Sev məni
Dəniz kimi…
Sevgi ləpələri tək
Kükrəyim, coşum-daşım…
Sev məni
Günəş kimi,
Ülvi məhəbbətindən
Parlayım, şəfəq saçım…
Sev məni
Bulaq kimi,
Bu eşqin atəşindən
Sərinləyim, çağlayım…
Sev məni
Güllər kimi,
Həyatını bəzəyim…
Ürəyinin ətirli
Çiçəyinə çevrilim…
Sev məni
Çəmən kimi
Yaşıllığa bürünüm…
Məhəbbət yollarında
yaşıl işığa dönüm…
Sev məni
Qadın kimi…
Sev məni
Xanım kimi…
Gələcək körpəmizə
İsmətli ana olum…
Bu ana nəfəsinin
İstisini, odunu
Daşıyım ömür boyu…
Sev məni
Arzun kimi…
Sev məni
Özün kimi…
Necə görmək istərdin-
O cür…
Gördüyün kimi…
Sev, sev məni ocağının
Burla Xatunu kimi…
Sev məni
Mənim kimi…
Məni, olduğum kimi…