Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

Niyə mənə sevdalandın
Ay ömrümün al çələngi?
Mən yandım…
Oda qalandın…
Budurmu eşqin ahəngi?

Bir narıncı əl dəsmalı
Küləyə qoşulub qaçdı…
O dəliqanlı külək
Bizim
Pəncərədə oyaq qaldı..

Var oluşun – işıq selim…
Unutmuşam ağ şamları…
Bir mənəm, bir də şeirim…
Bir də Gəncə axşamları…