Əfqanıstan (puştu افغانستانdari افغانستان) və ya rəsmi adı ilə Əfqanıstan İslam Respublikası (puştu د افغانستان اسلامي جمهوریتdari جمهوری اسلامی افغانستان) — Cənubi Asiyada dövlət. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda TürkmənistanÖzbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 652,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir.

Mündəricat

Tarixi[redaktə | əsas redaktə]

 Əsas məqalə: Əfqanıstan tarixi

Müasir Əfqanıstan ərazisindəki ilk insan məskənləri Orta paleolit dövrünə təsadüf edir. Böyük ipək yolu boyunca ölkənin strateji mövqeyi Orta Şərq və Asiyanın digər bölgələri arasında mədəni əlaqələrin yaranmasında mühüm rol oynamışdır. Bu ərazi tarix boyunca müxtəlif xalqlara ev sahibliyi etmiş və bir çox hərbi yürüşlərə məruz qalmışdır. Bütün bu işğal cəhdlərinə baxmayaraq, ölkə işğalçılara qarşı daima mübarizə aparmış və buna görə də “alınmaz”[3][4] və “imperiyaların məzarlığı” kimi ləqəblər qazanmışdır.[5] Əfqanıstan ərazisi tarix boyunca Kuşan İmperiyasıAğ hunlarSamanilərSəfərilər sülaləsiQəznəvilər dövlətiQurilərXələclər sülaləsiBöyük Moğol İmperiyasıHotakilər, Durranilər və digər böyük imperiyaların tərkib hissəsi olmuşdur.[6]

Müasir Əfqanıstan dövlətinin siyasi tarixi 18-ci əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. 19-cu əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı “Böyük oyun“da bufer ölkə rolunu oynamışdır. 1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən tanınmadı və 1947-ci ildə Pakistanın müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur. 1919-cu ildə baş vermiş Üçüncü ingilis-əfqan müharibəsinin ardınca ölkə xarici təsirdən azad oldu və Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu. Onun ardınca isə hakimiyyətə Məhəmməd Zahir şah gəldi və o da 40 ilə yaxın ölkəyə rəhbərlik etdi. 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verdi. Əvvəlcə ölkədə sosialist dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi. Bu hadisələr 1980-ci illərdə üsyançılara qarşı Sovet-Əfqan müharibəsinin baş verməsi ilə nəticələndi. 1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejim tərəfindən idarə olundu. 2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban qruplaşmasının üzvləri hakimiyyətdən düşdü və yeni demokratik hökumət quruldu.

Əfqanıstan hal-hazırda prezident tərəfindən idarə olunan unitar İslam respublikasıdır. Əhalisinin sayı 35 milyon nəfərə çatır ki, bunun da əksər hissəsini etnik puştunlartaciklərhəzaralar və özbəklər təşkil edir. Əfqanıstan BMTİslam Əməkdaşlıq Təşkilatı, Qrup 77, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvüdür. Əfqanıstan iqtisadiyyatı dünya ölkələri arasında 108-ci yerdədir. Beynəlxalq Valyuta Fondunun 2016-cı ildə verdiyi məlumata görə Əfqanıstan adambaşına düşən ÜDM həcminə görə 186 ölkə arasında 167-ci yerdədir.

Əhalisi[redaktə | əsas redaktə]

 Əsas məqalə: Əfqanıstan əhalisi

Paytaxt Kabul ölkənin ən böyük şəhəridir, digər əhəmiyyətli şəhərlər qərbdə Herat, cənubda Qəndəhar və şimalda Məzari-Şərifdir. Yerli və milli səviyyədə inteqrasiyanın zəif olduğu Əfqanıstanda coğrafi maneələrdən əlavə ictimai həyatda da bir sıra əhəmiyyətli problemlər qalmaqdadır. Əhalinin savadlılıq dərəcəsi təxminən 36% — dir, adam başına düşən ümumdaxili gəlir baxımından da dünyanın ən yoxsul ölkələri arasındadır. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2011-ci ilin əvvəlinə ölkə əhalisinin sayının 24.485.6 min nəfər olduğu ehtimal edilir .[7]

Əfqanıstanda yeganə siyahıya alma 1979-cu ildə 5 iyun-5 iyul tarixində aparılmış və bu zaman ölkə əhalisi 15,551,358 nəfər (oturaq əhali — 13,086,630 nəfər , köçəri əhali — 2,464,728 nəfər) olmuşdur .[8]

Etnik tərkibi[redaktə | əsas redaktə]

Əfqanıstan çoxmillətli ölkədir. Bununla bərabər heç bir etnik qrup əksəriyyəti və ya çoxluğu (yarıdan çox) təşkil etmir, ölkədə yalnız qarşılıqlı nisbətdə üstünlüyə sahib beş böyük etnik qrup vardır (puştunlartaciklərözbəklərhəzaralar və türkmənlər) və onların hər birinin sayı 1 milyondan artıqdır.Məzari-Şərifdə göy məscid

Din[redaktə | əsas redaktə]

Əfqanıstan ərazisində islam VII əsrin sonu, VIII əsrin əvvəllərində yayılmağa başlamışdır. Hal-hazırda ölkə əhalisinin əksəriyyəti müsəlmanlardır. Əfqanıstanda müsəlman əhalinin 80–90%-ni təşkil edən sünniliyin hənəfi məzhəbi daha çox yayılmışdır. Sünnilər əsasən əfqanların böyük bir hissəsi, taciklər, özbəklər, türkmənlər, bəluclar, çaray-makların böyük hissəsi (cəmşidilər, xazarai-kalayiau, firuzkuxlar, taymanlar), nuristanlar(sonuncular hələ 19-cu əsrdə yerli qəbilələrin inanclarına tapınırdılar və onlar qonşu müsəlmanlar tərəfindən kafir adlanırdılar, islam onların arasında təzyiqlə yayılıb).

Əfqanıstada bir sıra sünni cərəyanlarıi fəaliyyət göstərir — qədiriyyə, nəqşbədiyə, qələndəriyyə. Əhalinin çox az hissəsi (0,5 %) əhmədiyyə təriqətinə münsubdur. Ölkədə əhəmiyyətli sayda şiələr var. Bunlar xəzər-bərbərlər, eləcə də teymurlar, qızılbaşlar və əfqan-dzadzlar, Sistada nisbətən qarışmış əfqan-fars qrupu və farslardır. Şiələrə həm də Kabul, Herat, Qəznə ərazisində də rast gəlmək olar. Bədəxşan xalqı və tacikləri bir hissəsi ismailiyə təriqətinə ibadət edirlər (ismaililər ölkə əhalisinin təqribən 3 %-ni təşkil edirlər). Bundan başqa, Əfqanıstanda induistlər (20min nəfər), eləcə də siqxlər, zərdüştilər və iudaistlər (0,2 min nəfər) yaşayır.

İqtisadi göstəricilər[redaktə | əsas redaktə]

  • İqtisadiyyata ümumi baxış: Əfqanıstan dənizə sahili olmayan ölkədir, iqtisadiyyatı əkinçiliyə və heyvandarlığa (qoyun və keçi yetişdirməyə) əsaslanır.
  • İş qüvvəsi: 15 milyon (2004-cü il məlumatları)
  • Sektorlara görə iş qüvvəsi: əkinçilik 80%, sənaye 10%, xidmət 10% (2004 məlumatları)
  • Sənaye: Kiçik miqyasda paltar, sabun, mebel, ayaqqabı, gübrə, sement, əl işi xalçalar, təbii qaz, yağ, kömür, mis sexləri.
  • Elektrik istehsalı: 905 milyon kWh (2003/təxmini)
  • Elektrik istehlakı: 1,042 milyard kWh (2003/təxmini)
  • Elektrik ixracatı: 0 kWh (2001/təxmini)
  • Elektrik idxalatı: 200 milyon kWh (2003)
  • Əkinçilik və heyvandarlıq məhsulları: xaşxaş, buğda, meyvələr, fındıq, yun, dəri
  • İxracat məbləği: 471 milyon dollar (2005-ci il məlumatları)
  • İxracat məhsulları: xaşxaş, meyvə və fındıq, əl işi xalçalar, yun, pambıq, dəri, qiymətli daş və ləl-cəvahiratlar.
  • İxracat ortaqları: Pakistan, İran, Almaniya, Hindistan, Böyük Britaniya, Belçika, Lüksemburq, Çex Respublikası
  • İdxalat məbləği: $3,87 milyard (2005-ci il məlumatları)
  • İdxalat məhsulları: Xarici investisiya, yeyinti və neft məhsulları, istehlak malları
  • İdxalat ortaqları: Pakistan, İran, Yaponiya, Sinqapur, Hindistan, Cənubi Koreya, Almaniya
  • Xarici borc məbləği: 8 milyard dollar (2004-cü il məlumatları)
  • Pul vahidi: Əfqanıstan əfqanisi (ƏHVƏ)
  • Pul vahidi kodu: ƏHVƏ
  • Maliyyə ili: 21 Mart – 20 Mart

Nəqliyyat və kommunikasiya[redaktə | əsas redaktə]

  • Dəmir yolları: 24,6 km
  • Avtomobil yolları: 21 000 km, asfalt: 2 793 km, digər: 18 207 km (1998-ci il/təxmini)
  • Kanallar: 1 200 km
  • Boru xəttləri: 180 km
  • Limanları: Keyrabad, Şir Xan
  • Aeroportlar: 45 (2000/təxmini)
  • Vertolyot sahələri: 3 (2000/təxmini)

İstinadlar[redaktə | əsas redaktə]

  1.  “Afghanistan”. International Monetary Fund. İstifadə tarixi: 18 dekabr 2017.
  2.  “2015 Human Development Report” (PDF). United Nations Development Programme. 14 dekabr 2015. səh. 18. İstifadə tarixi: 18 dekabr 2017.
  3.  Dalrymple, William (9 mart 2014). “Is Afghanistan really impossible to conquer?” – www.bbc.co.uk vasitəsilə.
  4.  “Afghanistan: Most invaded, yet unconquerable – Times of India”.
  5.  Diplomat, Akhilesh Pillalamarri, The. “Why Is Afghanistan the ‘Graveyard of Empires’?”.
  6.  Griffin, Luke (14 yanvar 2002). “The Pre-Islamic Period”Afghanistan Country Study. Illinois Institute of Technology. 3 noyabr 2001 tarixində arxivləşdirilibİstifadə tarixi: 22 avqust 2018.
  7.  Islamic Republic of Afghanistan Central Statistics Organization — Afghanistan Statistical Yearbook 2010–11 :Settled Population by Province −2010–11
  8.  Afghanistan’s Web Site: Afghanistan (The last official census in Afghanistan was in 1979, when the population registered at 15,551,358.)

Həmçinin bax[redaktə | əsas redaktə]

GöstərƏfqanıstan mövzularda
GöstərAsiya ölkələri
Göstərİslam Əməkdaşlıq Təşkilatı (OCI)
GöstərMərkəzi Asiya ölkələri
GöstərƏfqanıstanın inzibati bölgüsü
GöstərABŞ-ın əsas qeyri-NATO müttəfiqləri