İnsanların əsl xoşbəxtliyi əldə etmələrinin tək yolu Allah’a iman gətirmələridir. Bu həqiqət Quranda belə bildirilir: ”Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28). Yaşanılan bədbəxtlikdən və sıxıntıdan ancaq Allah’ın rəhməti qavrandığı və iman əxlaqı yaşandığı halda qurtulmaq olar. Dünya həyatından ancaq bu şəkildə zövq alıb, gözəlliklərin dəyərini qavramaq olar. Allah’ın “Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır” (Nəhl surəsi, 30) və “Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi” (Ali İmran surəsi, 148) ayələrində bildirdiyi kimi, Allah gözəl bir həyatı ancaq iman gətirənlərə yaşadır. İnkar edənlər üçün isə, Allah bir ayədə “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq” (Taha surəsi, 124) bildirdiyi kimi mütləq sıxıntılı bir həyat vardır. Bu insanlar iman gətirmək xaricində heç bir şəkildə sıxıntılı həyatdan xilas ola bilməz, heç bir yolla əsl xoşbəxtliyi əldə edə bilməzlər. Maddi cəhətdən çox böyük imkanlara sahib olsalar belə, bunlardan lazımı kimi zövq ala bilmir, bu nemətlərin sevincini tam olaraq yaşamırlar. Çünki gözəlliklərin bir insana zövq verə bilməsi üçün insanın bu gözəllikləri təqdir edə biləcək anlayışa sahib olması gərəkdir. Məsələn, insan bir qərənfilin yarpaqlarındakı qüsursuz düzülüşü, iyini, toxumasındakı yumşaqlığı fərq edə bilməli, daha da vacibi, bu bənzərsiz gözəlliyin böyük bir nemət olaraq yaradıldığını anlamalıdır. Bunu həqiqi mənada anlaya biləcək insanlar sadəcə iman sahibləridir. Çünki Allah’a iman gətirən şəxslər dünyadakı hər nemətin Rəbbimiz’in böyük bir lütfü olduğunun şüurundadırlar və hər gözəllikdə Allah’ın sonsuz yaratma gücünü düşünürlər. Bu, onların Uca Allah’a olan sevgilərini və bağlılıqlarını daha da artırır. Bütün bu həqiqətləri görən və səmimi olaraq “Allah’ın ipinə möhkəm sarılaraq” Rəbbimiz’ə təslim olan bir insan artıq “qopmayan bir ipə yapışdığını” və Allah’ın diləməsi xaricində heç bir şəkildə zərər görməyəcəyini, dünyada və axirətdə bütün nemətlərdən ən böyük zövqü alaraq,ən gözəl həyatı yaşayacağını bilməlidir. Quranda bu xəbər belə bildirilir:
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O,Bağışlayandır, Rəhmlidir. (Yunus surəsi, 107)