“Səndən ötrü burnumun ucu göynədi” – deyəcəkdim, demədim.
Nə ölçüdə, nə həddə darıxmışam –
heç özüm də bilmədim…
Susdum –
Ən doğrusu susmaq idi.
Dodaqlarımı,
Kirpiklərimi –
Bir-birinə möhkəm sıxdım –
Ağlamadım…
Danışmadım…
Sözümü də, hissimi də
Ən doğrusu udmaq idi…