Təsadüfi deyil ki, alimlər bioloji müxtəlifliyi nəhəng və zəngin ehtiyat mənbəyi adlandırırlar. Odur ki, kimliyindən və harada yaşamasından asılı olmayaraq, hər bir şəxs təbiətə və onun nemətlərinə qayğı ilə yanaşmalı, onun müdafiəçisi olmalıdır.
Təəssüf ki, planetin təbii zənginliyi azalır, bir çox bitki və heyvan növləri məhv olur, yaxud nəsli tamamilə kəsilir. Bir sıra beynəlxalq qurumlar və dövlətlər həyəcan təbili vurur, planetin təbii zənginliyini və biomüxtəlifliyini qorumaq naminə birgə fəaliyyətə çağırırlar. Bu əməkdaşlıq müsbət nəticələrini versə də, hələ ki nəsli kəsilən və “Qırmızı kitab”a düşən heyvan və bitki növlərinin, mikroorqanizmlərin sayı ildən-ilə artmaqda davam edir.
Bizlərə ana qayğısıyla yanaşan təbiəti sanki qocalar evinə atılan valideynlər kimi həyatımızızn içindən çıxarıb parça-parça edib tullayırıq bir kənara. Sanki, onun vasitəsilə havayla, suyla, torpaqla qidalanmırıq. İnsan olsaqda, o qədər acımasız və zalım məxluqlarıqki, bəzən özümüz belə özümüzü tanımırq. Vəhşi təbiət anlamı, bu məqamda bizim adımızla qeydiyyata alınır birbaşa. Hər şeyi gözəl və ən yaxşı şəkildə bizə təqdim edən zərif təbitin bəzən olurki, heç gözəlliyinin belə fərqinə varmıriq. Qayğıya möhtac qalan qadın kimi gözümüzün önündə saralıb-solub gedir. Bax, bu anda nə olduğunu belə dərk etmək iqtidarında olmuruq.
Əslində, gəlin biraz real mövqedən yanaşaq ana təbiətə. Bu anda milyonlarla Relax music Dediyimiz musiqi növlərini bir anda göz önündə canlı şəkildə görmüm olacağıq. Saatlarla keçirdiyimiz yorğun iş gününün stressini əksər halda bir kənara tullamaq üçün, mənəvi ehtiyacımızı qarşılamaq üçün saatlarla youtube kanalının bölümlərində təbiət səslərini dinləyirik. Bunlar su şırıltısı, quş səsləri, dəniz dalğası, bu və bunlar kimi gözəlliklərin harmoniyasından yaradılan musiqiləri dinləyirik. Onların ritmik səsi, bizi gərgin həyat hadisələrinin stresini atmağa kömək edir. Amma… Bir diqqət yetirsək ətarfımıza.. Bu səsli səhnəni canlı şəkildə, daha rahat vəziyyətdə, heç bir maddi və fiziki əmək sərf etmədən dinləyərək, görərək, canlı rəssam Ana Təbiətin övladına çevrilmiş olarıq.
Əslində, İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
Gəlin, Yaşıl Dünyamızı qoruyaq!