uex

Dünyada heç bir şey mükəmməl deyil. Belə olmasını gözləmək də çox yanlışdır. Tam olan, qüsursuz olan axirətdəki həyatdır. Hər yazımda mütləq dilə gətirdiyim kimi, dünya imtahan yeridir. Bunu yaddan çıxarmamalıyıq.

İnsanın qarşısına həmişə imtahanın tələbi olaraq çətinlik və sıxıntılar çıxacaq. Bunlarla depressiya, üsyan və kədərlə deyil, savab silsiləsi ilə qarşılaşdığımızı bilərək hərəkət etməliyik.

Qarşılaşdığımız çətinliklər o qədər təfərrüatlı qarşımıza çıxacaq ki… Möhtəşəm plan daxilində… İmtahanın vaxtı gəldikdə həmin saniyə yerimizdən durub əmr olunduğumuz işi görəcəyik, əmr olunduğumuz yerdə olacağıq. Burada əmr olunduğumuz deyə nəzərdə tutduğum, hələ insan doğulmadan öncə qədərində müəyyən edilənləri etməsidir. İnsan nə edirsə-etsin, nələrdən çəkinirsə-çəkinsin, nə qədər tədbir alırsa-alsın, yeri və zamanı gəldikdə qədərində özü üçün müəyyən edilən davranışın xaricinə çıxa bilməz. Həmin sözü söyləyər, həmin addımı atar, həmin hərəkəti edər və bütün bunlarla imtahan olunar. İmtahanın sirri də elə burada gizlidir. İnsan öz qədərində olanı edərkən imtahanın tələbi olaraq bunların hamısını özü planlayır və özü edirmiş kimi hiss edir. Halbuki əslində hamısı Allah tərəfindən müəyyən edilmiş qədər üzrə baş verir. Vacib olan bu vaxt gəlib çatdığı zaman insanın davranışıdır. Vicdanının səsinə qulaq asıb təvəkkül edib səbirli olacaq, yoxsa Allah qorusun, üsyankar olub üzüntüyə qərq olacaq?

İnsanın ən böyük yanılqılarından biri, “elə etsəydim belə olmazdı”, “evdən çıxmasaydım bu başıma gəlməzdi” kimi xətalı düşüncəyə qapılmasıdır. Həyatımızda başımıza gələcək hər şey qədərimizdədir. Yaşayacağımız heç bir şeydən qaçış yoxdur. Ağılla, vicdanla Allah rizası üçün həyatımızı yaxşı yöndə istiqamətləndirəcək və lazımi tədbirləri alacağıq təbii ki.. Ancaq bizə düşən tək məsuliyyət bütün bunları etdikdən sonra başımıza nə gəlirsə-gəlsin, təvəkkül etmək, səbir etmək , Allaha dua etmək və Ona yönəlməkdir.

İnsanın dünya həyatındakı imtahanı həyatının son anına qədər davam edəcək. Əgər səksən il yaşayacağıqsa, səksəninci ilin ən son günündə də Allaha qarşı olan öhdəliyimiz davam edəcək. O son günün, son saniyəsinə qədər imtahanımız davam edəcək.

Hər hansı bir sıxıntı, çətinliklə qarşılaşdığımızda bilməliyik ki, indi səbir ibadətinin vaxtıdır, indi təvəkkül etmək, Allaha yönəlmə və dua etməyin vaxtıdır. Allahın bizim daha da çox savab ala bilməyimiz üçün yaratdığı o xüsusi anlara Qurana uyğun şəkildə davranmalıyıq inşaAllah. Və inşaAllah axirətdə görəcəyik ki: “ Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!” (Nəhl surəsi, 99) ayəsinin tələbi olaraq Allaha tam təslim olan, Allahı çox sevən, hər şeyi Allahın yaratdığını bilən insanın qarşılaşdığı bütün sıxıntılar, əslində, bizi sonsuz xoşbəxtliyin qapısına aparan bir vasitə imiş…

Ülviyyə Əlizadə