Bilmədim
Səninçün hər şeydən, hər kəsdən keçdim,
Tək sənin könlündən keçə bilmədim.
Qədəhlər boşaltdım -çox zəhər içdim,
Ayrılıq andını içə bilmədim.
Səndən ülfət umdum, acı dil deyil,
Həsrəti an andım, bitməz il deyil.
Sevgim bəxdim kimi çolaq, şil deyil,
Vüsalı hicrandan seçə bilmədim.
Bu nə iztirabdı, bu nə zülümdü?-
Könlüm bıçaq altda dilim- dilimdi.
Sənsiz yaşamağım mənə ölümdü-
Ölümün ölçüsün biçə bilmədim.
09.05.2021