gxi

Gözləri yuxusuz
uğur önündə, arxasında, içində.
Ödülün, alqışın bol şaqqıltısına alışqan qulağı.
Özgə bir fikir gəlmir ağlına.
Gecələr boşluq.
Dinləyir səssizliyi musiqi kimi.
Yumur gözlərini yuxuya qarışır.
Yuxudan oyananda yuxusunu danışır.
Təlm-tələsik geyir əynini
yemək yeyib iş saatına gecikməməyə çalışır.
Önündə bitməyən arzuların çertyoju.
Gözündə gözlük.
Özünü vərəqləyir hər atdığı addımı.
Qohumda, qonşuda,
küçədə, dayanacaqda, metroda, maşrutda
əzizləyir başqasının övladını.
Getdiyi yol dayanacaq qısa.
Cəmiyyət qadını
Tənhalığın istisində əriyib
qismət qoyur adını.
Çox vaxt da, varsa övladı,
qayğıdan, sevgidən yetim qoyur övladını.
Saçları sığala həsrət…
Dağ başının qarına boyayır.
Soyuq divarlara danışır sirlərini.
Çantasında gəzdirir qələmini.
Evdə, işdə, hər yerdə yüklənir hər kəsin kədərini.
Bir kəs çəkmir dərdini.
Müdrikləşir, sadələşir, adiləşir
unudur həyatını,
hislərini, varlığını, adını,
cəmiyyət qadını…