın,
Şeiriyyətəm ruhu, canı, həm qanı,
Mən Dövranam, poeziya heyranı.Allahıma, Quranıma, düz andım,
Qəlbdən süzən hər kəlməmi, düz sandım.
Dövran adın, qələmimlə qazandım,
Qəzəllərim bülbüllərin fəqanı,
Mən Dövranam, poeziya heyranı.Vətən, Ana ətirlidi, hər sözüm,
Şeiriyyətdə öz cığırım, öz izim.
İstərəm hey könüllərə gül düzüm,
Doğma yurdda vəsf edərəm hər yanı,
Mən Dövranam, poeziya heyranı.Qoşma, təcnis,müxəmməsim,bayatım,
Bölgüm, hecam,qafiyələr həyatım.
Hər misramda, var “Koroğlu”m, “Qırat”ım,
Namərdlərə dar edərəm meydanı,
Mən Dövranam, poeziya heyranı.Təbb, ilhamım Günəşimdir, Ayımdır,
Parlaq qələm, Yaradandan payımdır.
Can sirdaşım, əhli- qələm, tayımdır,
Yalın əllə parçalayar qayanı,
Mən Dövranam, poeziya heyranı…İLAXIR ÇƏRŞƏNBƏ
Çərşənbə qucanda doğma elləri,
Səmtini dəyişər səmum yelləri.
Titrər könüldəki duyğu telləri,
Ilaxır çərşənbə, son çərşənbədə.Açar Novruzgülü, cəsur Qardələn,
Bənövşə naz satar, baxar köndələn
Butadır, qönçədir, gözə xoş gələn,
Ilaxır çərşənbə, son çərşənbədə.Bəzənər incəbel, yaşıl səməni,
Haylayar ardınca çölü, çəməni.
Nərgizlər pardaqlar, qönçə düyməni,
Ilaxır çərşənbə, son çərşənbədə.Novruzu, Baharı pişvaza dura,
Şor qoğal, paxlava, həm şəkərbura.
Gözəllər kökəyə naxış, gül vura,
Ilzxır çərşənbə, son çərşənbədə.Çıxar qız- gəlinlər qulaq falına,
Niyyəti tutanın, nə xoş halına.
Fərəh, nəşə qonar kef, əhvalına,
Ilaxır çərşənbə, son çərşənbədə.Başlanar “Kos- kosa”, duzlu, məzəli,
Kosanın dayanmaz, dinc durmaz dili.
Oynadar Keçini, həm də Keçəli,
Ilaxır çərşənbə, son çərşənbədə.Dövran heyran- heyran, yandırar şamı,
Çağlayar ilhamı, coşar ilhamı.
Bal dadar hər kəlmə, misranın tamı,
Ilaxır çərşənbə,son çərşənbədə. -
Şəfa VƏLİYEVA.”Qınadı ellər Saranı”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüŞəfa Vəli ATEV.AZ saytının Gəncədəki təmsilçisi olmaqla yanaşı, eyni zamanda bir yazar və şairə kimi çağdaş Azərbaycan ədəbiyyatında əbədi gəncliyin ən çox fəal olan ədiblərdən biridir. Onun yaradıcılığının mahiyyəti çağdaş həyat şərtlərimizin dinamikliyini öz ruhunun ləngəri üzərində biçimlənmiş ədəbi düşüncələrinin palitrası deməkdir. Çağdaş ədəbi prosesdə bu üslubda yazan qələm sahibini bəlkə də barmaqla örnək olaraq göstərmək mümkündür. Ancaq, bütün bunlar bir gerçəklikdir. Demək olar ki, Şəfa Vəli hər halında sanki özünü, daha dəqiq desək elə bil öz avtobiqrafiyasını yazır. Bir sıra ünlü rəssamların yaradıcılıq uğurlarının sirri də bundadır. Çünki, əksər yaradıcı insanlar nədən və necə yazmalarından asılı olmayaraq, haradasa yazıb yaratdıqlarını daha çox avtoportret üslubunda tamamlayırlar. Çünki, insan sözü ruhuna, ruhunu sözə çevirəndə əsil sənəti, poetik duyumlarının zərifliyini bədii məzmuna çevirə bilir. Yapon şairi İsikava Takubokunu, italyan kino rejissoru Federiko Fellinini, özbək şairi Rauf Pərfini, Güney Azərbaycanın böyük şairəsi Mərziyə Üskülü Dalğanı, balkar yazarı Yuroslan Bolatı,
Anadoludan Fazil Hüsnü Dağlarcanı, böyük bəstəçi Friderik Şopeni, gəncəli heykəltaraş Fazil Nəcəfi böyük sənət yollarına aparan onların yaradıcılığının avtobioqrafik xarakter daşımasıdır. Bəzən Şəfa Vəlinin şeirlərini oxuduqda qəlbimiz belə üşüyür. Ona görə yox ki, həmin şeirdə donuqluq var. Əsla belə deyil. Düşüncələrimizin gözlərimizə hopduğu anların duyğusunun bəlirsiz biçimdə yenidən içimizə dönməsi gerçəkdən ruhumuzun hərəkətidir. Şəfa Vəlinin şeirlərində, hətta misralarında bütün bunları zərif bir biçimdə duymaq mümkündür. Yetər ki, yazdıqlarına birbaşa onun gözü ilə, nəfəsi ilə, duyğuları ilə baxa biləsən. Duyduqca içindəki sızıltıların necə pıçıltıya çevrilməsinin tablosunu görə biləsən. İçindəki anımların dəyərinin fərqində olmağı bacara biləsən. Şəfa Vəli bax beləcə bir şair-yazar taleyini yaşayır. Hətta kimsədən ummadan, taleyin dolanbaclarını ədəbi düşüncələrinin səssizcə pıçıltısına çevirərək möhtəşəm şeirlərin və hekayələrin, bəzən də reportajların imzasını bəlirləməyi bacarasan. Onun yazılarının ezackarlığının dəyəri də bundadır.“Apardı sellər Saranı”
Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək.
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…Hardan düşdü yada? Hardan?
Axı unutmuşdun çoxdan…
Günahkarı ölən sevdan
Qınadı ellər Saranı…Qorumağa söz vermişdin…
Elin dilindən demişdin…
Təkcə özün bilməmişdin,
Söylədi dillər Saranı…Yatdın, Xançoban, yatdın…
Ömrü ucuzuna satdın…
İllərin o üzünə atdın…
Atmadı illər Saranı…Demə ki, ürəyi daşdı,
Dərd çağladı, aşdı-daşdı…
Bəxtin kirinə bulaşdı
Yumadı sellər Saranı…Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək.
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…Dostum… küsə bilərsən
Dostum… küsə bilərsən
Yenə ikinci oldun…
Getdi bütün sevgilər…
Mənsə seyrçi oldum…Sənə “bağışla” demək
Günahım sayılacaq…
Dodağım büküləcək…
Gözlərim qıyılacaq…Bu qız sənə tanışdı…
Darıxar özü üçün…
Gəl, bir şeir danışım…
Elə-belə… söz üçün…Küssək də hər axşamdan
Bu günlə barışmışıq…
Bir də… soruşmasan da
“O”nunla ayrılmışıq…Adını deyib gəlmişəm
Bir qədəh sevinc icmişəm
sağlığına… sağlığına…
Utanmayıb oynamışam
yoxluğuna… yoxluğuna…Adını deyib gəlmişəm,
düşmüşəm yolun ağına…
Adımı yaza bilmişəm
çəkdiyin həsrət dağına…Bağışla… Ömrüm günahdı…
Batırma eşqi günaha…
Dilimdəki bu son “ah”dı…
Badədir, sağlığına…Hərdən yuxum sürgün olur
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,
“Sən”li, “mən”li bu dünyada.Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.Adsız şeirlər
Dərdi yanına sal gətir,
Yeni görüşə gələndə…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…Bəxtimin kiçik qızıyam…
Falçı deyib gəlişini…
Qəlbində ağrı, sızıyam,
Qoru üzdə gülüşünü…Mənə “Qırmızıpapaq” al,
Öz içimdədi canavar…
Nağıl dünyandaca qal…
Ölsəm bundan sənə nə var?****
Unutmuşdum…Bu görüşdə
Sevgini gətirmə, yaxşı?
Nolsun söylənirik dərddən,
Nə sən aşıq, nə mən baxşı…İkimiz də uduzmuşuq…
Sən sevgini…Mən də səni…
Arsızmışıq…Huşsuzmuşuq…
Görüşə səslədim səni?Ehh…Qırmızı şal gətir,
Tamamlansın bəzəyim də…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…***
Unutduğun bu çiçəyin ətrinə,
Sözlərinin zəhrini də qatmışam…
Ayrılığın yaman dəyib xətrimə,
Qırılmışam…Ümidimi atmışam…Arzunu göndərib dağ bulağına,
Qəmbəri asmışam ürək yerindən…
Düşüb sənli ömrün qəm sorağına,
Dedim bir bayatı çəkək yerində…Çağırın imdada Qaracaoğlanı,
Diriltsin sazıyla ümidlərimi…
Gəlsin bu taleyin oyun pozanı,
Gətirsin özüylə istədiyimi…Yuxum
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,
“Sən”li, “mən”li bu dünyada.Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm. -
Şəfa VƏLİYEVA.Möhtəşəm şeirlər
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
əzirim var gəlişinə, sevdiyim,
Qədəmlərin dəyən yerə baş qoyam.
Çən- çiskinə dönüm yolla sürünüm,
Rastına çıxanda bir pəri olam.Nəzirim var sevənlərin pirinə,
Sevən, sevilən də özüm olaydım.
Sözüm keçmir ürəyimə, səbrimə,
Dilərdim, anadan dözüm olaydım.Nəzirim var vüsalına yetəndə,
Kor olam, gözümü qurban demişəm.
Dünya qurbanlığa quzu kəsəndə,
Mən sənə özümü qurban demişəm.* * *
sevdali gunlerim soldu gul kimi
adina birce soz yarasdirdilar
el catmaz, un yetmez bir unvan kimi
qismet yazib bogazimdan asdilartesaduf deyildi ona bas eydim
zeruretdi qurur eyen bu sevgi
men niye das olub basina deydim
meni sevenin de yixildi eviitirdim…geriye qayitmaq ucun
ireli getmeyim gerekmis deme…
qoynuna siginib onsuz heyatin
gunu basa vurmaq olmekmis deme… -
Şəfa VƏLİYEVA.Möhtəşəm şeirlər
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Həsrətimi köz eylədin,
yaramı göz-göz eylədin…
Özün boyda “döz” eylədin…
Dayan, qara bəxtim… Getmə…dil var səni ağlamağa,
Sel var gözdə çağlamağa…
bel var… dərdi saxlamağa,
Düz dur, qara bəxt… Əyilmə…gedişin kimi yandırar?
bu hikkə nəyi andırar?
Vallah, qəlbimi sındırar…
Dərdimə, qara bəxt, gülmə…* * *
Basmışam köksümə məsum körpə tək,
Xəyanətin qucağıma sığınıb…
Donub üşüyürəm buz həsrətində,
Sənli yatağıma bu gün qar yağıb…Sanma yad olacam sənə bu gündən,
Ən gözəl hissləri yaşayacaqsan…
Sevəcəksən, seviləcəm özüm də
titrək həyəcandan doymayacaqsan…Bir gün şah olarsan sevgi dünyamda
Hökmü veriləcək həsrət, ya vüsal…
Hərdən düşünərsən, gizlin röyamda,
əzizlənən bir uşaqsan, dili lal…Aşiq-məşuq butasıdır, əzizim…
Dərin duyğulardan başlar bu nağıl.
Şahzadə sən oldun, mənsə kənizin,
Qalmışam ayrılıq əlində fağır… -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüTanrının həvəsi yox
Başıma gün döysə də,
Ürəyimə qar yağır.
Çöldə şəfəqlər gülür,
Gözümdən sel-su axır.Gələn gün, batan günəş,
Hey oyadır yaddaşı.
Mən tərpədə bilmirəm
Yolumdakı bu daşı.Bir-birinə qarışıb,
Saçlarımda ağ-qara.
Payızın sonundayam,
Ümid yoxdu bahara.Canım candan qaçaqdı,
Barışmağa güman yox.
Düşmüşəm qəm selinə,
Yapışmağa saman yox.Söykəndiyim ağacın
Barı bir kölgəsi yox.
Bu canımı almağa
Tanrımın həvəsi yox.Yağış yağır
Göylər dolub, qan-qan deyir buludlar,
Mən də yaman tutulmuşam, bəri bax.
Ötüb keçmir dəqiqələr, saatlar,
Bu həsrətdən yorulmuşam, bəri bax.Ürəyimdə bir təlatüm çırpınır,
Haldan-hala salır məni bu hicran.
Elə bil ki, şaqqıldayıb göy sınır,
Qoymur açam gözlərimi bu tufan.Su çilənir gözəlliyin üstünə,
Gül-çiçəklər qalıb boynu bükülü.
Göylər durub çöl-çəmənin qəsdinə,
Ocaq sönüb, yel oynadır tay külü.Qəzəbindən göylər oyur dağları,
Sellər-sular qayalardan atılır.
Yağış çoxdan çimizdirib bağları,
Coşqun sellər dağ çayına qatılır.Boynun bükür neçə-neçə arzular,
Ürəyimdə yellər əsir, qar yağır.
Yollarımı bağlayanda sel-sular,
Qəlbim, gözüm bu həsrətdən ağlayır. -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüVaxtdı
Məni gedənlərin sırasına yaz,
İstərəm əllərim əlinə yetə.
Qorxuram günahım çoxala bir az,
Çiynimdən mələklər inciyib gedə.İlahi vaxt ikən sən canımı al,
Qoy kimsə çəkməsin qayğımı mənim.
Unutma bəndəni, mənə nəzər sal,
Qalmayıb dünyada bircə sevənim.Bu titrək əllərim bənövşə dərməz,
Ömrü əritmişəm illər uzunu.
Daha qızlar mənə gül-çiçək verməz,
Arxada qoymuşam ömrün yazını.Soldu zaman-zaman eşqin çələngi,
Gözümün əvvəlki işığı yoxdu.
Daha dəyişilib güllərin rəngi,
Canımın ağrısı, acısı çoxdu.Geriyə dönmədi gözdən itənlər,
Tay mənim ürəyim yetim yuvadı.
Baharı apardı ötüb gedənlər,
Bu hava özü də özgə havadı.Əllərim bir ələ yetişməyəcək,
Xatirə yazmağa yoxdu həvəsim.
Qəlbimin çatları bitişməyəcək,
Uca zirvələrə yetişməz səsim.Yediyim çörəyin dadı dəyişib,
Ruhum uçmaq üçün hazırdı çoxdan.
İndi sözümün də dəyəri düşüb,
Axı nə umasan olmazdan, yoxdan.Bilirəm mənim də vaxtım daralıb,
Oyaqdı həmişə vaxtın yiyəsi.
Can alan mələk də sifariş alıb,
Döyür pəncərəni qışın nəfəsi.Gedirəm
Zirvədən dönən yolçuyam,
Bir cığır salıb gedirəm.
Dünya adlı bir qocadan,
Dərsimi alıb gedirəm.Dağlar gəzdim, qəlbi uca,
Köks ötürmədim bir taca.
Baxıb hər gülə, ağaca,
İndi əl çalıb gedirəm.Yollarda oldum həmişə,
Məni çox sıxdı əndişə.
Boylanıb baxıb günəşə,
Xəyala dalıb gedirəm.Üzüm ağdı, ürəyim tox,
Çox yaşadım deyəsən çox.
Tanrıdan bir gileyim yox,
Vaxtdı, qocalıb gedirəm.Dərddən inciyirəm…
Hərdən bulud kimi gözlərim dolur,
Hər arzu, istəyim gül kimi solur.
Hərənin qazancı bir şeydən olur,
Dərdi dərdə qatıb kef eyləyirəm.Qəlbim qəfil səsdən çaşır, ürpənir,
Sevincim ağlayır, dərd-qəmim dinir.
Bəzən lap bezirəm, səbrim tükənir,
Dərddən inciyirəm, səhv eyləyirəm.Dərdin əndişəsi çıxmır canımdan,
Qəm-kədər dərirəm hər bir anımdan.
Dərdləri yığıram dörd bir yanımdan,
Durna qatarıtək səf eyləyirəm.Həsrəti, hicranı görməmişəm kəm,
Gələndə tək gəlmir, o da gəlir cəm.
Elə ki, üstümə yeriyir dərd-qəm,
Sinəmi gərirəm dəf eyləyirəm.Qəhər cəllad kimi kəsir nəfəsi,
Qəlbimi yandırır hicranın səsi.
Üstümü alanda dərdin nəşəsi,
Dərdin bolluğunda kef eyləyirəm. -
İstanbul yarmarkasında azərbaycanlı yazar Eyvaz Zeynalov kitabını imzalayıb
İstanbulun CNR salonunda davam edən kitab yarmarkasında azərbaycanlı nasir Eyvaz Zeynalov “Eski bisiklet” kitabını oxucular üçün imzalayıb.
Oxucular “Eski bisiklet” kitabına yaxından maraq göstərdikləri kimi kitabın müəllifi Eyvaz Zeynalovla üzbəüz söhbət imkanı əldə ediblər. Eyvaz Zeynalov öz yaradıcılığı və Azərbaycan ədəbiyyatının bu günkü durumu barədə Türk oxucularına ətraflı məlumat verib.
”Eski bisiklet” kitabını nəşr edən “Ferfir” nəşriyyatının sahibi Şərəf Yılmaz APA-ya verdiyi açıqlamada deyib :”Kitabı keçən ilin dekabrında nəşr etdik.Oxucuların kitabı rəğbətlə qarşıladığını deyə bilərəm.Eyvaz bəyin yaradıcılığına olan marağı görəndən sonra keçən həftə onunla yeni bir müqavilə imzalayaraq “Qisas” romanını Türkcə çap etməyi qərarlaşdırdıq. Kitabı noyabr ayında keçiriləcək TÜYAP beynəlxalq kitab yarmarkasının açılışına qədər çap etməyi nəzərdə tutmuşuq. Daha əvvəl də sizə demişdim ki, Eyvaz Zeynalovla yaradıcılıq münasibətlərimiz davam edəcək.Azərbaycan və digət türkdilli ölkələrin ədəbiyyatlarının qiymətli nümunələrini Türkiyədə çap etmək əsas hədəfimizdir”
Kitablarını imzalayandan sonra CNR yarmarkasında APA-ya açıqlama verən Eyvaz Zeynalov deyib ki, İstanbula bu dəfəki səfərində “Chiviyazıları” nəşriyyatı ilə də müqavilə imzalayıb.Müqaviləyə əsasən, nəşriyyat yazarın “Bələdçi” əsərini çap edəcək.”Bələdçi” əsərinin də noyabrda keçiriləcək TÜYAP beynəlxalq kitab yarmarkasının açılışında stendlərdə nümayiş etdirilməsi gözlənilir.
Qeyd edək ki, martın 4-də açılan CNP kitab yarmarkası martın 13-də bağlanıb. -
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruBU HƏYAT YOLUNDA
Neçə ürəkləri varaqlamışam,
Neçə çəmənləri oraqlamışam,
Neçə sevənləri soraqlamışam,
Heç demə naşıyam, ruhum bir incim,
Dünya sevncimdən olub bir əlçim.Mən sevən biriyəm, sözə bağlıyam,
Cüt qoşa qanada, gözə bağlıyam,
Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?!Yurdumun bu ilıq, od nəfəsindən,
Mən ilham alaraq cilalanmışam,
Qəlbi bədxahların daş qəfəsindən,
Kədərdən ələmdən uzaqlaşmışam.
Çəməndə çiçəklə, aranda güllə,
Meşədə kəkliklə, bağda bülbüllə,
Dərələr keçmişəm, dağlar aşmışam,
Qayada bulaqla dodaqlaşmışam.
Uzaq səfərlərdə yaraqlaşmışam.
Bu həyat yolunda bulaqlaşmışam.Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?!DÖYƏCƏM QAPINI
…Bir gün xəbər eləmədən,
Döyəcəm sənin qapını,
Gizli olan məhəbbətə,
Heyran qoyacam hamını.Bir cüt sevən qovuşacaq,
Ürəkdə sevgi daşacaq,
Alov kimi alışacaq,
Həsrətin bitən zamanı.Ruhuma olmusan qida,
Ürəkdə qopur min nida,
Allah, nədir bəs bu sevda?!
Unudub, pisi, yamanı,
Heyran qoyacam hamını.
…Döyəcəm sənin qapını!ÜRƏYİMDƏ SAXLARAM
Milyon-milyon insanların
əhatəsində,
Özümü tənha hiss edirəm…
Sanki duman
bürüyüb cahanı,
Yalan, laqeydlik,
xəyanət görürəm!
Bacardıqca qaçıram
insanlardan,
İçimdə odlu bir sevda
ola-ola…
Gözlərimə nisgil yaşı
dola-dola…Başımıza gələn işlər xatirələr
adlanır,
Oxunmuş bir kitab kimi
qatlanır…
Bütün bu olanları,
tale yazısı bilmişəm,
Sonra da uşaq kimi,
şirin-şirin gülmüşəm…
Amma niyə görəsən, bütün bu olanlardan
sonra,
Səni səndən və onlardan,sızıldayan canımdan çox
sevdim???
Səni bu ruhuma nə qədər yaxın bildim!
Yoxsa ki, sən gülürsən bütün bu olanlara?
İcazəsiz, sualsız ürəyə dolanlara.
Səni elə beləcə saf sevgimə bələyib,
Gözlərimdən ələyib,
ürəyimdə saxlaram!
Söylə, daha kimə könül açarsan?
Yoxsa ordan da qaçarsan?! -
Xalq şairi Nəriman Həsənzadə AYB Ağsaqqallar Şurasının sədri seçilib
14 mart 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.
Toplantıda bir sıra məsələlər müzakirə olunub.Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi prezident təqaüdçüsü Nəriman Həsənzadə yekdilliklə AYB Ağsaqqallar Şurasının sədri seçilib.
Qeyd edək ki, bundan öncə AYB Ağsaqqallar Şurasının sədri vəzifəsini Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramatuq Vaqif Səmədoğlu ica etmişdi.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
İlkin ABBAS.Yeni şeirlər
SADİQ OL ÖMÜRLÜK ƏRİNƏ ARTIQ
Təbrik eləyirəm bu toy-düyünü,
Sənin sevgi andı içdiyin gündür.
Mənim həyatımın ən ağır günü,
Səninsə yad birin seçdiyin gündür.Ürəyə mən necə dağ çəkməyim ki?
Nəfəsin toxunur yad nəfəsinə.
Gecələr yuxuya haram qataraq,
Tabe olacaqsan körpə səsinə.“Mübarək” deyirəm bilmirəm axı
Niyə kədərliyəm, şən deyiləm bəs?!
Ömürlük bir olaq demişdik sənlə
Nədən yanındakı mən deyiləm bəs?Onsuz da bugündən mənim deyilsən,
Etdiyim bu tufan, ruzigar əbəs.
Sənin gözündəki kədər yaşları
Mənim gözlərimdə intizar əbəs.Nə qədər qurmuşduq birgə xəyallar,
Hamısı bir anda bax oldu hədər.
Sevgi sənin üçün ötəri bir hiss,
Bacarsan sevərsən onu mən qədər.Yox, sənə bədbəxtlik arzulamıram,
Kimsəni qoymaram yerinə artıq.
Daha özgəninsən, mənim deyilsən,
Sadiq ol ömürlük ərinə artıq.YARA OLDUN ÜRƏYİMƏ
Ayrılıq…
Üç heca, yeddi hərfdən ibarət bu acı söz…
Eşidilər-eşidilməz ağır gəlir qulağa…
Acı çırpıntılar qənim kəsilir yumruq boyda ürəyə…
Amma hər başlanğıcın bir sonu var deyirlər.
Fəqət, istəmədim bu sevginin acı bir sonluqla bitməsini…
Ayrılıqla bitməsini…
Çox falçıya getdim alın yazımı öyrənmək üçün…
Anam isə hey danladı, danladı məni…
Danladı, ən böyük qüvvə Allahdır oğul, ondan istə-deyərək…
Dinləmədim…
Öz ağlımla hərəkət etdim…
Tutmuşdu gözlərimin önünü sənə olan sevgim…
Nə qədər sevmirəm desəm də….
Nə qədər unutdum desəm də…
Hər adını duyduğumda bir xatirə canlanır gözlərim önündə…
Və o an anlayıram hələ də dəli kimi sevdiyimi…
Mən sənin üstündə ağacdakı yarpaq kimi əsərkən,
Sən məni itirməkdən əsla qorxmadın…
Hər dəfə doldurub şərab dolu qədəhimi…
“Bir ömür səninləyəm” deyən sənin sağlığına içdim…
Evin soyuq divarları arasında…
Mən səndən “yar” olmanı istəyərkən..
Sən “yara” oldun bu yaralı ürəyimə…
“Heç vaxt getməz” deyib xəyal qurarkən,
Baxdım ki, “sənsizlik quyusu”nun dibindəyəm artıq.
Təəssüf…Bilmədin yerini…
Dünən “hər şeyim” olan sən…
Bu gün artıq “heçnəyim”sən…
Bəlkə gözlərin, bəlkə gülümsəmən aşiq etmişdi məni sənə…
“Yalnız sən” olacaqsan demişdin mənə.
Haqlı idin…
Yalnız olan mən oldum sonunda…
Bir ömür xoşbəxt olmağını tək dilək tuturam…
Və heç bir zaman mənim olmayacağını bilsəm belə…
Səni çox sevirəm… -
Günel ƏLİYEVA.”Eyni məkanda fərqli insanam”
Deyirlər dəyişmişəm.
Nə baxışlarım əvvəlkidir,
Nə də davranışlarım.
Nə əvvəlki kimi
Gülümsəməyi bacarıram,
Nə də əvvəlki kimi insanları
”Xoşbəxt ”olduğuma inandırmağı.
Əslində kimsə bilməyir
Mənim qədər ağlamağı.
Məni sadəcə
İçimdəki qızcığaz anlayır.
Ünvanım dəyişməyib.
Dəyişməyib yerini arzularım da,
Xəyallarım da.
Onlar da mənim kimi vəfalıdırlar.
Eləysə niyə hər kəs dəyişdiyimi söyləyir?
Deyəsən ,doğrudan da,
Mən o mən deyiləm.
Eyni məkanda fərqli insanam.
Mənzilim də həmənkidir,
Hər gün gedib- gəldiyim
Yol da artıq mənə doğmalaşan yoldur.
Ehh… yenə bəlkələrlə doluyam,
Bilmirəm, doğruyam ,ya da yanlışam,
Həqiqət söyləyir başqalaşmışam.
Diriykən özümə qəbir qazmışam. -
Günel ƏLİYEVA.”Mən niyə xoşbəxtəm” (Hekayə)
Uşaqlar, evə verdiyim inşanı yazmısınız?
Eləysə hər kəs yazdığı” Mən niyə xoşbəxtəm” adlı inşanı oxusun və inşaları müzakirə edək.
Hər insanın həyata baxışına görə dəyişən xoşbəxtlik haqda sizin də fikirlərinizi bölüşməyinizi istəyirəm.
-Lalə ,sən əlini qaldırmadın. İnşanı niyə yazmamısan ?Bu ki çox mühüm, düşündürücü ,mövzudur .
-Müəllimə, mən yaza bilmədim.
-Axı niyə ?Xoşbəxtlik insanın daxilindən gələn səsdir .O səndə, o məndə -o hər birimizdə ,ona sahiblənmək ,övladlığa götürmək istəyən hər kəsin yanında qala bilər. -Sən xoşbəxtliklə dost, sirdaş, həmdəm olmaq istəmədinmi heç?
-İstədim, müəllimə! Amma o məni başa düşmür .Heç mənimlə qalmaq da istəmir. Xoşbəxtlikdən insana dost olmaz.
-Bilirsən, Lalə, dost yalnız səni düşünən deyil, eləcə də sənin düşündüyün insandır. Sənin də onu düşünməyin lazımdır .
-Düşünürəm ,müəllimə, hər gün onu düşünürəm .Dua edirəm ki, mənim də yanımda qalsın xoşbəxtlik .Mənə də gəlsin. Lakin o heç vaxt gəlmir mənə tərəf.
-Gəl sinif yoldaşlarının xoşbəxtlik haqda fikirlərini dinləyək .Bəlkə, ondan sonra sən də əslində xoşbəxt olduğunun fərqinə vararsan.
-Yaxşı, müəllimə.
-Nəzrin ,sən niyə xoşbəxtsən?
-Atam həmişə mənə sevdiyim oyuncaqları alır .Məni parka ,gəzməyə aparır. Atamın pulu çoxdur. Nə istəsəm hədiyyə edir mənim üçün .Ona görə də mən xoşbəxtəm.
-Müəllimə
-Buyur, Lalə!
-Amma bizim imkanımız yoxdur .Kasıbıq, atam fəhlə işləyib, min bir əziyyətlə çörək pulu qazanır. Mən həmişə başqa uşaqların oyuncaqlarına, bəzəkli paltarlarına baxanda ”Kaş mənim də belə pal- paltarım, oyuncaqlarım olardı” deyə düşünürəm .Əgər arzuma çatmıramsa necə xoşbət ola bilərəm?
-Lalə, sən xoşbəxtsən.
-Xoşbəxt deyiləm ,müəllimə.
-Eləysə gəl Emilin xoşbəxt olma səbəbini dinləyək .Bəlkə ,onda xoşbəxtliyinin fərqinə vara bildin.
Mən xoşbəxtəm. Çünki anam yanımdadır .Atamı itirəndə cəmi 5 yaşım var idi. Aradan 2 il keçib. Anam deyir ki, atam cəbhhə bölgəsində şəhid olub. Ermənini öldürüb. Başqa uşaqlar kimi mən də atamın yanımda olmasını istəyirəm .Amma həm də onunla fəxr edirəm. Mənim atam qəhrəmandı, igiddi, cəsurdu .Mən buna görə çox xoşbəxtəm. Hər zaman atamla qürur duyacam.
-Lalə ,nə düşünürsən?
-Müəllimə, hələ də xoşbəxt olmadığımı düşünürəm.
-Axı sənin atan ,anan yanındadır. Xoşbəxt olmaq üçün bundan böyük səbəb var, səncə?
-Müəllimə ,axı mən heç onların üzlərini doyunca görə bilmirəm .Atam kimi anam da hər gün işdə olur .Qonşumuz Fatimə xalanın evini təmizləyir. Evə gələndə də yorğun olur .Mənə vaxt ayırmır heç.
-Lalə, indi mən sənə öz həyat hekayəmi danışacam .Məncə ,bundan sonra fikirlərin tamamilə dəyişəcək.
Sərt qış mövsümüydü .Dəli ruzigar saçlarını yolurdu .Yağış damlaları sanki üzərimizə deyil ,ürəyimizə yağırdı .Gələn soyuq yellər ömrümə bir kədərli il də gətirəcəkdi özləriylə. 1O yaşım tamam olurdu həmin gün.
Anam məni də özüylə tikiş fabrikinə aparmışdı.
Bu gün məvacibimi alacam ,gedək ,işim qurtandan sonra sənə də hədiyyə alacam ,qızım .Axı bu gün sənin doğum günündür.
O gün sevincimdən yerə- göyə sığmırdım .Atam fiziki qüsurlu olduğu uçün işləyə bilmirdi. Evin bütün yükü anamın üzərindəydi .O aldığı maaşla həm ailəni dolandırır ,həm də atamın dərmanlarına, müalicəsinə kömək edirdi .Ona görə də heç vaxt nə mənə ,nə də bacıma,qardaşıma hədiyyə almağa pulu çatmırdı .Qonşularımız uşaqlarının köhnə paltarlarını bizə verirdilər və biz də o paltarları geyinirdik .Heç vaxt təzə paltarımız olmamışdı .Amma bu gün anam mənə təzə paltar alacaqdı .Həm də ağ rəngdə ,bəmbəyaz .Mən bu paltarı məktəbimizin yeni il şənliyinə geyinəcəkdim .Çox xoşbəxt idim .Axı hər yeni ildə uşaqlar təzə geyinirdilər .Biz uşaq olmasaq belə. Bizim ruhumuz uşaqkən böyümüşdü .Amma axı böyüklərin daxilindəki uşaqlar daha kövrək olurlar.
Qızım ,iş bitdi gedim maaşımı alım müdirdən .Sonra gedək sənə söz verdiyim hədiyyəni alım .
-Aysel xanım keçən dəfə tikdiyiniz paltar ən hörmətli ,zəngin müştərimizin xoşuna gəlməyib .Bu böyük qəbahətdir .Sizə bu ayın maaşını verməyəcəm .Bir də belə səhv etməyin. Elə edin ki ,hörmətli müştərimiz bəyənsin əl işinizi.
-Axı mən o qədər iş görmüşəm bir ay .Bir ”hörmətli” ,varlı müştərinin zövqünə, əslində zövqsüzlüyünə görə mənim pulumu niyə kəsirsiniz? Allahdan qorxun!
-Sözümü dedim mən .Elə etmə ki ,qovum səni işdən də birdəfəlik.
-Qızım ,bağışla mən sözümü tuta bilmədim.
-Eybi yox, anacan, canın sağ olsun, əsas sənin, atamın -ailəmizin mehribanlığıdır. Allah bizi həmişə mehriban etsin .
-Qızım, mən yaxşı ana ola bilmədim .Bu il də ad gününə hədiyyə edə bilmədim ən sevdiyin paltarı.
-Ana, ağlama!
-Alo, Aysel xanım ,Günay müəllimədir danışan. Bu gün Mətanəti məktəbə göndərməyin .Mənim işim çıxdı Türkiyəyə yola düşürəm ,Yeni ili keçirə bilməyəcəyik ,üzürlü sayın.
-Ana, çox sevindim .
-Niyə ,qızım ,axı sən yeni ili məktəbdə keçirməyi çox sevirdin .
-Ana ,amma hər il uşaqlar məndən niyə bayramda təzə paltar almirsan deyə soruşanda çox pis olurdum. Utanırdım .-Nə yaxşı ki bu il bayramı keçirməyəcəyik .
-Qızım ,sən mələksən. Səni çox sevirəm .-Hə, Lalə indi xoşbəxtsən ?Yoxsa, hələ də xoşbəxt olmağa səbəbin yoxdur?
-Mətanət müəllimə, bəli ,mən çox xoşbəxtəm. Axı mənim sizin kimi böyük ürəkli müəlliməm var. Anam həmişə ala bilməsə də keçən il ad günümdə mənə sevdiyim paltarı hədiyyə etmişdi .Xoşbəxtəm mən .Bax buna görə də xoşbəxtəm .
-Uşaqlar ,xoşbəxtlik nə pulda ,nə var dövlətdədir. Ən böyük xoşbəxtlik özünü xoşbəxt etməyə çalışdığın andır. -
Günel ƏLİYEVA.”Bağışla”
Səni sevməyim
Xoşbəxt olmaq istəyim.
Darıxmağım
İçimdəki həsrətim.
İstəyirsən getməyim?
Bəs sənsiz
Sənin olmadığın bu şəhərdə
Sən ola -ola
Sənsiz neyləyim?
Axı ”getmə” deyirsən.
Axı ”qal ”deyir baxışların.
Yağdırır hicranın qəm yağışların.
Dilin nə söyləyir?
Qalım ,getməyim?
Tərəddüd edirsən.
Ürəyinlə ağlının fikri
Mübahisə eləyir?
Elə mən də sənin kimi
Min bir sual bitirirəm
Xatirəmin yaddaşında.
Elə bil ki ,günahkaram
Cəza alır səadətim
Bir kimsənin qarğışında.
Gedim ,getməyim?
Üşüyürəm əzabların sərt qışında.
Əgər sevirsənsə
Əbədiyyən məni saxla
Gözlərində ,baxışında.
İslanmaram bir də ömrün yağışında
Təki məni sənə olan dünya boyda
Bir sevgimə sən bağışla… -
“Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçirilib
13 mart 2016-cı il tarixində, saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Dirili Qurbani” Ədəbi Məclisinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının “Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin qələm dostları iştirak ediblər.Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkin müəllifin sayca ikinci kitabında toplanan son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri haqqında məlumat verib, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.
Tədbir iştirakçıları müəllifin yaradıcılıq fəaliyyəti haqqında öz fikir və düşüncələrini, xatirələrini bölüşüblər, arzu və istəklərini dilə gətiriblər.Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər.İmza törəninin gedişatında müəllif Xuraman Camalqızı
“Kitabevim.az” mağazasının Rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Gənc xanım yazarların şeirləri “Usare” dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Adana şəhərində fəaliyyət göstərən “Usare” aylık, kültür, sanat ve edebiyat dərgisinin 6-cı sayında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı gənc nümayəndələri, “Gənc Ədiblər Məktəbi2”nin müdavimləri, DGTYB üzvləri Ülkər Dənizin, Şəfa Nurun, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş məsləhətçisi Fidan Abbasovanın şeirləri çap olunub.
Qeyd edək ki, bundan öncə 2015-ci ilin fevral ayından fəaliyyətə başlayan “Usare” aylık, kültür, sanat ve edebiyat dərgisinin ilk sayında DGTYB üzvü Gülnarə İsrafilqızının, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhtçisi Fidan Abbasovanın, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Aydınoğlunun şeirləri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Fidan ABBASOVA.”Qovur ömrü aylar illər”
Qovur ömrü aylar illər,
dəyişdikcə hər fəsillər
azaldıqca bir -bir günlər
səni bir az unuduram
mən özümə qayıdıram..
O keçmişdən uzaq durub
qəlbi hər gün daim yorub
içimdə bir dünya qurub
dünyam ilə dağılıram
mən özümə qayıdıram.
Ümüd etmə dönəcəyəm
birdə geri gələcəyəm
artıq gecdir sevəcəyəm
bax yuxudan oyanıram
mən özümə qayıdıram.
Sanırdım ki, qürurum az
ömür vərəq bir cümlə yaz
üştdükcə eşqi ayaz
sənsizliklə barışıram
mən özümə qayıdıram..
Çox düşündüm olanları
bu halıma yananları
gözdən iraq duranları
indi bir bir dağıdıram
mən özümə qayıdıram.
Alışqdıqca gündən -günə
bu dərdlərə gərib sinə
imansızı iman dinə
gətirmirsə bax pozuram
bu taledən bu yazıdan
hara qaçım qaçanmıram
bir təsəlli qalır mənə
mən özümə qayıdıram
Demə artıq incik düşdük
vaxt var idi dərd bölüşdük
zaman keçdi çox dəyişdik
ruhum qara dona girib
bir ox kimi qəlbi dəlib
dünyaya yenidən gəlib
dərdlərimi unuduram
bu yalançı həyat sonsuz
mən özümə qayıdıram.
o pozduğum qanunları
o etdiyim günahları
alışdığım yalanları \
bircə-bircə soyuduram
sən dünyamda yox olduqca
mən dünyama qayıdıram..
bezdim artıq bu sənlərdən
əbədilik mən özümə qayıdıram… -
Şəhla RAMAZANQIZI.”Bu dünyanın güzgüsü”
Bu dünyanın güzgüsü,
Ləkələnmiş ay kimi.
Mərhəməti bir tikə,
Qaxac olmuş pay kimi.Bu dünyanın gözləri,
Eynəkli qoca təhər.
Dildə şirin sözləri,
Ürəkdə zəqqum, zəhər.Bu dünyanın ürəyi,
Cəsəd yeyən, qan içən.
Qurbanlıq quzu qədər,
Aldanır yoldan ötən. -
Məmməd Qədiri doğum günü münasibətilə təbrik edirik! (14 mart 1960-cı il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Bənövşəm
Gözün aydın, yarpağına yaz qonub,
Yanaqların ala dönüb, bənövşəm.
Çölə salıb kəpənəyi həsrətin,
Qanadında xala dönüb, bənövşəm.Duruşundan ləyaqətin bəllidi,
Rayihəndən çox aşiqlər dəliydi,
Bu çəmənin ən füsunkar gülüydü,
Həsrətindən kola dönüb bənövşəm.Səni görən qəlb götürüb yüyürüb,
Ətrafını tər məhəbbət bürüyüb,
Mələkləri göydə heyrət bürüyüb,
Aşiqlərin lala dönüb, bənövşəm.Ürəklərə atəş düşür, köz gəlir,
Dodaqlardan ahlar qopur, söz gəlir,
Sənə tərəf cığır düşür, iz gəlir,
Hüzurun bir yola dönüb, bənövşəm.Məcnun necə qorumasın Leylisin,
Arı gəlir – itiləyib iynəsin,
Bu kol səni qısqanmasın neyləsin,
Dodaqların bala dönüb, bənövşəm.Cəh-cəh vurub, bülbül səndən söz çəkir,
Gir qəlbimə, yazda gecə tez çökür,
Şah bildiyin hüzurunda diz çöküb,
Məmməd Qədir qula dönüb bənövşəm…Havalandı
Əsdi xəfif – xəfif bahar yelləri,
Köhnə ocaqlarda köz havalandı.
Arı pıçıldadı saf niyyətini,
Qönçənin dilində söz havalandı.Bir sevgi nəfəsi gətirdi külək,
Utanıb tər tökdü gül ləçək – ləçək,
Sevdalı – sevdalı süzdü kəpənək,
Güllərin gözündə naz havalandı.Qabardı sinələr yaz nəsimində,
Dodaqlar lal oldu eşq tilsimində,
Çalındı könüllər sevda simində,
Kaman inildədi, saz havalandı.Görüş yerlərinə döndü söyüdlər,
Öldü nəsihətlər, sındı öyüdlər,
Gecəyə didərgin düşdü igidlər,
Yenə neçə-neçə qız havalandı.Sındı qış qüruru, diz çökdü sazaq,
Xəzəl taleyindən dirildi yarpaq,
Qaranquş qanadı geyindi torpaq,
Quru kötüklərdə yaz havalandı…Qoruyur
(56yaşıma yazdığım şeir)
Yaş gəldikcə yaş üstünə,
Quruyur canım, quruyur.
Günəş doğmur səhər mənə,
Üfüqdə danım quruyur.Elə düşüb dərd izimə,
Gəlib çıxıb dəhlizimə,
Gördüyüm sığmır gözümə,
Damarda qanım quruyur.Tale gəzdim gündüz şamla,
Məzələnir bürc adamla,
Bəxti qıymır bircə damla,
Nəhrim, ümmanım quruyur.Mən də uduzdum oyunu,
Fələklər ölçür boyumu,
Zaman kəsibdi suyumu,
Yamyaşıl insan quruyur.Yaşamağın dəlisiydim,
Bir cırtdanın şələsiydim,
Mən çoxdanın ölüsüydüm,
Məni məhəbbət qoruyur…Söz
Söz canımdan cücərən,
Çiçəyimdi, otumdu.
Gecə söz otarıram,
Növbəmdi, nobatımdı.Hərdən söz susur gəlir,
Yatır, yuxusu gəlir,
Yanıq qoxusu gəlir,
Yanan yeddi qatımdı.Misra – misra quraşdır
Ürək çilə, qarışdır,
Söz alnımda qırışdı,
Ürəyimdə çatımdı.Söz atlı, mən piyada,
Söz çapıram röyada,
İtkin düşsəm dünyada,
Şeir qara qutumdu.Çəkib naxış, zər sözə,
Tökürəm qan-tər sözə,
Can qoyuram hər sözə,
Hər şeir tabutumdu … -
Nəriman HƏSƏNZADƏ
* * *
Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.Güzgü kimi zərif idi gül üzün,
insafdımı torpaq altda çürüsün?!
Duman gəlsin qəbristanı bürüsün,
duman sənə örpək olsun, a laylay,
Torpaq sənə döşək olsun, a laylay.Yanımdaydın, yaşayırdıq bir babat,
yuxularda gah doğmasan, gah da yad.
Ayılıram-nə sən varsan, nə həyat.
Yuxularda görüşənim, a laylay.
Yaxın ikən gen düşənim, a laylay.Laylay dedim,beşik dedim məzara,
daş gətirdik, saldıq səni hasara.
Ha yalvardım, ha çağırdım ay Sa…ra!..
Darıxanda həyanımız, a laylay,
Ayrı düşən ünvanımız, a laylay.DAŞI SEVMƏLİYİK BİZ İNDƏN BELƏ
Gül gətirdim, çiçək qoydum üstünə,
Gül sənindi, yer sənindi, sən mənim.
SaraYenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi
məndən yadigarOğlundan,ərindən…
Son borcumuzdu,
Qalan borclarımız bir yan qalsın.
O, həyat aşiqi, o, yer qızıydı,
Qoy ondan yer üstə nişanə qalsın.Həyatda bir sirr var, inan, ay oğul,
Bu sirr açılmayıb qədimdən belə.
Daşdan yonulubdu anan, ay oğul,
Daşı sevməliyik biz indən belə.Nə deyim, sağ olsun heykəltəraşı,
Gör necədüz verib o gözü, qaşı.
Saçları örpəyin altından çıxıb,
Tək nəfəs verməyi yadından çıxıb.Bu sirdi, gör necə dəyişir insan,
tanınır, tanınmır…
yaxşı bax, oğlum.
Mənim daş qadınım, sənin daş anan
Bizi qoymayacaq daşlaşaq, oğlum. -
Nəriman HƏSƏNZADƏ
MƏNİM NİGAHIMI POZDU TƏBİƏT
Mənim nigahımı pozdu təbiət,
Köklədi simləri xeyir-şər üstə.
Sənə-məzar boyda yeraltı zülmət,
Qurulu ev qoydu mənə yer üstə.Beləcə ayırdı o, payımızı,
Pozdu bu qanuni nigahımızı.
Qoruya-qoruya saxladığımız,
Axırda nə oldu?-adi bir kağız.Arada ağlayan bir məhəbbətdir,
Yastığöın müqəddəs, yerin müqəddəs.
Dövlət vəsiqəsi rəsmi sənəddir.
Möhürü, imzası bir şeyə dəyməzSon mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq…FAMİLİMLƏ ÜZ-ÜZƏ
Qəbirlərin içində
Sadə bir qəbir sənin.
Familim mənimkidir,
Ad sənin, ömür sənin.
Nə uşaqlar var idi,
nə indiki vəzifəm,
nə evim, nə ünvanım,
nə indiki ad-sanım.
Kəbin kağızımıza
Yazıldın iki oldum.
Ancaq səninki oldum.
Indi sənin yanında
Səni haraylayıram.
Familimlə üz-üzə
Dayanıb ağayıram,
Səni haraylayıram. -
Təranə Turan RƏHİMLİ.”Sabahın xeyir, Roma!”
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Prezident təqaüdçüsüSabahın xeyir, Roma!
Qarlı qışın ortasında
gülümsəyən günəşinlə
dünyanın hər pisliyindən
uzaq sabahın xeyir!
Şərin kölgəsin doğrayan
qılıncların parladığı
Pompey yurdu,
zülümlərə yasaq sabahın xeyir!
Başı göylərə ucalan Eşq çeşməsi,
arzular səltənətində
sevənlərin niyyətində
çağlayan suların xeyir!
Sabahın xeyir, Roma,
Kolizey yolundakı əl-ətəyi dopdolu,
meyvəsinə qıyılmaz narıngi ağacları,
nə yaxşı ki, bilmirsiz
ədalətsiz savaşda
dərilir səbət-səbət
ömrümüzün tacları –
körpə-körpə uşaqlar.
Sabahın xeyir, Roma,
Qədim, ulu Vatikan!
Dövrəndə xoşbəxt həyat,
Pozulmasın bu növraq,
görməyəsən nahaq qan!
Ey Marçello teatrının
sükuta dalmış səhnəsi, beləcə qal!
İndi dünya səhnəsində
gedən oyunlardan uzaq.
O bəmbəyaz ovsuna sal ruhumuzu,
ölməz şöhrətindən yazaq.
Sabahın xeyir, Roma!
Bir ovuc ümid səpirəm
fevralda lalə qızaran torpağına,
cücərib min budaq olsun.
Şeir dəyişmədi bizi,
İnsanlığa sevgi yazım
göyərən hər yarpağına,
bəlkə… bəlkə qanadlanıb
bəşərə göz-qulaq olsun.
Sabahın xeyir, Roma!
Sabahın xeyir, Roma!Roma, 18 fevral, 2016.
-
“Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçiriləcək
13 mart 2016-cı il tarixində, saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Dirili Qurbani” Ədəbi Məclisinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının “Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin qələm dostlarının iştirakı da nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 28 may metro stansiyasının yaxınlığında yerləşən AK Mərkəzin II mərtəbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
“Dünya qonaq sevən deyil” kitabının təqdimat mərasimi keçiriləcək
16 mart 2016-cı il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Kəmaləddin Qədimin “Dünya qonaq sevən deyil” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət, elm, təhsil işçilərinin, o cümlədən yubilyarın qələm yoldaşlarının də iştirakı nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ə.Xəqani küçəsi 25, Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Xalq şairi Nəriman Həsənzadə mükafatlandırılıb
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, şair-dramaturq Nəriman Həsənzadə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən ədəbiyyatımızın inkişafında və Aşıq Şəmşir irsinin təbliğindəki dəyərli xidmətlərinə görə təşəkkürnamə diplomu ilə mükafatlandırılıb.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəyə anadan olmasının 85 illik yubileyi münasibətilə təbrik məktubu göndərmişdi.
Martın 3-də Bakı Dövlət Universitetində, martın 4-də isə Azərbaycan Milli Avia Akademiyasında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti