gw

1. Avtobusa dayanacaqdan kənarda saxladıb düşmək, minmək, dayanacaqdan kənarda saxlamayan sürücüləri borclu çıxartmaq və narazılığını bildirməkdir;
2. Bakirəlik tələbinə görə min oyundan çıxmaq, bakirəliyini qorumaq, ərə getmək və ya ərə getməmişdən öncə cərrahiyyə əməliyyatı vasitəsilə özünü bakirə etməkdir və gələcək ailə üzvlərini aldatmaqdır;
3. Yasda ağlamaq istəməsən də, özünü ağlamağa məcbur etməkdir, iki damcı axıdıb, gözünü qızartmaq, şişirtməkdir, sonra salfetka ilə o iki damcını yanağından silməkdir və tanımadığın yasına gedib, salavat çevirmək, Allahdan rəhmət diləməkdir;
4. Toyda gələn gedəni müzakirə etməkdir, toyda özünə xanım, gəlin, ər, sevgili axtarışına çıxmaqdır;
5. İnsanlara geyiminə görə qiymət verib, qarşılayıb insanları, geyiminə görə də yola salmaqdır;
6. Dənizkənarı çimərliyə qaralmaq, dənizdə çimmək, dincəlmək əvəzinə selfi çəkmək, “qız tutmaq” üçün getməkdir;
7. Sosial şəbəkədə offline olan və tanımadığın insanlara yazıb, bezdirməkdir, cavab yazmayanı ittiham etməkdir;
8. Saatlarla sosial şəbəkədə, mobil telefondan asılı olmaq və bütün mövzuları müzakirə etmək və real görüşdən qaçmaqdır ki, kimsə nəsə pis gözlə baxa bilər, pis düşünüb, pis söz deyə bilər;
9. İsterik xarakterdə olub, gah aldadan olmaq, gah aldadılan olmaq, özünü gah qurban saymaq, gah qurban axtarmaq deməkdir;
10. Bahalı restoran, kafedə, bərli-bəzəkli parklarda, nüfuzlu tədbirə gedib, öz nüfuzunu göstərmək üçün dərhal şəkil çəkib, paylaşmaq və yaymaqdır;
11. Yeyə biləcəyindən çox yemək bişirmək, yemək və sonra da kökəldiyini bəhanə edib, arıqlamaq eşqinə düşmək və pəhriz saxlamaqdır;
12. Bilmədiyini alıb, istifadə edib, zəhərlənməkdir;
13. Həkimdən əldə etdiyi bütün dərmanları istifadə qaydalarına, istifadə edilməsi üçün son tarixə baxmadan qəbul etmək, sonra əks təsir, zəhərlənmə, digər xəstəliklərdən həkimə və hər kəsə şikayətlənməkdir;
14. Futbola və ya hansısa idman yarışına, oyununa gedən qıza, qadına “Qadın hara, idman hara, azarkeşlik etmək hara?!Otur evdə, bozbaşını bişir!” deməklə, o xanımı gözdən salmaq və ictimai qınaq obyektinə çevirməyə çalışmaqdır;
15. Qadının məntiqi və ağlı yoxdur deməklə, sonra onların olmayan məntiq və ağlının qurbanına çevrilməkdir;
16. Görüşdüyün dostunun yanında, dostunu gözlədib, saatlarla telefonla danışmaq, whatsapp, facebook, viber messengerdə başqa dostlarınla yazışmaqdır;
17. Cola və digər içkilərin, bıstroffun səhhətə, sağlamlığa ziyan vurmasını və bahalı ziyan vurmasını bilə-bilə, onların istifadəçi olmaqdır.
18. İşdən sonra, hava bir az qaralanda, xüsusən də saat 21-00dan sonra küçədə, parkda, ictimai yerlərdə zahirən bir az babat qız görən kimi, onun dalınca düşmək, ona sataşmaq və söz atmaq və nömrəni söyləməkdir, “sən dedin, mən də yanında götürüb yazdım telefona, getdim polis bölməsinə, polislər zəng etsin sənə, bassınlar 24 saatlığa kameraya, ictimai asayişi və istirahət hüququnu pozduğuna görə” bu variant səni qane edərmi?

Günel Fərhadqızı Emin