Qələm yoldaşım,Şair dostum Azər Mustafayevə.
Mən sənin üzünü gördükcə,qardaş,
Yurdunu yadına sal demədimmi!?
Neçə min insanın könlün oxşayan,
Sədəfli sazını çal demədimmi!?
İslamın ən böyük dayağı kimi,
Alışıb-sönməyən ocağı kimi,
Yurdumun ən əziz qonağı kimi,
Bu doğma elində qal demədimmi!?
Şairlik təbinə inanmayana,
Qarşında büdrəyib dayanmayana,
Şerinlə yuxudan oyanmayana,
De görüm:-özgəyə zal demədimmi!?