4 tip insan var:
1. Kişi və qadın adına ləkə gətirən “yanıqlar”-salam verən kimi özlərini dərhal sırımaq istəyən sadəlövh ovçulardır, dərhal birbaşa mətləbə keçirlər və moment yapışqanı kimi yapışırlar (60%);
2. Ağıllı və dostluğunu qazananlar və zamanla yananlar – öncə salam verir, sonra dost olur, guya dost adıyla zamanla ünsiyyətdə olurlar, sonra guya bağlanırlar, guya xoşlanırlar səndən və sonra zamanla yanırlar və minnətlə ayrılırlar (20%);
3. Geylər və lesbilər – kişi və qadınlardan (1-ci və 2-ci kateqoriyaya aid olanların qurbanına çevrilənlər) üz döndərənlər, elə öz cinsindən olanlara meyl edirlər və dostluğunda möhkəmdirlər və təhlükəli deyillər (10%);
4. Nəsli kəsilməkdə olan əsl kişi və əsl qadınlar – sözün əsl mənasında dost və insandırlar və heç bir məqsəd güdmürlər və əxlaqsız niyyətləri olmur, əsl bacı və qardaşların, ya da ən səmimi və yaxın dostların olurlar, ətrafımda ancaq bu cür dostları saxlamaq qərarına gəlmişəm (10%).
4 psixoloji insan temperament tipi var, Azərbaycanda o tip insanlar:
Sanqvinik-hər kəsdən özünü üstün sayır, guya hamıdan çox bilir və boş-boş danışmaqdan savayı, əlindən birşey gəlmir, xülyasında hamını idarə etməkdir.
Xolerik-Hamını səhv və borclu çıxardır, tez-tez və hər mövzuda dava edir, mübahisə edir, qan çıxmayan yeri o qədər qaşıyır ki, qan çıxardır.Daha çox mentalitet və “mənəvi dəyərləri” guya qoruyub saxlamaq istəyir
Fleqmatik-Hər şeydən və hər kəsdən şübhələnir, özü qərar verə bilmir, özü ilk addımı atmır, gözləyir ki, kimsə önə gedib, addım atsın, önə gedəni müşahidə edir, güdür, təhlil edir, səhv axtarır, nöqsan tutur, sonda bir nəticə əldə etmir, səmərəsiz işlə məşğuldur, həm də özü bir şey etmir deyə, vaxtını düzgün idarə etmir deyə, maddi və mənəvi qazanc əldə etmir və əldə edənləri də şərləyir.
Melanxolik-O qədər pessimist və ruh düşgünlüyü içində yaşayan insan olur ki, səbəb oldu-olmadı, inciməli, intihara əl atmalıdır, çox zəif və iradəsiz insandır. İdarə edilmək və səhvlərə görə məsuliyyəti özgələrinin boynuna atmaq istəyir.
Şərq və qərb – üz üzə:
Şərq (Məşriq)-günçıxan, yəni günəşin çıxdığı, başlanğıc olan yerdir… Mədəniyyət, ədəbiyyat, incəsənət, tarixi keçmişimiz, insaniyyət, mənəvi dəyərlər şərqdən başlamışdır, günəş çıxdığı məkandan, şərq olan yerdə həmişə fəlsəfə, beyin açıqlığı, məntiq və s. olmuşdur, yaradıcılıq olan yerdə yaratmaq var, gözəllik, sevgi, səmimilik, təbiilik vardır. Nə işə başlasa, şərq əhli işıq saçar, maarifləndirər, gözəlləşdirər, zənginləşdirər.
Qərb (Məğrib, Qürub) – günbatan deməkdir, qaranlıq çökən yerdir… Şərqdən qərbə günəş gedən kimi digər amillər, obyekt və subyektlər də, şərqdə nə varsa, qərbə keçmişdir… Qərb dağıdır, qərb də batır hər şey, qərbli hara gedirsə, oranı məhv edir, qaranlığa qərq edir, iqtisadi böhranlar da qərbdən başlamışdır çox vaxt…
Qanuni zəruriyyət
Nigah müqaviləsi icbari olandan sonra məncə Dostluq müqaviləsini də icbari şəkildə tərtib və tətbiq edilməsini qanuniləşdirmək zəruridir, əks halda, iki və ya daha artıq tərəflər dostluq edirlər, müqaviləsiz olduğundan ürək istəyəni edirlər, Qılınc müsəlmanıq, müqavilə olsa, hər bir tərəf öz məsuliyyətini anlayar və müqavilə şərtlərini pozmaz ki, inzibati qaydada cəzalandırılmasın…
Günel Fərhadqızı Emin