Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, universitetin və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşkilatçılığı ilə “Türk dünyası şeir axşamı” adlı tədbir keçiriləcək.
DGTYB-nin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı AZƏRTAC-a bildirib ki, “Bakıdan türk dünyasına” adlanan layihə çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Belə ki, dekabrın 2-də Azərbaycanda Atatürk Mərkəzində layihənin ilk tədbiri keçiriləcək.
Tatarıstan Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Danil Salih, Qazaxıstanın Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu (Sakbayev) tədbirlərə fəxri qonaq kimi dəvət olunublar.
Tədbirlərdə Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrin gənc yazarlarının iştirakı gözlənilir.
Mənbə: http://www.azertag.az