Göyçə mahalında məclis aparan,
Var olsun dilləri Ələsgərimin!
Saz tutub ahəstə şeirlər qoşan,
Yaratsın əlləri Ələsgərimin!
Dağların başını çən bürüyəndə,
Ceyranı,cüyürü hey üşüyəndə,
Şeiri vərəqə o döşüyəndə,
Ağardı telləri Ələsgərimin!
Quzğunlar Göyçəyə gəlib girəndən,
Tarixi bu millət gedib görəndən,
Bu torpaq ikiyə tam bölünəndən,
Saraldı gülləri Ələsgərimin!