Category: Publisistika

  • Ləman Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (14 Oktyabr 1986-cı il)

    lp

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, gənc xanım yazarıdını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Dünya sevgisizlik xəstəliyinə tutulub sanki…

    ue

    Hər gün yolda, nəqliyyatda, iş yerində, mediada rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz boş, kədərli, təkəbbürlü və davakar üz ifadələrinin arxasında sevgisizlik ruhu hakimdir.

    Sevgisizlik ilk öncə insanın qəlbində tək qalmaq istəyi, narahatlıqla özünü biruzə verir, sonra da stress, depressiya, eqoistlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, təcavüzkarlığa qədər gedib çıxan xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bir qismi insanlara yuxarıdan aşağı baxan, heç kimi bəyənməyən, heç kimi sevə bilməyən, hər kəsə guya ağıl verən insanlardır.

    Bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşılığı təqdir etdiyinə, xoş söz söylədiyinə şahid olmaq mümkün deyil. Ruhları təkəbbürdən və qürurdan sanki daşa dönüb.

    Bu cür insanlar müdirindən, qonşusundan, hətta nəqliyyatda qarşılaşdığı heç tanımadığı insanlardan belə nifrət edir. Demək olar ki, sevdikləri bir insan belə yoxdur.

    Sosial media da bu insanların qəzəb dolu şərhləri, paylaşımları ilə özlərini açıq şəkildə biruzə verdiyi yerlərdəndir. Klaviatura başına keçən sevgisiz insan sərt üslubu ilə hər kəsi incitməyə çalışır. Bircə kəlmə şəfqətə, mərhəmətə, yaxşılığa dair bir şey yazmaz, durmadan insanları tikanlı sözlərlə tənqid edər. Tənqid etdiyi hər hansı məsələdə həll yolunu ondan soruşsaq, demaqoqluğa başlayar.

    Sevgisizlik insanın üzündə də əks olunur. Belə bir insanın bədəni də bu sevgisizliyə, kinə, qəzəbə, qısqanclığa tab gətirə bilmir və sürətlə çökür.

    Halbuki Allah dünyanı sevgi üçün yaratmışdır. İnsana sevgini qazandıracaq yeganə güc isə yalnız «iman»dır. İman özü ilə Allah sevgisini gətirir. Allah sevgisi insanda çox gözəl və müsbət təsir yaradır. O zaman insan Allahın məmnunluğunu qazana bilmək üçün gözəl əxlaq göstərir, heç bir mənfəət güdmədən, səmimi niyyətlə yalnızca Allah rizası üçün sevir, Allah rizası üçün şəfqət, mərhəmət göstərir, Allah rizası üçün dost olur. İnsanları Allahın yaratdığını, Onun təzahürü olduğunu bilir, Allaha olan məhəbbətini, sevgisini təcəllilərinə də göstərir.

    Quran əxlaqına əsaslanan belə bir sevgi, gözəl əxlaq, şəfqət, mərhəmət cəmiyyətə hakim olduğu zaman insanlar sanki xeyirlərdə, gözəlliklərdə yarışacaq hala gələcəklər.

    Unutmayaq ki, sevgi İslamın və Quranın ruhunda əsas yeri tutur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahanıdır. Sevgi dolu qəlblərlə, sevgisiz qəlblərin seçilib bir-birindən ayrılmasıdır. Dünya təlim yeridir əslində. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl eşqin, məhəbbətin və şəfqətin təlimini aldığımız yer.

    Buna görə hər insan sevgisizlikdən Allaha sığınmalıdır.

    Ülviyyə Əlizadə

  • “Türk birliyi regionda güc mərkəzinə çevrilməlidir”

    1400

    Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadığını görürük.

    “Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadığını görürük. Buna görə də mədəniyyəti, tarixi, mənəvi dəyərləri çox yaxın olan qardaş ölkələr müəyyən ad altında birliklər qurmalıdır. Lakin bu birliklər yalnız protokoldan ibarət olmamalı, həqiqi mənada güc mənbəyinə çevrilməlidir. Azərbaycan uzun illərdir erməni terroru və işğalı, qardaş Türkiyə isə marksist PKK terror təşkilatı ilə mübarizə aparır.

    İllər ötməsinə baxmayaraq, dünyadakı bəzi güc mərkəzlərinin qarşı tərəfə verdiyi dəstəkdən dolayı, problemlər təkbaşına həll edilə bilinmir. Lakin biz Azərbaycan və Türkiyə olaraq güclərimizi birləşdirsək və digər türk dövlətlərinin də iştirakı ilə güclü ordusu olan bir birlik qursaq, bölgədə müstəqil siyasət yürüdücü güc mərkəzinə çevrilə bilərik. Bu cür birlik Allahın izni ilə, illərdir dünyadakı güc mərkəzləri tərəfindən dəstəkləndiyi üçün tək başına həll edə bilmədiyimiz bir çox problemin həllinə səbəb olacaq.” GMİİB Sədri Ramiq Vəliyev Türkiyədəki son hadisələrlə bağlı açıqlamasında belə deyib

  • Təhlükəsizlik problemi divarlarla həll edilə bilməz..

    sao

    Yaşadığımız dövrdə yalnız silahlıları deyil, dinc əhalini də hədəf alan müharibə zonalarından gələn xəbərlər, fotoşəkillər və vəhşilik görüntüləri vicdanı olan hər kəsin ürəyini parçalayır. Milyonlarla məzlum insan Suriyada, Cənubi Sudanda, Nigeriyada, Ukraynanın Donbass bölgəsində, Şimali Malidə, Liviyada, Yəməndə, Orta Afrika Respublikasında və daha bir çox ölkədəki qanlı müharibələrdə həyatlarını davam etdirməyə çalışarkən, milyonlarla insan da Rohincada, Şərqi Türküstanda, Fələstində, Əfqanıstanda, Kəşmirdə, Moroda məruz qaldıqları zülm qarşısında həyatda qalmaq uğrunda mübarizə aparırlar. Beynəlxalq sülh və təhlükəsizliyi ən çox təhdid edən məsələlərin başında gələn terror isə hər il minlərlə məsum qanını tökməyə davam edir.
    Belə bir şəraitdə bütün dünyanın əl-ələ verib sülh üçün səy göstərməsi lazım olduğu halda, daha çox silahlanmağa çalışması təəccüblüdür. Bunun ən böyük səbəbi isə fərdi, ictimai və cəmiyyətlər səviyyəsində baş verən mənəvi böhran, insanlar arasında artan nifrət, sevgisizlik, mənfəətpərəstlik və bütün dünyanı bürüyən inamsızlıqdır. Aclığı gündəlik həyatın bir parçası olaraq yaşayan Afrikanın belə bütün imkanlarını silah sənayesinə yönəltməsi bu vəziyyəti ortaya qoyan bariz nümunədir.
    Təhlükəsizlik hazırda yalnız müəyyən ölkələrin deyil, bütün dünyanın ortaq problemidir. Ölkələr terrordan, müharibələrdən, cinayətkar təşkilatlardan özlərini qorumaq üçün milyardlarla dollar xərcləyərək geniş miqyaslı tədbirlər alırlar. Təəssüf ki, bəzi ölkələrin təhlükəsizlik üçün aldığı tədbirlər başqa ölkələr üçün inamsızlıq hissi yarada bilir. Müharibələri, münaqişələri, ölüm qorxusunu, avtoritar rejimlərin təzyiqini, iqtisadi çətinlikləri, yoxsulluğu və yaşadıqları inamsızlığı arxada qoyub təhlükəsiz və rahat yaşamaq üçün yola çıxan milyonlarla miqrantın bir çox ölkə tərəfindən təhlükəsizlik problemi olaraq qəbul edilməsi buna misaldır.
    Sərhədlərə hörülən divarlar da bu gün bir çox ölkənin tətbiq etdiyi təhlükəsizlik tədbirlərindən biridir. Miqrantların əsas hədəfi olan Avropanın bir çox ölkəsi təhlükəsizlik məqsədi ilə sərhədlərinə divar hörüb. 2015-ci ilin sonunda Avropaya gələn miqrant sayının 1 milyonu keçəcəyi nəzərdə tutulur. Bir çox miqrant Türkiyə üzərindən Yunanıstana keçib, oradan da Avropaya getməyə çalışır. Sayları getdikcə artan miqrantların ehtiyaclarını ödəməkdə çətinlik çəkən Yunanıstan Meriçdəki quru sərhədinə tikanlı məftil çəkmə qərarı aldı. Bolqarıstan da Türkiyə üzərindən həyata keçirilən miqrasiyanın öz torpaqlarına sirayət etməməsi üçün 160 kilometrlik tikanlı məftil çəkdi. Şimali Afrikadan İtaliyanın cənub sahillərinə qaçqın axını isə fasiləsiz olaraq davam edir.
    Ötən günlərdə qatarlarla Almaniyaya keçməyə çalışan miqrantlara qarşı Macarıstan və Xorvatiyanın göstərdiyi reaksiya bütün dünyada tənqid edildi. Macarıstan, Serbiya ərazisindən gələn miqrantların girişini qarşısını almaq üçün sərhədə divar hördü. Macarıstan indi də həmin divardan Xorvatiya ilə sərhədinə hörəcəyini bildirib. Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan gələn minlərlə miqrant əvvəlcə Aralıq dənizini keçərək Yunanıstana, sonra isə Serbiya ərazisindən Macarıstana çatır. BMT rəsmiləri bu vəziyyətdə əsl həll yolunun humanitar yardım olacağını, Suriya və İraqda şərait yaxşılaşmadıqca, Avropaya axının davam edəcəyini bildirirlər. BMT-nin miqrantların hüquqları üzrə xüsusi məruzəçisi Fransua Krepo məsələyə dair bunları bildirib: “Divarlar hörərək, göz yaşardıcı qazdan istifadə edərək və ya zorakılığa əl ataraq, həbs edərək, sığınacaq, qida, su kimi təbii ehtiyacları əldə etmələrinə mane olaraq, nifrət saçaraq, miqrantların Avropaya gəlməsini dayandırmaq mümkün deyil”. [1]
    Miqrant axını ilə mübarizədən əlavə, terrordan qorunmaq üçün sərhədlərinə divar hörən ölkələrin sayı da olduqca çoxdur. Səudiyyə Ərəbistanı şimaldakı Turaif ilə Hafar əl Batın şəhərləri arasında təxminən min kilometr uzunluğunda divar hörəcəyini açıqladı. Həmçinin cənub qonşusu Yəmənlə olan sərhədlərini də əl-Qaidəyə qarşı qorumaq üçün nəhəng divarlar hörəcək. Keniya, Şəbab terror təşkilatı üzvlərinin ölkəyə keçidinin qarşısını almaq üçün Somali sərhədinə divar hörməyə başladı. Türkmənistan da Talibana qarşı ölkəsini qorumaq məqsədilə Əfqanıstan ilə sərhəd xəttinə divar hörəcəyini bildirib. 745 kilometrlik divarın tikintisinə artıq başlanılıb.
    Rusiya ilə 2014-cü ildə baş verən böhranın səbəb olduğu toqquşmalarda minlərlə insanın həyatını itirdiyi Ukrayna isə ölkə təhlükəsizliyini təmin etmək məqsədi ilə sərhədlərini divarla hörmək qərarı alan digər bir ölkədir. Sərhəd təhlükəsizliyi çərçivəsində Rusiya sərhədinə 2 min kilometrlik divar tikintisi planlaşdıran Ukrayna 100 milyon avroluq xərci Avropa İttifaqının köməyi ilə ödəməyi hədəfləyir. Divarın dəmir məftil, mina və elektrikli sahələrdən ibarət olacağı bildirilir.
    İsrail də təhlükəsizlik baxımından İordan çayının qərb sahili ilə Fələstin torpaqları arasında divar və nəzarət məntəqələri yaratmışdı. Hər 200 metrdə bir müşahidə qülləsi olan divar elektrikli tikanlı məftillərlə, dərin və dörd metr enliyində xəndəklərlə əhatə olunub. Divarın yaxınlığında heç kimin olmaması üçün isə uzaqdan idarə olunan silahlar mövcuddur.
    Daha bir çox nümunəsinə rast gəlinən, şəhərləri, ölkələri, bir-biri ilə qardaş cəmiyyətləri, qohumları ayıran divarların tarixi əslində çox qədim dövrlərə gedib çıxır. Roma İmperiyasının II əsrdə hördüyü nəhəng qala divarlar, Çinin şimal-qərbi boyunca uzanan və dünyanın ən uzun müdafiə divarı olan Çin Səddi, yaxın keçmişdə Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya qaçmalarının qarşısını almaq üçün inşa edilən Berlin Divarı tarixin ən məşhur divarlarındandır. Təəssüf ki, məsələləri demokratiya və insan hüquqları çərçivəsində sülhyönümlü və ağıllı təhlükəsizlik siyasəti yürüdərək dostcasına həll etmək mümkün olduğu halda, divar hörərək təhlükəsizliyə nail olmağa çalışmaq keçmişdə də uğurla nəticələnməmişdir.
    Unudulmamalıdır ki, yer üzündə əmin-amanlıq və təhlükəsizliyin ən əsas şərti sevgi, məhəbbət, dostluq və qardaşlıqdır. Dostluq olmadan, birlik və bərabərlik ruhu, qarşılıqlı sevgi, hörmət, həmrəylik olmadan əlbəttə ki, sülh olmaz. İnsanlar sevgi, mərhəmət, dözümlülük kimi hissləri itirir və bunun nəticəsində də qardaş kimi danışıb razılaşmaq əvəzinə divarlarla bir-birindən qopub uzaqlaşmaq istəyirlər. Sevginin hakim olduğu bir dünyada isə irqləri, dilləri, dinləri, mədəniyyətləri fərqli olsa da sevgi ilə qucaqlaşmaq mümkündür. Həyatlarını xilas etmək üçün yurdundan ayrılmaq məcburiyyətində qalan qaçqınlara məskunlaşacaqları təhlükəsiz yerlə təmin etmək, çatışmazlıqları varsa, onları maarifləndirmək, təzyiq, şiddət və zorakılıq altındakı xalqlara, ehtiyac içindəki məzlumlara, ac və susuzlara yardım etmək heç də çətin deyil.
    Şübhəsiz bu sahədə dünya liderlərinə vacib iş düşür. Bütün dünya liderləri birləşdirici, sülhyönümlü sevgi üslubuna üstünlük verməli, şəfqət, mərhəmət, birlik, bərabərlik, sülh və qardaşlıq anlayışlarını önə çıxarmalıdırlar. Bu sevgi dili ilə dünyanın hər yerində baş verən miqrant böhranları, müharibələr və münaqişlər, terrora və zorakılğa əsaslanan qlobal təhlükəsizlik təhdidləri və hər cür qarşıdırma bir-bir aradan qalxacaq. Dolayısilə sərhədləri divarlarla ayırmaqla, daha çox silahlanmaqla, bölgələrə daha çox əsgər yerləşdirməklə, qısası, problemlərin ancaq təhlükəszilik tədbirləri ilə həll edilə bilməyəcəyi, bütün problemlərin mənbəyinin ancaq sevgi, şəfqət və maarifləndirici siyasətlə həll edilə biləcəyi başa düşülməlidir. Ümid edirik ki, bu əsr sevgisizliyin, gərginlik və münaqişə ruhunun sona çatdığı bir əsr olacaq. Qorxuların, sevgisizliyin, güvənsizliyin yerini həsrətini çəkdiyimiz sülh, əmin-amanlıq, dostluq, qardaşlıq və güvən mühiti tutacaq.

    Adnan Oktar

  • Müsəlmanların axan qanı necə duracaq?

    uex

    İslam birlik, bərabərlik, sevgi və qardaşlıq dinidir. Allah Quranda “… Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 73) deyə bildirərək dünyada fitnənin sona çatması üçün iman gətirənlərin bir-birlərilə dost olmalarını, ittifaq qurmalarını, birlik və bərabərlik içində olmalarını bildirmişdir. Bu əmrə tabe olmaq bütün müsəlmanların borcudur. İslam dünyası müsəlmanların bir olmasını istəməlidir. Birlik istəməyən –Allah qorusun- ayrılıq istəyir dəməkdir və ayrılığın illərdən bəri şahid olduğumuz kimi, İslam dünyasına heç bir faydası yoxdur. Müsəlmanların gücü, qüvvəti və mənfəəti birlik olmaqdadır. Bundan başqa, möminlərin birlik olması Qurana görə fərzdir. Ayələrdə Allah bu şəkildə bildirir:

    Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali İmran surəsi, 103)

    Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hucurat surəsi, 10)

    Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)

    Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)
    Ayələrdən açıq şəkildə göründüyü kimi, müsəlmanların bir olması, sevgi ilə bir-birlərinə bağlanması, münaqişə etməməsi, bir-birlərinin dostu olması, hər şəraitdə bir-birini qoruyub müdafiə etməsi, birlikdə inkara qarşı elmi mübarizə aparması fərzdir.
    O halda bunun əksini etmək, yəni birləşdirən deyil, parçalayan olmaq, müsəlman qardaşlarına sevgi və şəfqətlə yanaşmamaq, əfvedici, qoruyucu olmamaq, inkara qarşı aparılan elmi mübarizədə bir-birinə dəstək olmamaq haramdır.
    İslam Birliyinin olmaması, müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlıq, müsəlmanların öz aralarındakı münaqişələr, İslam dünyasından vahid səs çıxmaması məzlum müsəlman xalqları da müdafiəsiz qoyur. Misirdə, Suriyada, Fələstində, Kəşmirdə, Şərqi Türkistanda, Patanidə, Moroda və daha bir çox yerdə qadınlar, uşaqlar və qocalar zülmdən xilas olmağı gözləyir. Bu məzlum insanların məsuliyyəti hər kəsdən öncə İslam dünyasının üzərindədir. Müsəlmanlar Peyğəmbərimizin (səv) “Müsəlman, müsəlmana zülm etməz və onu təhlükədə qoymaz” sözünü heç vaxt unutmamalıdır.
    İslam dünyası ayrılıqları və fərqlilikləri bir kənara qoymalıdır. Bütün müsəlmanların “qardaş” olduğu gerçəyini xatırlamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaqla bütün dünyaya nümunə olmalıdırlar. İman gətirənlərin bir-birlərilə qardaşlığı Allahın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükür etməli və Allahın “dağılıb-ayrılmayın” əmrini unutmamalıdırlar.
    Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın… (Ali İmran surəsi, 103)

    Ülviyyə Əlizadə

  • Avropanın miqrant böhranına qəti həll yolu nədir? Yalnız bir az sevgi

    rh

    28 avqustda dünya, vicdanları sızladan insanlıq faciəsi ilə qarşılaşdı. Bu tayı-bərabəri olmayan hadisə Avropanı bir müddətdir ki, məşğul edən miqrant böhranının demək olar ki, dönüş nöqtəsi idi. 59 kişi, 8 qadın və aralarında 1 yaşlı kiçik qız uşağının da olduğu 4 uşaq, cəmi 71 suriyalı miqrant Avstriya magistral yolu üzərində tərk edilmiş yük maşınının içində ölü tapıldı.

    Evini, işini, qohumlarını, qonşularını, xəyallarını və ümidlərini geridə qoyub yola çıxan 71 nəfər… Bütün çəkdikləri əzab-əziyyət toyuq daşımaq üçün istifadə edilən kondisionerli yük maşınında can verməklə nəticələndi. Dünyadakı hər insan kimi təhlükəsiz şəraitdə və şərəfli yaşamağa layiq olan o anaları, babaları, daha yenicə yeriməyə başlayan uşaqları düşünmək insanın qəlbini sızladır. Təəssüf ki, Yaxın Şərqdə baş verən müharibələr nəticəsində ölkələrin darmadağın edilməsi bu çarəsiz insanlara bu cür təhlükəli səfərdən başqa bir seçim qoymayıb.

    Bu dəhşətli hadisədən sonra avropalı liderlərin məsələyə diqqət yetirməsi ilə böhran yeni çıxmaza girdi. Vyana konfransında danışan Almanya kansleri Angela Merkel bu kədərli xəbərlə dərindən sarsıldığını bildirərək belə şərh verdi: “Bu hadisə Avropadakı miqrant probleminə həmrəylik ruhu içində bir an öncə həll yolu axtarmalı olduğumuzu xatırladır”.

    Belə ki, indiyə qədər bəzi Avropa hökumətlərinin miqrant problemini ələ alma üsulu heç də gözəl olmayan mənzərə yaratdı. Bəzi hökumətlər ölkələrinə miqrant qəbul etməyi rədd edərkən, digərləri Avropa İttifaqının böhranı həll etmək üçün ortaya qoyduğu təklifləri əvvəldən qəbul etmədi.

    Digər tərəfdən bəzi hökumətlərin etdikləri, sözün əsl mənasında insanlıqdan kənar idi. Macar polisi maneələri aşaraq Avropa İttifaqı ölkələrinə girməyə çalışan miqrantları göz yaşardıcı bombalarla nəzarət altına almağa çalışdı. Yunanıstanın Kos adasında polis miqrantlara yanğın söndürmə alətləri ilə hücum etdi. 2500-ə yaxın miqrant 24 saat boyunca yemək və su verilmədən – və ya çox az verilərək – bir stadionun içində bağlı saxlanıldı.

    Çevik polis alayları stadionda miqrant sənədlərini almaq üçün gözləyən uşaqlı qadınlara və yaşlı insanlara qarşı səs bombasından istifadə etdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yunan hökumətinin miqrantlara qarşı davranışlarını “tamamilə utanc verici” olaraq qiymətləndirdi. Bundan başqa beynəlxalq humanitar yardım təşkilatı olan Sərhədsiz Həkimlər Təşkilatı [Médecins Sans Frontières] miqrantların böyük əksəriyyətinin əsas gigiyena ehtiyaclarının qarşılanmadığını və polis tərəfindən istismara məruz qaldıqlarını təsdiqlədi.

    Hökumətlərin hərəkətlərini tənqid edənlər təkcə humanitar təşkilatlar olmadı. Fransa xarici işlər naziri Loran Fabius Şərqi Avropa dövlətlərinin siyasətinə qarşı səsini qaldırdı və xüsusilə Macarıstanı «skandal» sayıla biləcək miqrant siyasətinə görə ağır şəkildə tənqid etdi. Loren həmçinin Macarıstanın miqrantların pasportsuz Şengen zonasına girməsinin qarşısını almaq üçün Serbiya sərhəddinə dəmir məftil çəkməsi ilə Avropa İttifaqı dəyərlərinə zidd davrandığını dedi.

    Müharibənin ağır zərbə vurduğu ölkələrindən qaçmaq məcburiyyətində qalan bu çarəsiz insanların gözlədikləri tək şey bu ölkələr tərəfindən yaxşı qarşlanmaq idi. Lakin həmin ölkələrin polis məmurları və sərhəd keşikçiləri tərəfindən istismar və pis rəftara məruz qaldılar.

    Avropa ölkələri qaçqın böhranı məsələsində mühüm bir həqiqəti unutmamalıdırlar:

    Bu dünya heç kim üçün etibarlı liman deyil. Kim olursa-olsun, ya da dünyanın harasında yaşayırsa-yaşasın, hər insan gözlənilməz bir anda çətin vəziyyətlə qarşı-qarşıya qala bilər. Hər hansı bir fəlakət və ya gözlənilməz bir qəza insan həyatını bir anda alt-üst edə bilər. Belə bir çətin vəziyyətlə qarşı-qarşıya qaldıqda yardım əli uzatması gözlənilən insan birdən-birə özü köməyə möhtac vəziyyətdə qala bilər. Bu səbəbdən bu gün Avropanın üzləşdiyi miqrant probleminin öhdəsindən gəlməsində kansler Merkelin bəhs etdiyi “həmrəylik ruhu” kilid dəyərlərdəndir.

    Maddi gücdən çox insanları və millətləri kömək etməyə sövq edəcək güc sevgi, şəfqət və həmrəylikdir. Sevgi əngəl tanımır.

    Dünyadakı digər insanlara qarşı bəslədiyimiz azacıq sevgi bütün böhranların üstəsindən gəlməyə kifayət edəcək.

  • Şəfa VƏLİ.”RUZBEH MƏMMƏDİN NAĞILI”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    I
    Bilirəm uzaqdadı… Lap uzaqda… Onu da bilirəm ki, döyülən pəncərənin o üzündə həmişə onun olmasını arzulayacağam. Həmişə də bir başqası olacaq.

    ***
    Bir oğlan var. Adı Ruzbeh. Şeirlərinin sonunda həmişə bu adı oxuyuram: Ruzbeh Məmməd. O oğlan öz kiçik ovuclarında ümid böyüdüb. Hər gün bir az böyüdükcə ümidləri, dilinə sehrli kəlmələr gəlib. Allahın əta etdiyi bu sehrlə zaman-zaman 39 qapı açıb: Mərifət qapısı… Elm qapısı… İnam qapısı… İman qapısı… Sevgi qapısı… və sair… və ilaxır…
    Atasının 57 yaşına yazdığı şeirdə “sözün böyüklüyünü, özünün “bir kəlmə söz” önündəki heyrətini” yazıb Ruzbeh Məmməd…

    Sənin hər sözündə, evimizdəki
    Kitablarını yığdığın otaqdan da böyük bir hikmət vardı…
    Balaca-balaca atdığım addımlar zamanı,
    Sənin boyumdan uca, çəkimdən yekə,
    Dediyin kəlmələrdən yapışıb yeriyirdim… (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Anarın “Ağ liman” povesi Azərbaycan ədəbi tənqidində”

    12106784_459497914235371_8946394688133766901_n

    Filologiya üzrə fəlsəfə doktoru, dosent,
    Prezident təqaüdçüsü

    Təbiilik, təvazökarlıq, səmimiyyət, mənəvi kamillik, milli-əxlaqi dəyərlər axtarışı, gerçəkliyin insan və zaman, fərd və mühit problemləri fonunda dərki və bütünların qeyri-adi hadisələr, qəhrəmanlıq iddiasında olan surətlərlə heç bir əlaqəsi olmaması “altmışıncılar” ədəbi nəslinin digər nümayəndələri kimi Anar nəsri üçün də xarakterik cəhətlərdəndir. 60-cı illərdə ədəbi ictimaiyyətin böyük maraqla qarşıladığı, tənqidin ən fəal münasibət bildirdiyi belə nəsr əsərlərindən biri Anarın “Ağ liman” povesti olmuşdur.
    Ədəbi tənqid “Ağ liman” povestinin çağdaş ədəbiyyatımıza gətirdiyi yeniliyi, müasirliyi ilk növbədə dövrün mövcud ədəbi stereotiplərini qırması, sovet bədii təhlili çərçivəsinə sığmaması ilə izah edirdi. Yazıçının əxlaqi düşüncələrini, mənəvi dəyərlər barədə qənaətlərini, zaman, sosial mühit və gerçəklik haqqında sənətkar konsepsiyasını əks etdirən povestə dair milli ədəbi tənqidimizin maraqlı mülahizə və qənaətləri mövcuddur.
    Görkəmli tənqidçi Məmməd Arif əsərlə ilk tanışlıqdan sonra Anarın “yaradıcılıq qələbələri hələ qabaqdadır” deyə ədəbiyyatımıza ümidverən bir sənətkarın gəldiyini vurğulayır, “Ağ liman”ı “yeniyetmə təfəkkürünün məhsulu” (Q.Talıbov) hesab edən tənqidçilərə rəğmən gənc yazıçının istedadına böyük inamını ifadə edirdi. Tənqidçi “Ağ liman”ı nəsrimizin yeni bir uğuru kimi yüksək dəyərləndirir, əsərdə xüsusi nəzərə çarpan psixologizmi qeyd edir, povestin nəsrimizə bir yenilik, təravət gətirdiyini vurğulayırdı: “Bu təravət milli keyfiyyətlərə malik olmaqla bərabər, bədii ədəbiyyatın ümumi inkişafı, taleyi ilə bağlıdır. Anarın mövzusu da yenidir, amma dediyimiz təravət təkcə mövzuya, yazıçının təsvir etdiyi aləmə, hadicə və insanlara aid deyildir. Anarın hekayələrində fövqəladə hadisələrə, igidlik, şücaət, qəhrəmanlıq göstərmək iddiasında olan adamlara rast gəlmirik.”
    Ədəbi tənqidin əsərin müasirliyi haqqında fakir və mülahizələrinə, onun bədii qəhrəman konsepsiyasına diqqət yetirdikdə “Ağ liman”ın timsalında bütövlükdə dövrün nəsrinin tənqidin özünü, onun bədii əsərə yanaşma meyarlarını da dəyişdiyini, yenilədiyini görürük. Milli bədii nəsrimizin “sıçrayış”la inkişafı tənqidin məzmununu da yenilədi, hətta nəzəri fakir bu mərhələdə bəzən geridə qaldı, bədii firkin hərəkəti ilə “ayaqlaşa bilmədi”. Buna görə də “Ağ liman”a münasibətdə tənqidin əsərdəki mənzərəni yaradan səbəbləri, burada baş verən hadisələri, situasiyaları şərtləndirən amilləri dəqiq təyin etməkdə acizliyi açıq-aşkar görünürdü. Tənqidin əsəri ilk vaxtlar birmənalı qarşılamaması, gənc yazıçıya onun qəhrəman konsepsiyası ilə bağlı ünvanlanan kəskin tənqidi fikirlər də buradan doğurdu. (daha&helliip;)

  • Təranə ŞƏMS.”Müəllim adına yaraşmayan həqarət”

    ts

    Müstəqil (belə demək mümkünsə) Azərbaycan günü-gündən inkişaf edir və gözəlləşir. Sanki məmləkətimiz yenidən qurulur və hər bir vətəndaş öz məmləkəti ilə qürur hissi keçirə bilər. Lakin əmmalar da istisna deyil. Azərbaycan tərəqqi etdikcə, bəzi sahələrdə geriləməni görməzlikdən gələ bilmərik. Gördüymüz çatmazlıqlar isə bugünki təhsil sistemində daha qabarıq nəzərə çarpır. Təhsildə islahatlar, məsələn, kurrikulum sisteminin tədbiq edilməsi şagirdləri çətinə salır desək yanılmarıq. Əgər bu sahədə bilikli kadrlar olarsa, bu sistemin təhsildə özünəməxsus özəllikləri var.Təhsildə islahatın qabaran cəhətlərindən biri də budur ki, təqaüd yaşı çatan qocaman müəllimlər işdən azad edilir. Axı qocaman müəllimlərin fəaliyyəti dayandırılırsa, gərək yetişən yeni kadrların bilik səviyyəsi öz bilik və elmini şagirdlərə aşılaması üçün yetərli olsun. Təəssüflər olsun ki, yeni kadrların elmi və biliyi zəif olduğundan kurrikulum dediyimiz sistemin öhdəsindən gələ bilmir. Lakin stajlı müəllimlər başlanğıc olaraq sovet təhsil sistemindən istifadə edərək müəyyən qədər yeni təhsil sisteminin çətinliklərini aradan qaldırırlar. Əgər müəllimlər yeni sistemdən əziyyət çəkirsə, bəs şagirdlər və valideynlər neyləsin? İstənilən halda valideyinlər övladladının təhsildən geri qalmaması üçün fərdi təhsilə üstünlük verdiyinin şahidi oluruq. Qeyd edim ki bəzi valideynlərin qazancı zəif olduğundan fərdi müəllim tuta bilmirlər. Siniflərdə isə dərs proqramı çətin mənimsənildiyi üçün uşaqların əksəriyyəti verilən tapşırıqları qavramaqda çətinlik çəkirlər. Beləliklə, təhsildə bəzi şagirdlər digər şagirdlərdən geri qalır. Görünənləri nəzərə alaraq belə sual yaranır: ” Belə davam edərsə, Azərbaycan təhsilinin aqibəti necə olacaq?” Bəlkə də uzun illər lazımdır ki, yetişən yeni kadrların bilik səviyyəsi yeni sistemə uyğunlaşsın. Sizcə itirilən illər Azərbaycana nələri verib, nələri alacaq? Əsaslı məsələ isə budur ki, niyə Pedoğoji İnstitutun məzunları hətta dövlət hər tərəfli sosial baxımdan himayə etdiyi halda bölgələrdə ixtisası üzrə əmək fəaliyyətini davam etdirməkdən imtina edirlər? Nədən öz ixtisasları üzrə müəllim adını daşıyan kadrlar məhz şəhərdə fəaliyyət göstərməyə üstünlük verirlər? Görünür kənd və rayonlarda doğulub, boya-başa çatan gənclər həyat şəraiti çətin olduğundan, kiçik yaşlarından şəhər həyatını yaşamağa can atır və bu arzuyla da öz gələcəklərini qururlar. (daha&helliip;)

  • Baxım sağa, baxım sola, bəlkə taparam kimisə kənarda… (kişilərin sola getməsi, “xəyanəti”)

    gw

    Poliqamlıq – kişilər bir az realist, bir az romantik, gözəlliyə vurğun, xəyalpərəst, daha çox isə poliqam olurlar. Kişilərinizi itirmək istəmirsinizsə, onları olduqları kimi qəbul edin, dəyişməyə çalışmayın, əksinə onun poliqam olması və digər cəhətlərindən özünüz üçün istifadə edin, hər gün bir obrazda olun, təəccübləndirir, maraqlandırın özünüzlə, hər dəfə bir başqa insan, bir başqa qadın olun, fərqli, özəl, unudulmaz və arzuolunan… Unutmayın, ən sakit və rahat kişi belə ehtiraslıdır. Siz oyatmasanız bu ehtiras və marağı, siz yandırmasanız onun içindəki odu-alovu, o kənarda axtaracaq sizdə axtarıb tapa bilmədiklərini… Söhbət təkcə intim həyatdan getmir, həm də adi insani münasibətlərdən gedir… Hər dəfə onun üçün maraqlı, ancaq yorucu olmayan bir kitab olun ki, sizi oxusun, oxumaq istəsin, əli başqa kitabları oxumaq üçün uzanmasın “kitabxanalara, kitab mağazalarına”, açıq satışa çıxarılan “kitablara” və “kitab sərgilərinə”… Unutmayın, insan da kitab kimidir, başlanğıcdan maraqlı olan kitabı axıradək oxumaq istəyəcək oxucun, maraqlı gəlməsən səni qoyacaq evdəki və ya işdəki kitab rəfinə, toz basacaq səni… Sən isə köhnəldikcə, oxunmadıqca, hirslənəcəksən el-aləmə, hamını günahkar biləcəksən, əslində günahkar kişin deyil, sən özünsən… (daha&helliip;)

  • Düşünmək qorxusu və fəsadları

    savalankardesimiz

    Dünya getdikcə daha çox sosiallaşır. Bunun nəticəsi olaraq dünyanın bir-birinə uzaq yerlərində yaşayan insanlar belə artıq rahatlıqla hər gün bir-biri ilə əlaqə saxlaya bilirlər.

    Dünya getdikcə daha çox sosiallaşır. Bunun nəticəsi olaraq dünyanın bir-birinə uzaq yerlərində yaşayan insanlar belə artıq rahatlıqla hər gün bir-biri ilə əlaqə saxlaya bilirlər. Sosial şəbəkələrin artdığı bu yeni dövrdə artıq heç yerə getmədən belə, dünyanın istənilən bölgəsindəki mühitlə, insanların yaşayışı, maraqları, ehtiyacları, düşüncələri, məqsədləri, həyat tərzləri və s. haqqında məlumat əldə etmək mümkündür. Təbii ki, bu sosiallığın bir çox mənfi-müsbət tərəfləri müzkirə oluna bilər. Lakin bu məqalədə qeyd etmək istədiyim məqamlar məsələnin başqa tərəfləridir. Qlobal sosial mühitin verdiyi geniş araşdırma prizması vasitəsi ilə biz nəzarətli mediaya alternativ olan, bəzən daha real, bəzən daha fərqli informasiyalar əldə edə bilirik. Dünyanın fərqli-fərqli ölkələrinin əhalisi arasında aparılan geniş miqyaslı sosial araşdırmalardan və şəxsi müşahidələrimdəngəldiyim qənaətləri sizlərə də təqdim etmək istəyirəm.

    Bu yazıda insanların nə qədər qisminin özlərinin, dünyanın, ətraf mühitin varlıq səbəbini düşündüyünü, araşdırdığını və məqsədli yaşadığını öyrənmək üçünillərdir apardığım müşahidələrdən gəldiyim nəticə barədə yazmışam. Bunun üçün həm ətrafımda, həm də qısa müddət yaşadığım bəzi ölkələrdə müşahidə etdiklərimdən, dünyanın hər yerini gəzib – görmüş təcrübəli insanlarla söhbətlərdən, bu sahədə aparılmış elmi araşdırmalardan, sosial təcrübələrdən, həmdəinternet vasitəsi ilə sosial mühitdə dünyanın fərqli yerlərindəki hər təbəqədən fərqli insanlarla şəxsən apardığım söhbətlər zamanı əldə etdiyim ümumi nəticələrdən müşahidə etdiyim vəziyyəti sizlərə təqdim etmək istədim. (daha&helliip;)

  • İmtahan yeri: Dünya

    uex

    Dünyada heç bir şey mükəmməl deyil. Belə olmasını gözləmək də çox yanlışdır. Tam olan, qüsursuz olan axirətdəki həyatdır. Hər yazımda mütləq dilə gətirdiyim kimi, dünya imtahan yeridir. Bunu yaddan çıxarmamalıyıq.

    İnsanın qarşısına həmişə imtahanın tələbi olaraq çətinlik və sıxıntılar çıxacaq. Bunlarla depressiya, üsyan və kədərlə deyil, savab silsiləsi ilə qarşılaşdığımızı bilərək hərəkət etməliyik.

    Qarşılaşdığımız çətinliklər o qədər təfərrüatlı qarşımıza çıxacaq ki… Möhtəşəm plan daxilində… İmtahanın vaxtı gəldikdə həmin saniyə yerimizdən durub əmr olunduğumuz işi görəcəyik, əmr olunduğumuz yerdə olacağıq. Burada əmr olunduğumuz deyə nəzərdə tutduğum, hələ insan doğulmadan öncə qədərində müəyyən edilənləri etməsidir. İnsan nə edirsə-etsin, nələrdən çəkinirsə-çəkinsin, nə qədər tədbir alırsa-alsın, yeri və zamanı gəldikdə qədərində özü üçün müəyyən edilən davranışın xaricinə çıxa bilməz. Həmin sözü söyləyər, həmin addımı atar, həmin hərəkəti edər və bütün bunlarla imtahan olunar. İmtahanın sirri də elə burada gizlidir. İnsan öz qədərində olanı edərkən imtahanın tələbi olaraq bunların hamısını özü planlayır və özü edirmiş kimi hiss edir. Halbuki əslində hamısı Allah tərəfindən müəyyən edilmiş qədər üzrə baş verir. Vacib olan bu vaxt gəlib çatdığı zaman insanın davranışıdır. Vicdanının səsinə qulaq asıb təvəkkül edib səbirli olacaq, yoxsa Allah qorusun, üsyankar olub üzüntüyə qərq olacaq?
    (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Biz hansı cəbhədən döyüşürük!?”

    photo

    Əvvəla bilməmiz gərəkdiyi şeylərdən biri də budur ki,bu dünyada iki cəbhə var. Hər bir insan bu iki cəbhədən birində yer alır. Bu cəbhələr Allahın və şeytanın cəbhəsidir.Ta qədim zamandan , yəni, Adəmin(ə.s), İbrahimin(ə.s), Süleymanın(ə.s), Musanıın(ə.s) və digər peyğəmbərlərin(ə.s) zamanından bu yana şeytan Allahın cəbhəsində döyüşən insanların qarşısında olmuşdur. Bu hal hətta Allaın rəsulu Muhammədin(s.a.s) yaşadığı dönəmdə də belə idi və bu gündə belədir. Mövzumun məğzi keçmişin cəbhələrini araşdırmaq deyil, bu gün bu cəbhələrin hansı vəziyyətdə olmasını cəmiyyətimizə çatdırmaqdır. Böyük güc Allahın cəbhəsindən döyüşənlərdədir. Çünki bu cəbhədə iman deyilən bir məvhum var.Amma təssüflər olsun ki, şeytanın cəbhəsinin, özünü Allahın cəbhəsində hesab edən üzvləri vardır.Bu böyük problemdir.Bu günkü həyatımızda, yaşadığımız cəmiyyətdə, hər on ailədən doqquzu özlərini müsəlman hesab etsələr də,tutduqları cəbhəni doğru düzgün seçə bilmirlər. Şeytanın cəbhəsində ola-ola Allahın cəbhəsində olduqlarını zənn edirlər. Buna misal kimi, bir ailə tərkibindəki insanları göstərmək olar. Ata içgi aludəçisi, ana qiybətçi övlad isə islamı seçmiş bir müsəlman. Həmin övlad bir ailənin içərisindəki Allahın cəbhsini tutmuş birisi olsada valideynləri “bizdə müsəlmanıq,Allaha inanırıq” deməklə özlərini Allahın cəbhəsinə xas edərək şüytanın cəbhəsindən çıxış edirlər. Ona görə ki, Allahın cəbhəsini tutmuş kəslər Allahın qadağan etdiklərindən çəkinir, əmr etdiklərinə isə əməl edirlər.Valideynlərdə isə qadağadan çəkinmə və əmrə tabe olmaqəvəzinə kor-koranə cahillik vardır. Övladla valideynlər arasında bəzən bu səbəblərdən anlaşılmamazlıqlar olur. Bəzən məsələ o yerə çatır ki,valideynlər şeytanın cəbhəsindən hücma keçərək övlada bəzi qadağaları belə qoyrlar. Övlad isə Allahın cəbhəsində olduğu üçün valideynlərinə hörmət və nəzakətlə qarşılıq verərək onları öz əxlaqı ilə cəbhələrini müəyyənləşdirməyə çağırır. Bu isə valideyinlərə olduqca ağır gəlir. Axı onlar şeytanın cəbhəsində olmaqlarına baxmayaraq özlərini Allahın cəbhəsində hesab edirlər.Beləcə valideynlər övlad arasında xoşagəlməz problemlər ortaya çıxmağa başlayır.
    Bu günki cəmiyyətimizin bu probleminin əsası cəbhələrin müəyyənləşdirilməsi üçün maarifləndirmə işlərinin aparılmamasıdır. Əgər bu istiqamətdə maarifləndirmə olarsa insanlar hansı cəbhədən döyüşdüklərini asanlıqla anlayarlar.Özümüz müsəlman ola ola cəmiyyətimizdəki müsəlmanlara xor baxmağımızın əsəas səbəblərindən biri məhz elə döyüşdüyümüz cəbhəni düzgün seçə bilməməmizdir.Allah bizi doğru cəbhədən döyüşənlərdən etsin,amin!

  • Nəfsimizə məğlub olmamaq üçün çalışmalıyıq

    1444031057_goz-hakki

    İnsan nəfsi hər cür mənfi hissə açıqdır. Çünki dünya bir sınaq yeridir. Allah dünyadakı imtahana uyğun olaraq nəfsimizi neqativ hisslərə meyilli yaradıb. Əsəbləşmək, küsmək, incimək, qısqanmaq, intiqam alma hissi… Bunların hamısı imtahanın tələbi olaraq ruhumuza hiss etdirilir.

    İmanlı, Allahdan qorxan, Allahı çox sevən insanların üstünlüyü bu hisslərə qarşı göstərilən iradə ilə ortaya çıxır.

    Demək olar ki, hər insana doğulduğu andan etibarən şüursuzca verilən bir təlqin var: ruhunda nə hiss edirsə, ona uyğun reaksiya vermək. Məsələn, bir uşağın ürəyi sıxılırsa, qaşqabaqlı oturmalı olduğunu öyrənir. Əsəbləşdikdə qışqırması, nəzarətsiz hərəkətlər etməsi sözlə olmasa da, davranışla ona öyrədilir. Kədərləndiyində ağlamağın normal olduğu düşüncəsi aşılanır.

    Mənfi də olsa bu reaksiyaların ortaq olması və demək olar ki, hər kəs tərəfindən edilməsi uşaqların yanlış əxlaqa asanlıqla adaptasiya olmasına səbəb olur. Bu kimi insanlar həyatları boyunca da uşaqlıqdan qazandıqları bu mənfi təcrübələrin əziyyətini çəkirlər. (daha&helliip;)

  • “Azərikimya” İB-də kadr hazırlığı işi həmişə diqqət mərkəzində saxlanılır – MÜSAHİBƏ

    225_2zbhq5jaH0Z0

    “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayevlə müsahibə
    – Xalıq müəllim, kadr hazırlığı işi dedikdə, ümumiyyətlə, nələr nəzərdə tutulur?
    – Kadr hazırlığı işi özlüyündə çox geniş anlayışdır və bir neçə mərhələni əhatə edir. Bura ehtiyac duyulan sahələr üzrə kadrların sifarişinin verilməsi, kadr ehtiyatının yara­dılması, təlimlərin keçirilməsi, təhlillərin aparılması ilə bərabər, işçilərin ixtisasartırma, ixtisasdəyişmə və yeni ixtisasa yiyələnmə kurslarında iştirakının təşkili, bilik səviyyələrinin yoxlanılması, əməyin ödənilməsi dərəcəsinin artırılması, eyni zamanda karyera yüksəlişi üçün attestasiyaların keçirilməsi, digər şirkətlərlə – əsasən də istehsal xüsusiyyətlərinə görə yaxınlıq və uyğunluq təşkil edən şirkətlərlə təcrübə mübadiləsinin təşkili, işçilərin vəzifə standartlarının hazırlanması və s. daxildir.

    – Son illər Karyeranın idarə edilməsi sistemindən geniş bəhs edilir. Ümumiyyətlə, bu məfhum özündə nəyi ehtiva edir?
    – Son dövrlər SOCAR-da vəzifə təlimatlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə bağlı müasir tələblər və beynəlxalq təcrübəyə uyğun olan yeni standartların hazırlan­ması istiqamətində mühüm işlər görülüb. Bunlardan biri də 2013-cü ildə SOCAR-ın Ekologiya İdarəsi və İnformasiya Texnologiyaları və Rabitə İdarəsində “Karyeranın idarə edilməsi sistemi”nin pilot layihə kimi tətbiq olunmasıdır. (daha&helliip;)

  • Sumqayıt kimya sənayesinin ən məsuliyyətli sahəsini 52 il çiyinlərində daşımış insan

    m

    Qorxmaz Tağıyevlə tanışlığımın tarixçəsi 12 il bundan öncəyə – 2003-cü ilə təsadüf edir. Həmin ildən Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri seçildiyimdən təşkilatın qeydiyyatında olan birlik üzvlərinin hesabatını aparır, kimin hansı sahədə fəaliyyət göstərdiyini saf-çürük edirdim. Məqsədim 60 nəfərdən artıq jurnalisti öz ətrafında birləşdirən təşkilatın məlumat-sorğu kitabçasını hazırlamaq idi. Onu da öyrəndim ki, “Azərikimya” Dövlət Şirkətinin “Azərbaycan kimyaçısı” adında qəzeti nəşr olunur və bu qəzet də ətrafında İbrahim Abdullayev, Bəhmən Abışov, Beydulla Bilalov və Rasim Zamanov (foto-müxbir) kimi tanınmış jurnalistləri birləşdirir. O vaxta qədər Qorxmaz müəllimi tanımırdım. Tanışlığımız da elə təşkilatımızın ofisində – “Möhtəşəm Azərbaycan” qəzetinin redaksiyasında oldu. Əlində SSRİ Jurnalistlər İttifaqının üzvlük vəsiqəsini tutmuşdu. Məlum oldu ki, imkan edib vəsiqəsini dəyişdirə bilməyib. Eşidəndə ki, AJB-nin Sumqayıt şəhər təşkilatı yaradılıb, ona görə də vəsiqəsini yeniləməyə gəlmişdi. İlk baxışdan asta yerişli, aram danışıqlı bu adam mənə qəribə təsir bağışlamışdı. Tanış olandan sonra gördüm ki, bu sakit təbiətli insanın qəlbində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bir neçə saatlıq söhbət əsnasında bunu da anladım ki, Qorxmaz müəllimin gördüyü işləri, çoxşaxəli fəaliyyətini bir insan ömrünə sığışdırmaq qeyri-mümkündür. (daha&helliip;)

  • İslam dünyası

    uex

    Yanlış bilinən gerçək İslam

    İslam dünyası xurafat və radikalizm təhlükəsi ilə uzun müddətdir ki, mübarizə aparır. İslama xurafatı daxil etməyə çalışanların sayı çox olmasa da bu azlığa inanan insanların sayı çoxdur. Hətta mediada da bu insanlar “müsəlman” kimi tanıdılır. Həmin insanlar adətən nifrət, təhdid, qorxu və qəzəblə ön plana çıxan və şiddət tətbiq edərək gündəmdə qalan insanlardır. «Müsəlman» deyildikdə yada bu insanların sevgisiz üzləri gəlir. Bu da müharibə, nifrət və qəzəbə səbəb olur.
    Müsəlman olduqlarını iddia edən xurafatçılar dinlərini İslam deyə tanıdıblar. Halbuki bu dinin İslamla heç bir əlaqəsi yoxdur. Bu kimi insanların böyük əksəriyyəti əslində necə bir xətanın içində olduqlarını bilmirlər. Bu insanlar Quranla müəyyən edilən halalları və gözəllikləri haram etmək, İslam dünyasına keyfiyyətsizliyi gətirmək və sülh dini İslamı müharibə və nifrət dini kimi göstərmək üçün geniş fəaliyyət göstərirlər. Dinə daxil etdikləri xurafatların mənbəyi haqqında soruşduqda isə heç vaxt Qurandan dəlil gətirə bilmirlər. Bir çoxu bilgisi olmadan Quranın təriflədiyi gözəllikləri özlərinə və müsəlmanlara haram edərək uca Rəbbimizin “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (Maidə surəsi, 87) ayəsinə zidd hərəkət edirlər. Nəticə etibarilə də nifrət formalaşdırırlar. (daha&helliip;)

  • Elnur RƏSULOĞLU.”Ruslan Dost Əlinin “Xanım” şeirinin çatışmayan cəhətləri”

    et

    Ruslan Dost Əlinin gənc “şairlər”in “mənəvi anası” Fərqanə Mehdiyevaya ünvanlayıb doğum günü hədiyyəsi kimi qələmə aldığı “Xanım” şeirinin çatışmayan cəhətləri:
    1. Şeirdən əvvəl leksik-lüğəvi mənası izah edilmiş “fərqan” sözünün və Özbəkistanın xatırladılan Fərqanə şəhərinin “Fərqanə” adı ilə heç bir əlaqəsi yoxdur.
    2. Şeirin 4-cü bəndinin sonuncu – axırıncı – 4-cü misrasından başqa, yerdə qalan bütün bəndlərin sətirləri kiçik hərflərlə başlayır.
    3. İlk baxışdan bilmək olmur ki, bu şeir “Xanım” rədifli gəraylıdır, yoxsa bəndlər şəklində olan 8-lik.
    4. Şeirin 1, 2 və 4-cü bəndlərinin sonuncu – axırıncı – 4-cü misralarında hecaların sayı 8 olmalı olduğu halda, 7-dir.
    4. 1. Şeirin 1-ci bəndinin sonuncu – axırıncı – 4-cü misrası “axşamın xeyir, xanım!” deyil, “Axşamınız xeyir, xanım!” şəklində olmalı idi.
    4. 2. Şeirin 2-ci bəndinin sonuncu – axırıncı – 4-cü misrası “allah nə deyir, xanım?” deyil, “İlahi nə deyir, xanım?” şəkilndə olmalı idi.
    4. 3. Şeirin sonuncu – 4-cü bəndinin axırıncı – 4-cü misrası “Şeirdi.. Şeir xanım” deyil, “O, şeirdir… Şeir xanım” şəklində olmalı idi.
    5. Şeirin 2-ci bəndinin 1, 2 və 3-cü sətirlərində 4+4 şəklində olan misradaxili bölümü – təqtisi pozularaq 3+5 formasında təqdim edilmişdir.
    6. Şeirin 4-cü bəndinin 2-ci misrasında “deyil” təkriri – təkrar olunan sözü “deyir” kimi səhv getmişdir.

    Əziz dostlar, Ruslan Dost Əlinin gənc “şairlər”in “mənəvi anası” Fərqanə Mehdiyevaya həsr etdiyi “Xanım” şeirini olduğu kimi Sizə təqdim edirəm:
    Fərqan: odu görən, işığı seçən deməkdir.
    Ferqane xanım, ürəyinizin odunu, gözlərinizin işığını tanrı tükətməsin!
    Xatırladım ki, Özbəkistan’ın bir şəhəri ilə də adaşsız …
    Ayrıca sizin bir adınız da ŞEİRdir, mənə görə!

    DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞEİR XANIM!

    necəydisə elə gəldi,
    al körpəni bələ, gəldi,
    bu axşam da belə gəldi,
    axşamın xeyir, xanım!

    özümü, səni bilirəm,
    bilirsən məni, bilirəm.
    bəndə deyəni bilirəm,
    allah nə deyir, xanım?

    yığışdır üz süfrəsini,
    o bir cüt göz süfrəsini.
    gəl açaq söz süfrəsini,
    hamı çörək yeyir, xanım..

    bu qan mənim qanım deyil,
    hər kimindi “canım” deyir.
    o Fərqanə xanım deyil,
    Şeirdi.. Şeir xanım …

  • “Düşünən İnsan” jurnalının yeni sayı işıq üzü görüb

    logo

    Dünyanı sevgi xilas edəcək
    İslamın əsl üzü
    Gözəllik, karyera, pul və ardınca məzar…
    Qara dəliklər: uca Allah`ın Hafiz isminin təcəllisi
    YANLIŞ MATƏM ANLAYIŞI
    İsraf etməmək nə üçün vacibdir?
    və daha bir çox maraqlı mövzular Düşünən İnsan jurnalının yeni sayında

  • SSRİ-nin Əməkdar İxtiraçısı: “Mənə dedilər ki, “Azərikimya”dan səni axtarırlar.”

    1442507665_yenisumqayit.az-9

    Azərbaycan kimya sənayesi -70

    Gənclərə örnək şəxsiyyət – Azərbaycanın Əməkdar səmərələşdiricisi Maqsud Eyvazov

    Azərbaycan kimya sənayesinin 70 illik yubileyinin keçirilməsi bizlər – mətbuat nümayəndələri üçün də böyük əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu vaxta qədər bizim kimya sənayesi ilə bağlı fəaliyyətimiz görülən işləri, keçirilən tədbirləri, aparılan yenidənqurma, modernləşmə işləri ilə əlaqədar icra olunan layihələri informasiya xarakterli qısa və lakonik yazılarla işıqlandırmaqdan ibarət olmuşdur. Əslində bir minnətdarlıq da, kimya sənayesinin 70 illik yubileyini keçirmək qərarına gələnlərə bizdən düşür. Çünkü araşdırmalar aparmaqla kimya sənayesinin 70 illik tarixini mükəmməl öyrəndik. Bir sənaye şəhəri kimi Sumqayıtda mövcud olmuş 10-dan yuxarı kimya zavodları, onların istehsal sahələri, istehsal olunan məhsullar, bu məhsulları dünyanın və keçmiş Sovetlər birliyinin yüzdən artıq şəhərinə göndərilməsi haqqındakı bilgilərimizi təkmilləşdirdik. Bu istiqamətdə irihəcmli tarixi-xronoloji yazılar, bədii-publisistik oçerklər yazmaqla iqtisadiyyatın bu ağır sahəsi ilə bağlı bilik və təcrübələrimizi təkmilləşdirərək, qələmimizi bir az da püxtələşdirdik. Digər yandan onu da öyrəndik ki, bu müəssisələrdə Azərbaycanın hər bir bölgəsindən gələn on minlərlə kimyaçı çalışmış, bu səbəbdən də “gənclər şəhəri”, “beynəlmiləl şəhər” adlanan Sumqayıta həm də “kimyaçılar şəhəri” adı verilmişdir. Bu insanlar iş şəraitinin ağırlığına, bəzi hallarda dözülməzliyinə, ekoloji vəziyyətin gərginliyinə baxmayaraq gecələrini gündüzlərinə qataraq yorulmadan çalışmış, o dövr üçün insan amilindən də öndə dayanan plan və tapşırıqları artıqlaması ilə yerinə yetirməklə iqtisadiyyatın inkişafına öz töhfələrini vermiş, yeni ixtiraları və səmərələşdirici təklifləri ilə çalışdıqları müəssisənin, ümumilikdə isə respublikanın büdcəsinə milyardlar­la manat xeyir gətirmişlər. Təqdirəlayiq haldır ki, bu insanların çəkdikləri zəhmət yerdə qalmamış, 70 illik bir dövr ərzində kimya sənayesini şöhrətləndirən minlərlə kimyaçının əməyi fəxri adlarla, orden və medallarla qiymətləndirilmişdir. (daha&helliip;)

  • Beynimizdəki kiçik kinoteatr

    1442514697_brain_vision_11

    Həyatımız kino lenti kimidir. Biz o kino lentinin hər bir kadrını vaxtı gəldikdə, ancaq yaşadığımız zaman görə bilirik. O kino lenti doğulduğumuz andan son nəfəsimizi verdiyimiz ana qədər yaşayacağımız milyonlarla hadisələrlə doludur. Hər bir təfərrüat o kino lentinin içinə sığışdırılıb. O kino lentindən kənara çıxa bilməyəcəyimizi əsla və əsla unutmamalıyıq.

    Əslində kinoteatrda izlədiyimiz film kimidir. Filmin əvvəli, sonu, filmdə qarşılaşdığımız hər təfərrüat biz hələ o filmi seyr etməyə başlamadan öncə bəllidir. Biz filmin hələ ən əvvəlindəki kadrı izləyərkən, filmin ən son səhnəsində nə görəcəyimiz bəllidir. Bilməməyimiz hadisələrin gerçəkləşməmiş və müəyyən edilməmiş olduğuna dair dəlil deyil.

    Filmin ən həyəcanlı səhnəsində bir sonrakı epizodda nə olacağını bilmədiyimiz üçün nəbzimizin artması bir sonraki səhnənin bəlli olmamasından, nə olacağının sürpriz olmasından irəli gəlmir. Bir sonrakı səhnə filmin ssenarisi tamamlandığı andan bəllidir. Amma biz o səhnəni bilmədiyimiz, sanki hadisələr o an öz-özünə baş verəcək hissinə qapıldığımız üçün həyəcanlanırıq. Əslində həyatımız da kinoteatrda seyr etdiyimiz film kimidir. (daha&helliip;)

  • “Bilik günü”

    ud

    Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir.
    Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir
    Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.
    Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ” demişdi. (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Biz hansı cəbhədən döyüşürük!?”

    photo

    Əvvəla bilməmiz gərəkdiyi şeylərdən biri də budur ki,bu dünyada iki cəbhə var. Hər bir insan bu iki cəbhədən birində yer alır. Bu cəbhələr Allahın və şeytanın cəbhəsidir.Ta qədim zamandan , yəni, Adəmin(ə.s), İbrahimin(ə.s), Süleymanın(ə.s), Musanıın(ə.s) və digər peyğəmbərlərin(ə.s) zamanından bu yana şeytan Allahın cəbhəsində döyüşən insanların qarşısında olmuşdur. Bu hal hətta Allaın rəsulu Muhammədin(s.a.s) yaşadığı dönəmdə də belə idi və bu gündə belədir. Mövzumun məğzi keçmişin cəbhələrini araşdırmaq deyil, bu gün bu cəbhələrin hansı vəziyyətdə olmasını cəmiyyətimizə çatdırmaqdır. Böyük güc Allahın cəbhəsindən döyüşənlərdədir. Çünki bu cəbhədə iman deyilən bir məvhum var.Amma təssüflər olsun ki, şeytanın cəbhəsinin, özünü Allahın cəbhəsində hesab edən üzvləri vardır.Bu böyük problemdir.Bu günkü həyatımızda, yaşadığımız cəmiyyətdə, hər on ailədən doqquzu özlərini müsəlman hesab etsələr də,tutduqları cəbhəni doğru düzgün seçə bilmirlər. Şeytanın cəbhəsində ola-ola Allahın cəbhəsində olduqlarını zənn edirlər. Buna misal kimi, bir ailə tərkibindəki insanları göstərmək olar. Ata içgi aludəçisi, ana qiybətçi övlad isə islamı seçmiş bir müsəlman. Həmin övlad bir ailənin içərisindəki Allahın cəbhsini tutmuş birisi olsada valideynləri “bizdə müsəlmanıq,Allaha inanırıq” deməklə özlərini Allahın cəbhəsinə xas edərək şüytanın cəbhəsindən çıxış edirlər. Ona görə ki, Allahın cəbhəsini tutmuş kəslər Allahın qadağan etdiklərindən çəkinir, əmr etdiklərinə isə əməl edirlər.Valideynlərdə isə qadağadan çəkinmə və əmrə tabe olmaqəvəzinə kor-koranə cahillik vardır. Övladla valideynlər arasında bəzən bu səbəblərdən anlaşılmamazlıqlar olur. Bəzən məsələ o yerə çatır ki,valideynlər şeytanın cəbhəsindən hücma keçərək övlada bəzi qadağaları belə qoyrlar. Övlad isə Allahın cəbhəsində olduğu üçün valideynlərinə hörmət və nəzakətlə qarşılıq verərək onları öz əxlaqı ilə cəbhələrini müəyyənləşdirməyə çağırır. Bu isə valideyinlərə olduqca ağır gəlir. Axı onlar şeytanın cəbhəsində olmaqlarına baxmayaraq özlərini Allahın cəbhəsində hesab edirlər.Beləcə valideynlər övlad arasında xoşagəlməz problemlər ortaya çıxmağa başlayır.
    Bu günki cəmiyyətimizin bu probleminin əsası cəbhələrin müəyyənləşdirilməsi üçün maarifləndirmə işlərinin aparılmamasıdır. Əgər bu istiqamətdə maarifləndirmə olarsa insanlar hansı cəbhədən döyüşdüklərini asanlıqla anlayarlar.Özümüz müsəlman ola ola cəmiyyətimizdəki müsəlmanlara xor baxmağımızın əsəas səbəblərindən biri məhz elə döyüşdüyümüz cəbhəni düzgün seçə bilməməmizdir.Allah bizi doğru cəbhədən döyüşənlərdən etsin,amin!

  • Tural SAHAB.”Postmodernistin cinsini dəyişdirə bilməməsi”

    1545553_10203040697648544_1046483349_n

    Onun adı ilə….

    Çox şeyi dəyişdirmək istəyirdi- ailəsini, cəmiyyəti, milləti ən əsası da cinsini. Bəli səhv duymadınız cinsini dəyişdirmək istəyirdi postmodernist köşə yazarı, şair, nasir Əliqulu Səhradaqum. Ancaq hələlik buna nə ailəsi, nə də yaşadığı cəmiyyət hazır deyildi. Cinsini dəyişdirmək istədiyini söyləsə ailəsi övladlıqdan rədd edər, ətrafındakı insanlar isə onu daşqalaq edib öldürərdi. Onun üçün ailəsinin və yaşadığı ölkənin insanlarının, ən əsası da gənclərinin düşüncələrini dəyişdirməli idi. Bunun üçün də postmodernizm ədəbi cərəyanını seçdi. Daha modernizmi anlamayan insanlara, modernizmdən sonrakı mərhələnin xaos, qaydasızlıq olduğunu anladacaqdı…..

    Səhər tezdən utana- utana beşinci mərtəbədə yerləşən 21 nömrəli mənzilin qapısını döydü. Bura o gün üçün bərk gedən ədəbiyyat saytlarından birinin ofisi idi. Bir qədər sonra içəridən ” qapı açıqdı gəl deyə bir səs duydu. Içəridə üç oğlan, iki nəfər də qız komputer arxasında əyləşib nəsə yazırdılar. Geyimlərindən müasir dünya görüşlü insanlar olduğunu anladı. Baş tərəfdə oturan sırğalı, incə saqqalı olan alçaqboylu kök bir oğlandı. Onun içəri girdiyini görüb ayağa qalxdı və çox mehribancasına onunla görüşdü. Bu saytın şef redaktoru idi. Onun üzündəki xoş aura içinə rahatlıq gətirdi. Ürəyi daha əvvəlki kimi döyünmürdü. Bir qədər söbətdən sonra digər işçilər də gəlib onunla tanış oldular. Və belə onun ilk iş günü başladı. Bəli, indi o çox məşhur saytın əməkdaşlarından biri idi. Inana bilmirdi sanki bu bir yuxudu və o, indi bu yuxudan ayılacaq- hər şey bitəcək ancaq bu yuxu deyildi. Saytda işə götürülməsinə səbəb yazdığı və mətbuatda qalmaqala səbəb olan bir yazı idi. Yazısında böyük sufi Ruminin eşcinsəl olduğunu söyləyib, fikirlərini də əsaslandırmağa çalışmışdı. Şəms Təbrizi ilə aralarında olan münasibətin tək açıqlaması bu ola biləridi, onun fikirincə. Yoxsa bir kişi başqa bir kişiyə nə üçün sevgi məktubları, şeirlər yazsın ki. Belə bir yazı ilk dəfə yazılırdı, bu məmləkətdə. Onun üçün çox böyük əks səda doğurdu. Bir- iki nəfər çıxıb etiraz etsə də, mətbuatda Əliqulu və onu dəstəkləyənlərin yazıları işıqlandırıldı. Bir çox gənc bu yazılanları oxudu və nə yazıq ki, iki böyük şərq aliminə atılan bu iftiraya inandı və Əliqulu Səhradaqumu dahi bir yazar kimi qəbul etdilər. Indi ofisində olduğu saytdan da iş təklifi elə bu yazıdan sonra gəldi. Onlar belə bir gənci itirə bilməzdilər. Onlarla eyni fikirdə olan bu cavan oğlan həm sayta çoxlu oxucu gətirəcəkdi, həm də onların səsinə səs verəcəkdi.. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Mənə toxunmayın”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sarı yarpaqlar kimi üşüyən ürəyinin incə tellərinə toxunan kim idi, nə idi, hələ də bilmirdi. Bəlkə də, bilmək istəmirdi. Hardasa bu tellərin titrəməsindən də razı idi. Nə də olsa, o, bu taleyin atılmış qadını hesab edirdi özünü…
    ***
    …Səhər oyandığında yataqda tək idi. Pəncərədən bayırda havanın buludlu olmasını gördü, yataqdan qalxmağa ərindi, elə-beləcə, o tərəf-bu tərəfə çevrildi. Bir anlıq tək olmağından, yanında kimsənin olmamasından istifadə edib özü haqqında fikirləşmək istədi. Və… Və bunu bacardı… Sanki özü haqda başqa birisi kimi fikir söyləyirdi…
    Ömrünün 25 ilindən 20 ilini xatırlayırdı. O 20 ili ki, ata-anası orda yox idi. 5 yaşında uşaq evinə verilmişdi. Xahiş olunmuşdu ki, adı, soyadı dəyişilsin. Sonradan müdirə “xala”nın dediyinə görə, anası qapıdan çıxanda sadəcə gülümsəyib və “Sevgimin səhvi sizə əmanət”-deyib. Müdirə xala isə ona yeni bir ad fikirləşməyib, özünü əziyyətə salmayıb, elə onu belə çağırıb: Xətayə…
    Kiminsə bir anlıq şəhvətinin nəticəsi kimi həyatda yeri olduğuna görə taleyini də, özünü də qınayırdı həmişə, bu günsə yox, qınaq yeri o deyildi. Bəlkə də hələ qınamağa kimisə axtarırdı. 13 nəhsdir deyirlər, bəlkə də elə uşaq evində keçən 13 ilinin onun üçün ən çətin, ən pis olduğunu düşünürdü. Burda nə qədər döyülmüşdü, nə qədər təhqir edilmişdi. Özündən bir-iki yaş böyük oğlanların əlini bədəninin müxtəlif yerlərində hiss etdikcə nələr yaşamamışdı onun balaca ürəyi. Onların əhatəsindən çıxıb qaçınca arxasınca gələn qışqırtılar da qulağında idi: “Müdirə xalaya deyəcəyik Xətayə paltarının yaxasını qəsdən açır ki, serialdakı qızlara oxşasın. Hələ bir ordakı qızlar kimi öpüşməyi də bilir. Görərsən, deyəcəyik.”
    Əlbəttə, oğlanlar bunu demirdilər. Çünki, Xətayəni gələn dəfə öz otaqlarına çağırıb əlləriylə ona toxunmaq imkanından məhrum olardırlar. Əslində, Xətayə də dinc duran deyildi. Qaranlıq düşüb hər kəs öz otağına çəkilincə o, gizlicə mətbəxə qaçar, aşpaz qadınla bir yerdə xarici seriallara baxar, özünü ordakı qızlara, həqiqətən, oxşadardı. Saçını açıb tökməyi, sinəsini daha da qabartması, ətəyinin belini qatlaması, və daha nə oyunlardan çıxması onun diqqət mərkəzində olmasına səbəb olurdu. Xətayə də bundan məmnun qalardı. Və serialdakı kimi öpüşməyi bacardığını da Mənsura sübut etdikdən sonra artıq oğlanlar ondan əl çəkmirdi. Xətayə isə gündə bir neçə saatlığa televizora baxmağının xətrinə oğlanların otağından yolunu salmağa məcbur idi. Hələ bu oğlanlar ona şəhərə çıxınca kosmetika da gətirirdilər. Beləcə, sanki onlar arasında gizli saziş vardı. 18 yaşının tamam olduğu gün də onu uşaq evindən yola salan təkcə oğlanlar idi. Müdirə xalanın otağından əlində sənədləri çıxanda əsgərliyə yaşı düşməyən oğlanlar onu alqışla yola saldılar. O isə Mənsurdan başqa hamıya eyni gözlə baxırdı: bir dəfə əlini ona toxundurub, kosmetika alan axmaqlar kimi. Mənsur bir il öncə əsgərliyə getmişdi. Onun yerini hələ alan yox idi. Və ona elə gəlirdi ki, bu bataqlıqdan çıxmağına Mənsur da sevinərdi.
    Bundan sonrakı 7 ili isə o, xatırlamaq istəmirdi, həyat kitabından silmək istəyirdi. Bir il oteldə xadimə işləmişdi, elə orda da qalırdı. 19 yaşının tamam olduğu gün isə özü üçün qeyd eləmək istəmişdi doğum gününü. Bir az içib varlı bank işçisinin nömrəsində gecələmişdi. Səhər isə artıq bakirə deyildi…
    Və bundan sonra onun üçün hansı nömrədə, kiminlə gecələməsinin əhəmiyyəti olmamışdı. Bildiyi tək bircə şey idi. İlk dəfə qoynuna girdiyi bank işçisinin bankda onun adına açdığı hesabda sıfırların sayı hər il bir az daha artırdı. Pulunun dəyərini bilmirdi, bəlkə də bilmək istəmirdi. Onu necə “qazandığını” bilirdi…
    …Dünən axşam yenə həmin bank işçisinin qoynuna girmişdi. Xətayəyə elə gəlirdi ki, bütün başqa kişilərdən fərqli bu insan onunçün əhəmiyyətlidir. Nə də olsa, bakirəliyini ona qurban vermişdi. Adını belə bilmədiyi, sadəcə “əzizim” deyə çağırdığı bu insanın ona tale hədiyyəsi olduğunu düşünürdü. Bu gündən daha onu görməyəcəkdi. Çünki, əzizi başqa ölkəyə gedirdi. Sonuncu gecəsini onunla birgə keçirmişdi. Bəlkə də, bu da Xətayənin ona olan son hədiyyəsi idi.
    Əzizi isə onun yuxudan ayılmasını belə gözləməmiş, çıxıb getmişdi. Bəlkə də, onu oyatmaq istəməmişdi. Nə isə… Artıq əhəmiyyəti yox idi…
    …Bu gün ilk dəfə olaraq Xətayə pullarını hesablamaq qərarına gəldi. Ardınca bir qərara daha gəldi: burdan çıxınca başqa bir şəhərə üz tutacaq, özünə ev alacaq, uşaq evində özünə verdiyi bəzəkdən qadınlara verəcək, gözəllik salonu açacaq, işçi kimi də yalnız uşaq evlərindən çıxan qızları götürəcək… Və onun bədəninə bir daha kiminsə toxunmasına icazə verməyəcək…
    …Yataqdan qalxıb geyindi. Saçına bir az əl gəzdirib otaqdan çıxdı. Liftin yanında lakeyin gülümsəməsinə cavab vermədi. Hətta, onun uzanan əlinə vurdu. İlk dəfə qadın sərtliyinin boz üzünə büründü:
    -Mənə toxunmayın!
    ***
    Onun arzuları böyük idi. əzilən, qırılan, kiminsə gözündə fahişə, kiminsə gözündə atılmış qadın hesab olunan Xətayə kişilərin bir gecəlik istifadə edib atdığı əşya deyil, taleyin, sözün əsl mənasında, atılmış qadını idi… Qarşıda onu nə gözləyirdi, onu da bilmirdi. ..Tale öz atılmış qadınına acıyacaqdımı, yoxsa ona daha bir şans verəcəkdimi?

  • Nadir ZİYADLI.”Yunus Əmrənin XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq…”

    902570_107041026163176_824674362_o

    Yunus Əmrə (Yunis Əmrə, Yunus İmrə) kimdir?

    “xeberinfo.com”: Nədən adı əfsanələrə qarışmış, tarixin yaddaşının ilmə- ilmə çözələnməsinə, incələnməsinə baxmayaraq bu şəxsiyyət haqqında danışanda, müəyyən zaman bucağından onun ömür yolunun toranlığa və dumanlığa qarışmış görüntülərinə nəzər salanda taleyini və özünü 7-8 əsr keçməsinə baxmayaraq bizlərə tanıdan, bizlərə doğmalaşdıran misralarını xatırlamamaq mümkün olmur…

    Məni məndə demə: məndə deyiləm,
    Bir mən vardır məndən içəri…

    Yaxud

    Dərviş Yunus, gəl indi
    Ümmanlara dal indi…
    Ümmana dalmayınca
    Sən dərviş olammazsan..

    və yaxud

    Netti, bu Yunus, netti?
    Bir doğru yola getdi.
    Bir şeyx ətəyin tutdu,
    Mövlam gözəlim neylər?!
    (daha&helliip;)

  • Sevgini öldürməyin əsas 8 “səmərəli” üsulu…

    gw

    Bu yazı Paritet qəzetinin 11-12 may 204-cü il buraxılışında dərc edilmişdir.

    İnsanların əksəriyyətini sevgi və sevgi münasibətləri, aralarındakı münasibətlərin düzgün olub-olmaması düşündürür.

    Bəs görəsən, bizim insanlar arasında olan münasibətlərimiz düzgündürmü, sevgidirmi?

    Bir müdrik şəxs sevgini düzgün anlamaq üçün yazmışdır və əsrlərin ötməsinə baxmayaraq, onun sevgiyə verdiyi bu mahiyyət və sözləri öz əhəmiyyətini və mənasını itirməmiş və gündəmdə qalmaqdadır:

    “Sevgi- çox dözür, güzəştə gedir, paxıllıq etmir, yüksəkliklərə qaldırmır, fəxr etmir, həqiqətə göz yummur, özünküsünü axtarır, qıcıqlanmır, qısqanmır, pis fikirləşmir, yalana sevinmir, həqiqətə həmdəm olur, hər şeyi örtür, hər şeyə inanır, ümid edir, hər şeyə dözərək bağışlayır. Sevgi- heç vaxt əl çəkmir və bezmir!”

    Sizin sevginiz bu şərtlərə uyğundursa, deməli əsl sevgidir və sevməyi bacarırsınız, əks halda sevginiz və sevdiyinizi iddia etməniz qondarmadır.

    Bəzən biz elə düşünürük ki, biz düzgün addım atırıq, münasibətlərimiz isə əladır. Heç kim bizə yaşamağı öyrətməməlidir. Amma bu heç də əmr və hökm deyil, sadəcə bir baxışdır, subyektiv baxış və tövsiyyədir. Sevdiyiniz şəxslə münasibətlərə nə mane olur və nə onu dağıdır?!

    Qəddarlıq – sevgi üçün qəddarlıq olan yerdə yaşamaq çətindir. Belə ki, sevgi ilə qəddarlıq iki əks anlayışlardır. Siz yaxşılıq etdiyiniz şəxsə nifrət edə bilərsinizmi? Ya da ki, bütün qəlbinizlə sevdiyiniz insana qəsdən ağrı bəxş edə və ya onu incidə bilərsinizmi? Real həyatda bu baş verir, özü də çox sadə şəkildə!Bəzən bu eqoizmlik, bəzən isə biganəlikdir. Fiziki güc tətbiq etmək, təhqir, söyüşlər, mənəvi və ya psixoloji təzyiq və təhdidlər, şantaj və s.
    Antipatiya -Bəzən cavanlar bir-birilərini zahirən və sözdə sevir, bir-birilərinin qayğısına qalır, amma qəlbində hərdən və bəzən çox zaman antipatiya hissi oyanır. Onun tərəfindən atılan bəzi səhv addımlar bizi özümüzdən çıxarır, biz hirslənir, inciyir və nəhayət, nifrət edirik. Qəlbimizdə isə qarğış edirik. Antipatiya sevgini yaralayır, yaralanan sevgi müalicə edilmədikdə, məhv olur. Sevdiyiniz şəxsə, özünüzə yaxın bildiyiniz şəxsə münasibətdə təqir ediləsi söz və təhqir edəcək hərəkət etmək olarmı?
    Uzaqlıq, soyuqluq-Bəzən biz yanlış olaraq düşünürük ki, bir az ara vermək, münasibətləri yeniləmək üçün istirahət etmək və müvəqqəti ayrı yaşamaq lazımdır, bəzən isə düşünürük ki, sevgimizi göstərmək üçün çox səmimiyik, açıq oluruq. Bununla biz qorxuruq ki, səmimiyyətimiz və açıq olmağımız bizim əleyhimizə bizə qarşı istifadə edilə bilər və bizi yaralayarlar bunu əlində silah etməklə. Uzaqlıq bəzən bizi emosional zədə və zərbələrdən qoruyur. Amma biz etibar etmədiyimiz, səmimi olmadığımız, qapandığımız, tam açıla bilmədiyimiz insanı sevə bilərikmi?
    Etinasızlıq -Bu daha çox yaxşılığı qiymətləndirməməyə, qədir bilməməyə bənzəyir. Biz münasibələri nəzərdə tutulduğu kimi qəbul edirik. Biz münasibətləri nəzərdə tutulduğu kimi qəbul edirik, ictimai şəkildə, halbuki fərdlər fərqlidir, yanaşma, fikirlər də fərdi və fərqli ola bilər. Əslində biz fərdi və fərqliliyi qəbul edib, onu olduğu kimi qəbul etməliyik. Sonra o daha uzağa gedir. Çox dözüb, bağışlamaq istəyimizdən sui-istifadə etməyə çevrilir. Biz xoşlayırıq ki, mənəvi və emosional sferada olan ehtiyac və problemlərə etinasız yanaşaq, madiyyatı təmin edək. Sevdiyimiz şəxsin xahişini yerinə yetirmək imkanına malik olduğumuz halda, onu yerinə yetirməyəndə, o bizim münasibətlərimizi yaralayır, etibarı və sevgini kökündən məhv edir.
    Həsəd və rəqabət, bəhsəbəs– İnsan sevdiyi insana həsəd apara, onunla sağlam olmayan rəqabət apara, bəhsəbəs edə bilərmi?Bunlar qeyri-səmimi hərəkət və hisslərdir, qeyri-səmimi və qeyri-sağlam hər bir amil sevgini məhv edə bilər. Sevgi təbiilik, səmimilik və sağlam düşüncə və həyat tərzi, yanaşma tərəfdarıdır. Uğur, maliyyə vəziyyəti, mənəvi zənginlik, fərdi və fərqli olmaq, digər insanların üstünlüyü və nailiyyətləri hər zaman paxıllığın obyektləri olmuşdur və olacaq da. Paxıllıq yalnız o zaman rahatlanır ki, heç kimin əlinə düşməməsi üçün səndə o9lan hər bir şeyi məhv edir. Sevgi isə başqasının uğuruna və müvəffəqiyyətinə, pozitiv hər şeyə sevinir. Müasir cəmiyyətdə paxıllıq keçicidir. O əksər parçalanma və ayrılmaların əsas mənbəyidir. Rəqabət və bəhsəbəs də qeyri-sağlam hərəkət və davranışdır və dağıdıcıdır.
    Qürur-Qürur olan yerdə sevgi ola bilməz, qürur pozitiv hər şeyi bir anda məhv etmə gücünə malik olur, dağıdıcıdır, qürur ağılın və qəlbin, vicdanın ən böyük düşmənidir. Qürur insanlarla münasibət quran zaman ən böyük maneədir.
    Qısqanclıq-Qısqanclıq zəiflik, özünə güvənməmək, inanmamaq, özünü sevməməkdən yaranır, özgüvəni olmayan, özünü sevməyən insan başqasına necə güvənə, inana, başqasını sevə bilər?!
    Yalan və xəyanət – Yalan və xəyanət bir dəfə imkan yaranan kimi üzə çıxan zaman dəfələrlə təkrarlanır, yəni təkrarlanmaq xüsusiyyətinə malikdir. Bir dəfə yalan danışan, xəyanət edən şəxs bunu dəfələrlə edəcək, asılılıq yaradır yalan da, xəyanət də, narkotik və digər pis vərdişlər kimi elə asılılıq yaradır ki, imtina etmək çətin olur, iradəsizlikdəndir, zəiflikdəndir. Bir dəfə göz yuman, unudan, bağışlayan insan dəfələrlə bu təkrarlanarsa, bezəcək, sevgi isə inciyib üz döndərəcək.
    Sevgimizin normal mövcud olmasına mane olan əsas səbəb və üsullarla tanış oldunuz. Onlar əzəldən sevgidən kənar duran bəzi hisslərlə zəhərlənir.

    Əsl sevgini və gerçəkdən sevdiyinizi dərk etdikdən sonra sevfiklərinizi və sizi sevənləri bu amil və üsullardan uzaq tutun. Özünüzə rəva bilmədiklərinizi başqasına rəva bilməyin! Həyatda pislik də, yaxşılıq da bumeranq kimi geri qayıdır. Nə qədər qaçsan da, səni gəlib tapacaqdır. Özünüzü aldatmayın!

  • Gözəl söz söyləməklə nə itiririk?!

    firuzexanim

    Yaradılmışlar içərisində ən üstün canlı insandır. Biz digər canlılardan fərqliyik. Danışırıq, sevinirik, gülürük, fikrimizi ifadə edirik

    Yaradılmışlar içərisində ən üstün canlı insandır. Biz digər canlılardan fərqliyik. Danışırıq, sevinirik, gülürük, fikrimizi ifadə edirik. Ən əsası, şüur sahibiyik – düşünürük, qərar veririk, nəticə çıxarırıq, bir-birimizlə ünsiyyət qururuq. Allah bizim ünsiyyət yaratmağımız üçün müxtəlif dillər yaradıb, nitq verib bizə, beləliklə, nitq vasitəsilə çox rahat şəkildə bir-birimizlə danışırıq. Bu məqalədə toxunmaq istədiyim mövzu gözəl söz söyləməklə ünsiyyət qura biləcəkləri halda, bir-birini pis ləqəblə çağıran insanlardır.

    Son zamanlar, xüsusilə, gənclər arasında diqqət etdiyim məqamlardan biri də söyüş tipli ləqəb və xitablarla bir-birinə müraciət etmələridir. İstər qız olsun, istərsə də oğlan, səmimiyyət adı altında bir-birilərinə təhqiramiz sözlər deyirlər və düşünürlər ki, guya kiməsə çox yaxın və səmimidirlərsə, onların belə münasibət qurmağa haqqı var. Yəqin ki, hər birimiz yolda keçərkən, yaxud da fərqli yerlərdə bu cür ünsiyyətlərlə tez-tez rastlaşmışıq. Bu hal insanlar arasında elə bil dəb olub. Əvvəllər oğlanlar arasında belə danışıqları eşitmək utandırıcı və adi hal idisə, indi bu hal qızlar arasında da geniş yayılıb. Çox maraqlıdır, insanın qıraqdan bu sözləri eşidərkən utandığı sözləri necə olur ki, özlərini dost, rəfiqə adlandıran insanlar utanmadan bir-birilərinə deyirlər? Əslində, insanlar səmimiyyət üçün yox, pis ləqəb və xitablardan qarşısındakı insanı alçaltmaq və onun mənfi yönlərini vurğulamaq, gözəl cəhətlərini ört-basdır etmək, beləliklə, özünün ondan üstün olduğunu göstərmək üçün istifadə edirlər.

    Son zamanlar kinoteatrlarda izlədiyimiz, demək olar ki, bütün filmlərdə söyüşlü sözlər eşitmək çox adi hal alıb. Belə sözlər filmlərin sanki ayrılmaz parçasına çevrilib. Bununla yanaşı, çox məşhur və insanlar tərəfindən sevərək dinlənilən xarici mahnılarda da söyüş, təhqiramiz sözlər eşitmək çox normal qarşılanır. Beləliklə, Qərbdən eşidib gördüyümüz bu danışıq tərzi insanlara, xüsusilə də, gənclərə istər-istəməz sirayət etməyə başlayıb. Bir müddət əvvəl ictimaiyyət arasında utancaqlıqla deyilən sözlər hal-hazırda sanki dəb olub.

    Yuxarıda da qeyd etdiyim kimi, ünsiyyət Allahın bizə bəxş etdiyi ən gözəl nemətdir. Fikrimizi gözəl sözlərlə ifadə edə biləcəyimiz halda səmimiyyət adı altında niyə bir-birimizə çirkin sözlər deyək ki?! Hər bir insanın ruhu gözəlliklərdən zövq alacaq şəkildə yaradılmışdır. Hər birimiz çox zövq alırıq iltifat eşitməkdən, gözəl sözlər dinləməkdən. Məsələn, bir gün dostlarınızla görüşə gedirsiniz, onlar üçün xüsusi geyinib bəzənmişsiniz. Əlbəttə ki, istəyərsiniz ki, bu gözəlliyiniz dostlarınız tərəfindən hiss edilsin, dilə gətirilsin və siz də gözəl sözlər eşidəsiniz. Bu da sizin şövqünüzü artırar. Nə gərək var, təhqiramiz sözlərlə sevgi ifadə etməyə?!

    Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hücurat surəsi, 11)

    Yuxarıda saydığım xüsusiyyət, yəni pis ləqəb və xitabla insanlara müraciət etmək Quran əxlaqına uyğun olmayan, Allahın bəyənmədiyi davranışlardır. Əsl mömin bu əxlaqı qətiyyən göstərməz. Allahı sevən insan qarşısındakı insanı təhqir etmək, ona sataşmaq üçün mənfi yönlərini zarafat və pis xitabla dilə gətirməz. Mömin sözün ən gözəlini deyər, insanların könlünü alan sözləri diqqətlə seçər. Gizli və aşkar təhqir etmək, söz atmaq möminə yaraşmaz. Əgər bir insanın səhvi varsa, onu gözəl sözlərlə bildirər, bir insanda gözəl olan bir şey görürsə, mütləq iltifat edər. Çünki bütün gözəlliklərin Allaha məxsus olduğunu bilir, Allahın da gözəlliyini müxtəlif insanlarda təcəlli etdiyini gördükcə bundan zövq alır.

    Gəlin gözəl sözlü olaq, insanların gözəl yönlərini görək, sevgi insanı olaq, nə özümüz çirkin ləqəblərlə insanlara müraciət edək, nə də ətrafımızda belə sözlərin istifadə edilməsinə yol verək. Allahın da bizdən istədiyi əxlaq budur: gözəl sözlü olmaq

    Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

    Firuzə Həsənzadə

  • İntiharların qarşısını necə almaq olar?

    nerminxanim

    İnsan Allahın yaratdığı üstün varlıqdır. Allah insana ruhundan üfürmüşdür, ona digər canlılarda olmayan düşünmək, danışmaq, işləmək, oxumaq, hiss etmək və s. kimi bacarıqlar vermişdir.

    İnsan Allahın yaratdığı üstün varlıqdır. Allah insana ruhundan üfürmüşdür, ona digər canlılarda olmayan düşünmək, danışmaq, işləmək, oxumaq, hiss etmək və s. kimi bacarıqlar vermişdir. Çox təəssüf ki, bəzi insanlar sahib olduğu nemətlərin fərqində deyil, rastlaşdığı və aşa bilmədiyi bəzi çətinliklər qarşısında həyatına qəsd etməyə belə cəsarət edirlər… Bəli, bu məqaləmin mövzusu son zamanlar hər gün eşitdiyimiz və şahid olduğumuz intihar hallarıdır.

    Elə bir gün olmur ki, o gün xəbərlərdə intihar halları oxumayaq və ya eşitməyək. İntihar edən hər insana görə, intihar hallarının müxtəlif səbəbləri olur: bəzisi kredit borcuna, bəzisi ali məktəbə daxil ola bilmədiyinə, bəzisi ailədaxili münaqişələrə, bəzisi sevdiyi insandan ayrıldığına görə və s. Bunun səbəblərini daha da artıra bilərik. Ancaq səbəbi hər nə olursa-olsun, nəticə etibarı ilə, bir cinayət törədilir – insan öz canına qəsd edir.

    İntihar halları yalnız Azərbaycanın deyil, bütün dünyanın narahat olduğu çox ciddi problemdir. Hətta Dünya Psixiatriya Assosiasiyası XXI əsri depressiya və intiharlar əsri adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsinə görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il bir milyon insan həyatını itirir. Onların 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir. Statistikaya görə, Amerikada hər gün təxminən 105 nəfər intihar edərək həyatına son verir.

    Yuxarıda intihar ilə bağlı verdiyim məlumat bilinən rəqəmlərdir, cəmiyyət tərəfindən intihar utandırıcı hal kimi qəbul edildiyinə görə çox vaxt ailələr belə halları gizlədirlər. Digər tərəfdən, hələ intihar etməyə cəhd etməmiş, ancaq ağlında intiharı planlaşdıran, həyatdan bezən, intihar edib ölməmiş, ancaq problemlərindən qurtula bilməyən yüzlərlə, minlərlə insan var. Bu insanlar da uyğun şərait tapanda öz həyatlarına rahatlıqla qəsd edə bilərlər…

    İntiharların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bununla bağlı maarifləndirmə işləri aparılır, psixoloqlar kömək etməyə çalışır, qaynar xətlər yaradılır və s. Ancaq bu cür tədbirlər köklü şəkildə məsələni həll etmir, demək olar ki, hər gün intihar halları daha çox artır. Necə olur ki, bir insan öz canına qəsd edə bilir? Dünyada elə bir problem varmı ki, onu aşa bilməyəsən? İntiharların qarşısını necə almaq olar?

    İntihara aparıb çıxaran ən əsas amillərdən biri insanların yaşadığı sevgisizlik, ümidsizlik, peşmançılıq və məqsədsizlikdir. Psixoloji məsləhət və ya yardım xətləri bir insanı müəyyən müddət fikrindən döndərsə də, ona lazım olan ümidi və yaşamaq sevincini vermir. Beləliklə, bu gün intihardan imtina edən insan ən kiçik depressiyada yenidən intihara əl atır. İnsana ehtiyacı olan ümidi və məqsədi verməyin tək yolu onun sonlu olmadığını göstərməkdir. Əgər bir insan dünyada fani olduğu düşünürsə, etdikləri əməllərə görə axirətdə hesaba çəkiləcəyini bilmirsə, ona sonsuz nemətlər bəxş edən, ona şah damarından daha yaxın olan Allahı tanımırsa, əlbəttə ki, o insan həm ətrafındakı insanların canını, həm də öz canını heç qorxmadan və rahatlıqla ala bilər.

    Yuxarıda da qeyd etdiyim kimi, hər şeydən öncə, insan Allahın yaratdığı çox üstün varlıqdır. İnsanı Allah yaradıb və Allah da insanın sahibidir. İnsanın özünə aid olduğunu düşünüb qıydığı can da Allaha məxsusdur və Allahın bizə əmanətidir. Ona görə də intihar etmək Allahın verdiyi cana qıymaqdır, çox böyük günahdır. Allaha inanan hər bir insan belə davranışdan mütləq çəkinməlidir. Digər tərəfdən, Allah insanı bu dünyaya imtahan olunmaq üçün göndərib. Dünyada hər bir insan imtahan olunur. Ancaq Allah heç kəsə daşıya biləcəyindən artıq yük yükləməz, həm də Allah yaratdığı hər bir hadisəni xeyirlə yaradıb. Biz həmin an o xeyiri görməyə bilərik. Allaha inanan bir insan Allaha güvənməlidir. Məsələn, istədiyi ali məktəbə girə bilməyən insan, yenidən yaxşı hazırlaşıb bəlkə növbəti il daha faydalı yerə daxil olacaq. Bunun kimi misalları daha çox artırmaq olar. Əsas odur ki, hər şeyi Allahın yaradığını bilib Ona təslim olmaqdır.

    Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

    Digər tərəfdən, biz bu dünyada məqsədsiz yaşamamalıyıq, bizim tək məqsədimiz var: Allahın rizasını qazanıb sonsuz axirətdə Cənnətə layiq olmaq, inşaAllah. Qüsurlarla dolu bu dünya bizim əsl yurdumuz deyil. Bir sözlə, intiharların qarşısını almağın tək yolu insanlara onu yaradan, ona çox mərhəmətli və şəfqətli olan Allahı tanıtmaq, dünyada məqsədsiz olmadığını xatırlatmaq, yaşadığı çətinliklərin imtahan olduğunu və əsl yurdunun axirət olduğunu bildirməkdir.

    Nərmin Kərimzadə

  • Cəmiyyət Dövlətinə sahib çıxmalıdır

    ramiqbey

    Cəmiyyətin rifahı üçün – Güclü dövlət

    Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
    Dövlət, tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur. Marksistlər ortaya atdıqları xəyali “mədəni təkamül” ssenarisi daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını, “kommunal” həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki, heç bir tarixi və ya arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur. Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək mümkündür.
    Bu, əslində insanın yaradılışının təbii nəticəsidir. İnsan, yaradılışının tələbi olaraq “doğru” və “yanlış” anlayışlarına malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq istəyir. Yanlışı tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu edir. Buna görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir. (daha&helliip;)

  • Nemətlərdən istədiyin şəkildə zövq almağın tək yolu imandır

    rh

    İnsanların əsl xoşbəxtliyi əldə etmələrinin tək yolu Allah’a iman gətirmələridir. Bu həqiqət Quranda belə bildirilir: ”Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28). Yaşanılan bədbəxtlikdən və sıxıntıdan ancaq Allah’ın rəhməti qavrandığı və iman əxlaqı yaşandığı halda qurtulmaq olar. Dünya həyatından ancaq bu şəkildə zövq alıb, gözəlliklərin dəyərini qavramaq olar. Allah’ın “Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır” (Nəhl surəsi, 30) və “Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi” (Ali İmran surəsi, 148) ayələrində bildirdiyi kimi, Allah gözəl bir həyatı ancaq iman gətirənlərə yaşadır. İnkar edənlər üçün isə, Allah bir ayədə “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq” (Taha surəsi, 124) bildirdiyi kimi mütləq sıxıntılı bir həyat vardır. Bu insanlar iman gətirmək xaricində heç bir şəkildə sıxıntılı həyatdan xilas ola bilməz, heç bir yolla əsl xoşbəxtliyi əldə edə bilməzlər. Maddi cəhətdən çox böyük imkanlara sahib olsalar belə, bunlardan lazımı kimi zövq ala bilmir, bu nemətlərin sevincini tam olaraq yaşamırlar. Çünki gözəlliklərin bir insana zövq verə bilməsi üçün insanın bu gözəllikləri təqdir edə biləcək anlayışa sahib olması gərəkdir. Məsələn, insan bir qərənfilin yarpaqlarındakı qüsursuz düzülüşü, iyini, toxumasındakı yumşaqlığı fərq edə bilməli, daha da vacibi, bu bənzərsiz gözəlliyin böyük bir nemət olaraq yaradıldığını anlamalıdır. Bunu həqiqi mənada anlaya biləcək insanlar sadəcə iman sahibləridir. Çünki Allah’a iman gətirən şəxslər dünyadakı hər nemətin Rəbbimiz’in böyük bir lütfü olduğunun şüurundadırlar və hər gözəllikdə Allah’ın sonsuz yaratma gücünü düşünürlər. Bu, onların Uca Allah’a olan sevgilərini və bağlılıqlarını daha da artırır. Bütün bu həqiqətləri görən və səmimi olaraq “Allah’ın ipinə möhkəm sarılaraq” Rəbbimiz’ə təslim olan bir insan artıq “qopmayan bir ipə yapışdığını” və Allah’ın diləməsi xaricində heç bir şəkildə zərər görməyəcəyini, dünyada və axirətdə bütün nemətlərdən ən böyük zövqü alaraq,ən gözəl həyatı yaşayacağını bilməlidir. Quranda bu xəbər belə bildirilir:

    Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O,Bağışlayandır, Rəhmlidir. (Yunus surəsi, 107)

  • “Yer kürəsinin harayı”

    Nə zamansa təbiətin canlı olduğunu, öz içinizdə yaşadığını hiss etdinizmi? Hiss etdinizmi təbiətin özünəməxsus tarazlığa malik bir sistem olduğunu? Bəlkə bir az düşünək: Təbiət Anadır deyirik, bəs biz bu Ananı qoruya bilirikmi?
    Hələ dahi Nizami doqquz əsr öncə yazırdı:”Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.” Görəsən, nədən belə yazırdı dahi söz xiridarı? O dövrdə hidrogenin nə özü, nə də izotopları kəşf edilməmişdi ki…?!Bəs Nizami hardan bilirdi ki, 7000 su molekulunun birində ağır su zəhərinin-su olduğunu? Zaman-zaman bizləri yaradan Tanrı öz yaratdıqlarını ayıltmaq üçün yer planetinə müəyyən əlamətlər göndərir. Bəlkə bu səbəbdən Şeyx Nizami o misraları yazmaqla bu olanlara işarə edirdi. Əsrlər keçib elm, texnika inkişaf etdikcə, çox içiləndə mərəzə çevrilən həmin ağır su kəşf olunduqdan sonra yer kürəsinin faciələri başladı və bu günə kimi də davam etməkdədir. Bir-birinin ardınca nüvə reaktorları yaradıldı. Nüvə bombaları, atom sınaqları Xorasima, Naqasaki kimi şəhərlərin üzərində sınaqdan keçirildi. Bəs bu faciələri duyar-duymaz təbiətin canlı olduğunu və onun da sənin bir parçan olduğunu, yer kürəsinin fəryadını, bizləri öz harayı ilə ayıltmaq istədiyini duydunuzmu ey ALLAHIN sevə-sevə yaratdığı insan deyilən məxluqlar…?! (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Və susarsan…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Unutqanlıq bütün insanların problemidir, deyilmi? Məncə, hə… Elə, səncə də, hə! Çünki, bilirəm, indi durub sənə zəng etsəm ki, “Ay İntiqam, Bakıda “Əl oyunları stadionu” hardadı?”-ən azı 10 dəq telefonda susub xəyalən Bakını gəzəcəksən…
    Bilirəm, artıq anlamısan niyə məhz o binanı soruşuram…sefaintiqam
    Bilirsən… Hərdən adam ən acı xatirələri də təkrar yaşamaq istəyir… Təkrar sevməyi arzuladığı kimi ayrılığı da yaşamaq, yaşamaq istəyir… Yadında, bir dəfə sənə nə demişdim? HƏR İNSAN MÖHTƏŞƏM AYRILIĞI ÖMRÜNDƏ TƏK BİR DƏFƏ YAŞAYIR… Bundan sonra sadəcə sükut başlayır… Sənin dediyin kimi… Əzizin oxuduğu kimi… “Və susarsan…”

    Bəzən qopub getmək istərsən bu şəhərdən,
    Güvəndiyin əlləri soyuq görəndə…
    Və sadəcə “əfsus”-deyərsən dünənlərə…
    Bundan başqa bircə kəlməyə belə gücün çatmaz.
    Qəhər boğar, çırpınarsan qəfəsində…
    Bax, beləcə, bir ad sınar, çiliklənər nəfəsində…
    Və susarsan…
    Hər hərfindən bir əlamət boylandıqca dünənlərə,
    Şüşə kimi çilikləri kəsər sənin əllərini,
    Xəbərin olmaz.
    Sahiblənər hər hissəni, bircə-bircə toplayarsan…
    Qoymazsan ki, yerdə qala…
    Qəfildən lap gözlərin qaralar, az qalsın ki, yıxılasan…
    Gözlərin əllərinə sataşar,
    Doğram-doğramdı əllərin…
    Söykənərək bir divara “ah” çəkərsən dərindən,
    “deyəsən, çox qan itirdim, deyəsən, çox yorulmuşam”…
    -Nə yaxşı ki, söykənməyə bu divar var!
    Və susarsan… (daha&helliip;)

  • Düşünməyə dəyər və ya bilirsinizmi?

    11041661_10205003020335559_6794674678892182115_n

    4 tip insan var:
    1. Kişi və qadın adına ləkə gətirən “yanıqlar”-salam verən kimi özlərini dərhal sırımaq istəyən sadəlövh ovçulardır, dərhal birbaşa mətləbə keçirlər və moment yapışqanı kimi yapışırlar (60%);
    2. Ağıllı və dostluğunu qazananlar və zamanla yananlar – öncə salam verir, sonra dost olur, guya dost adıyla zamanla ünsiyyətdə olurlar, sonra guya bağlanırlar, guya xoşlanırlar səndən və sonra zamanla yanırlar və minnətlə ayrılırlar (20%);
    3. Geylər və lesbilər – kişi və qadınlardan (1-ci və 2-ci kateqoriyaya aid olanların qurbanına çevrilənlər) üz döndərənlər, elə öz cinsindən olanlara meyl edirlər və dostluğunda möhkəmdirlər və təhlükəli deyillər (10%);
    4. Nəsli kəsilməkdə olan əsl kişi və əsl qadınlar – sözün əsl mənasında dost və insandırlar və heç bir məqsəd güdmürlər və əxlaqsız niyyətləri olmur, əsl bacı və qardaşların, ya da ən səmimi və yaxın dostların olurlar, ətrafımda ancaq bu cür dostları saxlamaq qərarına gəlmişəm (10%).

    4 psixoloji insan temperament tipi var, Azərbaycanda o tip insanlar:
    Sanqvinik-hər kəsdən özünü üstün sayır, guya hamıdan çox bilir və boş-boş danışmaqdan savayı, əlindən birşey gəlmir, xülyasında hamını idarə etməkdir.
    Xolerik-Hamını səhv və borclu çıxardır, tez-tez və hər mövzuda dava edir, mübahisə edir, qan çıxmayan yeri o qədər qaşıyır ki, qan çıxardır.Daha çox mentalitet və “mənəvi dəyərləri” guya qoruyub saxlamaq istəyir
    Fleqmatik-Hər şeydən və hər kəsdən şübhələnir, özü qərar verə bilmir, özü ilk addımı atmır, gözləyir ki, kimsə önə gedib, addım atsın, önə gedəni müşahidə edir, güdür, təhlil edir, səhv axtarır, nöqsan tutur, sonda bir nəticə əldə etmir, səmərəsiz işlə məşğuldur, həm də özü bir şey etmir deyə, vaxtını düzgün idarə etmir deyə, maddi və mənəvi qazanc əldə etmir və əldə edənləri də şərləyir.
    Melanxolik-O qədər pessimist və ruh düşgünlüyü içində yaşayan insan olur ki, səbəb oldu-olmadı, inciməli, intihara əl atmalıdır, çox zəif və iradəsiz insandır. İdarə edilmək və səhvlərə görə məsuliyyəti özgələrinin boynuna atmaq istəyir.

    Şərq və qərb – üz üzə:

    Şərq (Məşriq)-günçıxan, yəni günəşin çıxdığı, başlanğıc olan yerdir… Mədəniyyət, ədəbiyyat, incəsənət, tarixi keçmişimiz, insaniyyət, mənəvi dəyərlər şərqdən başlamışdır, günəş çıxdığı məkandan, şərq olan yerdə həmişə fəlsəfə, beyin açıqlığı, məntiq və s. olmuşdur, yaradıcılıq olan yerdə yaratmaq var, gözəllik, sevgi, səmimilik, təbiilik vardır. Nə işə başlasa, şərq əhli işıq saçar, maarifləndirər, gözəlləşdirər, zənginləşdirər.

    Qərb (Məğrib, Qürub) – günbatan deməkdir, qaranlıq çökən yerdir… Şərqdən qərbə günəş gedən kimi digər amillər, obyekt və subyektlər də, şərqdə nə varsa, qərbə keçmişdir… Qərb dağıdır, qərb də batır hər şey, qərbli hara gedirsə, oranı məhv edir, qaranlığa qərq edir, iqtisadi böhranlar da qərbdən başlamışdır çox vaxt…

    Qanuni zəruriyyət

    Nigah müqaviləsi icbari olandan sonra məncə Dostluq müqaviləsini də icbari şəkildə tərtib və tətbiq edilməsini qanuniləşdirmək zəruridir, əks halda, iki və ya daha artıq tərəflər dostluq edirlər, müqaviləsiz olduğundan ürək istəyəni edirlər, Qılınc müsəlmanıq, müqavilə olsa, hər bir tərəf öz məsuliyyətini anlayar və müqavilə şərtlərini pozmaz ki, inzibati qaydada cəzalandırılmasın…

    Günel Fərhadqızı Emin

  • “Azərbaycanlı olmaq nə deməkdir?” III hissə

    11041661_10205003020335559_6794674678892182115_n

    • Korporativ emaildən, iş telefonundan saatlarla şəxsi söhbətləri etmək üçün, qeybət əlaqə vasitəsi kimi istifadə etməkdir;
    • OTKAT-ın hər gün mükəmməlləşmiş və qeyri-adi, mürəkkəb mexanimzləri üzərində düşünmək, axtarmaq və tapmaqdır;
    • Şəbəkə marketinqi və digər maliyyə dələduzları, maliyyə piramidalarına yalan vədlər müqabilində iri məbləğlərdə pul qoymaq və sonra aldadıldığını anlamaq və pulunu geri qaytarmağı istəməkdir;
    • Evdəki qız müəyyən yaşa çatdıqda, ailə qurmayanda, ailədə müəyyən problemlər olduqda, molla yanına gedib dua yazdırmaq, o duanı özünlə daşımaq, insan aıdını daşıyan pirlərə gedib, insanları Allaha bərabər tutmaq, ölmüş insanlara dua etmək və arzularının gerçəkləşməsini istəmək, falçılara inanmaq və onlara külli miqdarda pul vermək, müsbət nəticəsinin olacağı ümidiylə aldadılmaqdır.
    • Yüksək səviyyədə beynəlxalq tədbirlərdə qanunla qadağan edilmiş ikili vətəndaşlıq və off-shore zonaları təbliğ və reklam etməkdir, ölkə qanunvericiliyinə zidd getmək və vergidən yayınmanı stimullaşdırmaqdır;
    • Tez-tez ictimai panikaya qapılıb, milli iqtisadiyyata zərər vurmaq, devalvasiya və inflyasiyanın yaranmasına və inkişafına, digər xoşagəlməz iqtisadi risklərin formalaşmasına şərait yaratmaqdır;
    • Məşhur olmaq və gündəmdə qalmaq üçün gündəlik özünü qara pr etmək, xoşagəlməz şaiyə və xəbərlərin yayılmasını təmin etmək və sonra onun təkzib edilməsini tələb etmək və qarşı tərəfi məhkəməyə verməklə, kosmik məbləğdə mənəvi və maddi təzminat tələb etməkdir;
    • Yerli, yersiz hamıya məsləhət vermək, digərlərinin həyatına, arzu və seçimlərinə müdaxilə etmək, onlara hörmət etməməkdir.
    • Xarici səyahət və ya məzuniyyətini xaricdə keçirtmək (14 günlük istirahət üçün) bankdan istehlak və ya səyahət kreditini götürüb, ilin 11 ayını o krediti hər ay ödəməkdir.
    • Uşaq telekanallarının olmaması və uşaq verilişlərinin olmaması və uşaqlar üçün yerli, maarifləndirici cizgi filmlərinin olmaması səbəbini göstərərək, uşaqlarımıza digər ziyanlı verilişlərə, seriallara baxmasına, komputer oyunlarına meyl etməsini dəstəkləməkdir.

    Günel Fərhadqızı Emin

  • Doğrudanmı səhiyyə birinci dərəcəli məsələdir(?!)

    1409288447_1394111443_1378745_1401638060069638_1083618525_n-264x300

    “Səhiyyə bizim üçün əziz, qiymətli sahədir”
    (Heydər Əliyev)

    “İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir”
    (İlham Əliyev)

    Vəziyyətlə əlaqəli yolum uşaq poliklinkasına düşdüyündən Ulu öndər Heydər Əliyevin və bu gün dövləti idarə edən Prezdent İlham Əliyevin səhiyyə haqqında dediyi yuxarıdakı fikirləri lövhədən oxudum. Görəsən səhiyyə haqqında söylənmiş xoşməramlı fikirlər bu günümüzlə uzlaşırmı? Sözsüz ki, bu fikirlərin müəllifləri Azərbaycanın birinci şəxsiyyətləri sayılır. O şəxsiyyət ki, zamanında öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanı kənar qüvvələrin dağıtmaq istəyindən xilas edən” Azərbaycanın müstəqilliyi əbədidir!- şuarı ilə çıxış edən Heydər Əliyevə təhfil verilmişdir. Prezdent olduğu müddətcə Azərbaycanı yenidən qurub- yaradan Heydər Əliyev özündən sonra dəyərli fikirlərini bu gün dövləti idarə edən Prezdent İlham Əliyevə və xalqına miras qoymuşdur. Lövhədə səhiyyə haqqında yazılmış şuarda qeyd edildiyi kimi ölkə Prezdenti İlham Əliyev atasının fikirlərini daha da qabardaraq, dahiyanə şəkildə səhiyyə haqqında fikirlərin dəyişmədiyini önə çəkmişdir. Bəs bu gün Azərbaycan səhiyyəsi söylənən arqumentlər əsasında özünü doğrulda bilirmi??? Əlbəttə qeyd edə bilərəm ki, müstəqil hesab edilən dövlət öz siyasəti ilə başqa dövlətlərdən seçilməsi üçün onun təhsili, səhiyyəsi mədəniyyəti, mətbuatı azad olmalıdır. (dırnaq arası yox) Başqa sahələr bir kənara səhiyyədə nələrin baş verdiyinə diqqət edək. Görəsən, Azərbaycan səhiyyəsi cəmiyyətin sağlamlığı üçün nələr edir? Bu sualın cavabını vermək üçün Azərbaycanda ixtisaslı kadrlar zəruridir. Əfsuslar olsun ki, Azərbaycan təhsil sahəsində irəli getmədiyindən zaman-zaman bu göstəricilərə nail ola bilmirik. Bu gün birmənalı şəkildə deyərdim ki, öz peşəsini sevən yeni savadlı kadrlar yox dərəcəsindədir. Təəssüf ki, yaxın vaxtlarda hansı qanuna əsasən yaş məhdudiyyəti qoyularaq həkimləri və müəllimləri birbaşa təqaüdə göndərilməsi də xalq tərəfindən birmənalı qarşılanmadı. Bu gün cəmiyyətin səriştəli kadrlara çox ehtiyacı var. Çünki yeni gələn kadrlar praktik cəhətdən çox zəifdirlər. Əksəriyyətini də rüşvət, xəstəni vardan-yoxdan çıxarmaq düşündürür. Bəzən heç həkimləri də qınamaq olmur. Onlar hansı məvacibi alır ki, gözlərini xəstələrin cibindən yığsın? Bu gün demək olar ki, həkimləri və müəllimləri xalq dolandırır. Məvacib deyilən bir zat onların cibinə normal məbləğ şəklində girmiş olsaydı əlbəttə xəstələr bu gün əziyyət çəkməzdilər. Kimdir MÜQƏSSİR??? Bu salın cavabı isə birmənalıdır. (daha&helliip;)

  • Müsavat.com saytının Adnan Oktarla bağlı saxtakarlığı (FOTO)

    musavatsaxta_ensonxeber

    3 sentyabr, 2015-ci il tarixində musavat.com və bu sayta istinadən başqa bir neçə xəbər saytında cənab Adnan Oktar haqqında iftira dolu bir yazı yayımlandı

    3 sentyabr, 2015-ci il tarixində musavat.com və bu sayta istinadən başqa bir neçə xəbər saytında cənab Adnan Oktar haqqında iftira dolu bir yazı yayımlandı. Sayt yazır ki, guya onun ünvanına vaxtilə Adnan Oktarın Azərbaycandakı qabaqcıl tələbəsi olmuş BDU tələbəsi Murad Kamal tərəfindən məktub daxil olub. Məktubda Adnan Oktar və onu sevənlər haqqında bir çox çirkin iftira mövcuddur. Amma müsavat.com saytında bu yazını yayımlayanlar unudurlar ki, yalan ayaq tutar, amma yeriməz. Əslində, nə belə bir BDU tələbəsi, nə də belə bir azərbaycanlı şəxs yoxdur. Bu qondarma Murad Kamal, əslində, Pola Kamal adlı İraq-Süleymaniyyə Amerikan Universitetinin Beynəlxalq Araşdırmalar və Siyasət məzunudur. Musavat.com saytı sadəcə onun şəklindən istifadə edib. Hətta Murad Kamal adından saxta profil də açmaq unudulmayıb. Buyurun baxın,müsavat.com saytının BDU məzunu olduğunu iddia etdiyi Murad Kamal, əslində, kimdir?

    Həqiqi Pola Kamal:

    http://auisstudent.blogspot.com/2010/09/financial-aid-system-needs-radical.html

    Həqiqi Pola Kamalın facebook profili:

    https://www.facebook.com/pola.kamal.73

  • Ülkü Taşlıova.”YETİM KÜTÜPHANE”

    k

    Yetim kütüphane olabilir mi derseniz? Olur derim. Ben o yetimi gördüm.
    Hocam bu başlığı verdiğinde yıllardır içimde saklanan bir yeri daha doğrusu kütüphaneyi anlatmak istedim. Yetim kütüphane ismi gönlüme hüzün serpse de tam yerini buldu diye düşünüyorum.
    Bulgaristan seyahatinde gözyaşlarımın akmasına sebep olan yer geldi aklıma. Gördüğüm anda kaybettiklerimizin acısı bir kez daha can evimi yakmıştı. Beş yüz kırk beş yıl bizim olan, her taşında toprağında nehrinde iz bıraktığımız o yerler sessiz mahzun ve kederliydi.
    Bizi Vidin’de karşılayan Müftü Necati Ali Bey gideceğimiz yere doğru yürürken etraf hakkında da bilgi veriyordu.
    Yer yer sıvaları dökülmüş, alçak bahçe duvarı içindeki camiye doğru yürüdüğümüzde hem heyecanlanmış hem de duygulanmıştım. Uzaktan gördüğüm tek şerefeli beyaz minarenin yanındaydım. Sağında, solunda, karşısında süslü, yüksek, bakımlı kiliseler vardı. O gösterişin arasında sade ve suskun duran caminin birkaç taş basamaklı merdiveninden yukarı çıktık. Çift kanatlı, el işlemeli büyük yeşil kapıya vardık. İçeriye girmeden önce etrafa şöyle bir göz gezdirdim. Caminin sağında bir kaç mezar ve duvara yaslanmış uzun mezar taşları vardı. Sordum. Taşları başka yerlerden bulup getirmişler, eski Türkçe yazılıymış. Eski yazı okuyan olmadığından ne yazdığını bilmiyorlarmış. Seyahat gurubumuzdaki eski yazı bilen iki büyüğümüz taşlardaki yazıyı okudu. Caminin imamı da söylenenleri not aldı.
    Caminin içini gezdikten sonra Müftü Efendi birde kütüphanemiz var dedi. Sol tarafta olan kütüphane birkaç adım ilerideydi. Biri büyük, biri küçük iki kubbeden oluşan kütüphaneye, küçük kubbe altındaki iki sütun arasındaki kapıdan giriliyordu. Kesme taştan yapılan kütüphane akıp giden onca zamana yenik düşmemişti.
    Kare şeklinde olan yapı birkaç metre kareden ibaretti. Üç tarafında demirli büyük penceresi vardı. Kubbenin kemerli tavanı Osmanlı motifleri işli, sütun aralıklarında ise dört halifenin adı ve dini motifler vardı. Tahta döşemeli zemine eski bir kilim yayılmıştı.
    Adı Osman PAZVANTOĞLU Camii kütüphanesiydi. Karşı köşesinde tahta masa ve yanlarda oturmak için dar sedirler vardı. Kapının sağında ve solunda yerden yukarıya doğru birkaç raftan ibaret olan kitaplık tahtadan rast gele çakılmıştı. Kitaplığın rafından bir kaçında kahverengi bezli ciltleri eskimiş ve yer yer yırtılmış kitaplar vardı. Oturduğum yerden epeyce seyrettim onları. Her biri anasını babasını yitirmiş yetim çocuklar gibiydi. O an aklımdan öyle çok şey geçti ki. Müftü ve Hoca Efendilerin anlattıklarını dinlerken, bir zamanlar o kitapları yazanları, okumak için dokunan elleri düşündüm. Yerimden kalktım izin isteyerek kitaplardan bir kaçını raftan alıp açtım. Eski Türkçe ile yazılmış kitaplardı.
    Bir birine tutunan sararmış sayfalar belki de yıllardır açılmamıştı. Nasıl açılsın ki? Bulgaristan da eski Türkçeyi okuyan mı kaldı ki? Dedim kendi kendime.
    Kütüphanenin boş kalan raflarına çay bardakları, şekerlik, tornavida gibi şeyler konulmuştu. Hüzünlendiğimi saklayamamıştım. “Bir zamanlar burada çok kitap varmış. Camide medrese eğitimi de verilirmiş. Dersten çıkanlar gelip kütüphaneden istifade edermiş. Sonra ne o kitaplardan eser kalmış ne de okuyanlardan. Dönemin yöneticileri yok etmişler hepsini. Bu gördüklerinizi de birkaç yıl önce yaşlı insanlar evlerinden getirip dizdiler. İçlerinde ne yazdığını kimse bilmiyor. Bizde yadigâr diye saklıyoruz.” Diyerek içini çekmişti Necati Ali Bey.
    Yüreğim acımıştı. Aklıma öksüzlük geldi. Sadece insan değilmiş yetim kalan. Yetim kalan kütüphane sessiz, masum, boynu büküktü. Bağrında sakladığı birkaç cilt kitapla kala kalmıştı oracıkta. Ve ona hizmet veren birkaç gönül erbabının gayretiyle ayakta durmaya gayret ediyordu.
    “Nasip olur bir daha yolum buraya düşerse. Hediye kitap getirerek ata yadigârı raflara dizeceğim.” dedim.
    Gün geldi oralara gitmek yeniden nasip oldu. Bütün sevdiklerime amacımı söyledim. Birer kitap alarak iç kapağına duygularını yazıp imzalamalarını rica ettim.
    Bende evimdeki kitaplarıma göz gezdirdim. Hiç biri bir diğerinden üstün değildi. İnci tanesiydi her biri. Benim kıymetlilerimdi. Sırdaşlarım, dostlarım, biraz düşüncelerim birazda düşlerimdi her biri. Fikirlerimdi kimisi. Kimisinde aklımın tenviriydi. Bende onların sahibiydim. Sahipsiz bırakmadım hiçbirini. Şimdi tek tek yerlerinden indirip bir yetimi sevindirecektim. Pür dikkat kapaklarını açarak her birine gönlümden geçenleri yazdım. Her okuyana bin selam olsun dedim. Adımı soyadımı yazarak altlarına tarih ve imza attım. Yanımda duran karton kutuya alabildiğince doldurdum.
    Hani Hz. Mevlana der ya; “Altın ne oluyor, can ne oluyor, inci, mercan da nedir? Bir sevgiye harcanmadıktan, bir sevgiliye feda edilmedikten sonra…”
    ***
    Yolculuk bitmiş, uzun zaman sonra yeniden yetimin yanına varmıştım. Bu sefer sevindirecektim onu. O da sanki kollarını açmış beni bekliyordu. Dolu birkaç karton kutuyu arkadaşların yardımıyla kütüphanenin boş rafları önüne koyduk.
    Dolan her raf sanki gülümsüyordu bana. Bende mutluluktan uçuyordum. Sanki yetimin saçlarını okşuyordum. Sanki öksüze bayram kıyafeti almış sevindirmiştim. Arkadaşlarımın kitaplarını dizerken yazdıklarına bakmayı da ihmal etmedim. Her biri yüreklerini sayfa aralarını sıkıştırmıştı sanki.
    Az da olsa yetim sevinmişti.

    (Avrasya Yazarlar Birliği Edebiyat Akademisi Deneme Atölyesi 2014)

  • Dövlətimiz güclü siyasi iradəyə malikdir

    ramiq

    Dövlətimiz güclü siyasi iradəyə malikdir

    Baş verə biləcək iqtisadi böhranın yaşanmamağı üçün dövlətimizin borc götürməyinə dair bəzi mülahizələr yanlışdır. Neftin qiymətindəki ucuzlaşma və manatın devalvasiyası ilə yanaşı, iqtisadiyyatımızda böhranın baş verməməyi üçün həll yolları haqqında media və sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif təklif və mülahizələr söylənir.

    Bunların içərisində ölkəmiz üçün əsla xeyirli olmadığını düşündüyüm beynəlxalq valyuta fondlarından və banklarından borc götürülməsi təklifidir. Dövlətimiz illərdir torpaqlarımızın işğal altında olmasına baxmayaraq, istər ABŞ və Avropa Birliyi ölkələri, istərsə də üzərimizdə təsirini artırıb yenidən hegemoniya qurmaq istəyən qonşularımız tərəfindən ölkəmizə qarşı edilən təzyiqlərə baxmayaraq ölkə maraqlarından heç bir güzəştə getməyib. Bu cəsur siyasi duruş təqdirə layiqdir.

    Dünyada baş verən hadisələrə baxdığımızda siyasi iradə göstərən bir çox ölkənin iqtisadi yöndən zəiflədilib borca sürüklənməsi ilə asılı vəziyyətə salındığını görürük. Ona görə də borc təklifini Azərbaycanın xeyrinə olacaq imiş kimi göstərənlər bundan çəkinməlidir. Azərbaycan xalqı inanclıdır, vətənpərvərdir; heç bir zaman öz rahatlığı üçün ölkəmizin borc üzündən asılı vəziyyətə düşməyini istəməz. Bütün bunlar müvəqqəti çətinlikdir.

    Dövlətimizin heç bir mənada digər dövlətlərdən asılı vəziyyətə düşməməyi üçün, lazım gələrsə, daha qənaətcil davranmaq lazımdır. Əgər iqtisadi çətinlik yaşanarsa belə, öz daxili potensialımız hesabına bu çətinliyin öhdəsindən gələcək millətə və dövlətə sahibik.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev

  • Hikmət MƏLİKZADƏ.”Artıq təksən…” (Məqalə)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Sədaqət, vəfa deyilən şey insanın könül yaşantılarıdır. Əfsus, Adəm-Həvva, Leyli-Məcnun, Əsli-Kərəm sevgisinin həyat normaları bu vacib gerçəklərə səmt tuta bilmədi və bu qeyri-zəruri hal əvvəldən başladığı formada bu gün də təəssüf ki, öz xarakterini eyni tərzdə göstərir.
    Sevmək hələ sədaqətli olmaq məğzi kəsb etmir. Düzdür, insanın ümdə vəzifəsi ətrafını qorumaqdır, lakin kimisə hifz edə bilmək Tanrı bacarığıdır deyə insana sadəcə, bu səmtə göz dikə bilmək qalır. Bu zaman da – səndən ötrü canımı verərəm – dediyin adama canını verə bilmirsən. O, gedir, sən də ya yalqızlığın qoynunda çabalayır, ya da heç nə olmamış kimi yeni səmtlərə boylanırsan.
    Əzizimiz, qələm dostumuz, qardaş dediyimiz Giya Paçxataşvili də sədaqətli ömür-gün yoldaşı Lamaraya sadiq insandı. O da həyatın vəfa zirvəsinə qalxa bilmək üçün dəridən-qabıqdan çıxırdı və bu, Lamaraya əminlik verirdi. Ancaq sən saydığını bir cür sayırsan, fələk də başqa cür – səndən daha dəqiq sayır. Giyanın sakitlik gətirən fikirləri başı batmış fələyin dağıdıcı-sarsıdıcı zərbələri qarşısında aciz qaldı. Qəfil qopan tufan Lamaranı qəm yeməkdən ağappaq ağarmış Giyadan araladı. Dostlar, tanışlar təsəlli verdi, sızladı, bu dəhşətin acısı heç kimi sarmadı; nə oldusa Giyaya oldu…
    Lamaranın yoxluğu ağ dünyalı Giyanın şair qəlbinə qara xətlər çəkib. Ağ-qara şeirlər doğur Giyanın titrək qələmi. Bu şeirlər də bugünlərdə «MBM» mətbəəsində işıq üzü görmüş «Son – əvvələ gedən yol» başlıqlı bir kitabda cəm olub. Bu kitab bütövlükdə Giyanın Lamaranın müqəddəs ruhuna əbədi ehtiramıdır. Təbiidir ki, kitabda ürək ağrıdan, qəlb sızladan fikirlər yer alıb. Nə qədər daşürək olsan belə, bu fikirlərə baxış sıradan kimi kövrəlirsən. Elə Giya da bu fikirlərin cəm olduğu şeirləri kövrələ-kövrələ yazıb.
    Həyat yoldaşı hələ «xərçəng»in caynaqlarında çırpınarkən Giya ümidsizlikdən asılı qalmışdı. (daha&helliip;)

  • Sumqayıtın kimya sənayesinin inkişafında xüsusi xidmətləri olmuş insanlar- TANITIM

    ro

    Bu il respublikamızdan kənarda da kimyaçılar şəhəri kimi tanınınan Sumqayıtın şəhər statusu almasının 66 ili tamam olur. 66 yaşlı bu şəhərin həyatının hansı dövrünə baxsan sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyatının əsl inkişafının, yüksəlişinin şahidi olur, bu şəhəri qurub-yaradanları xatırladıqca məmnunluq duyğusu ilə bərabər, kövrək hisslər keçirirsən. Bu şəhərin təbiəti, varlığı belədir. Burada həyat həmişə qaynayıb. Sumqayıt və sumqayıtlılar illərin qoynunda yaşa dolub, şəhərin tarixinə parlaq səhifələr yazıblar. Doğma Azərbaycanımızın bir parçası olan Sumqayıtın dünəni, bu günü və sabahı onun sakinlərinin ömür salnaməsidir. Bu salnaməni öyrənmək, təbliğ etmək və bu şərəfli tarixi yaradanlarla qürur duymaq hər birimizin müqəddəs borcudur. Çünki insan əməyinin nəyə qadir olduğunu Sumqayıtın timsalında bütün aydınlığı ilə görmək mümkündür. (daha&helliip;)

  • “Sözə qədr- qiymət verən şair”

    11194547_720217531440693_5264594143393862352_o

    Taninmiş jurnalist, ustad şair-publisist çox hörmətli ELDAR İSMAYİL mənim yaradıcılığım haqda yazı yazıb. Ona öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün əsl şəxsiyyətlərdən biri olaraq ona böyük nəhəbbətim var. Var olun ustad..
    SÖZƏ QƏDR- QİYMƏT VERƏN ŞAİR
    Mənim aləmimdə poeziya yəhərli-yüyənli, bərli-bəzəkli, telli-toqqalı, köhlən bir atdır. Üzəngisi, tapqırı, quşqunu yerindəsə yəhər bütövdür. Lakin sinəbəndi, qayışı, cilovu vurulmayıbsa at minik üçün hazır deyil. Həmçinin klassik Azərbaycan poeziyasında da məhz belə bir anlayış yaşamaqdadır. Sözü köhlən ata bənzətsək onun bölgülərini, qafiyələrini, hecalarını, rədiflərini, ölçülərini yaddan çıxarmaq olmaz. Biz ağzımızda poeziya deyiriksə o nəsrlə yazılmış əsərlərdən kəskin şəkildə fərqlənməlidir. Poeziyada bir coşğunluq, musiqi, ahəng və lətafət mövcuddur. Çox vaxt şairlər qoşma, gəraylı, bayatı və s. yazarkən zümzümə altında kağıza köçürürlər. Poeziyada ilhamverici bir güc var ki, o da oxucunu qürura, vüqarlı olmağa, vicdan və şərəfli olmağa səsləyir… Məhz belə bir duyğunu, görüntünü, ölçülü-biçili şeir nümunələrini istedadlı şair Nəcibə İlkinin poeziyasında gördüm. Sözün qədr-qiymətini uca tutan sənətkar cəsarətinin şahidi oldum. Nəcibə xanım İlkinin yaradıcılığı ilə mən uzun müddətdir ki, tanışam. Onun kitabların da dərc olunmuş şeirləri, dövrü mətbuatda çıxan poetik nümunələri məni həmişə bir oxucu, bir həmkar kimi özünə çəkmişdir. (daha&helliip;)

  • Gözəl bir şeyi səhv üsullarla əldə etməyə çalışmamaq…

    rh

    İnsanlar həmişə yaxşı bir şeyə nail olmaq və ya gözəl nemət əldə etmək istəyirlər. Ancaq bu məqsədlərinə və ya istədikləri nemətə qovuşmaq üçün səhv üsullardan istifadə edirlər. İstədikləri şeylər və niyyətləri çox gözəl olduğu halda, istifadə etdikləri üsullar səhv olduğu üçün yanlış rəftar etmiş olurlar.
    Bu mövzuya gündəlik həyatdan bir neçə nümunə verə bilərik. Məsələn, qaldığı yeri təmizləmək istəyən bir insanın niyyəti gözəldir. Ancaq bu niyyətinə çatmaq üçün ətrafındakı insanları narahat edirsə, gördüyü natəmizliyə, dağınıqlığa görə oradakı insanlara qarşı sərt davranırsa, bir tərəfdən təmizlik edərkən, digər tərəfdən də deyinirsə, bu vəziyyət o insanın gözəl məqsədə səhv üsullarla çatmağa çalışdığını göstərir.
    (daha&helliip;)

  • 30 Ağustos Zafer Bayramımız kutlu olsun

    zb

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Birinci Dünya Savaşından sonra Osmanlı Devleti ile İtilaf Devletleri arasında imzalanan Mondros Mütarekesi ve Sevr Antlaşmasıyla yurdumuz tamamen elimizden alınıp düşmanlarımıza verilerek bizim de bunu kabul etmemiz beklenmiştir. Böylece yüzyıllardır üzerinde bağımsız olarak yaşadığımız bu topraklarda özgür olarak yaşama hakkımıza son vermek amacıyla bu antlaşmaların uygulanması sonucunda ülkenin her yerinde işgaller başlamıştır.

    Türk milletinin bu durumu kabul etmesi elbette mümkün değildir. İtilaf devletlerinin işgalleri sonucunda İstanbul’da bir şey yapamayacağını anlayan Mustafa Kemal Paşa’nın 19 Mayıs 1919’da Samsun’a çıkmasıyla Kurtuluş Savaşının ilk adımı atılmıştır.

    12 Haziran 1919’da Amasya’ya geçen Mustafa Kemal ve arkadaşları Hüseyin Rauf Orbay, Refet Bele ve Fuat Cebesoy birlikte Amasya Genelgesini hazırlamışlardır. Bildiri, Erzurum’da 15. Kolordu Komutanı Kazım Karabekir’e sunuldu. Onun da onayının alınmasından sonra bu bildiri, 22 Haziran 1919’da Abdurrahman Rahmi Efendi tarafından tüm mülki amir ve askeri komutanlara telgrafla ulaştırılmıştır. Ulusal egemenliğe dayanan, tam bağımsız Türkiye Cumhuriyetinin temellerini oluşturan ilk kuruluş belgesi olması nedeniyle de Amasya Genelgesinin Türk tarihinde ayrı bir yeri ve önemi vardır.
    (daha&helliip;)

  • Azad olmaq düşüncəsiz olmaq demək deyil…

    rh

    İnsanlar həyatlarının hər anında azad və rahat olmaq istəyirlər. Heç bir nizam-intizama, məcburiyyətə və ya məhdudiyyətə tabe olmadan istədiyi zaman istədiyi şeyi etmək istəyirlər. Ürəyi istəyəndə yatmaq, ürəyi istəyəndə durmaq, istəyəndə işlərini görüb, istəməyəndə təxirə salmaq, danışmaq istəməyəndə danışmamaq, düşünmək istəməyəndə düşünməmək, iradə göstərmək istəməyəndə göstərməmək və s. bunun kimi mövzularda istədiyi hərəkəti edə bilmək…

    Halbuki azadlıq da müəyyən məhdudiyyətlər daxilində gözəldir. Azadlıq düşüncəsiz, məsuliyyətsiz, laqeyd olmaq demək deyil. Eyni zamanda, birlikdə yaşadığı insanlar üçün fədakarlıq etməsi, başqalarını düşünərək hərəkət etməsi, üstünlüyü ehtiyac olan mövzulara verməsi bu insanın azadlığının məhdudlaşdırılması demək deyil. İnsanın gözəl əxlaq göstərməsi onu məhdudlaşdıran deyil, onu gözəlləşdirən, ucaldan xüsusiyyətdir.

    Yanında biri yatarkən: “Azadlığımı məhdudlaşdıra bilmərəm, əsas mənim istəyimdir, mənim rahatlığımdır”, – deyərək, qışqırıb-bağıraraq danışan, musiqinin, ya da televizorun səsini sonuna qədər açan birini düşünün. Ya da aşağı mərtəbədəki qonşularını heç düşünmədən gecə yarısında evdə səs-küy salan bəzilərini…

    Heç kim bu cür düşüncəsiz insanlarla söhbət etmək, onların ətrafındakılara verdiyi narahatlıqlarla qarşılaşmaq istəməz. İnsanlardakı bu davranış pozuntusunu aradan qaldırmağın bir yolu var, o da Quran əxlaqına tabe olmaqdır. Quran həm insanlara axtardıqları azadlığı mükəmməl şəkildə yaşadır, həm də bu azadlıq heç kimi narahat etmir. Bu səbəbdən, mömin Allahın təyin etdiyi əxlaq sərhədləri daxilində azad yaşaya bilmə rahatlığına malikdir.

    Müsəlman olmaq vicdanlı olmaq deməkdir. İradəli olmaq, ağıllı olmaq, nəfsi məcbur etmək, nəfsə qalib gəlmək deməkdir. Mömin dünyanın ən azad, ən rahat insanı olar, həyatı boyu, yaşadığı hər an seçimlərini vicdanına görə təyin edər. Ürəyi istəyəndə yatıb, ürəyi istəyəndə yemək yeyib, ürəyi istəyəndə istirahət edib, ürəyi istəyəndə işləmək kimi bir əxlaq tərzi yoxdur. Məqsədi Allahın razılığının ən çoxunu qazanmaqdır. Hər an ağlı və vicdanı ilə ətrafında olan hadisələri dəyərləndirər və ən xeyirli, ən hikmətli, ən faydalı və ən vacib mövzuya yönələr.

    Bu səbəbdən, lazım olsa, başqasının ehtiyacını özününkündən üstün tutmaqla bəlkə öz azadlığından məhrum olar, amma insanı xoşbəxt edən azadlıq forması da məhz budur. Yoxsa başqasını narahat etdiyini bilərək, öz istəklərini əldə etdiyi zaman xoşbəxt ola bilməz. Ancaq vicdanına uyğun hərəkət etsə, həqiqətən, azad olar və ancaq bu onu xoşbəxt edər.

    Çünki azadlıq, zənn edildiyi kimi, insanın yalnız fiziki olaraq azad olması demək deyil. Əsas mənəvi mənada azad olmaqdır. Əsl azadlıq Allahın insanın ruhuna və ürəyinə hiss etdirdiyi genişlik, rahatlıq, güvən və dinclik duyğularının hamısıdır. Bu da insanın imanı, təqvası, təvəkkülü və təslimiyyəti ilə birbaşa əlaqəlidir.

    Bu səbəbdən, əsl azadlıq və xoşbəxtlik insanın nə istəsə, onu etməsində deyil, Allahın razılığına uyğun olan əxlaqı yaşamasındadır. Bu əxlaqın qazandıracağı mənəvi azadlıq insanın düşünmədən yaşadığı sərhədsiz fiziki azadlıq ilə əsla müqayisə edilməyəcək dərəcədə böyükdür. Allah bu neməti yalnız möminlərə lütf etmişdir.

    Allah Quranda əsl xoşbəxtliyin yolunu belə bildirmişdir:

    … Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)

  • Azərbaycanlı olmaq nə deməkdir? II Hissə

    gw

    1. Avtobusa dayanacaqdan kənarda saxladıb düşmək, minmək, dayanacaqdan kənarda saxlamayan sürücüləri borclu çıxartmaq və narazılığını bildirməkdir;
    2. Bakirəlik tələbinə görə min oyundan çıxmaq, bakirəliyini qorumaq, ərə getmək və ya ərə getməmişdən öncə cərrahiyyə əməliyyatı vasitəsilə özünü bakirə etməkdir və gələcək ailə üzvlərini aldatmaqdır;
    3. Yasda ağlamaq istəməsən də, özünü ağlamağa məcbur etməkdir, iki damcı axıdıb, gözünü qızartmaq, şişirtməkdir, sonra salfetka ilə o iki damcını yanağından silməkdir və tanımadığın yasına gedib, salavat çevirmək, Allahdan rəhmət diləməkdir;
    4. Toyda gələn gedəni müzakirə etməkdir, toyda özünə xanım, gəlin, ər, sevgili axtarışına çıxmaqdır;
    5. İnsanlara geyiminə görə qiymət verib, qarşılayıb insanları, geyiminə görə də yola salmaqdır;
    6. Dənizkənarı çimərliyə qaralmaq, dənizdə çimmək, dincəlmək əvəzinə selfi çəkmək, “qız tutmaq” üçün getməkdir;
    7. Sosial şəbəkədə offline olan və tanımadığın insanlara yazıb, bezdirməkdir, cavab yazmayanı ittiham etməkdir;
    8. Saatlarla sosial şəbəkədə, mobil telefondan asılı olmaq və bütün mövzuları müzakirə etmək və real görüşdən qaçmaqdır ki, kimsə nəsə pis gözlə baxa bilər, pis düşünüb, pis söz deyə bilər;
    9. İsterik xarakterdə olub, gah aldadan olmaq, gah aldadılan olmaq, özünü gah qurban saymaq, gah qurban axtarmaq deməkdir;
    10. Bahalı restoran, kafedə, bərli-bəzəkli parklarda, nüfuzlu tədbirə gedib, öz nüfuzunu göstərmək üçün dərhal şəkil çəkib, paylaşmaq və yaymaqdır;
    11. Yeyə biləcəyindən çox yemək bişirmək, yemək və sonra da kökəldiyini bəhanə edib, arıqlamaq eşqinə düşmək və pəhriz saxlamaqdır;
    12. Bilmədiyini alıb, istifadə edib, zəhərlənməkdir;
    13. Həkimdən əldə etdiyi bütün dərmanları istifadə qaydalarına, istifadə edilməsi üçün son tarixə baxmadan qəbul etmək, sonra əks təsir, zəhərlənmə, digər xəstəliklərdən həkimə və hər kəsə şikayətlənməkdir;
    14. Futbola və ya hansısa idman yarışına, oyununa gedən qıza, qadına “Qadın hara, idman hara, azarkeşlik etmək hara?!Otur evdə, bozbaşını bişir!” deməklə, o xanımı gözdən salmaq və ictimai qınaq obyektinə çevirməyə çalışmaqdır;
    15. Qadının məntiqi və ağlı yoxdur deməklə, sonra onların olmayan məntiq və ağlının qurbanına çevrilməkdir;
    16. Görüşdüyün dostunun yanında, dostunu gözlədib, saatlarla telefonla danışmaq, whatsapp, facebook, viber messengerdə başqa dostlarınla yazışmaqdır;
    17. Cola və digər içkilərin, bıstroffun səhhətə, sağlamlığa ziyan vurmasını və bahalı ziyan vurmasını bilə-bilə, onların istifadəçi olmaqdır.
    18. İşdən sonra, hava bir az qaralanda, xüsusən də saat 21-00dan sonra küçədə, parkda, ictimai yerlərdə zahirən bir az babat qız görən kimi, onun dalınca düşmək, ona sataşmaq və söz atmaq və nömrəni söyləməkdir, “sən dedin, mən də yanında götürüb yazdım telefona, getdim polis bölməsinə, polislər zəng etsin sənə, bassınlar 24 saatlığa kameraya, ictimai asayişi və istirahət hüququnu pozduğuna görə” bu variant səni qane edərmi?

    Günel Fərhadqızı Emin

  • Mayisə ƏSƏDULLAQIZI.”Ulu yurd, Ulu torpaq”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Torpaq,yurd, ana, Vətən kəlməsi nə qədər hikmətli və mənalı kəlmələr nə qədər müqəddəsdir! Deyilişi şirin olduğu kimi,məzmunu,qayəsi də yüksək və hikmətlidir.

    Biz Vətəni dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma,anamız qədər əzizdir.Ana müqəddəsliyi vətən müqəddəsliyi,vətən ucalığıdır.

    Vətəni qorumaq kimliyimizdən, cinsimizdən asılı olmayaraq hamımızın borcudur .
    Vətəni mühafizə etmək üçün sağlam əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır.
    Vətən istəyi, vətən namusu, vətən qeyrəti vətəndaşlara xas olan qabarıq keyfiyyətlərdən biri olmalıdı. Vətən sevgisinin mənbəyi, ümumiyyətlə torpağa olan bağlılıq və hörmətdir ki, bu nemət Uca Allah və Peyğəmbərimiz (c.c) tərəfindən bizə əmanət edilmişdir. Bu vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyublarsa, biz də bizdən sonrakı nəsillərə bu yurdu, bu eli sağlam bir şəkildə təhvil verməliyik.
    Muhəmməd (s.ə.s) buyurmuşdur: “Vətəni sevmək imandandır”. Belə ki, öz Yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda bu torpaqda yaşamağımız, faydalanmağımız bizim vicdanlı yaşayışımıza zidd hala gətirib çıxaracaqdır. Yadıma uzun illər bundan əvvəl yazdığım “Azərbaycan uğrunda” şeirimdən bir neçə bənd düşdü: (daha&helliip;)

  • Ədəbiyyatdan əbədiyyətə

    t

    Yazıçı özünü ifadə edir, tənqidçi isə həm özünü,
    həm də yazıçının ifadə etdiklərini…
    O, 1973-cü ilin hüznlü payız günlərindən birində dünyasını dəyişəndə mən ana dilimizin zəngin leksikonundan beş-on cümlə qura biləcək qədər az söz tanıyan yaşda olmuşam. Onun nə geniş salonlarda könülləri ehtizaza gətirən nitqini eşitmişəm, nə auditoriyada tələbə-gəncləri duyğular qanadında mənəvi ucalığa səsləyən mühazirələrini dinləmişəm, nə də onu tanıyanların göz yaddaşında həkk olunub qalan, «ürəyə işıq salan» bənzərsiz təbəssümünü görmüşəm. Əhəd Hüseynov adı ilə tanışlığımın tarixçəsi institutun birinci kursunda oxuduğum vaxt Akif Səmədin «Gənc müəllim» qəzetində dərc olunmuş «…və başqalarından əvvəl» sərlövhəli məqaləsi ilə bağlıdır. Həmin orijinal üslublu məqalədən sonra adı həmişə, hər yerdə «…və başqalarından əvvəl olan» Əhəd Hüseynovun tənqidçi-müəllim şəxsiyyəti ilə maraqlanmışam. Onun haqqında müxtəlif dünyagörüşə, əqidəyə, xarakterə, fərqli təfəkkür tərzinə malik şəxslərdən eşitdiklərim fikrimdə kök salmış «insan hamı üçün sevimli ola bilməz» qənaətini alt-üst edib. Əhəd Hüseynovu hamı sevirdi: gözəl alim, cəsarətli tənqidçi, mükəmməl pedaqoq, yüksək intellekt sahibi, səmimi dost, yanımcıl övlad, fədakar ailə başçısı, sevimli ata, geniş ürəkli insan… nəhayət, kamil şəxsiyyət kimi. Bu çoxşaxəli sevginin çalarları müxtəlif olsa da ünvanı bir idi: ƏHƏD HÜSEYNOV!
    Əhəd Hüseynov ədəbi tənqidə 40-cı illərin sonlarında gəlmişdi. 1948-1949-cu illərdə dərc olunan ilk məqalələri kəsərli bir qələm sahibinin, prinsipial tənqidçinin elmi-nəzəri mövqeyinin göstəricisi idi. Zeynal Xəlilin «Fədai» poeması haqqında aydın nəzəri qənaət formalaşdıran, Əhməd Cəmil lirikasına düzgün elmi dəyər verən, N.Xəzri, B.Vahabzadə, H.Arif, İ.Səfərli kimi sənət yoluna yenicə qədəm qoyan şairlərin yaradıcılıqlarını müasir milli poetik tələblər səviyyəsində qiymətləndirən həmin məqalələrində gənc tənqidçinin ədəbi prosesə fəal müdaxiləsi, çağdaş şeirin inkişaf problemlərinə son dərəcə həssas və qayğıkeş münasibəti müşahidə olunurdu. (daha&helliip;)

  • “Cənubi Azərbaycan şairinin şeir kitabına Şimali Azərbaycanın gənc yazarının baxışı”

    meqale

    Sayman Aruzun kitabını əlimə alanda kitabın adı mənə çox qəribə, qəribə olduğu qədər də çox maraqlı gəldi. “Paltarlarım adamsızdir”.Bu kitabı oxumağa başladım. Kitabı əldə etdiyim gün evə gələndə yol boyu boş durmayıb kitabı vərəqlədim .İlk qarşılaşdığım şeir isə “Ana” şeiri oldu.

    Ey qadın şəklində vətənim mənim!
    Ətindən, qanından yarandı bədən.
    Sonra bu ət-qana , qeyrət qatdılar,
    Dağ oldu, daş oldu və oldu vətən.

    Mənə görə şair bu şeirdə anaya vətən gözü ilə baxır və övladın həmin vətənin sahəsində

    böyüdüyünü demək istəyib.
    Buludlar öpüşsə şimşək doğulur,
    Sevgi buludların ildırımıdır.
    Bizim sevdiyimiz qurban bayramı,
    Yazıq qoyunların soyqırımıdır!-

    Qarşıma çıxan şeirlərdən biri bu oldu. Bu şeirdə isə şair qeyd etdiyimiz qurban bayramını qoyunların soyqırımı adlandırır.

    Dost ilə gülüb-danışmağım olsaydı,
    Söykənməyimə bir dayağım olsaydı.
    Hərdən başıma vurur duram şərcə olam,
    Çəh-çəh deməyə kiçik bağım olsaydı…

    Şair bu şeirdə gülüb-danışmağa, söykənməyə, çəh-çəh deməyə bağ istəyir. Kitabda növbəti diqqətimi cəlb edən ”Nə olubdur sənə?!”adlı şeir oldu.

    Nə olubdur sənə?!
    Bütün adlar səninlə başlayır.
    Və boğazınla bütün adamlar səslənilir.
    Buludların ipini burax,
    Gecə qaranlıqdır,
    Və hər insan,
    Yeni bir üsyan!-

    Bu şeirdə isə sanki kiməsə nə olubdur sənə sualı verilir.Bəndin sonunda hər bir insanın yeni bir üsyan olduğunu deyir şair. Bu şeir kitabını oxuduqca şair Cənubi Azərbaycanlı olduğuna görə sanki mən də orani səyahət edib qayıtdim. Amma mən bu şairi Cənubi Azərbaycanlı deyil, bütöv Azərbaycanlı hesab edirəm.

    Müəllif:Gültən Qədirli
    05 may 2015

  • “Gecə qonağı” filminin çəklişləri sona çatıb

    km

    Manera.az xəbər verir ki, filmin ssenari müəllifi İlqar Fəhmi, qurluşçu rejissoru Kənan M.M., montaj üzrə rejissoru Tofiq Teymuroğlu, qurluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Nailə Mirməmmədlidir.

    Gənc rejissor Tofiq Teymuroğlu üzərində çalışdıqları yeni “Gecə qonağı” filmi haqda manera.az-a danışaraq bildirib ki, filmdə bir çox tanınmış simalar rol alıb.

    Bunlardan Kənan M.M. (eyni zamanda filmin qurluşçu rejissoru), Fərda Amin, Kəmalə Piriyeva, Pərvin Abıyeva və başqalarının adın qeyd etmək olar.

    Bir neçə film, klip və reklamların rejissoru, montajçısı olan Tofiq Teymuroğlu: “Bu gün Azərbaycanda film məkanında daha böyük işlər görülməkdədir. Belə işlərdən biri olan “Gecə qonağı” filminin qala – təqdimat gecəsi sentyabr ayının 24 –də keçirilərək tamaşaçıların ixtiyarına veriləcək. ”

    “Bu filmin həqiqətən də tamaşaçı kütləsi qazana biləcək bir film olacağına inanırıq.” – deyə Tofiq Teymuroğlu sözlərinə əlavə edib.

    Çinarə
    MANERA.AZ

  • Şəfa VƏLİYEVA.”Ayırılıq gəlirəm deyər…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    “Türklərdə belə bir söz var: “Aşk geliyorum demez, ama gidiyorum der”. Mən həmişə bu sözü xatırlayıram. Həmişə də mənə elə gəlir ki, nəsə düz deyil. O düz olmayan isə budur: ” Ayrılıq gəlirəm deyər”. Hə… deyər… Vallah, deyər… özü də ən bərk sevənlərə deyər ha! Hər adama da yox! O bərk-bərk sevdiyimizi sandığımız da bütün həyatımız boyu yalnız bir nəfər olar… Ondan əvvəlkiləri nağıl, ondan sonrakıları təsəlli bilirik. Bilə-bilə də yaşayırıq. Bəs neyniyək?! Axı çarə varmı ki?! Axı o ilahi sevgi cəmi bir dəfə gəlir ömrümüzə, bir meh kimi sadəcə xoşhallandırır, bir sel kimi qabağına qatıb aparır, dağa-daşa çırpır, ağrısını da sevirik, bir ocaq kimi “iki daşın arasında” yandırır, yandırır… və birdən… Bizə elə gəlir ki, qəfil gəldiyi kimi də qəfil gedir. Yox! Gedişinə hazırlayır bizi… Qram-qram daddırır “O”nsuzluğu… Dada-dada doymuruq həsrətindən. Yapışırıq ətəyindən “bəlkə”li ümidlərin. Sürüyür bizi, heyy… Və bir ömür boyu gedişi unutmuruq. Unutmaq nədi ey, ölənəcən bu gedişi yaşayırıq…” Çoxdandı yazmaq istəyirdim ayrılığın gəlişindən. Çoxdandı beynimdədi. Ötən ilin noyabrın 5-dən. (daha&helliip;)

  • Mən öləndə ağlamayın…

    gw

    Vəsiyyət edirəm bu gündən…

    Mən öləndə ağlamayın…

    Atam ağlama, qızım ağlama… Anam onsuz da ağlamaz, qardaşım da ki, ölsəm də, xəbər tutmaz…

    Sabiq sevgilim, ərim sevinər ki, canı məndən qurtarıb…

    Onsuz da mən öləcəyəm bir gün… Ölüm haqqdır… Ağlayanım çətin olar, bilirəm, əminəm…

    Çünki məni sözdə sevənlər çoxdur, amma qəlbən sevənlər yoxdur, çoxunu qəlbən sevsəm də mən… Dost saydığım insanlar belə səmimi, açıq sözlü, cəsur ola bilmirlər…

    Məyus olursan, peşiman olursan, susursan, içinə salırsan, üzülürsən, təklikdə ağlayırsan… Mənə lazımdır bu?! Əsla! (daha&helliip;)

  • Gülnar SƏMA.”Arzu Hüseynin içində yaşayan məsumluq”

    gs

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    İstedadlı qələm sahiblərindən olan Arzu Hüseyn özünəməxus yaradıcılıq yolu keçən gənc yazar xanımlarımızdandır. O, ilk öncə AYB-nin üzvü oldu, sonra da Prezident təqaüdçüsü. Bu uğurların ardınca ilk şeirlər toplusu olan “Sonu əlvida” kitabı “aybKitab” layihəsi çərçivəsində işıq üzü gördü. Kitabda təqdim olunan şeirlər ümumilikdə həssas bir ürəyin səmimi pıçıltılarını ehtiva edir. Bu şeirlərin heç bir texniki qüsuru da nəzərə çarpmır. Həzinliyi ilə ürək oxşayan həmin şeirlərdə, nədənsə, qeyri-adi tapıntılar edilməsinə cəhd edilmir. Gənc yazar özünüifadədə hansısa bir kəşfə can atmır. Sadəcə hisslərini şeirləşdirir; “Bu yasaq sevgini gizlində daşı, Əlində tutarlar, ələ düşərsən”- nəsihətamiz saflığa bürünmüş misralar, yaxud da “Bütün ayrılıqlar ömürlük çəkir, Ömürlük məhəbbət olmur, əzizim”. Adi bir aksiom; dünəndən ayrıldınsa ömürlük dünənə qayıda bilmirsən. Səbəb isə çox sadədir, səni dünənə qaytaracaq məhəbbət yoxdur. (daha&helliip;)

  • Ülkər PİRİYEVA.”Yaşıl Dünya…”

    3

    1

    2

    Təsadüfi deyil ki, alimlər bioloji müxtəlifliyi nəhəng və zəngin ehtiyat mənbəyi adlandırırlar. Odur ki, kimliyindən və harada yaşamasından asılı olmayaraq, hər bir şəxs təbiətə və onun nemətlərinə qayğı ilə yanaşmalı, onun müdafiəçisi olmalıdır.
    Təəssüf ki, planetin təbii zənginliyi azalır, bir çox bitki və heyvan növləri məhv olur, yaxud nəsli tamamilə kəsilir. Bir sıra beynəlxalq qurumlar və dövlətlər həyəcan təbili vurur, planetin təbii zənginliyini və biomüxtəlifliyini qorumaq naminə birgə fəaliyyətə çağırırlar. Bu əməkdaşlıq müsbət nəticələrini versə də, hələ ki nəsli kəsilən və “Qırmızı kitab”a düşən heyvan və bitki növlərinin, mikroorqanizmlərin sayı ildən-ilə artmaqda davam edir. (daha&helliip;)

  • Çinarə ÖMRAY.”Akif Səmədə məktub…”

    ci

    Salam Akif bəy. Necəsiniz? Sizə taa uzaqdan yazıram.
    Bir zaman insanların sizi incitdiyi, dostların əsil dost olmadığını anladığınız həmin o şəhərdən yazıram. Sizə sevdiklərinizin yanından yazıram bəy. Burda hər şey qoyub getdiyiniz kimidir. Biraz insanlar böyüyüb, biraz şəhər dəişib. Əksinə olsaydı nə gözəl olardı. Hə? Şəhər böyüyüb, insanlar dəyişib olsayydı? Amma təssüf ki, insanlar dəyişə bilmirlər bəy. Yaxşılar da çox qalmır. Hamısı tələsirmiş kimi siz olan ölkəyə qaçırlar. “dahi adiləşər nadan yanında, nadan dahiləşər insan yanında”.
    Yaxşıların siz olan tərəfə qaçması bundan olsa gərək . İlk bu şerinizi oxumuşdum.

    Güldən soruşan tapılmır,
    Soruşurlar xardan məni.
    Əkilməmiş ağacda nar,
    Asın həmin nardan məni.

    Yazını fələklər yazır,
    Məzarı mələklər qazır,
    Kətilim, kəndirim hazır,
    Eləməyin dardan məni. (daha&helliip;)

  • Emil RASİMOĞLU.“Ölü kitablar”a xeyir-dua verənlər

    em

    Və yaxud ədəbi “baltalar” haqda daşlama Həə…Yenə yazmaq istədim, əziz oxucu! İstədim deyəndə ki, vadar oldum. Ədəbiyyatımızdakı yaralı SÖZ vadar elədi məni… Nə isə… Bilirəm, vaxtın azdır, keçirəm mətləbə. Bu dəfəki söhbətim yeni çap olunan kitablar haqqındadır. Bu gün ədəbi mühitdə silsilə kitablar çap olunur. “Çox gözəl” deyirəm. Çünki gözəlin də eybi olur. Bilirsən, problem kitabların çap olunmasında yox, artıq çap olunmuş bəzi kitablardadı. Daha doğrusu, bu tip “kitabların” çapına “yol” açıb ədəbi sferaya təqdim edən ədəbiyyat nümayəndələrindədi. Belə ki, necə deyərlər, sizi inandırım, bir bu qədər çap olunmuş kitabların səksən faizinə od vursaq, içindən bir misra belə olsun, səslənib “xilas edin, ölürəm” deməyəcək. Həə… “Ölürəm” demişkən, deməli, kitab ölü doğulub. Ancaq maraqlı tərəfi burasındadır ki, hər vərəqi sanki bir qəbirə bənzəyən “şeir kitabları”, gəl görək, kimlərin adları ilə özünə yaşamaq hüququ qazandırır. Kitab çap olunur. İlk vərəqi açırsan ki, SÖZün bu günə kimi güvəndiyi ziyalılardan birinin adı REDAKTOR kimi, birinin adı “ÖN SÖZ”ün müəllifi kimi qeyd olunub. İnanın ki, bəlkə, heç redaktorun xəbəri olmayıb, kitabı oxumayıb. Müəllif ya bir zəng, ya bir görüşlə redaktoru təyin edib. “Ön söz”ə gəldikdə isə, baxırsan ki, elə bil, “Ön söz”ün müəllifi, “Ön söz” yazmayıb, sanki yad ölüsünü qarşısına qoyub, bir doğma kəsini xatırlaya- xatırlaya ürəkdən ağlayır. Çünki yazını oxuduqca görürsən ki, yazının kitabla heç bir bağlılığı yoxdur. Beləcə, əziz oxucu, bax, burda fikrimi tamamlamaq istəyirəm… Demək, yenə özümü inandıra bildim ki, problem sapı (s)özümüzdən olan baltalardadır. Necə deyərlər, “od olmasa, tüstü çıxmaz”!